ALMANİYADA BƏRBƏRLİK AUSBİLDUNGU | Ausbildung Yaşamı | Almanyada Ausbildung | Xaricdə Təhsil

Sdílet
Vložit
  • čas přidán 21. 07. 2024
  • #almaniya #almaniyadayaşam #almaniyadaausbildung
    Salam dostlar. Bugün bərbərlik üzrə ausbildung edən Tural ilə birlikdə sizin üçün ətraflı video hazırlamağa çalışdıq. Tural Almaniyada Ausbildung edir və Azərbaycanda illərlə bərbər peşəsi üzrə fəaliyyət göstərib. Əgər bu mövzu ilə bağlı suallarınız və fikirləriniz varsa, kommentdə bizimlə paylaşın 😉
    Dost, əgər ilk dəfə videomu izləyirsənsə, mən Bəhlul və sənin üçün bu kanalda Almaniyada Yaşam( Almanyada yasam ), Ausbildung Yaşamı (haqqında hərşey), Almaniyada təhsil və tədris metodları haqqında davamlı olaraq videolar hazırlayıram. Bu videolardan xəbərdar olmaq və bu cür videoların daha çox olması üçün videonu bəyənib kanala abunə olabilərsən.
    Azərbaycana sürətli və etibarlı formada pul göndərmək üçün:
    bit.ly/transferGoAusbildungYa...
    Videoda olanlar:
    00:00 Intro
    00:08 Təqdimat
    00:30 Azərbaycandan qəbul almaq mümkündürmü ❓
    01:12 İlk gəldiyimizdə nə iş gördürürlər❓
    02:15 İşçilər necədir❓
    02:42 Hansı dil biliyi lazımdır ❓
    03:00 İş rejimi necədir❓
    03:34 Əlavə işləyirikmi ❓
    04:02 Dərs rejimləri necədir❓
    04:19 İşdəki çətinliklər nələrdir❓
    06:15 Ausbildung maaşları nə qədərdir❓
    06:40 Bəxşiş olurmu ❓
    08:50 Saç kəsimi qiymətləri nə qədərdir❓
    09:20 Alman yoxsa xarici bərbərlər ❓
    11:00 Təcrübəsiz bərbərlik məsləhətdirmi❓
    11:35 Ausbildungdan sonraki maaşlar və şəxsi salon açmaq ❓
    13:14 Hansı dərslər tədris olunur məktəbdə ❓
    14:34 İmtahanlar necə olur ❓
    16:15 Yaş məhdudiyyəti varmı ❓
    17:05 Sınaq müddəti necə keçir ❓
    17:40 İş üçün hansı dil səviyyəsi lazımdır❓
    18:20 İstirahət günləri və əlavə işləmək olurmu ❓
    19:20 Dərsdə peşə ilə bağlı nə öyrədilir❓
    20:33 Bilik paylaşdıqca çoxalır
    22:40 Outro
    Almaniyayla bağlı:
    • Almaniya 🇩🇪
    Ausbildunga müraciət:
    • Ausbildunga necə mürac...
    Ausbildung haqqında:
    • Ausbildung
    Ausbildung peşələri:
    • Ausbildung peşələri (m...
    Social Media:
    Instagram → ausbildungyashami
    Tiktok → tiktok.com/@ausbildungyashami
    Telegram → t.me/+2o1APS2nJZk2Nzgy
    Facebook qrupumuz → bit.ly/Ausbildungedenler

Komentáře • 153

  • @Deniztc9242
    @Deniztc9242 Před 2 měsíci +3

    Çox sağolun əziz həmvətənlər adım Müşfiq 40 yaşım var sizi izləyirəm və alman dilini öyrənirəm.

  • @user-lk5fn8fi7y
    @user-lk5fn8fi7y Před 8 měsíci +6

    Salam.Men berberem ve bu video mene cox suallarima cavab almaga komek oldu.Her ikivize minnetdarig 💪🏻

  • @timaferzeliyev7817
    @timaferzeliyev7817 Před 8 měsíci +2

    Təşəkkürlər 🙏

  • @user-sf9xc2rk6l
    @user-sf9xc2rk6l Před 8 měsíci +2

    Tesekkur

  • @yutub743
    @yutub743 Před 18 dny

    Salam qardaş

  • @HabibBakshiyev
    @HabibBakshiyev Před 8 měsíci +2

    Təşəkkürlər birdaha

  • @nicatsukurov278
    @nicatsukurov278 Před 29 dny +1

    Salam. Dülgərlik üzrə video gəlsəydi əla olardı. Öncədən təşəkkür edirəm.

