Bundan Hər Səhər 1 QAŞIQ İÇİN - Bağırsaqlarınız Təmizlənəcək!

Sdílet
Vložit
  • čas přidán 19. 04. 2024
  • #BirBax #xalqtəbabəti #zeytun #qəbizlik #kabızlık
    Qəbizlik problemini zeytun yağı ilə həll edəcəyinizi bilirdizmi? Sadə kimi görünsə də, bu həqiqətdir. Qəbizlik dünya miqyasında milyonlarla insanın yaşadığı bir problemdir. Həyat keyfiyyətinə mənfi təsir edən qəbizliyə hər yaşda rast gəlmək mümkündür. Üstəlik bu insanlar şişkinlik və köpdən də əziyyət çəkirlər. Bəs qəbizlik nədən yaranır? Zeytun yağı ilə bu problem necə aradan qaldırmaq olar? Videomuza sona kimi baxsanız, biləcəksiniz.
    Qəbizliyin geniş yayılmış səbəbləri bunlardır.
    1. Stress;
    2. Qeyri-sağlam qidalanma;
    3. Fiziki aktivliyin yetərincə olmaması;
    4. Bəzi dərmanlar;
    5. Bağırsaq xəstəlikləri;
    6. İnfeksiyalar;
    Zeytun yağı və qəbizlik ilə bağlı məlumatlara nəzər salaraq “Zeytun yağı qəbizliyə çarədirmi?” sualına ürəklə “Bəli!” cavabını verə bilərik. Bilməlisiniz ki, zeytun yağının müsbət təsiri xəstəliyin ilkin dönəmlərinə aiddir. Xroniki qəbizliyin səbəbləri ciddiyyətlə araşdırılmalıdır. Əgər qəbizlik 2 həftədən çox davam edərsə, altda yatan səbəblər araşdırılmalıdır. Bəs qəbizlik zamanı zeytun yağı necə istifadə edilir? Birazdan bu barədə məlumat verəcəm.
    Adətən, xolesterol səviyyələrinin və qanda şəkərin miqdarının tənzimlənməsi məqsədilə tövsiyə edilən zeytun yağı qəbizlik zamanı da orqanizmin köməyinə çatır. Bəs həqiqətən, zeytun yağı qəbizliyə çarədirmi?
    Qəbizlik zamanı nəcis bərkiyir, quruyur, bağırsaqlardan keçməsi çətinləşir. Eyni zamanda, bərkimiş nəcis bağırsaqlarda irəliləyərkən ağrı yaradır, bağırsaq divarlarında çatlara, xəsarətlərə gətirib çıxarır. Qəbizliyin simptomlarını azaltmaq üçün, ən birinci, rasiona nəzarət edilməli, qəbizlik yaradacaq qidalardan uzaq durulmalıdır. Əvəzində, qəbizliyi aradan qaldıran qidalar qəbul edilməlidir. Zeytun yağı qəbizlik simptomlarının azalmasına səbəb olur:
    Bağırsaqda hərəkətliliyi artırır. Zeytun yağının tərkibində nəcisi yumşaldan birləşmələr var. Bu birləşmələr nazik bağırsaqlarda xolesistokinin hormonunun ifrazını artırır. Xolesistokinin yağların və proteinlərin həzminə kömək edir. Nəticədə, qatı qidaların həzmi asanlaşır, nəcis bağırsaqlardan daha rahat keçir;
    Nəcisin həcmini artırır. Nəcis bağırsaqlarda qaldıqca tərkibindəki su nazik bağırsaqlar tərəfindən sorulur, beləcə, nəcis bərkiməyə başlayır. Zeytun yağı nazik bağırsaqdakı villusları düzləşdirərək nəcisin bağırsaqlardan keçməsini asanlaşdırır. Bundan əlavə, nəcisin su saxlamaq qabiliyyətini yüksəldir ki, nəticədə, nəcis daha yumşaq olur;
    Bağırsaq florasını nizamlayır. Zeytun yağı güclü antioksidantlar olan polifenollarla zəngin qidadır. Polifenol birləşmələr bağırsaqlardakı xeyirli bakteriyaların miqdarını artırır. Bu da qəbizlik səbəbiylə dəyişən bağırsaq florasının yenidən güclənməsinə kömək edir. Bağırsaq florası dedikdə, “xeyirli” və “zərərli” bakteriyaların müəyyən balansda, yan-yana yaşadıqları mikroorqanizm meşəsi nəzərdə tutulur. Hər hansı bir səbəbə görə, balansın pozulması baş verərsə, zərərli bakteriyaların sayı artır. Nəticədə, qəbizlik, ishal, şişkinlik, qaz kimi bağırsaq problemləri yaranır. Zeytun yağı bağırsaq florasının normal qalmasını təmin edir;
    İltihablanmanın qarşısını alır. Xoralı kolit kimi bəzi xəstəliklər bağırsaqlarda iltihablanmaya və qəbizliyə səbəb ola bilir. Zeytun yağı iltihablanmanın qarşısını alan antioksidantlarla zəngindir. Xüsusilə, güclü antioksidant olan oleokantal birləşməsi sayəsində zeytun yağı xoralı kolit simptomlarının, dolayısı ilə, qəbizliyin müalicəsində faydalıdır. Zeytun yağı antibakterial xüsusiyyətə də malikdir. Bağırsaqda qalxan rolu oynayan müdafiə divarını gücləndirir. Güclü divarlar toksik birləşmələrin qana qarışmasına mane olur, beləcə, infeksiya riski azalır. Bağırsaq florasının güclü olması qəbizlik ehtimalını minimum endirir;
    Qəbizlik zamanı zeytun yağı nə qədər qəbul edilməlidir?
    Qəbizlik zamanı zeytun yağı qəbul edəndə qəbizliyin simptomları azalır, orqanizm “olein2 adlı turşusunun iltihabönləyici təsirlərindən faydalanır. Yüksək temperatura qarşı müqavimət gücü olduğuna görə, yemək bişirilərkən belə, zeytun yağı zəngin tərkibini itirmir.
    E və K vitaminləri də zeytun yağında bol miqdardadır. Bu sayədə, yağ mədəni gec tərk edir, uzunmüddətli toxluq hissi yaradır. Düzdür, yüksək kaloriyə malikdir, lakin nizamlı şəkildə istifadə edildikdə arıqlamağa da kömək edir. Tərkibindəki güclü antioksidantlar sərbəst radikalların hüceyrələrə zərər vurmasının qarşısını alır. Bu vəziyyətin ürək-damar xəstəlikləri, yüksək təzyiq kimi xroniki xəstəliklərə tutulma riskini azaltdığını hamımız bilirik.
    Qəbizliyi aradan qaldırmaq məqsədilə zeytun yağı qəbul edənlər bilməlidir:
    -yağı səhər acqarına qəbul edin;
    -zeytun yağı ilə birgə su da için;
    -1 xörək qaşığından çox qəbul edilən zeytun yağı ishala, qarında ağrılara səbəb ola bilər;
  • Věda a technologie

