Aygün Bəylər - Tut ağacım

Sdílet
Vložit
  • čas přidán 5. 09. 2024
  • Söz: Zakirə Allahverdiyeva
    Musiqi: Aygün Səmədzadə
    Aygün Səmədzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat üçün:
    Wikipedia: az.wikipedia.o...
    Facebook: / aygunsamedzadeh
    Instagram: / aygunsamedzade
    Spotify: open.spotify.c...
    Apple Music: / aygün-səmədzadə

Komentáře • 607

  • @ismayilceferov8963
    @ismayilceferov8963 Před 8 měsíci +435

    Ölüm xəbərini eşidib dinləməyə gələnlər sizədə Salam olsun. Gözəl sənətkar idi. Belə sənətkarları itirdikcə yavaş-yavaş yaşlandığımı hiss edirəm. Allah rəhmət eləsin.🥀

  • @nurpasa5396
    @nurpasa5396 Před 8 měsíci +815

    Ölüm xəbərini eşidən kimi bu mahnıya qulaq asıb ağlamaq keçdi könlümdən ( Allah sənə rəhmət eləsin sənətkar ....

  • @serxanhesenzade7827
    @serxanhesenzade7827 Před 8 měsíci +95

    Tut ağacının qolu, budağı sındı, yarpaqları soldu... 😢 Niyə belə tez getdin Sənətkar?! ... Ruhun şad olsun. Allah rəhmət eləsin. Xalqın sevimli artisti olub "Əməkdar artist" olaraq dünyadan köçən, Qəlblərdə taxt tac quran Sənətkar! 🖤🥀

  • @baharosmanl3518
    @baharosmanl3518 Před 8 měsíci +214

    Uşaqlıq xatirələrimiz, ən gözəl çağlarımız, sizin gözəl səsinizdə, o tut ağacının altında qaldı.İtiririk, əzizlərim!Həqiqi sənətkarları itiririk..
    Musiqiçi doğulanları itiririk.Məkanınız Cənnət, ruhunuz şad olsun!ölməz sənətkarımız Aygün xanım🙏

  • @kids_tv222
    @kids_tv222 Před 8 měsíci +120

    Uşağlığımızın tut ağacı qurudu artıq. Allah sizə rəhmət eləsin Aygün xanım

  • @fexriquluzade8061
    @fexriquluzade8061 Před 4 měsíci +7

    heyif Hər gün Dinləyirəm Allah rəhmət eləsin Bəhram Məllim demişkən Tut Ağacımız getdi

  • @user-io7vt3di1d
    @user-io7vt3di1d Před 7 měsíci +24

    В самом начале 90х у моих бабушки и дедушки был в саду большое тутовое дерево. Под его тентью мы все собирались все дяди тети братья и сестры за огромным столом, пили чай, готовили еду. Мы были детьми и поднимались на его ветви. Ели с него. А когда он полностью расцветал растилали огромный лоскут ткани и дядя поднимался на дерево и трусил его деревянной колотушкой. Потом под этим же деревом варили прекрасный дошаб. Шли годы и бабушки с дедушкой не стало. Дерево тоже одряхлело и его срубили. И как будто с этим деревом ушло всё что нас объединяло. Это был стержень нашей семьи. Мы уже не собираемся как раньше. Каждый живёт теперь сам для себя. Жаль. Это были самые поекрасные годы нашего беззаботного детства. Да смилуется Аллах над твоей душой Айгюн ханым, и одарит тебя садами Рая. Мне уже почти сорок лет и слушая эту песню у меня текут слёзы.

    • @mamedova_aygun
      @mamedova_aygun Před 2 měsíci

      У нас было так же только наше дерево было не дома а на даче дедушка бабушка все тёти дяди все семьями собирали тутовник как на видео ,такой же черно белый телевизор ,шашки которые играли мужчины нашей семьи, мне 30 я уехала далеко от дома дерево тоже высохло, бабушки, дедушки, тёти и дяди уже многих нет в живых как и исполнительцы этой прекрасной песни детства но остались наши тёплые воспоминания ❤❤❤

    • @user-cl1xp6pj5f
      @user-cl1xp6pj5f Před 10 hodinami

      Вы прям описали мое детство жаль прошедших лет 😢😔😔Айгунеде Аллах рехмет елесин

  • @mehribanhuseynova1586
    @mehribanhuseynova1586 Před 8 měsíci +82

    Niyə insanlar ölümündən sonra dəyərli olur?😢 Məkanın cənnət olsun Gözəl sənətkar ..

    • @behmeneliyev310
      @behmeneliyev310 Před 8 měsíci +4

      Çünki insan övladı əlində olanlarin qiymətini əlindən getdikdən sonra bilir. Eyni dünyadan köçdükdən sonra əbədi olmadığını anladığı kimi

    • @reyhane8626
      @reyhane8626 Před 8 měsíci +3

      O hemishe bizler űçűn deyerliydi😢

    • @vagifsamadli7034
      @vagifsamadli7034 Před 7 měsíci

      Hər zaman mənim üçün dəyərli olub. Allah rəhmət eləsin.

  • @theaytas
    @theaytas Před 8 měsíci +10

    Bu günə qədər Aygün Bəyləri geyiminə, tərzinə, danışığına, hərəkətlərinə görə qınayan bir toplum ,digər "müğənnilər" kimi olmadığına görə bəyənməyən bir toplum bu gün həyatda olmadığı üçün dəyər verməyə başladı. Həyat belədir,keşhkə bu gün onun əslində Azərbaycan musiqisi üçün necə dəyərli biri olduğunu özü də eşidərdi, daha yüksəklərdə olmalı idi. Həyat belədir,vaxtında dəyər vermək lazımdı, həqiqətən sonra çox gec olur, bu gün bir daha anladım. Allah sənə rəhmət eləsin dəyərli sənətkar!