  • @user-jn1hv8by5i
    @user-jn1hv8by5i Před 8 měsíci +2

    Allah sizi var eləsin əməyinizə əllərinizə sağlıq

  • @eliyevhuseynaga4446
    @eliyevhuseynaga4446 Před 8 měsíci +2

    Behlul Tural her ikivize cox cox tewekkur edirem.video superdi eladi👍👍👍👍👍👍

  • @Turalkubi
    @Turalkubi Před 8 měsíci +2

    Herkese ugurlar ❤

  • @sayarajafarova4429
    @sayarajafarova4429 Před 8 měsíci +2

    Salam .Her ikinize teṣekkürler .
    Cox profisianal sual ve çavablar
    Tural o geder sade ve savadli melumatlandirdi ki, mençe her kes rahatligla gele biler
    Yolunuz acig olsun menim gözel xalgimin igid balalari
    Sizinle fexr edirem .Sesiniz yükseklerden gelsin inśallah🤲❤
    Boll-bol ugurlar🤲

  • @sevilmmmdli5229
    @sevilmmmdli5229 Před 8 měsíci +2

    İlk like ilk komment❤❤❤

  • @nizamimirzoyev3315
    @nizamimirzoyev3315 Před 6 měsíci

    Salam çox qözəl diskusiya oldu . 🙋🏼‍♂️
    Xoş təəssürat bağışladız.👍
    Dərin minnətdarlığımı bildirirəm🙏

  • @annuitcoeptis99
    @annuitcoeptis99 Před 8 měsíci +2

    Duales studium barədə video gelsin çox xahiş

  • @nesibbagirov7465
    @nesibbagirov7465 Před 8 měsíci +2

    👏🏻

  • @qulamsukurov6471
    @qulamsukurov6471 Před 8 měsíci +2

    👏🏼👏🏼

  • @flavormaker5504
    @flavormaker5504 Před 8 měsíci +1

    Salam zehmet olmasa Qastranomiya uzre ausbildung barede video hazirlayardiz

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci +1

      Salam. Kanalda bu barədə ətraflı video var. ✌️🍀

  • @NurikBaghirov-hk7dp
    @NurikBaghirov-hk7dp Před 8 měsíci +3

    Allah islerinizi avand etsin coxdandi gözleyirdim bu videonu❤

  • @user-hu8tb7jo9n
    @user-hu8tb7jo9n Před 8 měsíci +2

    Bibim oglu cox sagol melumatlara gore sesin daim yukseklikden gelsin

  • @HabibBakshiyev
    @HabibBakshiyev Před 8 měsíci +1

    ✌✌

  • @mubarizqeniyev3069
    @mubarizqeniyev3069 Před 4 měsíci

    Cox sağ olunki belə məlumatları verirsiniz 84-86 cı ildə əgərlikdə olmuşam Neyruppin şəhərində dəlmək istəyərdim 1 həftəlik

  • @sidsfiyev3707
    @sidsfiyev3707 Před 8 měsíci +2

    Salam gözəl video alınıb mənə daha çox şəxsi bizneslər maraqlıdır çox sevinərəmki fərqli sahələrdə öz biznesini qurmuş insanları dəvət edəsiniz bu formada bizlərə maraqlı ola biləcək suallar verəsiniz. Çox sağolun

  • @nurlanabbas2442
    @nurlanabbas2442 Před 8 měsíci +1

    Salam, kimya sahəsinə uyğun da məlumatlandırıcı video çəksəniz şad olarıq🌼

  • @musakhudaverdiyev2906
    @musakhudaverdiyev2906 Před 8 měsíci +1

    Futbol məşqçilik üzrə zəhmət olmasa çekerdiz təşəkkürlər

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci

      Bu peşə üçün müəyyən kurslar alınır və lisenziyalar alınır. Fitness trainer olaraq ausbildunglar tapa bilərsiniz ama ✌️🍀

  • @nurlanalekberof8714
    @nurlanalekberof8714 Před 8 měsíci

    Diş Texnikliyi ilə bağlı paylaşım edərdizdə zəhmət olmasa

  • @sevincibrahimova4029
    @sevincibrahimova4029 Před 6 měsíci +1

    Salam çox sağolun gözəl məlumatlara görə.məndə bərbər vizajist üzrə peşə məktəbini bitirmişəm və Almaniyada ausbildung etmək haqqında dünürdüm çox böyük köməyiniz dəydi çox sağolun.

