Bizim Teref "Pirallahi" rayonu

Sdílet
Vložit
  • čas přidán 16. 06. 2020
  • Bizim Teref "Pirallahı rayonu"
    Aparıcı: Murshud Vəliyev
    Operator/Montaj: Tural Teyfuroğlu
    Operator: Valeh Bağırov
    Operator: Emin Musayev
    #Pirallahi #Bizimteref #trend
    Pirallahı rayonu haqqında tarixi arayış
    Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 519-IVQ nömrəli Qanununu 2012-ci il 21 dekabr tarixində imzalamış və Qanun hüquqi qüvvəyə minmişdir. 17 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə V.H.İmanov Bakı şəhəri Pirallahı rayonu İcra Hakimiyyətinin Başçısı təyin edilmişdir.
    Xəzər dənizinin qərb sahillərində yerləşən Abşeron arxipelağının Pirallahı adlanan ən böyük adası burada içməli su olması səbəbindən uzaq keçmişdən insanların yaşayış məskəninə çevrilmişdir. Pirallahı adası Abşeron yarımadasından şərqdə, Xəzər dənizində ən böyük adalardan biridir. Adanın sahəsi 17,56 (1755,49 ha) km2, uzunluğu 12 km, eni 0,2 km-dən 4 km-ə qədərdir.
    Hələ Antik dövr çoğrafiyaşünaslarından romalı Pomponi Mela (I əsr) və yunanıstanlı Klavdi Ptolomey (II əsr) yazırdılar ki, Albaniyanın gündoğanında, Xəzər dənizində içməli şirin suyu olan Talxe adası var (ehtimal olunur ki, bu, Pirallahının tarixə məlum olan ilk adlarından biridir), bol meyvə və tərəvəz yetişən həmin adanın torpağı da, barı da Tanrıya məxsusdur. Demək, o zamanlar ada müqəddəs yer sayılırmış, gəlirlərinin bir hissəsi məbədə, bir hissəsi isə kahinlərə sərf olunurmuş. Ərəb xilafəti dövründə tərtib edilən xəritələrdə Pirallahı adası qeyd olunur. “Pir” sözü hələ V əsr mənbələrində işlənməkdə olan “pirayət” sözündəndir, “ocaq”, “müqəddəs yer” anlamında işlədilir. Pirallahı - yəni Allahın piri, məbədi deməkdir. Ehtimal ki, VII - VIII yüzilliklərdən sonra “Pir” sözünə “Allah”da əlavə edilmiş və ada “Pirallahı” adlanmağa başlamışdır.
    Pirallahı adına ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Görünür sonradan bu qədim ziyarət yeri İslam aləmi tərəfindən də müqəddəs bir yer kimi qəbul edilmişdir. İslam dini özündən əvvəlki səmavi dinləri və kitabları qəbul etdiyindən, İslamdan qabaqkı əsatirlərin, müqəddəs övliya və pirlərin, ibadət yerlərinin sonradan müsəlman ziyarətgahına çevrilməsi orta əsrlərdə bir növ ənənə şəklini almışdı. Beləliklə, aydın görünür ki, Pirallahının tarixi haqqında hələ İslamdan 8-9 əsr əvvəl verilən məlumatlarla adanın adı uyğun gəlir.
    XVIII əsr Rusiya coğrafiyaşünaslığında adanın min illərin dərinliyinə gedən tarixi nəzərə alınmışdı. Pirallahı sözünün rus dilinə edilmiş tərcüməsinə 1723-cü ildə I Pyotrun Xəzərin cənubuna təşkil olunan səfərində iştirak etmiş “Avtronal” yelkənli gəmisinin növbə jurnalında aparılmış qeydlərdə də rast gəlinir. Rus dənizçiləri Abşeron yarımadasına yaxınlaşanda digər adalar sırasında Pirallahını da görmüş, dəniz xəritələrində onun adını rusca “Svyatoy” yazmışdılar. Bu isə “Pir” və ya “Pirallahı” sözünün sadə, lakin düzgün bədii çevrilməsidir.
    ardı:www.pirallahi-ih.gov.az/page/1...
  • Zábava

Komentáře • 76

  • @dosttelekom2880
    @dosttelekom2880 Před 3 lety +14

    Pirallahı son 7-8 ildə abadlaşıb.
    Yəni rayon statusun alandan sonra.
    90 cı illərdə rəhmətlik babam, xalam, dayımgilə gedərdim yayda qalardım.dənizə gedərdik.
    O vaxt pirallahının sosial problemləri çox idi. İndi isə böyük abadlıq və inkişaf var orada.