  • @aygunbabayeva8673
    @aygunbabayeva8673 Před měsícem +1

    Ölümünə belə həsəd aparılası sənətkar! Məkanın cənnət olsun !😔😔😔😥😥😥

  • @user-bu1bo6fq3o
    @user-bu1bo6fq3o Před 8 měsíci +13

    Vəfat etdiyini eşitdim. Kədərləndim. İndi ağlayaraq ifasında bu mahnını dinləyirəm. Sənət səmasında parlayan bir ulduzu itirdik. Bu mahnını daha heç kəs onun kimi ifa edə bilməyəcək.😢😢😢

  • @neyroqrafikasever
    @neyroqrafikasever Před 8 měsíci +12

    Bu dünyadan Aygün Bəylər də keçdi....😔
    Xatirələr dönməz olub.....
    İndi yoxsan o göylərdə,əlçatmayan ulduz kimi.

  • @browin22
    @browin22 Před 8 měsíci +12

    Bu mahnıya qulaq asanda rəhmətlik nenem yadıma düşür hemişe Allah sizede rehmet elesin Aygün xanim😢

  • @ayteneliyev4821
    @ayteneliyev4821 Před 6 lety +87

    Heyetmizdeki tut agaci ,babam dusur yadima.tut cirpmag merasimleri olurdu.mene nece neheng gelirdi o agac.bu mahniya qulaq asanda babamcin darixiram.Allah sene rehmet elesin

    • @mursalzamanov8320
      @mursalzamanov8320 Před 5 lety +5

      Eyni hissləri məndə yaşamışam.Bu mahnı insanı kövrəldir, xəyallara daldırır. Bizim də həyətdə uca tut ağacı vardı, uşaqlığımın şahidi...

    • @cpt.humbatov
      @cpt.humbatov Před 4 lety +3

      bire bir eyni xatireler canlanir adamin gozleri onunde ehh Allah cemi dunyadan kocenlere rehmet etsin qalanlara can sagligi versin

    • @user-mg5be1of5s
      @user-mg5be1of5s Před 3 lety +2

      Allah rəhmət etsin. Amin 😒

    • @akifislam7426
      @akifislam7426 Před 3 lety +1

      @@cpt.humbatov ÂMİN.

    • @gunay_huseynova.
      @gunay_huseynova. Před rokem +1

      😢😢😢

  • @cavidandedebeyli181
    @cavidandedebeyli181 Před 8 měsíci +5

    indi nə o tut agacı yoxdu.nə də ətrafına yıgışan əzizlərimiz.bizə qalan ancaq xatirələr və göz yaşıdı...

  • @user-cl1xp6pj5f
    @user-cl1xp6pj5f Před 10 hodinami

    Ushag olanda esebleshirdim Aygunu sevmirdim boyudukce anladim o yangin sesini o mohteshem ifalarni cox sevdim heyif cavan yashindan Allah rehmet elesin sene gozel senetkar😔😔😔

  • @rashadkazmow3881
    @rashadkazmow3881 Před 2 lety +183

    08.01.2022
    Ümid edirəm bir neçə illər sonra bu musiqi və bu şərhim qarşıma çıxar, Allah can sağlığı versin nənəmə də babama da həyətdəki tut ağacına da, evdəkilərin hamısına)

  • @user-cj6ni8mb9c
    @user-cj6ni8mb9c Před 7 měsíci +14

    Много лет назад когда я была молодая услышала эту песню и голос Айгюн, я так сильно прониклась, у меня такое чувство что вернулась назад в детство, у нас во дворе было большое тутовое дерево, второй раз прослушала я плакала……. Спасибо Айгюн тебе за талант, за умение довести песню до глубину человеческой души, низкий поклон тебе Айгюн….. покойся с миром! Аллах Рахмат!

    • @rayastudinskaya2899
      @rayastudinskaya2899 Před 7 měsíci +2

      Айгюн часто приезжала к соседям ее помню с 1997 года ушла на небеса очень жаль она хорошая и порядочная была

  • @leqalinfo6035
    @leqalinfo6035 Před 8 měsíci +30

    Aygün xanımın vəfatı bir jurnalist kimi məni çox kədərləndirdi. Dünyasını dəyişməsi xəbərini eşitdikdə ağlıma "Tut Ağacı" ifası gəldi. Allah sizə rəhmət eləsin Aygün xanım. Dəyərli sənətkar idi. Heyf tez itirdik😢

  • @aytacismayilova3002
    @aytacismayilova3002 Před 8 měsíci +37

    Uşaqlığımı xatırladır bu mahnı.. Məkanın cənnət olsun gözəl sənətkar...

  • @aloshka440
    @aloshka440 Před 8 měsíci +53

    Allah rehmet elesin Aygun xanima.Evezolunmaz sesi ile Azerbaycan musigi tarixinde iz qoyub gedti

  • @ahmetozdemir8210
    @ahmetozdemir8210 Před 3 měsíci

    Ölüm haberini yorumlarda gördüm ve kahroldum....
    Allah rahmet eylesin, yolun ışık olsun.
    Azerbaycan'daki Türk kardeşlerimi böyle güzel ve yetenekli sanatçıları yetiştirdikleri için tebrik ediyorum. Allah Türkü korusun!

  • @Madam33778
    @Madam33778 Před 8 měsíci +24

    Azerbaycan xalqı daha bir sənətkari itirdi.
    İndi yoxsan yuxularda
    Mən gördüyüm dünyam kimi
    İndi yoxsan o göylərdə
    El çatmayan ulduz kimi
    06.01.2024 Aygün Bəylər dünyasını dəyişdi

  • @shadowdarkblue
    @shadowdarkblue Před 8 měsíci +12

    Sən getdin tutlar töküldü, ağac qurudu, kepkalı qız💔

  • @iradealiyeva3437
    @iradealiyeva3437 Před 8 měsíci +3

    Onsuzda bu mahnını dinləyəndə kövrəlirdim heç ağlıma gəlməzdi ki bu dəfə ağlayaraq Aygünə rəhmət yazacağam çox heyif

  • @Turgut2022
    @Turgut2022 Před 2 lety +41

    Bu mahnıya öz möhürünü vurub Aygün Bəylər 🙏🇦🇿🇹🇷

  • @vusalHuseyn1982
    @vusalHuseyn1982 Před 7 měsíci +5

    Zamanında qiymət verin insanlara,
    Zamanında yaxşılara yaxşı deyin...