  • @alizadesenan1905
    @alizadesenan1905 Před 8 měsíci +1

    Salam video üçün təşəkkürlər. Almaniyada balaca şəhərlərdə kira qiymətləri haqqında da çəksəz əlaa olar...

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci +1

      ✌️🍀

    • @aliyusibov437
      @aliyusibov437 Před 8 měsíci

      ​@@ausbildungyashamisalam bey. Zəhmət olmasa diplomun tanidilib iş vizası ile gelmek haqqında video cekerdiniz

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci

      @@aliyusibov437 oda olacaq ✌️🍀

  • @ilhamismayilov317
    @ilhamismayilov317 Před 8 měsíci +1

    Salam.Tural qardawin Abschlussprüfungu qebul olub olmuyacagi maraqlidi.Zehmet olmasa Peweni bitirdikde yeniden bir video cekmeyinizi xahiw edirem.Gününüz xow kecsin 😊

  • @faridjumayev4071
    @faridjumayev4071 Před 8 měsíci +1

    Salam, video çox yaxşı məlumatlandırıcı video idi. Zəhmətinizə görə təşəkkürlər. Əgər mümkün olarsa Almaniyada Azərbaycan sürücülük vəsiqəsi ilə gələnlərin sürücülük vəsiqəsini dəyişdirmə prosesi yaxud ümumən sürücülük vəsiqəsini almaq haqda video paylaşsanız çox qəşəng olardı.

  • @eminrehimov7247
    @eminrehimov7247 Před 8 měsíci +1

    Əməyinizə sağlıq😊 Hotelçilik üzrə də video gəlsin🙏🏻

  • @UFCspace
    @UFCspace Před 8 měsíci

    Mexatronika ixtisası üzrə çəkərsiz zəhmət

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci

      Salam kfz mechatroniker peşəsi üzrə video var kanalda ✌️🍀

  • @frhadnsirov8720
    @frhadnsirov8720 Před 8 měsíci +2

    Satıcı üzrə Ausbildung'u çəkərdiz, zəhmət olmasa.(İmkan daxilində)

  • @user-md6gt8qg8i
    @user-md6gt8qg8i Před 8 měsíci +1

    Ilk defe gelende qardas ozu alib qebulu sistem qastronomiya ozre yoxsa sirket ile?

  • @aykaaxmedova1463
    @aykaaxmedova1463 Před 8 měsíci +1

    Salam Tural bey, zehmet olmasa yazaediniz qalmaga yer meselesini nece hell etdiniz ilk geldiyinizde ? Bir de yawadiginiz weherde ev qiymetleri ne qederdir ?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci +1

      Salam. Şirkət ev tapdı və orda yaşayır ✌️🍀

  • @ramilaliyev0022
    @ramilaliyev0022 Před 8 měsíci +1

    Qardaş Salam Gastronomie uzre çekerdiz

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci

      Salam. Kanalda gastronomie peşəsiylə bağlı ətraflı video paylaşmışıq. Kanala daxil olaraq videonu izləyə bilərsiniz ✌️🍀

  • @kenan_6860
    @kenan_6860 Před 2 měsíci

    Tekrar salam qardaşim.sualim o olacaqki men sirf barbershopda çalişmaq istesem ordaki kursda zeruri olacaq yene de qadin sacini oyrenmek? Berberem el işim yaxsidi bakida resmi bir kursda 11 modul uzre imtahan verib diplom almisam o diplomum taninir resmi sekilde qalib birce almanca nusxesini cixarmaq.dili de yaxin zamanda isteyirem baslayim kursa yazilib oyrenmeye B1i oyrensem gelib ora neçe muddetlik kurs keçecem? 3 ildi qardaş dedi ayi 490 eurodan ama men bu sadaladiqlarimi bildiyimi ferz etsek kursun muddeti ne qeder olar? Ve bank hesabinda pul olmagi meselesi dediniz o vacibdi? Minimum ne qeder olmalidi? Men b1 dil ve almanca berber diplomu ile gelsem kurs oxumadan berber kimi işleye bileremmi? Bilirem cox sual verdim size qardaş ama adam cavab axdarir bunlarada neyniyek😂 bunlari bilib işimi o yönde planlaşdirmaq isteyirem

