Peşə məktəbi, yoxsa universitet: Hansını seçək?

Sdílet
Vložit
  • čas přidán 19. 08. 2021
  • 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə qruplar üzrə ixtisas seçimi artıq başlayıb. Həmişə olduğu kimi, bu dəfə də təhsil ocaqlarına baş vuranların sayı minlərlədir.
    APA TV xəbər verir ki, Respublika ərazisində ali təhsilli şəxslər ümumən 17 faiz təşkil edir. Yəni, hər min nəfərdən yüz yetmişi ali təhsilli sayılır. Qalanları isə ya peşə təhsili mərkəzlərinə üz tutur, ya da əcnəbi ölkələrə.
    Bəs görəsən abituriyentlərin böyük əksəriyyəti niyə peşə məktəblərinə maraq göstərmir? Karyera qurmaq üçün mütləq universitet diplomu lazımdırmı? Suallarımızı təhsil eksperti Kamran Əsədova ünvanladıq: “Bu gün Azərbaycan ailələrində insanların daha çox ali təhsil ocaqlarına meyllənməsinin səbəbi əmək bazarında ali təhsilli şəxslərlə orta ixtisas təhsilli və peşə ixtisas təhsilli şəxslər arasında ciddi fərqlərin olması, eyni zamanda hərbi xidmətdən möhlət kimi məsələlərdə peşə təhsili mərkəzlərinə önəm verilməməsidir”.
    Ekspertin fikrincə, bu gün ixtisas seçimi ilə bağlı müraciət edənlərin bir çoxu sırf hərbi xidmətdən yayınmaq üçün fürsət axtaranlardır. Lakin həqiqətən peşə sahibi olmaq istəyənlər də az deyil. Amma onları da peşə məktəblərinin hazırkı durumu qane etmir: “Azərbaycanda hazırda 107 peşə təhsili müəssisəsi fəaliyyət göstərir ki, onların məzunlarının işlə təminat məsələsi aşağı səviyyədədir. Həmin peşə təhsili müəssisələrinin dördü istisna olmaqla digərlərinin maddi-texniki bazası, avadanlıqları kifayət qədər aşağıdır. Digər tərəfdən isə burada oxumağın hər hansısa üstünlük verməməsidir. Misal üçün, Fransa, Finlandiya və Amerikada 30% vətəndaş peşə təhsili almaqda maraqlı olur. Çünki onlar bilir ki, peşə təhsilini başa vurduqdan sonra o yüz faiz işlə təmin olunacaq”.
    Bəs bizim peşə məktəblərində mənzərə niyə fərqlidir? Şirkət və peşə məktəbləri arasındakı əlaqələr nə üçün zəifdir?
    Kamran Əsədov bunun səbəbini şirkətlərin yeni işçi yetişdirilməsinə maliyyə ayırmamasında görür. Onun sözlərinə görə, işəgötürən və təhsil müəssisələri konkret ixtisaslar üzrə işçi hazırlaşdırmaqda əməkdaşlıq etsələr, həm bu məktəblərdə oxumuş insanlar işsiz qalmaz, həm də əməkçi qıtlığı aradan qalxmış olar: “Necə ki, Azərbaycanda yalnız icbari təhsil 9 illikdir. Biz bu icbari təhsili peşəyə meylləndirməliyik. Sovetlər dönəmində siz məktəbi bitirdikdən sonra ya oxumalı idiniz, ya da işləməli. Mütləq bu ikisindən birini seçməliydiniz. Biz nə etməliyik? İşəgötürən qarşısında, hətta adicə ofisiant, yaxud aşpaz belə olsa, onlara tələb qoyulmalıdır ki, sizin mütləq sənədiniz olmalıdır ki, sənətdə çalışasınız”.
    Qeyd edək ki, dünya təcrübəsində işəgötürənlərin işçilərin 25%-ni mütləq şəkildə peşə təhsillilərindən seçməsinə dair tələb var.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: czcams.com/users/APAGROUPOffic...
    Copyright © APA TV
    #apatv #apaxeber

Komentáře • 27

  • @qazieli044
    @qazieli044 Před 3 lety +6

    Dayanacaqlarda odeme terminalarini cekmisdiz hacan paylasacaqsiz??

  • @konul2537
    @konul2537 Před 2 lety +12

    hamısından yaxşı peşə təhsilidir universitet qurtaranlar işsiz qalıb

  • @FOOTBALLRONALDO543
    @FOOTBALLRONALDO543 Před 3 měsíci

    Yüksək peşə təhsilində hansı ixtisaslar var?

  • @arzukerimova5338
    @arzukerimova5338 Před rokem +2

    Kamran mellım duz danısır avandlıq zeıf praktıka yox derecede Gırmek ıstıyenler maraqlansınlar. Harda praktıka gucludurse oranı secsınler hamsı pese telebatlıdırsa onu secın

  • @sugarmen607
    @sugarmen607 Před rokem +3

    Ali təhsildən başqası yalandı (mən unidə oxumuram)

  • @aytenqasimova8608
    @aytenqasimova8608 Před 2 lety

    salam sehadetname ile mumkundur?

  • @Aylin_Hesenova3_
    @Aylin_Hesenova3_ Před rokem +1

    Lənkaran peşə liseyində isteyidim ixtisası tapa bilmirəm axırda kursa gedirəm

  • @aqsinferecov8329
    @aqsinferecov8329 Před rokem +1

    Salam Peşə məktəbinə qəbul olmaq üçün attestat lazımdlı yoxsa universtet bilən varsa desinde.

    • @SeferovELi
      @SeferovELi Před rokem

      Atestat ve ya 9dan Getmekcun Sehadetname

    • @yyyyyzz111
      @yyyyyzz111 Před rokem

      @@SeferovELi Salam Orta Mektebin Qiymet Önemlidi peşe mektebine ?

    • @SeferovELi
      @SeferovELi Před rokem

      @@yyyyyzz111 yuksek pese tehsili ucun he.yaxsi pese ucun vacibdi

    • @yyyyyzz111
      @yyyyyzz111 Před rokem

      @@SeferovELi Meselen Menim qiymətim 3 olsa Orta Mektebde Peşe mektebine Qebul edecekler meni ?

    • @SeferovELi
      @SeferovELi Před rokem

      @@yyyyyzz111 qebul edirler ama baxir hansi peweni secmeyin yuksek peseni secsen men bilen qebul olmursan

  • @IlgamIlham-ly5gw
    @IlgamIlham-ly5gw Před rokem +2

    salam pesə məktəbi əsgəri saxlayirmi? bilən desində bizəhmət!

  • @zhmtkesana6264
    @zhmtkesana6264 Před 2 lety +2

    O x u m a y ı n iş tapmaq çətindi