Bizdə milyonluq startup olmayacaq | Toğrul Səməd

Sdílet
Vložit
  • čas přidán 8. 09. 2024
  • Bu dəfə ən uzun #biznes podkastını qeydə aldıq. Son zamanların epataj personası Toğrul Səmədlə startup, biznes, milyonlardan danışdıq. Görəsən o, niyə düşünür ki, bizdə milyonluq startup olmayacaq. Siz də fikirlərinizi şərhlərdə yazın. Videonu bölüşməyi və kanala abunə olmağı da unutmayın💙💚
    Buraxılışın dəstəkçisi “Azərçay”a təşəkkürlər☕ Azərçay, Doğma Çay!
    🪴🌲 / cafebotanist
    📢Bizə "Patreon"dan dəstək olub patronlara özəl buraxılışlar əldə edə bilərsiniz: / sohbetgah
    👋"Söhbətgah"a abunə olun: / @sohbatgah
    💡BİZNES İLƏ BAĞLI BÜTÜN SÖHBƏTLƏRİMİZ
    • 💵 Söhbətgah - Biznes
    BƏS BİZ KİMİK?
    sohbetgah.az
    📬ƏMƏKDAŞLIQ ÜÇÜN
    gel@sohbetgah.az
    sohbatgah@gmail.com
    Instagram: / sohbatgah
    Facebook: / sohbatgah
    Podkastı dinləmək üçün:
    🔻Spotify: open.spotify.c...
    🔻Apple Podcast: podcasts.apple...
    🔻Yandex Podcast: music.yandex.r...
    🔻Google Podcast: podcasts.googl...
    🔻Spreaker: www.spreaker.c...

Komentáře • 358

  • @alpercelen
    @alpercelen Před 5 měsíci +179

    Cok layik oldugun icin mentorun olmustum, dostun olarak devam ediyorum. Gercek, caliskan, yaratici olmaya devam…

  • @kamalsahbalayev6657
    @kamalsahbalayev6657 Před 5 měsíci +50

    Qafar Dəmirçidən sonra biznes lə bağlı ən gözəl mənə görə padcast oldu. Tək kəlimə ilə desək möhtəşəm

  • @huseynkbrov7136
    @huseynkbrov7136 Před 5 měsíci +30

    Hələ ki ancaq yarım-saatına qulaq asmışam, amma artıq demək istəyirəm ki, indiyə qədər fərqli dillərdə qulaq asdığım podkastların arasında bəlkə də ən yaxşı və ən xeyirli podkastdır. Peterson olsun, Lex Fridman olsun, nə bilim, Cosmic Sceptic, Diary of a CEO olsun (və onların qonaqları).. Bu qədər səmimi şəkildə məsələnin kökünə çox vaxt toxuna bilmirlər.
    Datasetdən danışanda mənim də ağlımdan eyni həll keçirdi - adam yığıb heç nədən oxutdura-oxutdura nəsə düzəltmək həlli. Amma fərqimiz ondadır ki, mən çəkinərdim, elə bilərdim ki o qədər adam yığıb, qısa zamanda, lazımi həcmdə material yığmaq mümkün deyil. Özüm özümə "dəlisən" deyib, nədənsə qorxub üstündən keçərdim. Qardaş isə qorxmadan, ya bəlkə də qorxa-qorxa özünə inanaraq, cəsarətlə ağlına gələn fikirlərin ardınca gedir. Ona görə də nəsə alınır.
    Yəqin dediyi kimi, uşaq vaxtı səhv edərkən, üstünə qışqıran, boş-boşuna cəzalandıran böyüklərin olmamağı rol oynayıb. Bu ondan bəhs edir ki, bizdə istənilən öz fikrimizlə bağlı artıq dərəcədə qorxu ya şübhə yaranırsa, demək hansısa uşaqlıqdan qalma travma, ya mental yara ehtimalı var. Bunu da başa düşəndən sonra üzərində işləmək olar. Bəlkə də, bunu anlamağın özü işin 90%-idir. Fikrimcə, psixoloji travma ilk növbədə istənilən hadisəyə əsaslanaraq çıxartdığımız yanlış nəticədir. Misal üçün bu halda, uşaq olarkən yaddaşa həkk olur ki, "səhv etmək olmaz", "səhv etsəm belə, özüm heç nə öyrənə bilmərəm", "mütləq gərək kimsə üstümə qışqırsın ki mənə nəsə çatsın, mən heç nəyi dağıtmayım, yoxsa mən özüm etibarsızam". Beləcə də qocalana kimi yaşayırıq. Özünə etibar etməyən adama çətin kimsə güvənər.
    Cəsarətli olmaq lazımdır. Cürət etmək lazımdır. Özünə inanmaq lazımdır. Riskə gedə-gedə, itirəcəyini bilə-bilə addımları atmaq lazımdır. Onda istər-istəməz, axır-əvvəl nəsə alınacaq.
    Təşəkkür edirəm!

