HƏYAT QURTARAN BİLGİLƏR! - Mədədə köp niyə yaranır? - ÇARƏSİ

Sdílet
Vložit
  • čas přidán 29. 05. 2024
  • Mədəsində ağrı, köp, qastirit olanlar - Mütləq baxın
    Mədə ağrısı az qala hər kəsin başına gələn narahatlıqdır. Bununla bərabər qarın bölgəsində mədədən başqa da orqan daha var. Mədə ağrısının səbəbi mədə ilə yanaşı başqa orqanlar da ola bilər. Ağrı qısa müddətli və gəlib-keçici ola bilər və ya sadəcə yemək yedikdən sonra müşahidə oluna bilər. Ancaq daha uzun müddət davam edən, davamlı ağrılara səbəb olan mədə narahatlıqları da mövcuddur. Mədə ağrılarının səbəblərini bu cür sıralanıb: Qastroözofaqeal refleks xəstəliyi mənşəli mədə ağrısı: Mədədəki yemək və turşular qida borusuna gedir. Bu da xəstənin üst mədəsində və ya sinənin alt hissəsində mədə qıcqırması şəklində ağrılara səbəb olur. Çox yemək və ya səhv qidalanmaq (məsələn, çox yağlı) bu narahatlığı artıra bilər. Arıqlamaq, antiturşular və ya bəzi dərman müalicələri ağrıları xeyli dərəcədə azaldır.
    Laktoza həssaslığı: Laktoza süd və süd məhsullarında olan bir şəkər növüdür. Narahatlıq bu şəkərin həzm olunmaması ilə ortaya çıxır. Dünyada milyonlarla insanda görülən xəstəlikdir. Hətta süd və süd məhsullarının tərkibində olan şəkər laktozanı həzm edə bilənlərin sayı, həzm edə bilməyənlərin sayından azdır. Xəstələrdə süd və süd məhsulları istehlakı sonrası qarın ağrısı, qaz, mədə pozğunluğu, gəyirmə və ishal görülə bilər. Süd və süd məhsullarının istehlakından uzaq dayanmaq bu xəstələr üçün problemi azaldan həll yoludur.
    Stress: Stress yuxusuzluq, baş ağrısı və təzyiqə səbəb olduğu kimi mədə ağrılarına da səbəbi ola bilər. Çəki və iştaha itkisi, əsəbi bağırsaq sindromu stressdən yaranan qarın ağrılarının digər nəticəsidir. Diqqət edilməsi vacib olan bir məqam, bu problemlərin ikili istiqamətli olmasıdır. Yəni, stress qarın ağrılarına səbəb olduğu kimi, qarın ağrıları da stressə və depressiyaların səbəbi ola bilər.
    Qluten həssaslığı: Bəzi insanların orqanizmi buğda, arpa, çovdar və tərkibində zülal olan qlutenə reaksiya göstərir. Bu narahatlığa qluten intoleransı deyilir. Bu xəstələrdə qluten nazik bağırsaq yaralarına yol açır. Bu zaman qidalar nazik bağırsaqda sorula bilmir. Xəstələr buğda, arpa və ya çovdar yeyəndə onlarda qarın ağrısı, qaz, şişkinlik və yorğunluq əlamətləri müşahidə olunur. Nazik bağırsağın qidaları sormada uğursuz olması, xroniki ishal, çəki itkisinə səbəb ola bilər.
    Tiroid problemləri mənşəli mədə ağrısı: Tiroid vəzi boyunda yerləşsə də, onunla bağlı narahatlıqlar bədənin qarın bölgəsində də ağrılara səbəb ola bilər. Tiroid vəzinin orqanizmdə nizamladığı sistemdən biri də həzm sistemidir. Əgər tiroid vəzi lazım olandan artıq hormon ifraz edərsə, bu hipertiroitizm deyilən və həzm sistemini sürətləndirən narahatlığa yol aça bilər. Qarın ağrısı və ishal bu narahatlığın simptomlarıdır. Əgər tiroid vəzi normal qaydada funksiyasını yerinə yetirməzsə, bu, hipotiroitizm deyilən başqa narahatlığa səbəb olur. Həzm sistemi yavaşıyır, qəbizlik və qaz mənşəli ağrılar ortaya çıxa bilər.
    Parazit: Mədə ağrısının əlamətlərini parazitlərlə əlaqələndirən azdır, ancaq parazitlər də mədə ağrılarına səbəb ola bilər. Bu narahatlıqlara səbəb olan bakteriyalar çox müxtəlif olsa da, ən çox görülənlər: Giardiaand Cryptosporidiumdur. Çirkli suları içmə, ya da çirkli hovuz və ya göllərdə üzmək bu bakteriyalara yoluxmağa səbəb ola bilər. İshal və mədə, ürək bulanması parazit mənşəli xəstəliklərin simptomlarıdır. Digər bakteriyalar çirkli və ya az bişmiş qidalarla da yoluxa bilər.
    Apendisit: Apendisitin iltihablanması nəticəsində yaranan və ağrlı qarın ağrısı ilə özünü müəyyən büruzə verən xəstəlikdir. Ağrı göbək dəliyi bölgəsində başlayır, ancaq daha sonra qarının sağ alt hissəsinə doğru yayılır. Yüngül qızdırma və titrəmə xəstəliyin digər əlamətləridir. Apendisit əməliyyat olunmadığı təqdirdə, hətta ölümlə nəticələnə bilər.
    Xora: Mədə və ya incə bağırsağın üst hissəsində yerləşən qoruyucu divarda yaranan zədə və ya oyuq xora əmələ gəlməsinə səbəb olur. Nazik bağırsaq yarasına mədə xorasına görə daha çox rast gəlinir. Bu zaman orta və üst qarında yemək sonrası ağrılar müşahidə edilir. Ən əhəmiyyətli səbəbi helikobakteriya pilori deyilən bakteriya növüdür. Xoranın müalicəsində antibiotiklər və antiturşular istifadə edilir.
    Həddindən artıq şəkərsiz saqqız çeynəmək: Əgər şəkərsiz saqqız olan sorbitol adlı maddə çox qəbul etsəniz, bu da qarın ağrısına və ishala səbəb ola bilər. Sorbital qəbul etməyinizə səbəb olan şəkərsiz saqqızı və ya buna bağlı ərzaqları kəssəniz, əlamətlər də aradan qalxacaq.
    Qida zəhərlənməsi: Qida zəhərlənməsi ilə yayılan virus və bakteriyalar ishal və mədə, ürəkbulanmasıyla birlikdə, qarın ağrısına da səbəb ola bilər. Ümumiyyətlə, əlamətlər bir-iki gün ərzində keçsə də, çox ciddi hallarda qida zəhərlənməsi ölümlə nəticələnə bilər. Əgər mədənizdə iltihab varsa, qida zəhərlənməsi ilə bərabər gələn qarın ağrısı daha uzun müddət davam edə bilər.
  • Věda a technologie

