Q.Paşayeva Biləcəridəki 284 nömrəli məktəbdə təşkil olunan tədbirdə çıxış edib.

Sdílet
Vložit
  • čas přidán 19. 08. 2024

Komentáře • 11

  • @GaniraPashayeva
    @GaniraPashayeva  Před rokem +10

    MM Mədəniyyət Komitəsinin dəstəyi ilə Həmidə xanım Cavanşirin 150 illik yubileyi münasibəti ilə tədbir təşkil olunub.
    Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən 284 saylı tam orta məktəbdə Komitənin təşəbbüsü ilə, görkəmli maarifçi Həmidə xanım Cavanşirin 150 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə məktəblilərə kitab bağışı aksiyasında çıxış edib.
    Qonaqları salamlayan məktəbin direktoru Xalid Alıhüseynov bu təhsil ocağının keçmişi, bugünkü uğurları haqqında yğıcam bilgi verib. Vurğulanıb ki, 284 saylı tam orta məktəb 19910-ci ildə yaradılıb. İkinövbəli məktəb 2371 şagird yerinə malikdir. Təhsil ocağının 158 müəllim və əməkdaşı var. Şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması, yaradıcı təfəkkürünün inkişafı, bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə təhsil ocağında görülən işlərdən danışan direktor, son tədris ilinin uğurlu nəticələrini, ali məktəblərə qəbulda yüksək bal toplayaraq fərqlənmiş şagirdlər haqqında da bilgi verib.
    Qənirə Paşayeva özünəməxsus uğurları ilə seçilən məktəbi ziyarətindən, burada yüksək səviyyədə təşkil olunmuş tədbirdə çıxış etməkdən şad olduğunu bildirib.
    Birinci ayını yaşadığımız 2023-cü il - Azərbaycanda “Heydər Əliyev İli”ndə məktəblərdə təşkil olunan silsilə kitab bağışı aksiyasının önəmini vurğulayan Komitə sədri, kitab bağışı aksiyasının həm də məktəbləri, gələcəyimiz olan məktəbliləri yaxından tanımaq baxımından əlamətdar olduğunu vurğulayıb.
    “Ulu öndər Heydər Əliyev mədəni irsimizə, tariximizə hər zaman çox böyük həssaslıqla, diqqət-qayğı ilə yanaşırdı və bu günkü tədbir də məhz xalqımızın dəyərlərinə, o dəyərləri qorumaqla yeni dəyər, örnək yaratmış böyük şəxsiyyətə dərin ehtiramımızın bir ifadəsidir.
    Maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə adını Azərbaycan ictimai fikir tarixinə həkk edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə (19.01.1873 - 06.02.1955) XIX yüzilin sonu, XX yüzilin birinci yarısında xalqımızın milli-mədəni inkişafında ciddi xidmətləri olan xanım aydınlarımızdandır. Xalqın maariflənməsində, ədəbiyyat və mədəniyyətimizin tərəqqisində onun fədakar əməyi olub. Həmidə xanım XVIII yüzilin adlı-sanlı Qarabağ nəslindən, Pənahəli xanın soyundan olan tarixçi Əhməd bəy Cavanşirin qızı və böyük dramaturq, nasir, alovlu publisist, Azərbaycan ədəbiyyatında tənqidi realizm məktəbinin təməlinin qoyulmasında misilsiz xidmətləri olan Cəlil Məmmədquluzadənin həyat yoldaşı idi. Həmidə xanım keşməkeşli bir ömür yolu keçib, həyatı boyu qarşılaşdığı müxtəlif maneələrə cəsarətlə sinə gərib, həmişə ümumxalq mənafeyini öz şəxsi taleyindən üstün tutub.
    Cəlil Məmmədquluzadənin vəfalı, fədakar ömür-gün yoldaşı, onun ən yaxın maarifçi silahdaşı, həmdəmi, “Molla Nəsrəddin”in xeyirxah himayəçisi olmuş Həmidə xanımın xalqın ən çətin günlərində etdiyi xeyirxahlıqlar xatirələrdə dərin iz qoyub.XX yüzilin ilk illərində Qarabağda, o cümlədən Həmidə xanımın doğulduğu Kəhrizlidə, ətraf kəndlərdə böyük aclıq, kütləvi epidemiya tüğyan edirdi. Belə təhlükəli vaxtda Həmidə xanım öz faytonu ilə hər bir evə darı, un və digər ərzaqlar paylayıb, tauna, qızılcaya qarşı əhaliyə peyvəndlər vurdurub.
    Həmin illərdə yüzlərlə həmyerlisini aclığın və ölümün cəngindən xilas edən bu nəcib qadın saysız-hesabsız körpənin, yeniyetmənin savadlanmasına, iş yeri ilə təmin olunmasına da kömək edib. O, qadınların problemlərinin həllinə xüsusi səy göstərib, onların savadlanmasına və müxtəlif çətinliklərini aradan qaldırmağa yardımçı olub. Gəlin köçən qızlara xüsusi cehiz ərmağan ayırmağı belə özünə borc bilən Həmidə xanım Cavanşirin xeyirxahlığı, alicənablığı, mərhəməti onu dövrünün ən hörmətli şəxsiyyətlərindən biri kimi tanıbıb, xalq arasında ona böyük nüfuz qazandırıb.1905-ci ildə Tiflisdə Cəlil Məmmədquluzadə ilə tanış olması Həmidə xanımın həyatında böyük bir yolun başlanğıcı olub. Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Cəlil Məmmədquluzadəyə bir ömür boyu vəfalı, fədakar həyat yoldaşı, ən yaxın maarifçi məsləkdaş, bir sözlə, həmdəm olub.