  • @ibragimliibragimli30
    @ibragimliibragimli30 Před 3 lety +74

    Bu mahni usaqliqimi xatirladr tut cirpardik nenem glde allah rehmet elesin neneme babama cox yeriniz gorunur heyif

  • @lenovok6886
    @lenovok6886 Před 6 měsíci

    Bizim de heyetimizde İki büyük tut ağaçı var idi,, Emimğilinen bir heyetde yaşardık, Emioğlumnan men tut ağaçın üstüne çıxardık, aşağıda da baçılarım emimin qızları böyuk kliyonkaları açardılar, deye ğule tutun budaqlarını çırpardık, aşağıdskılar ise qışqır bağır salardılar, çox xoşbextdiydik, derden problemden uzağıydık, çunki Uşağıydık!,, Artık bu ğun 52 yaşım tamam oldu, indi bu musiqiyi ddinleyirem, ve bir anlık olsada o ğunlere dönurem, Allah Ayğun xanımı rehmet elesin, yaxşı ki var idi, Özude bu mahnı kimi ölmez qalaçaq🇦🇿❤🇹🇷

  • @javidanben-murad
    @javidanben-murad Před 8 měsíci +2

    Nə qəribədir! Uşaq vaxtı heç sevmirdim bu mahnını, ancaq ki indi kövrələrək dinləyirəm, dinlədikcə də uşaqlığımı, acı-xoş xatirələrimi, daha doğrusu, hamıda olduğu kimi nə qədər acı olsa da vaxt getdikcə keçmiş zamanın şirinləşdirdiyi xatirələrimi, ən çox sevdiyim insanı - nənəmi xatırlayıram, xəyallarımda onunla danışıram, görəsən hər hansı məsələyə reaksiyası, məsləhəti nə olardı, bu barədə nə deyərdi deyə özümlə danışıram. 20 il olacaq, hələ də yoxluğu ilə barışa bilmirəm, onun üzünün, səsinin beynimdən silinməsindən qorxuram. İndi bu mahnını eşitdiyim və ya dinlədiyim dövrlərin xiffətini çəkirəm. Klipinə düzgün şəkildə indi baxıram, diqqət edirəm, sözlərinə də. Həqiqətən təsirli imiş, mənə də təsir edibmiş. Qəbri nurla dolsun Aygün xanımın da.

  • @zanganlimajnun8044
    @zanganlimajnun8044 Před 8 měsíci +7

    Allah rəhmat eləsin, Aygün Xanim, hər kəs ağlayir, Tut Ağacida ağlayir 😢😢

  • @agasalimov9710
    @agasalimov9710 Před 8 měsíci +14

    O gun hansi seyfede paylasmisdilar Aygun xanimi. Bele bir serh yazdim ki cox isdeyirem senetkara xalq artisti adi verilsin bu xanim buna layiqdi. Heyf ureyimde qaldi hem menim hemde Aygün xanimin. Allah rehmət elesin. Bu gün usagligimizin tut ağacı qurudu😢

  • @leylamehdi1623
    @leylamehdi1623 Před 8 měsíci +8

    06.01.2024 💔😢😢😢😢😢
    Makanın cənnət olsun gerçək Xalq sənətkarı.
    Çox tez getdin

  • @meleklerseherirehmanova116
    @meleklerseherirehmanova116 Před 8 měsíci +12

    Nə vaxt bu mahnını dinlədiyimdə uşaqlıq illərimi xatırlayıb gözlərim dolurdu amma bu gün sənə görə gözlərim doldü gözəl sənətkar Allah sənimrəhmət eyləsin🥺😔

  • @user-bg8th2tu5o
    @user-bg8th2tu5o Před 8 měsíci +12

    Aygün bəylər sən həmişə yaşayacağsan qəlbimizdə Allah sənə rəhmət eləsin😥😥🤲🙏

  • @RaminKerimov-gg4wi
    @RaminKerimov-gg4wi Před 8 měsíci +7

    ALLAH rəhmət etsin iki gündə üç sənətkar. Gülbahar Şükürlü,Vüqar Yusubov, Aygün Bəylər😢😢😢😢

  • @sakhavat_m8826
    @sakhavat_m8826 Před 8 měsíci +16

    Allah rəhmət eləsin Aygün xanım 😢

  • @user-ee9qh1bs2n
    @user-ee9qh1bs2n Před 6 měsíci

    Allah qəni qəni rəhmət eləsin qəbri nurla dolsun məkanı cənnət olsun inşallah Amin

  • @frruxsfrov
    @frruxsfrov Před 2 měsíci +1

    Allah rəhmət eləsin sene Aygün xanım

  • @khadijababayeva8306
    @khadijababayeva8306 Před 8 měsíci +6

    Səsi ilə çoxdan səmalara köçən SƏNƏTKAR🤲🏻ALLAH o dünyanı burdan gözəl, rahat etsin🤲🏻HAYIF sənsiz qalanlara, balana...

  • @elvinorucov3896
    @elvinorucov3896 Před 4 lety +24

    Kas o gunler yeniden qayidardi Her weyimi vererdim o gunler ucun

  • @rnahaciyeva3453
    @rnahaciyeva3453 Před 8 měsíci +3

    ALLAH seni rehmet elesin Aygun xanim
    Mende 9 ay öncə 49 yaşında Alim qardaş itirmişəm
    ALLAH sizi rehmet elesin bizdere ve senin yaxınlarına sebir versin

  • @abdullayeva_telli
    @abdullayeva_telli Před 8 měsíci +16

    Bu mahnı mənim uşaqlıq xatirələrimi xatirladır.Həyətimizdəki tut ağacını🥺Allah sizi rəhmət etsin məkanın cənnət olsun Aygün Bəylər.Çox üzüldüm sizin kimi sənətkarı itirdiyimizə🥺🥺🥺

  • @salviaismaylova4546
    @salviaismaylova4546 Před 8 měsíci +3

    Bir gün bu göz yaşlarımın senin üçün axacağını bile bilmezdim. Ölümün mene çox toxundu. Göz yaşlarıma hakim ola bilmirem. Mekanın cennet olsun Senetkar

  • @MrNaxcivani
    @MrNaxcivani Před 8 měsíci +4

    Əgər Aygün həçnə oxumasa idi, bu mahnı ilə Azərbaycan incəsənət tarixində qalardı. Təssüf ki, aramızdan tez köçdü. Allah rəhmət eləsin. Akin!