  • @nezerhemzeyev-nl1ig
    @nezerhemzeyev-nl1ig Před 5 měsíci

    Əziz qardaş mən avtomobil sahəsində çalışıram avtmobilın iç dizaynı bu sahədə ausbildung etmək olar çox xaiş edirem fikirlərinizi bildirerdiz? Uğurlar size gözəl insan.

  • @museyibhmedeliyev7011
    @museyibhmedeliyev7011 Před 4 měsíci

    Salam vidyoya görə təşəkkürlər. Bir sualım var bərbər kimi gedməyə banka hesabında pul olmalıdı bildiyimə görə bəs başqa sahəylə gedib orda bərabərliyə dəyişərkəndə banka hesabında pul olmaqı vacibdirmi və peşəni dəyişərkən hər hansı bir prablem yaranırmı

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 4 měsíci +1

      Salam. Bu yaşadığınız əyalətə görə dəyişir ama çox vaxt istəmirlər. Əgər maaşınız çox aşağı olarsa, bu zaman istəyirlər. Bunun üçün isə əlavə bir minijob taparaq bunu bank hesabı yerinə göstərə bilərsiniz. ✌🏻🍀

  • @cavidkazimzade7021
    @cavidkazimzade7021 Před 4 měsíci

    Salam.Bir günde avtomexanikde oxuyan kimse varsa cekde zehmet olmasa.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 4 měsíci

      Salam. Kanalda KFZ Mechatroniker peşəsi üzrə video var. Ama bu peşənin digər istiqamətləri ilə bağlıda video hazırlamağa çalışaram gələcəkdə✌️🍀

  • @Nahid_Alizade
    @Nahid_Alizade Před 8 měsíci

    Salam, video üçün təşəkkürlər həqiqətən gözəl məlumatlar idi, sadəcə bir məqam qaranlıq qaldı yalnız kişi saç kəsimi etməklə məzun olmaq olmaz? Və yaxudda işləyən zaman yalnız kişi saç kəsimi etmək olmaz?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci

      Salam. Bu sizin işlədiyiniz yerə görə dəyişir. Lakin imtahanlar üçün hər ikisini də bilməlisinizki imtahanı uğurla verəsiniz. ✌🏻🍀

  • @snanqribov-ec5ii
    @snanqribov-ec5ii Před 11 dny +1

    Salam seneti bilib ausbulding oxumadan islemey olar berberxanada

  • @EnivesRamazanova-xn2ir
    @EnivesRamazanova-xn2ir Před 8 měsíci +1

    Salam , video üçün təşəkkürlər. Yoldasim qaynaqcidir. Ona aid Ausbildung olur? Ve bu haqda video cox maraqli olar bizim ucun. 5 illik is təcrübəsi var.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci +1

      Qaynaqçı olaraq da ausbildung peşəsi var. Yoldaşınız bu peşəyə yönələ bilər.✌️🍀

    • @EnivesRamazanova-xn2ir
      @EnivesRamazanova-xn2ir Před 8 měsíci

      @@ausbildungyashami Təşəkkürlər .

  • @synapsreal
    @synapsreal Před 8 měsíci +2

    ikinci 😅

  • @nezerhemzeyev-nl1ig
    @nezerhemzeyev-nl1ig Před 5 měsíci

    Salam qardawim ümumilikde bir kursu 2 il 3il oxuyub bitirdikden sonra, normal ayliq gelirin texminen hansi civarda olur?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 5 měsíci

      Almaniyada min saatlıq maaş 12€ dan başlayır. Ausbildungu bitirdikdən sonra isə bir çox şirkətlər daha yüksək maaş verir. Ama bu işləyəcəyiniz yerə görə dəyişir. ✌️🍀

  • @samireliyev4896
    @samireliyev4896 Před 8 měsíci

    Mebeldə ausbulding etməyi çəkərsiz zəhmət olmazsa ?

