Video není dostupné.
Omlouváme se.

Lütfi Zadə haqqında

Sdílet
Vložit
  • čas přidán 9. 02. 2018
  • Lütfi Zadə (ing. Lotfi Zadeh; əsl adı Lütfəli Rəhim oğlu Ələsgərzadə) - azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. O bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.
    Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir.
    Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır.
    Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəxri baş redaktorudur. Lütfi Zadə Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.

Komentáře • 24

  • @elnurncfova3329
    @elnurncfova3329 Před rokem +4

    Məkanın cənnət olsun dünya şöhrətli alim Lutvizadə Amin. Mən sizin Azərbaycan dövlətini üçün etdikləriniz üçün təşəkkür edirəm. Hüzur içində yat hörmətli alim.

  • @UserUser-us2wx
    @UserUser-us2wx Před rokem +3

    ALLAHU ƏKBƏR ALLAH RƏHMƏT ELƏSİN YERİ CƏNNƏT OLSUN AMİN AZƏRBAYCANIN FƏXRİ.

  • @nicatrehmanov2322
    @nicatrehmanov2322 Před 2 lety +4

    Dahi şəxsiyyət 🇦🇿

  • @agilahmadov76
    @agilahmadov76 Před 3 lety +8

    Dahi Azerbaycanli 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍

  • @ferideheybetova6265
    @ferideheybetova6265 Před 2 lety +8

    FƏXRİMİZ✊❣ONU TANIMAYAN AZƏRBAYCANLI VARSA ÇOX AYIB OLAR . ÇÜNKİ O DÜNYAŞÖHRƏTLİ HƏMVƏTƏNLİMİZ BAKILIMIZDIR

  • @lachimolalaazearmy1821
    @lachimolalaazearmy1821 Před 3 lety +7

    Fəxrimiz💜

  • @ceyhunedadasova8516
    @ceyhunedadasova8516 Před 3 lety +6

    Fexrimiz❤

  • @najibamuradova8596
    @najibamuradova8596 Před 2 lety +4

    Mektebde sagirdlere tanitmaq lazimdir.Onun defn olan yeri ziyarete aparmaq ve nece bir alim oldugunu nesilden nesile oturmek lazimdi Bizim fexrimizdi.

    • @user-of2zw7jq9d
      @user-of2zw7jq9d Před rokem +1

      Onun əsl adı Lütfəli Ələsgərzadədir.
      1921-ci ildə Bakının Novxanı kəndində, iran vətəndaşı Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib.
      Rəhim Ələsgərzadə “Birinci Dünya Müharibəsi” illərində Bakıya köçən iranlı tacir idi. O həm də İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışırdı.
      Lütfəli və atası Rəhim 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşları ilə bağlı qəbul etdiyi qərara görə ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni tərk edib İrana getməli idi. Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəldilər. Lütfəlinin İrana getməsi həyatını 180 dərəcə dəyişdi. Çünki həmin illərdə SSRİ-də kibernetika, informatika, genetika kimi elmlərə qarşı mənfi münasibət var idi və çətin ki, belə mühitdə Lütfəli öz elmi ilə irəli gedə bilərdi.
      Beləcə, o 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək öz vətəninə qayıtdı. Balaca Lütfəli o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdükdən sonra təhsilini Albors məktəbində davam etdirdi. Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil oldu. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən sonra başladı. O, 1964-cü il noyabrın 30-da “Qeyri-səlis çoxluqlar” əsərini təqdim etmişdir. Lütfəli 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişmişdir.
      Atası İranlı×Anası Yəhudi=Bizim Alim?😀😀😀

    • @Oguz_yurdum_Azerbaycan
      @Oguz_yurdum_Azerbaycan Před rokem +3

      @@user-of2zw7jq9d İranlı deyəndə ki, İran Azərbaycanlısıdır da. Təbriz, Ərdəbil, Xoy, Mərənd, Urmiya, Həmədan və s. hamısı Azərbaycan əraziləridir. Bəlkə elə deyil? Ərdəbillidir alimin atası.
      Rəhmətlik vəsiyyətnaməsində özünün Bakıda dəfn olunmasını tələb edib. Yıni vətənində. Arazın o tayı da, bu tayı da Azərbaycandır. Fərqi yoxdur müstəqi olsun, ya müstəmləkə.