  • @Elnur_xile10
    @Elnur_xile10 Před 6 měsíci

    Allah rəhmət eləsin dəyərli karifey dəyərli xalq artisti Aygün Xanım 😢

  • @venividivici3622
    @venividivici3622 Před 8 měsíci +19

    Allah rəhmət eləsin,hələ də inana bilmirəm, inanmaq istəmirəm.Gözəl insan, gözəl sənətkar.Məkanın cənnət olsun.

  • @teymuromar2022
    @teymuromar2022 Před rokem +11

    Őz həyətimizdeki tut agacim.Atamla bu agacin altinda usaq vaxti çox oturmuşam.Indi canim atam sen yoxsan,men bôyűyűb tək oturmuşam yanimda ôvladim.Canim ata!

  • @Aliyeffaa_
    @Aliyeffaa_ Před 8 měsíci +5

    Deyesen hamı Aygün bəylərin ölümündən sonra dinləməyə gəlib mahnını biz beləyik ölenden sonra deyər veririk 😢 Allah rəhmət eləsin mekanı cənnət olsun 🤲

    • @sabinadream1025
      @sabinadream1025 Před 7 měsíci

      He mende yorumlara baxıram teze yazilib amma biz hemise burda olanlardan olmuşuq(( Klip menim doğma kendimde çekilib uşaq vaxtı hemise baxıb sevinirdim..nenemgile geden yolları gorende😢

  • @Beyazshukurlu
    @Beyazshukurlu Před 8 měsíci +8

    Bu mahnını və bu sənətkarı mənə babam sevdirmişdi.Həmişə uşaq vaxtı yay aylarında tut ağacının altında dinləyərdik bu mahnını.İndi nə babam var,nə o hündür tut ağacı,nə də Aygün xanım😔😔Xatirələr limanda yaşatdığın pənah yerin....Məkanınız cənnət olsun Aygün xanım!Bəzi insanları itirdikdə istəyirik ki,hamıya başsağlığı verək.Başımız sağ olsun😔

  • @hajidayi703
    @hajidayi703 Před 8 měsíci +3

    Evveller bagda olanda musiqi tam yerine duserdi lezzet verirdi. Indi ama qulaq asanda kovrelirem ancaq . Allah rehmet elesin senetkara .

  • @quliyevsid4263
    @quliyevsid4263 Před 5 měsíci +2

    Tut ağacım, tut ağacım
    Aman yerim, güman yerim
    Xatirələr qanadında
    Yaşatdığım pənah yerim
    Tut ağacım, tut ağacım
    sirli sözüm, aman yerim,
    tut ağacın ucalığı
    de arzuma necə çatım.
    De köksünə neçə çarpaz dağ çəkmişəm,
    Neçə körpə budağını mən əzmişəm.
    Bir gün şirin xatirələr sorağıyla,
    Səni gözləyəcəyimi bilməmişəm.
    De köksünə neçə çarpaz dağ çəkmişəm,
    Neçə körpə budağını mən əzmişəm.
    Bir gün şirin xatirələr sorağıyla,
    Səni gözləyəcəyimi bilməmişəm.
    İndi sənin budağında,
    İz qoymaq müşkül olub.
    Əl çatmayan arzular tək,
    Xatirələr dönməz olub.
    İndi yoxsan yuxularda,
    Mən gördüyüm röyam kimi.
    İndi yoxsan o göylərdə,
    Əl çatmayan ulduz kimi.
    De köksünə neçə çarpaz dağ çəkmişəm,
    Neçə körpə budağını mən əzmişəm.
    Bir gün şirin xatirələr sorağıyla,
    Səni gözləyəcəyimi bilməmişəm.
    De köksünə neçə çarpaz dağ çəkmişəm,
    Neçə körpə budağını mən əzmişəm.
    Bir gün şirin xatirələr sorağıyla,
    Səni gözləyəcəyimi bilməmişəm.
    De köksünə neçə çarpaz dağ çəkmişəm,
    Neçə körpə budağını mən əzmişəm.
    Bir gün şirin xatirələr sorağıyla,
    Səni gözləyəcəyimi bilməmişəm.
    De köksünə neçə çarpaz dağ çəkmişəm,
    Neçə körpə budağını mən əzmişəm.
    Bir gün şirin xatirələr sorağıyla,
    Səni gözləyəcəyimi bilməmişəm.
    Səni gözləyəcəyimi bilməmişəm.
    Səni gözləyəcəyimi bilməmişəm

  • @turalabbasov7004
    @turalabbasov7004 Před 4 měsíci

    Bizim Evin Tut ağacı ANAM idi. Həm şirin, həm gözəl, həmdə onun varlığı sanki bir tut ağacının kölgəsini xatırladır mənə. Canım Anam Sənsiz necə darıxmışam. Bir gün şirin xatirələr sorağı ilə səni gözləyəcəyimi bilməmişəm. Dəcəllik edib sözünü eşitmədiyim vaxtları xatırlayiram. Nur üzlü ANAM indi Sənin paltarlarını qoxlayıb gözlərimi yumuram səni xəyal edirəm ANA. 😢😢😢

  • @user-fi3lt8er2v
    @user-fi3lt8er2v Před 7 měsíci

    Ин ша Аллагь,она в Раю,частицу даши дарила она людям,столько радости приносила,всю себя отдавала искусству

  • @user-cm4nx5tb6d
    @user-cm4nx5tb6d Před 8 měsíci +5

    Uşaqliğimin en gözel mahnilarindan biri. Allah rehmet elesin gözel senetkari. Mekaniz cennet olsun.

