Xaçmazlı bağban 200-dən çox xarici meyvə növü yetişdirib | Baku TV |

Sdílet
Vložit
  • čas přidán 5. 12. 2021
  • Xaçmazlı bağban 200-dən çox xarici meyvə növü yetişdirib | Baku TV | #bakutvofficial
    İxtisasca aqronom olan Xaçmaz rayon sakini Qurban Qəribov 35 ildən çoxdur ki, həyətində yerli meyvə sortları ilə yanaşı, müxtəlif xarici bitki növlərini də yetişdirir. Hazırda onun bağında 200 növdən çox xarici meyvə mövcuddur. Təsərrüfatında yetişdirdiyi belə ağaclardan biri də konfet ağacıdır.
    Məhsul qeyri-adi dadına, rənginə və formasına görə heç bir meyvəyə oxşamır. Bitkinin vətəni əsasən Cənub-Şərqi Asiya olsa da, daha çox Yaponiya, Çin, Hindistan və Almaniya, Koreya kimi ölkələrdə də yetişdirilir.
    Təcrübəli bağban bildirir ki, ağac iyul ayında çiçək açsa da, meyvələrin yetişməsi dekabra təsadüf edib. Maraqlısı da odur ki, şaxtaya çox davamlı olan bu bitkinin meyvələri ağacın üzərində hətta mart ayına qədər qalır.
    Ağacın qəhvəyi rəngli meyvələrinin tərkibini təxminən 35-40 faizini şəkər təşkil edir. Elə buna görə də bu meyvələr dünyanın ən şirin meyvəsi kimi tanınır.
    Qeyd edək ki, bu meyvələr təkcə çay içmək üçün və ya çərəz kimi istifadə edilmir. Onun həm də müalicəvi əhəmiyyəti var: nəfəs yollarının iltihabı, əsəb pozğunluğu, yoğun bağırsaq, öd kisəsi, mədə və böyrək xəstəliklərinin müalicəsində effektiv təsirə malikdir. Tərkibində faydalı maddələr, o cümlədən, qlükoza, protein, saxaroza, fruktoza, kaliumnitrat mövcuddur. Meyvə ölkəmiz üçün nadir bitkilərdən sayılır.
    ________________________________
    Pulsuz Elanlar: www.tut.az
    Twitter: / bakutvofficial
    Facebook: / www.baku.tv
    Instagram: / bakutvofficial
    Tiktok: vm.tiktok.com/bakutvofficial
    ************
    2018/2021 © All Rights Reserved ℗ Baku TV
    #BakuTv #Azerbaycan #trend

Komentáře • 37

  • @adilabdullayeva1905
    @adilabdullayeva1905 Před 2 lety +17

    Halaldı Qurban kişiyə kanfet ağacıda əkibdi əsil bağban Qurban kişidi İnşallah Xaçmaza gedəndə Qurban dayımgilədə gedəcəm meyvələrindən yeyəcəm.

  • @user-bq4hb9qb2p
    @user-bq4hb9qb2p Před 2 lety +9

    Fikirlesdim sevdiyim kanfetdi.Mende ekim.Cayla icim....☺☺☺

  • @ilqarabbasov4367
    @ilqarabbasov4367 Před 2 lety +5

    Əlinə sağlığ dayı.

  • @user-sq3rs5jt3i
    @user-sq3rs5jt3i Před 2 lety +4

    Машаллах

  • @umidismayilov1894
    @umidismayilov1894 Před 2 lety +3

    Super konfet

  • @plovlog2334
    @plovlog2334 Před 2 lety +2

    Afərin. Halal olsun. Uğurlar.