  • @elvinabdullayev3487
    @elvinabdullayev3487 Před 8 měsíci

    Hər vaxtınız xeyir. Mənim rejissor sənəti üzrə bakalavr təhsilim var Azərbaycanda. Almaniyada kino və ya televiziya sahəsində ausbildung etmək olur? Olursa, hansı sahəsi üzrə?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 7 měsíci

      Hər vaxtınız xeyir. Sualınız artıq cavablandırılıb ✌🏻🍀

  • @vusaljafar
    @vusaljafar Před měsícem

    Qardash meni devet edirler ama ausbuildingsiz deyirler gel ish bizlikdi berber olaraq, turist olaraq gel berber olaraq ishe bashla ve mudir ish izni verecek, onuda auslanderbhodeye apar 3 il zaman baximindan qabaga dus, ne derecede dogrudu ?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před měsícem

      Əgər bununla bağlı təhsiliniz yoxdur mümkün deyil. Aldanmayın bucür şeylərə. Bu yaxınlarda eyni situasiya başqa bir bərbər olan azərbaycanlının başına gəldi və atkaz verdi miqrasiya qurumu. ✌🏻🍀

  • @user-lk5fn8fi7y
    @user-lk5fn8fi7y Před 3 měsíci

    Ausbulding zamani elave gelir nece elde ede bilerem ? Berberemse eger,qara kimi iwlemek olur ?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 3 měsíci

      Minijob edərək aylıq əlavə qazanc əldə edə bilərsiniz ✌🏻🍀

  • @gismatsakafi
    @gismatsakafi Před 4 měsíci

    Azərbaycan da bərbərlik,dönərçi, elektrik kimi peşələri burada öyrənib gəlmək olar yoxsa yenə orada da Ausbildung etmək lazımdır

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 4 měsíci

      Əgər rəsmi olaraq Almaniyada tanınan bir təhsiliniz varsa(bu peşələr üzrə), bu zaman bir başa işçi kimi viza ala bilərsiniz. Əks halda yenidən təhsil almalısınız ✌️🍀

  • @xalidfarman117
    @xalidfarman117 Před 6 měsíci

    Salamlar. Bank hesabın da mebleq olmaqı mutleqdir ?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 6 měsíci

      Əgər ausbildung maaşınız aşağıdırsa, çatışmayan məbləği göstərməli olursunuz ✌️🍀

  • @nurxansgrli6950
    @nurxansgrli6950 Před 8 měsíci

    Salam gününüz xeirli olsun , Slovakya vizam var 3 aylıq və Almaniyaya gələcəm . Almaniyada olan zaman Ausbildingə qəbul alsam əgər təzədən Azərbaycana gəlib alman vizası almalıyam ? Ya pramoy Ausbildingə qəbul aldığım sənədləri miqrasiyaya versəm oturum verəllər mənə ?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci

      Salam. Bu halla bir neçə dəfə qarşılaşmışam. Azərbaycana qayıdaraq yenidən vizaya müraciət etməyini istəmişdilər. ✌🏻🍀

  • @LaleQuliyeva-xv7zw
    @LaleQuliyeva-xv7zw Před 3 měsíci

    Salam ,yoldasim berberdir A1sertifikati var, ausbildung etme sansi varmi?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 3 měsíci

      Salam. Xeyr, ən az b1 lazımdı ausbildung etmək üçün ✌️🍀

  • @alizae8827
    @alizae8827 Před 4 měsíci

    Oxuduğumuz dönəmdə, eyni ilə işləyə bilirik bərbər kimi?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 4 měsíci

      Bəli, həm işləyirsiniz həm də təhsil alırsınız ✌️🍀

  • @malikxelilli63
    @malikxelilli63 Před 4 měsíci

    Qardaş Məndə Kompüter özəl peşə diplomum var exzel Wortpart bunla əlaqədər oxumağa getmək olar oraya

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 4 měsíci +1

      bu qeyd etdiyiniz programlar bütün peşələrdə istifadə olunan bir programdır. Siz özünüz qərar verməlisiniz ki, hansı peşəyə yönəlmək istəyirsiniz. Misal üçün büromanagement sahəsinə yönələ bilərsiniz ✌️🍀

