Bərdə rayonunda"qaraçı"və ya “köhnə əşyalar bazarı”-hansı adı ilə tanınır ?-VİDEO

Sdílet
Vložit
  • čas přidán 20. 03. 2021
  • İlk baxışdan adi bazara oxşasa da,bu bazar digərlərindən fərqlənir.Burda köhnə əşyalar satılır.Yəni bu bazara gələn alıcılar təzə mal almağa deyil,işlənmiş mal almağa gəlirlər.
    Qiymətlərin ucuzluğu ilə seçilən bazarlardan biri də Bərdə rayonunda “köhnə əşyalar bazarı” adı ilə tanınan ticarət məkanıdır. Bu bazar, eyni zamanda, “qaraçı bazarı”, “cındır bazarı” adları ilə də tanınır.
    ARANTV.AZ xəbər verir ki,Burada pal-paltardan tutmuş,elektrik alətlərinə qədər hər şey tapmaq mümkündür.Alıcıları cəlb edən əsas məsələ isə qiymətlərin ucuz olmasıdır.Pistaxtalar üzərində çox az əşya görmək olar,satılanların hamısı yerdə olur.Çəkiliş vaxtı alıcıların çoxluğu diqqətimizi cəlb etdi.
    Bəziləri özünün və qohumların lazımsız əşyalarını satdığını bildirdi.Elələri də var ki,metallomdan, bir neçə insanlandan evin köhnə əşyalarını alır və üzərinə müəyyən məbləğ qoyaraq bu bazarda gətirib satır.
    Satılan məhsullar içində zaman-zaman antik əşyalara da rast gəlmək olur ki,kolleksiyonerlər məhz belə əşyalar axtarırlar.Söhbət apardığımız bəzi satıcılar bildirdilər ki, digər bazarlar kimi burada müəyyən qədər diqqət ayrılsa və şərayit qurulsa,yaxşı olar.Onlar mallarını yerdə və açığ havada satmazlar.Bax belə, buda Bərdənin Köhnə əşyalar bazarı, belə müşahidə etdik ki,bazarda digər bazarlardakı kimi aktivlik var.Amma arzulayırıq ki əhali bu bazara ehtiyac üzündən deyil,antik əşyalar axtarmağa gelsin!
  • Zábava

Komentáře • 24