Bu Şəxslərə Kartof Olmaz...99% İnsan Bilmir

Sdílet
Vložit
  • čas přidán 13. 03. 2024
  • Kartofun çox faydaları və zərərləri var. Kartof Xərçəng xəstəliklərindən qorunmada faydalıdır. Elmi tədqiqatların nəticələri göstərir ki, kartof tərkibindəki yüksək miqdarda flavonoid, karotinoid və fenol turşularının hesabına antioksidant təsiri göstərir. Bu maddələr qaraciyərdə və yoğun bağırsaqda əmələ gələn xərçəng hüceyrələrinin inkişafını deaktivləşdirir. Qırmızı kartofun tərkində isə ağ kartofa nisbətən antioksidantlar 3 4 dəfə çoxdur. Əminəm ki bu videodan sonra mənə çox sağol deyəcəksiniz. Dəyərli İzləyicilər bu kimi videoların davamı üçün videomuzu bəyənməyi və şərh yazmağı unutmayın. Kartof bədəndəki qara ləkələrin aradan qaldırılması üçün, quru dərilər üçün, üzdəki istənməyən qırışlar üçün istifadə olunur. Bundan əlavə, kartof saçlara parlaqlıq verir və canlı görünməsinə imkan yaradır. Göz ətrafındakı bənövşəyi və qara halqa meydana gəlməsinin qarşısını alır və dərinizi təmiz saxlayır. Çiy kartof, qəbizlik, ürək yanması, ürək bulanması və həzm kimi bir çox həzm sistemi xəstəliklərinin müalicəsi üçün isifadə edilə bilər. Kartof Qanda şəkərin miqdarına nəzarət üçün faydalıdır. Kartofun tərkibindəki stabil nişasta bağırsaqlarda faydalı bakterial floranın inkişafı üçün əlverişli materialdır. Alimlər bu nişastanın qanda şəkərin miqdarına daha yaxşı nəzarət edilməsinə şərait yaratdığını təsdiqləyirlər.
    İndi isə Kartofun bilmədiyiniz ziyanları haqqında danışacam.
    İrsi xəstəlikləri olan insanlarda kartof istehlakına xüsusi diqqət yetirilməlidir. İnsulin müqavimətinə gəlincə, kartofda nişasta olduğundan diabet xəstələri diqqətli olmalıdırlar. Xüsusilə həddindən artıq yağda qızardılan kartof istehlakı çəki problemlərinə səbəb olur.
    Kartof allergiyası da ümumi allergiya növüdür. Əgər kartof yedikdən sonra bədəninizdə qaşınma və ya hər hansı digər anormallıq hiss edirsinizsə, mütləq mütəxəssisə müraciət etməlisiniz. Xüsusilə qızardılmış formada üstünlük verilən kartof bu şəkildə istehlak edildikdə həzm sisteminə zərər verir və həzmsizliyə səbəb olur. Qızardılmış kartofun ən dəhşətli zərərlərindən biri damarlara verdiyi zərərdir. Kartof arterioskleroza səbəb olur və hətta uzun müddətdə damarların tıxanması və bu səbəbdən insultlara səbəb ola bilər. Cücərmiş kartofun zərərli olmayacağını düşünərək istehlak edən insanlar çoxdur. Təəssüf ki, kartof bu şəkildə istehlak edildikdə özü ilə bir çox sağlamlıq problemi gətirir.
    Əgər belədirsə,yeməyin. Kartofda baş verən cücərmə və ya yaşıllaşma kartofun bütün qida tərkibini pozur. Qidalanma tərkibi pisləşmiş kartof, Başgicəllənmə, mədə qıcqırmaları və ürəkbulanma, qusma, ishal, boğazda yanma hissi, eləcə də baş ağrısı kimi bir sıra zərərlərə səbəb olur. Həzm sistemini pozmamaq üçün cücərmiş kartofu heç vaxt istehlak etməyin. Kartof istehlak edərkən nəzərə alınmalı olan başqa bir şey, solanin miqdarını artırdığı üçün onu soyuducuda saxlamamaqdır. Kartof bişirməyin ən sağlam yolu buxarda və ya peçdə bişirməkdir.
    kartof, kartofun faydaları, kartofun zərərləri, kimlərə kartof olmaz

Komentáře • 7