    • @malikxelilli63
      @malikxelilli63 Před 4 měsíci

      @@ausbildungyashami bu ausbuldınge aitdir?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 4 měsíci +1

      @@malikxelilli63 Bəli ✌🏻🍀

  • @alizae8827
    @alizae8827 Před 4 měsíci

    Salam. depozit olaraq pul qoyulmalıdırmı viza üçün?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 4 měsíci

      Salam. Bu ausbildung təqaüdünə görə dəyişir. Əgər min məbləğdən azdırsa, çatışmayan məbləği 12 aya vuraraq bank hesabında göstərməlisiniz ✌️🍀

  • @nurlannur4950
    @nurlannur4950 Před 8 měsíci

    Polislik barədə heç bir yerdə məlumat tapa bilmirəm. Zəhmət olmasa köməklik göstərərdiz

    • @NoName-rh5hz
      @NoName-rh5hz Před 8 měsíci

      Polislik ausbuildingle olmur. Polis olmaq agir sohbetdi. Vetendas olmalisan... Emioglu ordadi o deyir ozumnen demirem

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci

      Salam. Polislik üçün ausbildung var, lakin xaricdən adam götürülmür. ✌️🍀

  • @huseynismaylov8722
    @huseynismaylov8722 Před 8 měsíci +1

    goresen Barista kimi orda ausbildun eden var?) starbucks deyesen qebul edir

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci

      Bu peşə üçün gastronomie sahəsini seçib oxuya və daha sonra barista kimi işləyə bilərsiniz ✌️🍀

  • @babekibrahimli1325
    @babekibrahimli1325 Před 8 měsíci

    Yanvardan sonra alman dili tələbi qalxacaq deyilir? Rəsmi olaraq təsdiqləyib filan deyən də var. Nə dərəcədə doğrudur?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci +1

      Salam. Ausbildung üçün rəsmi sertifikat olmadan onsuzda qəbul almaq olur. Ama dil bilgisi mütləqdir və ausbildung üçün dil tələbinin qaldırılması mümkün deyil. ✌️🍀

  • @gunayomerova4173
    @gunayomerova4173 Před 8 měsíci +1

    Qadin ustalarda eynidi goresen?12 illik stajim var

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci

      Bəli, eyni peşədir və təhsildə hər şey eyni olur✌️🍀

  • @elmanibrahim4337
    @elmanibrahim4337 Před 8 měsíci +1

    Məndə bərbərəm. Amma heçkim düzgün məlumat vermirdi.

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci +1

      Artıq ətraflı məlumat tapa biləcək hərkəs ✌️🍀

  • @user-md6gt8qg8i
    @user-md6gt8qg8i Před 8 měsíci

    Salam bey necesiz? Gurcustan vetendası ausbıldıng ucun vıza almalıdırmı?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci +1

      Salam. Gürcüstan vətəndaşları Almaniyaya sadəcə turistik olaraq rahat gedə bilirlər. Milli viza üçün (ausbildung üçün alınan viza) mütləq müraciət etməlidirlər ✌️🍀

    • @user-md6gt8qg8i
      @user-md6gt8qg8i Před 8 měsíci

      @@ausbildungyashami tamam cox sagolun meumat ucun😊 men dili oyrenmisem sadece siz otelcilik yoxsa restoran uzre ausbildung meslehet gorersiz? Yeqin azda olsa melumatiniz var hansi faha meslehetlidir

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci

      Peşə seçimi individual məsələdir. Bu hər iki peşə haqqındada video hazırlamışıq kanalda. Hər ikisini də izləyərək fikir edinə bilərsiniz ✌️🍀

  • @user-iy2fe9mw4k
    @user-iy2fe9mw4k Před 8 měsíci

    Bütün ausbildung peşələrinə balansa pul qoymaq lazımdır ?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci

      Salam. Ausbildung zamanı banka pul qoymaq lazım olmur, əgər Ausbildung maaşınız yetərlidirsə. Əgər yetərli deyilsə sadəcə çatışmayan məbləğ qoyulur. ✌️🍀

  • @SebuhiNeziyev
    @SebuhiNeziyev Před 7 měsíci

    Bank hesabinda mebleq ne qeder olmalidir ?

