Yaşayır, ancaq eyni zamanda ölüdür... | Kanal S Xəbər

Sdílet
Vložit
  • čas přidán 13. 03. 2023
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © Kanal S_official
    Sayt: kanal-s.az
    Facebook: goo.gl/XVhVzG
    #kanals #kanalsxəbər
    Yaşarkən ölmək.... Söhbət tamamilə fərqli və heç də hər gün rast gəlmədiyimiz bir hekayədən gedir. Deməli, Şəkinin Baş Zəyzid kənd sakini Müşviqə İbrahimxəlilova həyatda olduğu halda, ölmüş kimi qeydiyyata alınıb. Tragikomik hadisənin detalları ilə sujetdən tanış olaq...
    Şəkinin Baş Zəyzid kənd sakini Müşviqə İbrahimxəlilova 1982-ci ildə dünyaya göz açıb. Ancaq həmin dövrdə onun doğumunu qeydiyyata götürən Aydınbulaq kənd inzibati ərazi dairəsi, cəmi 5 il sonra yəni 1987-ci ildə qəhrəmanımızı özünün və ailəsinin xəbəri olmadan yenidən qeydiyyata götürür. Lakin bu səfər ölmüş kimi. Ancaq maraqlı hadisələr bundan sonra baş verir.
    Ölmüş Müşviqə İbrahimxəlilova 2004-cü ildə nikaha daxil olur. Yenə ölmüş kimi qeydiyyatda olan qəhrəmanımızın 2 övladı dünyaya gəlir. Hələ bu da azmış kimi Müşviqə İbrahimxəlilovaya vaxtı 2029-cu ildə bitəcək şəxsiyyət vəsiqəsi də verilir. Maraqlısı isə odur ki, bütün bu proseslər olarkən, qəhrəmanımızın öldüyü barəsində xəbərsiz olmasıdır. Bütün işlər isə Müşviqə İbrahimxəlilovanın subsidiya ilə bağlı müraciətindən sonra ortaya çıxır.
    Məlum olur ki, bu qədər ildir Müşviqə İbrahimxəlilova əslində yaşamırmış və ölü halda həm nikaha daxil olub, həm ana olub, həm də ki, bir neçə dəfə şəxsiyyət vəsiqəsini belə dəyişdirib. Ailənin dediyinə görə zamanında Müşviqə İbrahimxəlilovanın bacısı olub və 1987-ci ildə o rəhmətə gedib. Ailə üzvləri həmin zaman qeydiyyatı aparan Aydınbulaq kənd inzibati ərazi dairəsi üzrə məsul şəxsin sənədlərdə səhvə yol verərək Müşviqə İbrahimxəlilovanı ölmüş kimi göstərdiyi idda edir.
    Şəki Vəkillər bürosundan məsələnin hüquqi tərəfini öyrənməyə çalışdıq. Buradan bildirildi ki, sənədlərin tərtib edilməsində yol verilmiş səhlənkarlıq bu cür problemlərə səbəb olub. Eyni zamanda həmin dövürdə texnalogiyanın kəndlərdə olmadığını və hər bir işin kağız və qələmlə görüldüyünü nəzər alanda bu cür səhvlərin olma ehtimalı daha da artır. Həmçinin ailənin vəkili prosesin bir neçə ay davam edəcəyini bildirib. Bütün bunlarla yanaşı qeydiyyatı aparan məsul şəxsin məsuliyyətsizliyi sübuta yetirilərsə həmin şəxsin də məsuliyyətə cəlb edilməsi gözlənilir.

Komentáře • 7