  • @bdhshsbdbsb8659
    @bdhshsbdbsb8659 Před rokem +1

    Alim öldü Aləm öldü. Ruhun şad olsun.

  • @bagirovrevan021
    @bagirovrevan021 Před 2 lety +2

    🖤🇦🇿

  • @user-of2zw7jq9d
    @user-of2zw7jq9d Před rokem +1

    Onun əsl adı Lütfəli Ələsgərzadədir.
    1921-ci ildə Bakının Novxanı kəndində, iran vətəndaşı Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib.
    Rəhim Ələsgərzadə “Birinci Dünya Müharibəsi” illərində Bakıya köçən iranlı tacir idi. O həm də İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışırdı.
    Lütfəli və atası Rəhim 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşları ilə bağlı qəbul etdiyi qərara görə ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni tərk edib İrana getməli idi. Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəldilər. Lütfəlinin İrana getməsi həyatını 180 dərəcə dəyişdi. Çünki həmin illərdə SSRİ-də kibernetika, informatika, genetika kimi elmlərə qarşı mənfi münasibət var idi və çətin ki, belə mühitdə Lütfəli öz elmi ilə irəli gedə bilərdi.
    Beləcə, o 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək öz vətəninə qayıtdı. Balaca Lütfəli o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdükdən sonra təhsilini Albors məktəbində davam etdirdi. Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil oldu. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən sonra başladı. O, 1964-cü il noyabrın 30-da “Qeyri-səlis çoxluqlar” əsərini təqdim etmişdir. Lütfəli 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişmişdir.
    Atası İranlı×anası yəhudi = Böyük Azərbaycanlı Alim???)))

    • @sayyarazeynalova1967
      @sayyarazeynalova1967 Před 8 měsíci

      Bəli siz bir çox məlymatları düz yazmısız. Amma atası iranlı olmayıb, qərbi Azərbaycanlı olub. Biz o insanın özündən çox bilə bilmərik. Əgər dəfni üçün Azərbaycanı seçibsə, demək o həqiqətən də Azərbaycanlıdır. Qaldı ki anasına: bəli iyrənc siyasət aparanların səyi nəticəsində bütün yəhudilər heç puç oldular. Amma danmaq olmaz ki bu xalq illərlə bizim içimizdə yaşayıb və bizə qaynayıb qarışıb və bizim xalqı çox seviblər (biz onları bəyənsək də bəyənməsək də) və hər tərəfli xalqımıza hörmət qoyublar. Bu yüksək adam(Lütfizadə) mənim xalqımı seçirsə mən onu gözüm üstə qəbul edirəm. Allah rəhmət eləsin. Lütfizadənin qanı da, canı da, ruhu da Azərbaycanlı olub. Ona görə də burada dəfn olunmağı seçib.

  • @honey-qqq
    @honey-qqq Před rokem +1

    Həqiqətən də, riyaziyyat elmində BÖYÜK işlər görüb.

  • @resoulalizadeh
    @resoulalizadeh Před 2 lety +1

    Part💣💣💣💣

  • @rzarza6091
    @rzarza6091 Před 4 lety +4

    Salam

  • @user-rv7kd2zf9j
    @user-rv7kd2zf9j Před 2 lety +1

    AZERBAYCAN YOX IRAN IRANDA OXUYUB

    • @tahirmmmdli7721
      @tahirmmmdli7721 Před rokem +3

      Iranda oxuması və ya amerikada işləməsi milliensubiyyetin dəyişdirmir.

    • @ilyaasgerova1035
      @ilyaasgerova1035 Před 2 měsíci

      İranda milyonlarla tələbə oxuyub o demək deyilki hamısı alimdir.