  • @kokboruturkcuturkiye244
    @kokboruturkcuturkiye244 Před 3 lety +19

    büyük 5 tane otel yapilsin on numara tatil yeri. tüm Azerbaycan’a esenlikler. Karabag tamamen alinacak 🐺🇹🇷🇦🇿🇹🇲🇰🇿🇺🇿🇰🇬🦅🏹

  • @leylamemmedova5415
    @leylamemmedova5415 Před 2 lety +7

    ugurlar size.Rehmetlik atamla biz 4 il orda yasamisik.gordum xatireler yadima dusdu seher seher agladim.Amma heqiqeten cox sag olun.usaqligimin en gozel illerini xatirladim

    • @MurshudVeliyev
      @MurshudVeliyev  Před 2 lety

      Sizlərə gözəl xatirələr yaşatdıqsa Nə xoş bizə 🙏🏻🙏🏻

  • @blkh34
    @blkh34 Před 4 měsíci +1

    Cox gozeldi sakirlik,kucede insan cox azdi,yollar bosdu.Super yerdi

  • @ResetGame13
    @ResetGame13 Před 4 lety +12

    Əjdahasız uşağlar Belə davam eliyin #respectmürşüdvaleh

  • @elvinelizade1648
    @elvinelizade1648 Před 4 lety +10

    Xeyirli-uğurlu olsun bu maarifləndirici verilişiniz !

  • @YAP965
    @YAP965 Před 3 měsíci +1

    Murwud men seninle Fexr edirem...

  • @STTproduction
    @STTproduction Před 4 lety +7

    Xeyirli olsun

  • @eltonzeynalov4149
    @eltonzeynalov4149 Před 4 lety +5

    Ugurlu olsun insallah

  • @STTproduction
    @STTproduction Před 4 lety +15

    Pirallahidan gorek neche like gelecek

  • @elseverbaxisov5281
    @elseverbaxisov5281 Před 4 lety +5

    Xeyrli olsun axirinci yox axarinci olsu insallah uqurlariniz bol olsun

  • @RapperRespect
    @RapperRespect Před 4 lety +6

    Qesey

  • @asimnuroglu3516
    @asimnuroglu3516 Před 4 lety +4

    Axarinci olsun gözlemedeyik

  • @feyyazbeats8764
    @feyyazbeats8764 Před 4 lety +4

    Uqurlar

  • @emin7111
    @emin7111 Před 4 lety +4

    Ugurlu olsun qardashlar 🙏🏻🙏🏻🙏🏻

  • @vefapasayeva3293
    @vefapasayeva3293 Před 4 lety +6

    Her zamanki kimi qesey usaqlar bele davam eliyin uqurlar👏👏

    • @seyyidayxanoyunda5764
      @seyyidayxanoyunda5764 Před 3 lety

      chat.whatsapp.com/CLA8F9g9v3R7LkFkXutFAT SALAM SIZI KARANTIN DÖVRU OLSA BELE İŞLEYEN VE İŞÇISINE DEYER VEREN BIR ŞIRKETLE EMEKDAŞLIQ ETMEYE DEVET EDIRIK. BELE ÇETIN VE IŞ YERLERININ BAĞLANDIĞI BIR VAXTDA BIZ SIZ XANIMLARI DUSUNDUK VE YASI 18-55 ARALIĞINDA OLAN XANIMLARI, TELEBELIRI, VE ELAVE IŞ ISTEYENLERI IŞ SAHIBI EDIRIK. ŞERTLER ÇOX SADE VE ASANDIR. TECRUBE ONEMLI DEYIL BURDA IŞCIYE HERŞEYI ÖZÜMÜZ ÖYREDIRIK. MAAŞ 450+ ARTANDIR. SIZE SADECE IS HAQQINDA MARAĞLANMAQ LAZIMDIR. LINKE TOXUNARAQ VATSAP QRUPUMUZA DAXIL OLUN BIZ SIZE MELUMAT VEREK....

  • @konulsirvanli
    @konulsirvanli Před 4 lety +4

    Sevindim canli izlediyim icin

  • @mecidtarikuliyev2968
    @mecidtarikuliyev2968 Před 4 lety +3

    Xeyirli ugurlu olsun qardawlar !varam sizinle

  • @elnurdadashov123
    @elnurdadashov123 Před 4 lety +5

    xeyrli olsun ugurlar davami gelsin insaAllah 👍

  • @ismayilzulfugarovofficial

    Uqurlar əla👍👍

  • @elgunmirzeyev2095
    @elgunmirzeyev2095 Před 4 lety +4

    Xeyirli olsun ela

  • @ruslanagalarov6257
    @ruslanagalarov6257 Před 4 lety +5

    Qəşəy

  • @trendshow6845
    @trendshow6845 Před 4 lety +4

    Ugurlar

  • @asimnuroglu3516
    @asimnuroglu3516 Před 4 lety +4

    Maraqli alinib ugurlar 👏

  • @faridmaharramov7594
    @faridmaharramov7594 Před 4 lety +4

    Ugurlar qaqalar👍👍👍

  • @TuranTeyfuroglu
    @TuranTeyfuroglu Před 4 lety +3

    Xeyirli uğurlu olsun verilisiniz

  • @xurustt3015
    @xurustt3015 Před 4 lety +4

    👍👍👍👍👍

  • @orkhanabdullazade6517
    @orkhanabdullazade6517 Před 4 lety +4

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @elnurarzumanov3038
    @elnurarzumanov3038 Před 4 lety +4