  • @user-mg5be1of5s
    @user-mg5be1of5s Před 3 lety +41

    Tut ağacı... Uşaqlığım, Nənəm və Babam. Səhərlər mən şirin yuxuda ikən onların bağa düşüb ağacdan tut yığıb, evə gəlib nənəmin şirin səsilə məni oyadıb tut yedirtməyi... Bilsəydim o dünyalara bədəl səsə daha çox qulaq verərdim. Dünyada məni əvəzsiz, tam qarşılıqsız, təmənnasız, məni məhz mən olduğuma görə sevən, bəsləyən gözəl Nənəm. Əllərimi ovucunun içində böyüdən, heç ürəyimi qırmayan, xoşbəxtliyim, üzümdəki lap kiçik təbəssümə görə belə canını fəda edən özü də, ürəyi də pambıq Nənəm... 😔 biz xəstələnəndə tez özünü yetirən, bütün fikri-zikri ancaq övladları, nəvə-nəticələri olan, sevincimizlə fərəhlənib, kədərimizlə üzülən mələk Nənəm. Kaş əlimdə ola, Onsuz dünyada heç yaşamayam.
    Nənələri yanında olan nəvələr, nənələrinizin qədrini bilin, saysız-hesabsız suallarını təmkinlə cavablandırın, Allah uzun ömür bəxş etsin, gün gəlir insan 1 tək sualına belə həsrət qalır 😔 yanınızda ikən doyunca öpün bağrınıza basın 🤗

    • @cavid6251
      @cavid6251 Před rokem +2

      Nece gozel yazmisiz anlatmisiz kovrelmemek mumkun deyil.

    • @user-mg5be1of5s
      @user-mg5be1of5s Před rokem +1

      @@cavid6251 bugün uşaqlarıma ağacdan tut dərəndə yenə nənəmin babamın mənimçün tut yığmaqları yadıma düşmüşdü, şərhiniz tam zamanında gəldi, yenidən bu mahnıya qulaq asıb nostalji hisslər yaşadım 🙂

    • @cavid6251
      @cavid6251 Před rokem +1

      @@user-mg5be1of5s mende isde olturmusdim bekarciliq idi dedim musiqiye qulaq asim. Qarsima bu mahni cixdi komentleri oxuya oxuya mahniya qulaq asirdim.sizin komentinizi gordum cox gozel yazmisiz ))

    • @cavid6251
      @cavid6251 Před rokem +1

      @@user-mg5be1of5s gedim sabah mende heyetden tut yeyim istahim cekdi ))

    • @user-mg5be1of5s
      @user-mg5be1of5s Před rokem

      @@cavid6251 nuş olsun)

  • @mvroyal4141
    @mvroyal4141 Před 8 měsíci +3

    Bu mahnıya evimizdə kimsə qulaq asanda çoxda fərqinə varmırdım, o zamanlar uşaq idim, amma zamanla bu mahnısıyla və digər ifalarıyla sevdim Aygün Bəyləri. Onun hər ifasının öz gözəlliyi vardı, və ən asasıda tut ağacına hər dəfə qulaq asanda uşaqlığım yada düşürdü, və həqiqətən də fikirləşməmişdim ki, bir gün Aygün Bəylərin ölümündən sonra gəlib qulaq asdığım mahnısının altından bu yorumu yazacam😢, bir diləyici kimi çox sevirdim səni həyat amansızdı çox amansız bundan sonra bu mahnıya qulaq asanda uşaqlığımı yox səni xatırlayacam SƏNƏTKAR! Allah sənə rəhmət eləsin, çox heyf səndən😥.Səni uca Allah öz dərgahına apardı, məkanın cənnət olsun, nur içində yat. Sənətə, Sənətkara qiymət verən inanlar səni heç vaxt unutmayacaq çünki sən sənət üçün həyatını, ömrünü qoydun, səni qəlbimdə yaşadacam😢🥀

  • @turkanallahverdiyeva7390
    @turkanallahverdiyeva7390 Před 6 měsíci +1

    Bòyuk senetkar.mekanin cennet olsun😢

  • @user-kr4jw7bn6b
    @user-kr4jw7bn6b Před 8 měsíci +2

    Pərakəndə uşaqlığımın sınıq-salxaq xatirələrində yer tutan "Tut ağacı" həmin anlar mənim üçün adi bir mahnıdan başqa bir şey təşkil etməsə də, zamanla Aygün Bəylərin nə demək istədiyini anladım.
    Onun ömrü də bir tut ağacı idi. Necə çarpaz dağ çəkildiyini, neçə budağının əzildiyini özü, bir də çox yaxınları bilirdi. Dərdlərini də gizlədirdi, xəstəliyini də. Kimsə də onun qəlbinə dəymək istəmirdi.
    Tut ağacı qurudu, qolu-qanadı sındı... Yoxluğu da buz oldu yanağımızda, həm də Azərbaycan incəsənətinin yanağında...
    Allah rəhmət eləsin! Aygün xanım.......

  • @sevdaramazanova1603
    @sevdaramazanova1603 Před 8 měsíci +6

    😢🖤 Ayğün çan sənin tut ağaçin bir şedevr idi bizim ücün. Sən safə insan, ğözəl səsli sənətkar idin. Cox heyif səndən. Allah sənə rəhmət eləsin!🖤😓

  • @vahabhebibov5887
    @vahabhebibov5887 Před 8 měsíci +3

    Aygün xanımın tayı yixdu😢birdə gəlməz bu dünyaya 😢😢heyif gözəl insan uşalığ illərimizi xatırlatır bu mahnı bizlərə

  • @tergulaxmedli2586
    @tergulaxmedli2586 Před 8 měsíci

    SigunSemedzadenin bu eserine Aygun Beyler oz imzasini atib.Allah rehmet etsin.Bu gun Almaxanim Ehmedlinin solo konsetinden tut agacini dinledim.Ozune mexsus bir ifa idi.Onuda beyendim.