  • @user-hh1fl8jq4l
    @user-hh1fl8jq4l Před 28 dny

    AFƏRIM UQURLAR ARZU EDIRIK 👍

  • @zibeydaalakbarova1557
    @zibeydaalakbarova1557 Před 2 lety +3

    Salam Qurban kişi,halaldı sizə.Yəqin ki siz başa düşürsünüz ki sizin növbəti addımınız bu ağaçı heç olmasa hələlik Xacmaz rayonunda artirmaqdir.Mən də məktəbdə oxuyanda aqranom olmaq istəyirdim çox qözəl sənətdir.Heyif ki demədiz daha hansı qeyri adi ağaclar var sahənizdə . Bərəkətli olsun.Mən sizə təklif edirəm avokado 🥑 agaçinida sınaqdan kecirəsiniz. Mən balkonda onu boyuudürdüm üç il yaşadi ançaq dibçəkdə 🌲 düzqqün deyil.Çox qözəi ağaçdi.Mənçə sizdə alınar .Allah koməyiniz olsun

  • @user-yt5yc1rc8s
    @user-yt5yc1rc8s Před 2 lety +2

    Bəh-bəh məndə ondan dadmaq stərdim

  • @iradeqeribova1117
    @iradeqeribova1117 Před 2 lety +1

    Allah yadımçınız olsun.

  • @user-bo6pp5im8s
    @user-bo6pp5im8s Před 2 lety

    Masallah

  • @sdsnds150
    @sdsnds150 Před 2 lety +2

    kanfet ne.ishe yarayir?

  • @sdsnds150
    @sdsnds150 Před 2 lety +2

    konfet agaci birinci defedir eshisdirem.konfet yani bizim cayla icdiyimiz konfet?

  • @nicatabasov2036
    @nicatabasov2036 Před 2 lety +6

    Bagbanin oglu neydi ala)) nevesi olar fikirleshdim ushaqda atam dedi halaldi sene kishi

    • @Ninish_
      @Ninish_ Před 2 lety

      O mən sinif yoldaşımdı.Qoca kişi onun atasıdı.Yalan demir

    • @iradeqeribova1117
      @iradeqeribova1117 Před 2 lety

      Kişi hər yaşda kişi olmalıdır

  • @tebrizmusdafazade1276
    @tebrizmusdafazade1276 Před 2 lety +1

    SAQOLSUN VETEN VERSEYDILER BIR EKTAR BOW YERIM VAR EKERDIM!!

  • @Ninish_
    @Ninish_ Před 2 lety +2

    Mənim sinif yoldaşım və atası ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @rufatmammadov5112
      @rufatmammadov5112 Před 2 lety

      Salam zehmet olmasa o bagbana deyin bize de o agacdan ekmeye versin ,imkan daxilinde ,tam semimi sozumdu ,elaqe nomresin gonderin yada

    • @Ninish_
      @Ninish_ Před 2 lety

      @@rufatmammadov5112 Salam nömrələrini bilmirəm həm onlar hansısa kəndə yaşayır.

    • @rufatmammadov5112
      @rufatmammadov5112 Před 2 lety

      @@Ninish_ Salam ,eger eledirse zehmet olmasa deyin elaqe qursunlar ,imkan daxilinde 🙏

  • @asimnureddinli5505
    @asimnureddinli5505 Před 2 lety +1

    Kanfet aqacindan isteyen sifariw vere biler.Quban kiwi getirir.

  • @firdovsiorucov8107
    @firdovsiorucov8107 Před rokem +1

    Hər şey yaxşıdır ünvan olsaydı yaxşı olardı...!!!

    • @ehmeddoge
      @ehmeddoge Před 9 měsíci

      Xaçmaz rayonu amudpadar kendi

  • @cavansirkerimov9916
    @cavansirkerimov9916 Před 2 lety

    Vessalam aperatorun cibind bew yuz manat qoy desin ki mualicevidi seher qapiya 70 dene mawin gelecek

    • @iradeqeribova1117
      @iradeqeribova1117 Před 2 lety

      İnsanlıq pulla ilə ölçülmür

    • @cavansirkerimov9916
      @cavansirkerimov9916 Před 2 lety

      @@iradeqeribova1117 sizi aldadiblar ..insanliq pulla olculur ..pulin varsa sennen yaxsi insan yoxdu .