    O, “Molla Nəsrəddin”in xeyirxah himayədarına çevrilərək bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına, gördüyü böyük işlərə səxavətlə xərcləyib. Bütün maarifpərvər aydınlar kimi o da xalqının yüksəlişinin elm, təhsil yolu, ədəbi və mədəni inkişafla bağlı olduğunu bilirdi. Buna görə də “Molla Nəsrəddin”in xalqının mədəni və ictimai intibahında önəmli amil olduğunu başa düşür, jurnalın davamlı nəşri üçün əlindən gələn köməyi əsirgəmirdi. Həmidə xanım Cavanşir-Məmmədquluzadə böyük ədiblə 25 illik sevgi-sayğıya əsaslanan ailə həyatı yaşayıb. Onların qarşılıqlı sayğısı və eyni məsləyin yolçuları olması, daim bir-birini dəstəkləməsi çətin işlərin öhdəsindən birlikdə gəlmələri ilə nəticələnib. Həmin illərdə ədib cəsarətli jurnal redaktoru kimi qarşılaşdığı təzyiqlərə, kəskin ittihamlara, nadanların hücumlarına Həmidə xanımın mənəvi dayağı sayəsində qalib gəlib. Həmidə xanım onun nikbin ovqatının qaynağı, onu həyata möhkəm tellərlə bağlayan ən qüvvətli dost idi. Həmidə xanımın, onun timsalında maarifə, aydınlığa xidmət edən bütün aydınlarımızın ruhunu sayğılarla yad edirik!
    Bilirsiniz ki, milli mənəvi dəyər­lərimizin qorunaraq gələcək nəsillərə çatdırılmasına, mədəni irsimizin təbliğ və tərənnüm olunmasına çox böyük önəm verən, qayğı ilə yanaşan Ulu öndər Heydər Əliyev maarifçiliyə, kitaba, kitabxanaya, oxuya həmişə xüsusi diqqət yetirir, həssasiyyət göstərirdi.
    Bəli, 2023-cü təqvim ili ən yeni tariximizə “Heydər Əliyev İli” kimi düşəcək. Bu, məktəblərimizin də üzərinə mənəvi məsuliyyət qoymaqdadır. Belə bir mənəvi məsuliyəti öz üzərində hiss edən Milli Məclisin Mədəniyyət Komitəsi və Komitə ilə sıx əməkdaşlıq edən ictimai birliklər olaraq biz, çox şadıq ki, Ulu öndərin 100 illik yubileyini Zəfər qazanmış ölkənin qürurlu vətəndaşları olaraq qeyd edirik. Deməliyəm ki, “Heydər Əliyev İli”ndə məhz yeniyetmə və gənclərimizlə görüşlərin keçiril­mə­si, kitab bağışı aksiyasının təşkili bizimçün bir könül işidir. Ulu öndərimiz deyirdi: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”. Mən özüm müəllim ailəsində böyümüşəm və gözümü açandan evdə, sonra məktəbdə kitab görmüşəm, kitaba böyük maraq, sevgi-sayğı görmüşəm.
    Çıxışına davam edən Komitə sədri əlavə edib: “Belə gözəl tədbirə görə, bu anlamlı aksiyanın - məktəblilərə kitab bağışı aksiyasının bütün dəstəkçilərinə, əlbəttə, 284 saylı məktəbin rəhbərliyinə, müəllim və şagird kollektivinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə, şəxsən Mehriban xanım Vəliyevaya, kitab bağışına dəstək olmuş ictimai qurumlarımıza, xeyriyyəçi işadamlarımıza ürəkdən təşəkkür edirəm!
    Milli Məclisin Mədəniyyət Komitəsi kitaba, oxuya xidmət edən aksiyalara həmişə mənəvi dəstək verib, bu, gələcəkdə də belə olacaq. 284 saylı məktəbdə gördüyümüz gözəl ortam bizi yeni aksiyalara sövq edir”!
    Q.Paşayevanın və tədbirdə çıxış edən digər natiqlərin - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Binəqədi İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, “UNİTY Company”in təsisçisi Fikrət Əliyevin çıxışlarında məktəbə, maarifə, kitaba, kitabxanalara, mədəni irsimizə Azərbaycan Prezidenti İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın yüksək diqqət-qayğısından, həssas yanaşmasından bəhs edilib.
    Məktəbin şagirdləri öz maraqlı çıxışları ilə tədbirə rəng qatıb.
    Sonda, Milli Məclisin Mədəniyyət Komitəsi və “UNİTY Company” adından 300-dən çox fərqli kitab (o cümlədən tarixi romanlar, ensiklopedik nəşrlər) təhsildə fərqlənən məktəblilərə hədiyyə edilb.

