AZNEFT Sarayının Tarixi

Sdílet
Vložit
  • čas přidán 6. 09. 2024
  • AZNEFT Sarayının Tarixi / Memarlıq Abidələrimiz
    #azərbaycantarixi #tarixdərsləri #abidələrimiz #shorthistory #shorts
    ‪@r.ibrahimov‬
    Azneft sarayı Bakının Azneft meydanında, Niyazi küçəsi, 1-də yerləşir. Bu bina neft milyonçusu Seyid Mirbabayevə məxsus idi. Saray memar Pavel Şternin layihəsi əsasında inşa edilmişdir.
    Mirbabayevin sarayı 1890-cı illərdə tikilmişdir. Binanın ilk sahibi erməni Aramyan olmuşdur. O, qumar oynayırdı və yeni tikilmiş binanı oyunda itirmişdi. Aramyanın həyat yoldaşı zinət əşyalarını satmaqla sarayı xilas edə bilmişdi. Buna baxmayaraq, sonradan Aramyan binanı satmalı olmuşdur. O, evinə müştəri tapmaq üçün Tiflisə yola düşmüşdür.
    Bu zaman varlanmış azərbaycanlı xanəndə Seyid Mirbabayev şəhərdə mülk almaq üçün Hacı Zeynalabdin Tağıyevə müraciət edir. Tağıyev ona dəniz kənarında yerləşən mülkü almağı məsləhət görür. Daha sonra Tağıyev Aramyana tövsiyə məktubu yazaraq Mirbabayevin evi almasına kömək edir. Aramyan binanı satacağı qiymətdən xeyli aşağı təklif edir. O vaxtdan bina yerli əhali arasında “Mirbabayevin evi” kimi tanınır.
    Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra sarayda Britaniya konsulluğu yerləşdirilir. Seyid Mirbabayev Azərbaycanda sovet hakimiyyəti qurulanadək bu binada yaşayır. Sonradan bolşeviklər Seyidin bütün mülklərini müsadirə edirlər və bina “Azneft”in sərəncamına verilir.
    Azərbaycan müstəqillik əldə etdikdən sonra binada təmir işləri aparılmışdır və burada Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yerləşdirilmişdir. Hazırda binada müxtəlif ticarət obyektləri də yerləşir.
    Azneft sarayı ölkə əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

Komentáře •