Erməni fahişəsi rolunda oynadı, qızını gözünün qabağında öldürdülər

Sdílet
Vložit
  • čas přidán 11. 09. 2024
  • Azərbaycan kinosunun ən parlaq aktrisalarından birini xatırlayırıq... Onun oynadığı filmləri siyahıdan çıxarsaq, çox az, sönük filmlər qalar. Biri var idi, Nuriyyə Əhmədova...
    Əsl adı Nuriyyəxanım olan Nuriyyə Əhmədova 26 dekabr 1950-ci ildə Bakıda anadan olub. Atası hərbçi, anası evdar qadın olub. Ailəsi onun aktrisa olmasını istəməyib. Anası onu sonadək bu peşəyə görə bağışlamayıb. Nuriyyə xanım bunu lənət hesab edib. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.
    “Həm ziyarət, həm ticarət”, “Bağ mövsümü”, “Yuxu”, “Bala başa bəla”, “Fransız”, “Bəxt üzüyü”, “Hər şey yaxşılığa doğru”, “Yoxlama”, “Sahilsiz gecə”, “Yerlə göy arasında”, “Milli bomba” filmlərində oynayıb. Rola aldığı bütün filmlərdəki obrazları baş rola qədər diqqətçəkən və yaddaqalan edib.
    Yəqin ki, kino sənəti tarixində onun qədər faciəli taleyi olan aktrisa çox azdır. Həyatda bədbəxt, sənətdə xoşbəxt qadın. Özü haqqında “mənim həyatım elə ayrı bir filmdir” deyirdi…
    aktrisanın dəhşətli etiraflarından biri də məhz budur; o sənətə görə lənətləndiyini düşünüb:
    “Mənim səhvim o oldu ki, ailə həyatı qurdum. Mən sənətdə yüksəldikcə ailədə itkilərimin sayı da çoxaldı. Bir gün gülmüşəm, 1 saat sonra ağlamışam. Anam aktrisa olmağıma görə məni son nəfəsinə kimi bağışlamadı.
    Kinoda onun istedadını üzə çıxaran Şahmar Ələkbərov olub. “Sahilsiz gecə” filmində erməni fahişəsi Roza rolunu verməklə onun aktyor ampluasının genişliyini sübut edib: “Ürkək utancaq qız idim. O zamanadək ana, bacı rolları oynayırdım. Birdən-birə bu obraz!”
    Nuriyyə Əhmədova Musiqili Teatrda işlədiyi vaxtda Əminə Yusifqızının qardaşı, musiqiçi Xanlar İbadovla tanış olub və ailə qurur. Bu evlilikdən onların 3 övladı dünyaya gəlir: İlahə, Əli və Faiq.
    Ailəsinin, övladlarının sevincini yaşamaq aktrisaya nəsib olmur. 20 yaşında ikən yenicə ana olmuş qızı gözünün qarşısında kürəkəni tərəfindən qətlə yetirilir. Nuriyyə xanım bundan böyük sarsıntı keçirir. Kinoda dil-dil ötən aktrisa üç gün danışa bilmir. Dili tamam tutulur.
    Qızının övladını götürüb saxlamağa qərar verən Nuriyyə xanım bununla həyata tutunur. Və əlbəttə ki kino ilə.
    Amma qara xətt bununla bitmir. Nuriyyə xanım oğlunun xoşbəxtliyindən də təsəlli tapa bilmir. Övladlarını itirən oğlunun ailəsi dağılır. Az sonra oğlu Əli xərçəng xəstəliyinə tutulur və 37 yaşında vəfat edir.
    Ömrünün sonuna yaxın, avtobusdan yıxılıb, ayağını zədələyir. Xeyli müddət yataqda qalır.
    Yaşanan psixoloji gərginlik, maddi problemlər üzündən həyat yoldaşından ayrı yaşamağa qərar verir. Bir neçə dəfə müsahibələrində dövlətdən birotaqlı ev istəsə də, verilmir. Ömrünün sonuna kimi rəfiqələrinin evində yaşamalı olur. Elə rəfiqələrindən birinin evində də vəfat edir

Komentáře • 35

  • @gulsenelesgerova1773
    @gulsenelesgerova1773 Před 2 lety +2

    Allah sizdən razı olsun Sərdar bəy. Minnətdaram sizə. Hər şeyi insanlara doğru, dürüst, heç bir məqsəd güdmədən, təhqir etmədən, incitmədən çatdırırsınız. Çox sağolun.