    • @xalidhaciyev9837
      @xalidhaciyev9837 Před rokem +3

      Mənəviyyatı da özü kimi gözəl Qənirə xanım,mənim hazırladığım tədbirə gəldiyiniz,bəyəndiyiniz üçün, varlığınız üçün sizə təşəkkür edirəm .Burda Yeganə yox Xalidin adı ilə şərhim gedir.Xalid mənim oğlumdur.Qazi olduğuna görə məni qucaqladı biz.Tədbiri hazırladığım kənarda qaldı,qazı anası olduğuma görə qucaqladiniz.Minnətdaram

  • @xalidhaciyev9837
    @xalidhaciyev9837 Před rokem +7

    Mənim hazırladığım tədbir... yazdığım, hazırladığım səhnəcik...

    • @elsenmenefov4251
      @elsenmenefov4251 Před rokem +3

      Səninlə Fəxir edirəm gözəl qardaşım uğurların bol olsun

  • @btsforever8885
    @btsforever8885 Před rokem

    Məndə ordaydım

  • @inekavi
    @inekavi Před rokem +3

    hic bir zaman güzelligini kaybetmeyen bir hanimefendi ganire hanimefendi akliniz milli duygunuz ve o essiz güzelliginiz dillere destan oldugu gibi tarihe de gecti