  • @ahmedkhanly
    @ahmedkhanly Před 2 lety +17

    “Tut ağacı”
    Söz: Zəkirə Allahverdiyeva
    Mus: Aygün Səmədzadə
    İfa: Aygün Bəylər
    Tar: Firuz Əliyev
    1.
    Tut ağacım, tut ağacım,
    Aman yerim, güman yerim.
    Xatirələr qanadında
    Yaşatdığım pənah yerim.
    Tut ağacım, tut ağacım,
    Sirrli sözüm, anan yerim.
    Tut ağacım, ucalığım,
    De, arzuma necə çatım?
    Nəqarət:
    De, köksünə neçə çarpaz dağ çəkmişəm?
    Neçə körpə budağını mən əzmişəm?
    Bir gün, şirin xatirələr sorağıyla,
    Səni gözləyəcəyimi bilməmişəm.
    2.
    İndi sənin budağında
    İz qoymaq müşkül olub.
    Əl çatmayan arzulartək
    Xatirələr dönməz olub.
    İndi yoxsan yuxularda
    Mən gördüyüm röyam kimi.
    İndi yoxsan o göylərdə
    Əl çatmayan ulduz kimi.

  • @saatli_rayon
    @saatli_rayon Před 8 měsíci

    Bu dünyadan Aygün Bəylər adlı bir sənətkar keçib-getdi...
    Kimsə "böyük sənətkar", kimsə "adi müğənniydi" dedi, biri heç bəyənməyibmiş, başqası vurğun imiş. Sevənlər sevməyənlərə kükrədi, sevməyənlər sevənlərə lağ elədi. Hər dəfə gündəmdə olan hadisələrdə etdiyimiz kimi, heç kim qarşı tərəfi başa düşmək istəmədi...
    Sevənlərin cərgəsində olduğum üçün bir az özümü ifadə etməyə çalışacam, anlayan anlayar, anlamayanlara özüm icazə verirəm: lağ eləməyə davam edin, incisəm o tut ağaclarının yanına gedim...
    Nə ifa tərzinə, nə səsinə toxunmayacam, mənim istədiyim diqqətinizi başqa tərəfə çəkməkdi.
    Bizim illərin (80-90) uşaqları üçün o Aygün Hümbətova kimi, Uşaq Filarmoniyasının solisti olaraq başlamışdı. Nəyə görəsə əvvəllər yadımda "Bənövşə uşaq xoru" kimi qalmışdı, sonra əslini bildim.
    Başındakı qədeşsayağı kepkası, əynindəki şalvarıyla, maskulin görünüşü və davranışı ilə kənd mühitində boğulan qızların da ilham yeri olmuşdu. Dorğusuyla-yanlışıyla bu tərz bir yenilik idi və yenilik də kənd qızları üçün nəfəslik demək idi...
    Tez-tez yeganə olan kanalda görünər, əsasən xalq mahnılarıyla bizi feyziyab edərdi. Səhvim varsa düzəldin: mən onun bir dənə də bayağı mahnı oxuduğunu heç xatırlamıram...
    Sonra o möhtəşəm mahnı gəldi. Artıq yetişkin idik. Hansı il olduğu da dəqiq yadımda deyil, ancaq neçə ildi mənə elə gəlir ki, sanki evimizdən, həyətimizdən, kəndimizdən uzaq düşdüyüm gündən bəri o mahnı mənimlə var.
    Tut ağacım, tut ağacım,
    Aman yerim, güman yerim.
    Xatirələr qanadında,
    Yaşatdığım pənah yerim.
    Nadir kənd həyəti olar ki tut ağacı olmasın, nadir insan olar ki o ağacla bağlı pis-yaxşı xatirəsi olmasın. İnanmırsızsa mahnının CZcams-dakı videolarının altına yazılan rəyləri oxuyun.
    Tut ağacım, tut ağacım,
    Sirli sözüm, anan yerim.
    Tut ağacım, ucalığım,
    De, arzuma necə çatım?
    Tut ağacını tanıyanlar bilir, onda bir nəhənglik, əzəmət var. Adama - xüsusilə də uşaq olanda elə gəlir ki bu ağac dünyadakı bütün sevdiklərini öz kölgəsində toplaya, qol-qanad gərə bilər.
    Nədənsə həm də adama elə gəlir ki, başqasına və ya dünyaya olan bütün hikkəni bu ağacdan çıxa bilərsən və o heç zaman səndən inciməz. Axı o əzəmətlidi, nəhəngdi, sənin uşaq canınla sındırdığın o budaqlarla, qocaman gövdəsinə sancdığın mismarlarla ona nə olacaq ki? Nə biləydik ki, zamanla o şirin xatirələrin sorağıyla axtaranda daha tapa bilməyəcəyik o nəhəngliyi.
    De, köksünə neçə çarpaz dağ çəkmişəm?
    Neçə körpə budağını mən əzmişəm?
    Bir gün, şirin xatirələr sorağıyla,
    Səni gözləyəcəyimi bilməmişəm...
    İndi çoxunuzun həyətində elə bizimki kimi nə o möhtəşəm tut ağacları var, nə tutub sallanacağınız, ya da bıçaqla cürbəcür adlar yazacağınız budaqları, nə yelləncək, nə o sərin kölgə... Bizimkinin yerində qupquru qurumuş kötüyü var idi, o da yoxa çıxıb.
    İndi sənin budağında,
    Bir iz qoymaq müşkül olub.
    Əl çatmayan arzulartək,
    Xatirələr dönməz olub.
    O xatirələr kimi tut ağaclarımız da əlçatmaz olub.
    İndi yoxsan yuxularda,
    Mən gördüyüm röyam kimi.
    İndi yoxsan o göylərdə,
    Əl çatmayan ulduz kimi...
    Ancaq nə yaxşı ki bu dünyada Zəkirə Allahverdiyeva adlı biri bu şeiri yazdı, Aygün Səmədzadə adlı bəstəkar mahnı bəstələdi və Aygün Bəylər adlı bir müğənni bu mahnını o qədər möhtəşəm oxudu ki, nə vaxt səslənsə bütün o acılı-şirinli xatirələr gözümüzün önündən film kimi keçir, qəhər boğazımızda düyünlənir, gözlərimiz dolur-boşalır, sonra üzümüzə təbəssüm qonur.
    İndi bizim yaşıdlar, bizim nəsil, yəni Aygünsevərlər yenə onun diliylə sanki üzümüzü əlimizdən uçub gedən xatirələrimizə tutmuşuq:
    Daima düşünür xəyalım səni,
    Dilimdən düşməyir ismin bir an da.
    Sözümün hər biri bağlanıb sənə.
    Sən mənim nitqimin nida yerisən...
    Əmin olun, bir zaman gələcək siz də hansısa illəri bu cür axtaracaqsız:
    Sanıram daima yanımda səni,
    Tənhalıq zamanı sükut olanda.
    Ürəyim boşluqda hayqıran zaman,
    Sən mənim könlümün səda yerisən.
    Anar Nağılbaz da, Aydın Xırdalanlı, Rəhim Rəhimli də, başqa o nəsildən olan bütün məşhurlar öləndə biz onların şəxsiyyətiylə, sənətiylə birgə həm də ötüb gedən xatirələrimiz üçün pis olmuşuq. Odur ki, insanların emosiyalarını anlayın. Hörmət etməsəniz də olar. Elə-belə, anlamağa çalışın, bəsdi...
    Qəlbimdən çıxara bilmirəm səni,
    Səninlə damarda axır qanım da.
    Könlüm də, canım da fədadır sənə,
    Sən mənim ruhumun qida yerisən..
    Fariz Bayramov