  • @mehi9147
    @mehi9147 Před 2 lety +5

    Çox istedadlı ve sevimli aktrisamız,Allah rehmet elesin. Size teşekkür edirem 👍❤

  • @vusalagayev114
    @vusalagayev114 Před 2 lety +15

    Aktrisaya verilən dəyərə bax Birotaqlı mənzili belə ona verməyiblər

  • @vusalceferin9214
    @vusalceferin9214 Před 2 lety +11

    ALLAH REHMET ELSEIN YERI CENNET OLSUN

  • @usernamefatimam8596
    @usernamefatimam8596 Před 2 lety +9

    Çoxdur bele acı taleler nedense aktrisaların taleleri özü bir filim olur

  • @abbrashad1857
    @abbrashad1857 Před 2 lety +8

    Coox heyif Efsane Senatkardi Ruhu shad olsun🙏🌹

  • @tunzala6718
    @tunzala6718 Před 2 lety +5

    Allah rehmet etsin 😔

  • @nargizsuleymanova8658
    @nargizsuleymanova8658 Před 2 lety +1

    Kenardan bextever görükür çox insan,halbuki içi qan aglıyırmış.evide yoxmuş.nur içinde yatsın.

  • @sringulsad1687
    @sringulsad1687 Před 2 lety +3

    Çox təssüf yeri cənnət olsun

  • @ngarabdullayeva7256
    @ngarabdullayeva7256 Před 2 lety +2

    heyf.Allah rehmet elesın

  • @SamsungJprime-we1gz
    @SamsungJprime-we1gz Před 2 lety +3

    allah sizi qprusunki,belə sənətkarlar haqqinda bizi bilğiləndirirsiz.cox xahiş ediremki,zeynəb xanim haqqindada verliş hazirlayasiz

  • @alexcrause7172
    @alexcrause7172 Před 2 lety +4

    Очень жаль ее

  • @user-vs2qt8rv7m
    @user-vs2qt8rv7m Před 2 lety +1

    cox heyuf bizde kime yer var goren off

  • @mominetehmedova858
    @mominetehmedova858 Před 2 lety +1

    Tüklərim biz biz oldu necə ağır taleyi varmış 💔 ruhu şad olsun nə yaxşı belə sənətkarları unutmağa qoymursuz təşəkkürlər sizə

  • @sidhuseynova3162
    @sidhuseynova3162 Před 2 lety +1

    Gözəl aktirisamız 🤲

  • @natiqhacibabayev2186
    @natiqhacibabayev2186 Před 2 měsíci

    Allah rehmet elesin sene Nuriyye xanim qururlu insan ne ana kimi xosbext oldun ne bir qadin kimi

  • @Mysoftblog8
    @Mysoftblog8 Před 2 lety +1

    Çox aci taleh. Ruhu şad olsun 🙏

  • @abgggg5381
    @abgggg5381 Před 2 lety +1

    Bezen sevdiyimiz insanları bextever bilirik
    Sen deme Nuriyye xanımın da coox derdli heyatı olub, Mekanın cennet olsun Nuriyye xanım Amun

  • @lalaalyeva8476
    @lalaalyeva8476 Před 2 lety +1

    Alllah rehmet elesın

  • @gulnarcavadova1033
    @gulnarcavadova1033 Před 2 lety +1

    Nolsun fahise rolu oynamisdi Heyatda 1 defe de adina pis soz cixmamisdi Azerbaycanin dunya kino seviyesine cixacaq qeder istedadi olan film aktrisasiydi

  • @yeganenurdanshefeqimanova

    Allah rəhmət eləsin !

  • @rahilmehdiyeva1253
    @rahilmehdiyeva1253 Před 2 lety

    Allah rəhmət eləsin çox istəyirəm məhşur sənətkar

  • @elsadeliyevelwad1310
    @elsadeliyevelwad1310 Před 2 lety +1

    En xowuma geleni bext uzuyudu

  • @refiqememmedova826
    @refiqememmedova826 Před 2 lety

    Nuriyyə xanım çox əziyyətlər çəkdi. İki balasını itirdi. Nəvəsi Faiq bacısının himayəsində qaldı. Özü də vaxtsız bu dünyanı tərk etdi. Onun ailəsindən yeganə qalan tək nəvəsi Faiqdir. Allah onu xoşbəxt eləsin. Bəxti gözəl olsun. Aminn.

  • @nazakatalakbarova6038
    @nazakatalakbarova6038 Před 2 lety +1

    Allah mekanini cennet elesin

  • @natiqhacibabayev2186
    @natiqhacibabayev2186 Před 2 měsíci

    Melumati duzgun vermediniz Faiq onun qizi Ilahenin yadigari idi nevesidi rehmete gedendede refiqesinin evinde yox kirayede qalirdi

  • @abbrashad1857
    @abbrashad1857 Před 2 lety +1

    Sizin verlishler ☝️👍👏

  • @refiqememmedova826
    @refiqememmedova826 Před 2 lety

    Nuriyyə xanıma allah rəhmət eləsin.

  • @fatosum4384
    @fatosum4384 Před 2 lety

    😥😥😥😥😥

  • @davudadil4909
    @davudadil4909 Před 2 lety +1

    Mirzaqa Eliyev adina !

  • @serdaramin1910
    @serdaramin1910 Před 2 lety

    *******

  • @kamalelatfova2547
    @kamalelatfova2547 Před 2 lety

    Allah rəhmət eləsin.

  • @abbrashad1857
    @abbrashad1857 Před 2 lety +2

    Sizin verlishler ☝️👍👏