Komentáře • 21

  • @asifesgerov3284
    @asifesgerov3284 Před 2 měsíci +3

    Coxlu coxlu sag olun.

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Před 2 měsíci +2

    ÇOX SAĞOLUN XƏYALƏ XANIM

    • @birbaxkanal
      @birbaxkanal  Před 2 měsíci +1

      Siz sağ olun, Əzizə xanım🌹

  • @kovakadini88
    @kovakadini88 Před 2 měsíci +2

    Təşəkkürlər ♥️! 🌹🙏✌️

  • @sebinesemilova8955
    @sebinesemilova8955 Před 2 měsíci +1

    Cox sagolun gozel sesiniz var

    • @birbaxkanal
      @birbaxkanal  Před 2 měsíci

      İzlədiyiniz üçün minnətdarıq

  • @user-ys5lp9yh6p
    @user-ys5lp9yh6p Před 2 měsíci +2

    SAĞ OLUN. Hər yeməkdən əvvəl bişmiş kök yeyin sonra yeməyinizi yeyin.Çox gọzəl effekt alınır.

  • @xeyaleeliyeva3438
    @xeyaleeliyeva3438 Před 2 měsíci +3

    Ac qarına və axşam yatmazdan əvvəl
    bir qaşıq ÇAYTİKANI yağı içmək də qəbizliyə və hemoroya təsir edir.

    • @sevilmmmdli5229
      @sevilmmmdli5229 Před 2 měsíci

      caytikani yagini supa,yemeklere tokurdum,mene hec bir tesiri olmadi

  • @EsqinRustemov-fx7mg
    @EsqinRustemov-fx7mg Před 2 měsíci +1

    Çox sağ olun bucür faydalı vidiyolar üçün 🤗

    • @birbaxkanal
      @birbaxkanal  Před 2 měsíci

      İzlədiyiniz üçün təşəkkürlər

  • @gulickamamedova451
    @gulickamamedova451 Před 2 měsíci

    Çox sağ olun məsləhətə görə

    • @birbaxkanal
      @birbaxkanal  Před 2 měsíci

      İzlədiyiniz üçün minnətdarıq

  • @sevilmmmdli5229
    @sevilmmmdli5229 Před 2 měsíci +2

    bagirsag oyresende hec tesir etmir,bir şeyi daimi etmek olmaz

    • @birbaxkanal
      @birbaxkanal  Před 2 měsíci +1

      Bəli, fasilə vermək mütləqdi

  • @turalalizade6176
    @turalalizade6176 Před 2 měsíci +1

    Qebizliyin Caresin Deyim? Kafelin uste ayaqyalin 30 daniye dayan,Yaydisa Ayaginin altda Buz Qoy Su tirixliyacagsiz

  • @tahirebagirova5582
    @tahirebagirova5582 Před 2 měsíci +1

    hər dəfə zeytunla sıcmag olmur cünki bagırsag tənbəlləşir