  • @rezavafa100
    @rezavafa100 Před 5 měsíci +1

    Your soul may rest in peace! Your magical and dreamy voice will always be with us.

  • @user-rv1ph1dd1b
    @user-rv1ph1dd1b Před 8 měsíci +3

    Aygün Bəylər siz xallq artisti idiz əməkdar artist yox allah ruhunuzu şad etsin gözəl sənətkar 😢

  • @kamranabbasov720
    @kamranabbasov720 Před 8 měsíci +6

    sadəcə sənəti ilə gündəmdə olan, sağlığında lazımi dəyəri görməyən sənətkar--ruhun şad olsun!

  • @elnurcabbarov2237
    @elnurcabbarov2237 Před 8 měsíci +10

    Sən unudulası bir sənətlar deyilsən, və hər zaman yaşavaqsan. Gözəl sənətkar. 😢

  • @emilsuheyl8296
    @emilsuheyl8296 Před 8 měsíci +5

    Vəfat xəbərini eşidən kimi bura gəldim.Allah rəhmət eləsin,gözəl sənətkarımıza🙏🥀🥀🥀

  • @dfnagac-pt4xo
    @dfnagac-pt4xo Před 8 měsíci +8

    😢😢😢😢😢😢😢😢😢😢çoooox heyif 😢😢😢😢dəyərli sənətkarımız Allah(c.c) min rəhmət eyləsin

  • @Red..Phoenix
    @Red..Phoenix Před 8 měsíci +10

    Allah rəhmət eləsin.Hamımız bir gün öləcəyik ama siz aramızdan tez ayrıldız.Əsas odu əsərləriviz ölümsüzdü.Adınız daima yaşayacaq.Məkanınız cənnət olsun 🙏😥

  • @nikanikkie
    @nikanikkie Před 8 měsíci

    Allah rehmet elesin… tez getdi dunyadan gozel senetkar… biz incesenet dunyasinda istedadlara giymet vermirik. Ozumuz surukleyirik ki toy meclislerinde oxuyanlara cevrilsinler. Azerbaycan istedadi sehnede parlamalidir, oz uzerinre ishlemelidir, pul gazanmag ucun meclisler getmeye ehtiyac duymali deyil. Xaricde bu ses kimde olsaydi ona sponsorlar, layiheler teklifi gelerdi. Ona Xalg artisti adi verilmedi… amma Aygun xanim xalgin senetkaridir. Bu mahni bu ses daim gelblerde galacag!

  • @helenhelen3301
    @helenhelen3301 Před 8 měsíci +5

    Ölməyən ifa,ölməyən əsər,ölməyən səs.

  • @sevincquluyeva8452
    @sevincquluyeva8452 Před 3 měsíci

    Allah rehmet elesin qelbimizde daim yawayacaqsan evezsiz senetkar😢

  • @lileo9534
    @lileo9534 Před 7 měsíci +1

    Can AYGUN can.
    Men bilirem sen nece agrilar cekmisen. İnsan canini qoymaga yer tapmir.
    Menim qardasim kimi...
    7 ay evvel rehmete getdi
    xerceng - den.
    Onunla birlikde men de olmusem.
    NUR İCİNDE YATİN......

  • @AAAA-nv6dj
    @AAAA-nv6dj Před 8 měsíci +10

    Gözəl sənətkar heyrətamiz səs sahibi Allah sənə Cənnətində yer versin. Sən ölmədin sadəcə məkan dəyişdin. Yerini heç kəs doldura bilməz

  • @LL789-y7s
    @LL789-y7s Před 8 měsíci +4

    Incesenet duyamiz kasibladi...😭Allah sene rehmet elesin, Gozel Senetkarimiz!😭 Allah Haqq dunyasini gozel etsin! Allah dogmalarina sebir versin!

  • @afafarhadova6915
    @afafarhadova6915 Před 8 měsíci

    Olum xeberin ewidennen yalniz bu mahnivizi dinlemek gelir elimizden😢. Elvida SENETKAR🥀🥀

  • @Bufer_temiri_sumqayit
    @Bufer_temiri_sumqayit Před 8 měsíci +2

    13 IL Musiqici olmusam. Bu senetkarin olum xeberi meni O qeder aglatdiki sanki oz dogmami itirmisem. Hemin O tut agaci cetin birde bar versin boyuk senetkar.