  • @ResadNesirov-hr1px
    @ResadNesirov-hr1px Před 26 dny

    SALAM BERBER KIMI AZERBAYCANDAN GETMEK OLURMI BANK HESABI QOYMALIYIKMI ?

  • @ziyacfrov4343
    @ziyacfrov4343 Před 4 měsíci

    Hesabda nəqədər pul göstərmək lazımdır?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 4 měsíci

      Bank hesabı sizin ausbildung zamanı alacağınız brutto məbləğə görə hesablanır. Çatışmayan məbləği 12 aya vuraraq bank hesabında göstərməli olursunuz ✌️🍀

  • @pervanebagrova651
    @pervanebagrova651 Před 8 měsíci

    Qadinlar ucunde peseler cekinde

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci

      Salam. Səhifədə olan peşələrin çoxu həmçinin qadınlar üçündür. Ama yenə də daha fərqli peşələr haqqında videolar olacaq. İzləmədə qalın ✌️🍀

  • @ramobagaliyeva8648
    @ramobagaliyeva8648 Před 8 měsíci

    Qadın salonunda işlemek serf eder göresen mene?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci

      Əgər bu işdə yaxşısınızsa, təbiiki sərf edər ✌🏻🍀

  • @guneltagiyeva8940
    @guneltagiyeva8940 Před 8 měsíci

    Salam Berlinde berberlik üzre ausbulding etmek olar?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci

      Salam. Təbiiki olar. ✌️🍀

    • @guneltagiyeva8940
      @guneltagiyeva8940 Před 8 měsíci

      @@ausbildungyashami çox saq olun 1illik pewe tehsıkın alıb oglum praktıkanıda usta yanında öyrenıb indi hal hazrda hem kursa gedr dil üçün hemde işleyir berber işinde .diplomunuda alıb tercume tesdıq etmışık dili öyrensin inşallah aprel ayında getmek isteyır .Allah işinizi avand elesin

    • @guneltagiyeva8940
      @guneltagiyeva8940 Před 8 měsíci

      @@ausbildungyashami 3 illik ausbıldung tehsılını usta kımı gelırse tehsıllı diplomlu az muddete yekunlawdıra bıler?

  • @elviranva9613
    @elviranva9613 Před 5 měsíci

    Heftede 1gun ev dedi oglan 2gun evdi

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 5 měsíci

      Təşəkkür edirəm təcrübənizi paylaşdığınız üçün. Lakin videoda da istirahət günü 2 gün qeyd edilib. Sadəcə işlədiyi yerin həftədə bir gün bağlı olduğunu qeyd edib. ✌🏻🍀

    • @elviranva9613
      @elviranva9613 Před 5 měsíci

      @@ausbildungyashami friseur diplomlarinim tesdiqi ile bagli video cekseniz super olardi.Universitetler aydindi lakin peshe mekteblerinin diplomlarida bildiyime gore kecerlidir o barede video cekin zehmet olmasa.
      Bu beyde bu haqqda melumati olmamis olmaz

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 5 měsíci +1

      @@elviranva9613 Diplom tanıtdırmaqla bağlı detallı video olacaq ✌🏻🍀

  • @ze.ro.666
    @ze.ro.666 Před 8 měsíci

    2:12 ci deqiqe. Cixiram videodan. Izlemeye ehtiyac qalmadi 😂

  • @NurikBaghirov-hk7dp
    @NurikBaghirov-hk7dp Před 8 měsíci

    Tural qardas siz qadin sacini öyrenib getmisdiniz yoxsa?

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci

      Xeyr, sadəcə kişi saçını. Digər şeyləri məktəbdə də öyrədirlər 👌

  • @user-md6gt8qg8i
    @user-md6gt8qg8i Před 8 měsíci

    Ilk defe gelende qardas ozu alib qebulu sistem qastronomiya ozre yoxsa sirket ile?

    • @arizabdullayev7051
      @arizabdullayev7051 Před 8 měsíci

      Çox ehtimal şirkətnən alib, şirkət daha məsləhətlidi

    • @ausbildungyashami
      @ausbildungyashami  Před 8 měsíci

      İlk əvvəl kələk gəldilər və daha sonra özü özünə qəbul aldı…