Komentáře • 23

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Před 2 měsíci +9

    SALAM BAHADIR MÜƏLLİM

  • @EyubSeyidov
    @EyubSeyidov Před 2 měsíci +7

    SALAM

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Před 2 měsíci +9

    HƏKİİMİZİDƏ SALAMLAYIRAM

  • @nurcahan6353
    @nurcahan6353 Před 15 dny +1

    Salam Həkim, düzdür, Mənşəyi bilinməyən yağlar insan ömrünün qənimidir.

  • @eliyevaslan742
    @eliyevaslan742 Před 2 měsíci +5

    Apparatlar almaniyadan getirilibse,demek muayine de,mualice de cox baha olacaq....

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 Před 2 měsíci +1

    Çox sağolun dəyərli əlumatlar verirsiz.

  • @gulnarsuleymanova6860
    @gulnarsuleymanova6860 Před 2 měsíci +3

    👍👍👍

  • @yasarsukurov2651
    @yasarsukurov2651 Před 2 měsíci +1

    Salam bəllidir bəllidir qidalardandır

  • @aizywss
    @aizywss Před 2 měsíci +1

    salam sodali suyu tövsiye etmişdiz köp üçün. bunu 14 yaşlı uşaq ede biler?

  • @islamhesenov3395
    @islamhesenov3395 Před 2 měsíci +2

    Köpün 1 nömreli səbəbi mayalı çörek qebuludur. Çalışın mayasız çörek yeyin.

  • @melimeli2601
    @melimeli2601 Před 2 měsíci +3

    Bəs köpdən niyə danışmadı ?

  • @Gülər-72
    @Gülər-72 Před 2 měsíci +3

    Salam həkim. Mənim də heç bir orqanımda problem yoxdu. Təkcə bağırsağımda problem varmı, yoxmu, onu bilmirəm. Köpə qarşı çoxlu dərman qəbul etmişəm(reseptlə), ama faydası olmayıb. Bağırsaqda problem olduğunu öyrənmək üçün zond udmaq lazımdı?

  • @haticeyusuf6607
    @haticeyusuf6607 Před 2 měsíci +2

    QARACIYERDIR SEBEBI

  • @Fikrat-yh9wm
    @Fikrat-yh9wm Před 2 měsíci +2

    Köpden danışmadiz heç,sadece reklam

  • @yasarsukurov2651
    @yasarsukurov2651 Před 2 měsíci +1

    Mən köpdən əziyyət çəkirəm qıcqırmadanda

  • @taranahasanova945
    @taranahasanova945 Před měsícem +1

    Hekim ozu kopdu deyesen

  • @fazil7016
    @fazil7016 Před 2 měsíci +2

    Ancaq reklam....