  • @Birdadimaz
    @Birdadimaz Před 8 měsíci +7

    Allah rəhmət eləsin😢hamımızın uşaqlığı, xatirələri 😔

  • @teraneimranova9147
    @teraneimranova9147 Před 8 měsíci +4

    Gözəl əvəzolunmaz sənətkarın vəfatını eşidən kimi nədənsə bu mahnıya qulaq asıb onun öz səsiylə onu dinləyərək ona ağlamaq istədim.Çoooooox heyfff.Əsl sənətkar .Ürəyimiz bir daha yaralandı.Allah rəhmət eləsin sizə Aygün xanım.

  • @musicmylove3968
    @musicmylove3968 Před 8 měsíci

    bu mahnini esidende hemise kederlenirdim Aygun xanimin vefatindan sora esidendr dayaadan 😢😢😢😢😢😢

  • @user-mw2cn5ge4y
    @user-mw2cn5ge4y Před 8 měsíci +1

    Bu mahnı oxuduqca bibimgil həyətində olan tut ağacı yadıma düşür uşaqlıqda o qədər oynayardıq uşaqlıqımız olan Aygün Xanım Allah sənə rəhmət eləsin!

  • @devetiislam
    @devetiislam Před 8 měsíci +15

    Dəyərli və əsl sənətkarlardan birini də itirdik, Allah sizə rəhmət etsin 🥀😢

  • @user-ox1cm6dg8v
    @user-ox1cm6dg8v Před 7 měsíci

    Gözəl mahnıdır, Allah Aygün xanıma Rəhmət eləsin

  • @Fnafan12373
    @Fnafan12373 Před 7 měsíci

    Dəhşətti bu mahnıya qulaq asıb Aygün üçün ağlamamaq mümkün deyil.

  • @user-ux9qb3cl5x
    @user-ux9qb3cl5x Před 17 dny

    Allah rehmet elesin.ne şanslıdıkı her zaman xatırlanacaq

  • @piterfuad2003axh
    @piterfuad2003axh Před 8 měsíci +2

    Bu mahnı həmişə mənə Agdamda kəndimizdə keçirdiyim gözəl,qaygıslz uşaqlıgımı xatırladırdı.. İndi o illər kimi sən də xatirəyə döndün, saf qəlbli Aygün xanım! Emildən sonra heç gözümün yaşı qurumurdu, səni də itirdik.. Allah rehmet elesin! Gözəl insan, böyük SƏNƏTKAR!

  • @uzeyirsultanov9047
    @uzeyirsultanov9047 Před 8 měsíci +2

    Seher məktəbə gedəndə bu musiqi ile gederdik,necəde saf xoş günlər varıydı ,Allah rəhmət eləsin böyük sənətkara ,bir anlıq uşaqlığa dondum😔

  • @user-mk7jd9kp7d
    @user-mk7jd9kp7d Před 8 měsíci

    omrumde bir defe de olsun ifasini dinlemedim ama.oldukden sonra kesf edib nece gozel senetkar oldugnu ferqina vardim gecdi ama 😢😢 niye insanlari itirdikden sonra qedirini bilirik.... allah rehmet etsin evezsiz senetkar

  • @user-yi5tq2vs2i
    @user-yi5tq2vs2i Před 8 měsíci

    Ölūm xəbərini esidən kimi ilk tut agacim mahnisi yadima dūsdū
    ūm xəbərini

  • @denizden_bir_damla.7203
    @denizden_bir_damla.7203 Před 8 měsíci +4

    İndi tut ağacını dinlədikcə daha da yandıracaq bizi😔

  • @omernebiyev3162
    @omernebiyev3162 Před rokem +5

    Usaqliqda hec sevmirdim bu mahnini. Ama indi yureyim aglaya aglaya qulaq asiram. Atamsiz cox darixiram😢😢

  • @_Nr_313
    @_Nr_313 Před 8 měsíci +2

    Uşaqlıq xatırelerımız en gozel caglarımız, Evezolunmaz sesı ile Azerbaycan musıqı tarıxınde ız qoyub getdı Allah rehmet elesın.

  • @user-re4re4vg1z
    @user-re4re4vg1z Před 7 měsíci

    Bu Insanlar bezileri axi niye sonra olennen sonra ayiliriq ki bele Dahilerimizi itiririk Ozude Emekdar Artist adiyla Xalqin sevimlisi ola ola. 😢❤

  • @POLKOVNIK0
    @POLKOVNIK0 Před 6 lety +18

    Bizim məhlədə tut ağacını kəsiblər... 😢😢

    • @user-mm1yx2nl4w
      @user-mm1yx2nl4w Před 3 lety +1

      Bizdədə, hər dəfə bir qonşu cırpıb aparırdı

  • @hesapgunu6032
    @hesapgunu6032 Před 8 měsíci +1

    bir gun gelen bir gun gedir, hamimiz Allahdaniq ve ona qaydaciq!

  • @ilqareliyev1097
    @ilqareliyev1097 Před 8 měsíci +1

    Bu mahnını sevməyən inanmıramki olsun.Harada eşitsəm dayanıb qulaq asıram.Həmişə seviləcəksən bizim Aygün.Allah rəhmət eləsin.

  • @Sara55-ht8bb
    @Sara55-ht8bb Před 7 měsíci +1

    Hayatın nece fani dünyanın da nece yalan olduğunun bir subutu daha .
    O geder heyif demek le hecne olmur
    Allah rehmet elesin

  • @nsibmmmdxanl1763
    @nsibmmmdxanl1763 Před 3 lety +13

    Gör tut ağacını necə təsəvvür eliyirdə, yaşadır kankret, belə mahnılara qulaq asanda uşaqlar mənə gülür))

    • @cavid6251
      @cavid6251 Před rokem

      O gulernleri dinledikleri yegin damla sebnem kimi qiji mahnilar olar