    Tural bey size ewq olsun ellerinize sagliq😉

  • @EtiNick
    @EtiNick Před 4 lety +4

    Uğurlar 👍

  • @fraz1142
    @fraz1142 Před 3 lety +1

    This is beautiful place

  • @eltonzeynalov4149
    @eltonzeynalov4149 Před 4 lety +3

    👍👍👍👍

  • @ayazismaylov8003
    @ayazismaylov8003 Před 4 lety +3

    Uğurlar arzulayıram əmioğlu

  • @EliEsgerov-fg1xk
    @EliEsgerov-fg1xk Před 7 měsíci

    Salam mən Pirallahı layim

  • @elnareplnarelnareplnar255

    Sesiniz ucalardan gälsün Amin.

  • @ayselrehimova5177
    @ayselrehimova5177 Před 2 lety +1

    ugurlarin bol olsun❤️❤️❤️

  • @adilzeynalov5839
    @adilzeynalov5839 Před 3 lety +2

    Mirvari parkda 1965ci.de.onun.adi.dcavaov.park.adlanirdi.ve.menim.atam.orda.bas.agronom.isleyirdi

  •  Před 4 lety +5

    Novbeti verlisde goruserik

  • @anarliyev2026
    @anarliyev2026 Před 3 lety +3

    Yasayıs bınalarının ortasında olan socar ydm nıye gostermedız Pırallahı ray hem gozellesıb hemde Ozellesıb ıcra hakımıyetı terefınden

    • @MurshudVeliyev
      @MurshudVeliyev  Před 3 lety +1

      Gelen çəkilişlərmizə İnşhAllah.

    • @anarliyev2026
      @anarliyev2026 Před 3 lety +1

      @@MurshudVeliyev İnsallah bınaların baxcasında tıkılen abyeklerıde ısıqlandırın resmı yox faktıkı kımın oldugunuda qeyd edın

  • @grawakendream8980
    @grawakendream8980 Před 3 lety +1

    cool video

  • @nerimanmiriyev6434
    @nerimanmiriyev6434 Před 4 lety +1

    İşlərinizdə uğurlar

  • @elnurarzumanov3038
    @elnurarzumanov3038 Před 4 lety +4

    Miwa sende pecet👍

  • @rvanhsnli9288
    @rvanhsnli9288 Před 4 lety +2

    pirallahıdan salamlar

  • @mecid2386
    @mecid2386 Před 4 lety +5

    Allah xeyir versin

  • @ragim.pashayev
    @ragim.pashayev Před 4 lety

    Gewwwey

  • @Lilies5263
    @Lilies5263 Před 3 lety +2

    Pirallahıya aeroport yolundan keçib gedilir?

  • @ottoskorzeny1708
    @ottoskorzeny1708 Před 2 lety +2

    Özüm buralı deyiləm ama burdan bir qız sevdim ama o isə qəlbimi qırdı🚬💔

  • @ZeynalliS
    @ZeynalliS Před 4 lety

    Biraz zaraftlar as olsa lap yaxsi olar!
    Ama yenede sagolun!

  • @orxan788
    @orxan788 Před 3 lety +1

    Rol sagdadi mene hele gelir yoxsa

  • @buse2914
    @buse2914 Před 3 lety +1

    Mənim rayonuma gəlibsiz

  • @user-zr4oq4cn5q
    @user-zr4oq4cn5q Před 2 lety +2

    Küfürdür qardaş. Ən yaxşısı elə Artyomdur

  • @feramezbagirov6504
    @feramezbagirov6504 Před 2 lety +1

    Videonu çəkən yaxşı çəkə bilmir amma yaxşı toy ceker

  • @rinatfrmanoff8263
    @rinatfrmanoff8263 Před 3 lety +2

    Artyomda qalanlar
    👇

  • @mehmetyuksel-tx3vl
    @mehmetyuksel-tx3vl Před 3 lety

    Ben hiç anlamıyorum

  • @raminhummetov950
    @raminhummetov950 Před rokem +1

    Pirallahi bakidan nece km uzaqliqdadi

  • @googleistifadcisi4965
    @googleistifadcisi4965 Před 2 lety +1

    6:41 nə dilidi bu

  • @cefereliyev5224
    @cefereliyev5224 Před 4 lety +3

    👍👍👍

  • @ncstudio9701
    @ncstudio9701 Před 4 lety +2

    Ugurlar