ÖMÜRLÜK MƏHBUS: Elçin Əmiraslanovu niyə əfv etmirlər?

Sdílet
Vložit
  • čas přidán 7. 09. 2024
  • #məhkəmə #paylaş #bəyən
    Ömürlük azadlıqdan məhrum edilmiş keçmiş “OMON”çu Elçin Əmiraslanov 1996-cı ildə Ali Məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. O, 1995-ci ilin martında baş vermiş “OMON hadisələri”nə görə həbs edilərək, dövlət çevrilişinə cəhddə və digər ağır cinayətlərdə təqsirləndirilib.
    1997-ci ildə Azərbaycanda ölüm hökmü ləğv olunub. Bu səbəbdən E.Əmiraslanovun cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.
    Sonradan E.Əmiraslanov məhkəməyə müraciət ünvanlayaraq cəzasının 20 illik həbslə əvəz edilməsini və azadlığa buraxılmasını istəyib. Hətta bununla bağlı türmədə aclıq aksiyası da keçirib. Lakin məhkəmə müraciəti təmin etməyib. Elçin Əmiraslanov artıq 21 ildən çoxdur həbsdə saxlanır, onun müxtəlif ağır xəstəliklərdən əziyyət çəkdiyi bildirilir. Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş E.Əmiraslanov və ailəsi hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməliydi.
    Kanala dəstək üçün bəyənib paylaşmağı, yeni yaratdığımız teleqram kanalına abunə olmağı unutmayın lütfən!
    t.me/TimeTVAze...

Komentáře • 387