  •  Před 5 měsíci +44

    Mən tanımadığım adamlara qarşı önyarqılı deyiləm, amma buna baxmayaraq, niyəsə Toğrul hər zaman mənə itici gəlib. Nadir insanlardan olub ki, tanımadan haqqında önyarqım olub. Bu podcast önyarğımı yıxdı. Uğurlar!

    • @G-man-s3c
      @G-man-s3c Před 4 měsíci +1

      Önyarqının sebebi tek siz olmamısınız, boyuk hissesi provokativ terz secdiyine gore (strategiya), diger hissesi de səhvlərin uzerinde isleyib semimi etirafdan ibaretdir (ozu ve ya psixoloqla).

    • @lisker1624
      @lisker1624 Před 4 měsíci +10

      Üzr istəyirəm, düzəlişə görə, etik olmadığını bilirəm. Amma son illər dilimiz üçün çox narahat olduğuma görə, belə anlarda susa bilmirəm. Ümid edirəm yanlış anlamarsız. "Önyarqı" sözü yoxdur leksikonumuzda. "Qərəz" demək lazımdır. Videoda səslənən bir çox xarici söz fonunda dediyim qəribə gələ bilər. Amma özümdən və əlimin çatdığı ətrafdan başqa bir mühitə təsirim ola bilməz, təəssüf. Üstəlik, danışılanların əksəriyyəti peşəkar terminlərdir, məcburi bütün dillərə daxil olur təbii olaraq və bu normal qarşılana bilər. Serial leksikonu isə sadəcə barbarizmlərlə doldurur dilimizi. Seriallarda eşittiyimiz sözlərlə dilimizi öldürməyək. Yoxsa gün gələcək azərbaycan dili deyə bir dil qalmayacaq. Dilimiz var deyə bilməyəcəyik. Bizə də "siz bizim dilimizdə danışırsız" deyib, yuxarıdan aşağı baxacaqlar. Baş ağrısı üçün üzr istəyirəm.

    •  Před 4 měsíci

      ​@@lisker1624 Əli bəy, iradınız üçün təşəkkür edirəm. İstifadə etdiyim söz mənim leksikonuma seriallardan daxil olmayıb. Sizin qeyd etdiyiniz qərəz sözü ərəb sözüdür, "önyarqı" sözünün birəbir qarşılığı da deyil. Ərəb sözü olan qərəz - gizli düşmənçilik mənasına gəlir ki, bunun pozitiv yönü yoxdur. "Önyarqı" sözünün Azərbaycan dilində istifadə etmək istəsək bunun qarşılığı "Qərəz" yox, psixoloji termin olan "yönəlişlik" ola bilər. Çünki önyarqı həm pozitiv, həm də neqativ ola bilər. "Önyarqı" sözü leksik lüğətdə yer almasa da, nə vaxtsa lüğətə daxil olacaq. Bu söz özbəöz türk sözüdür. Ərəbin mühakimə sözündənsə, ulu babalarımızın yarğu sözünü istifadə etmək, dilimizi özə döndürmək daha doğrudur deyə düşünürəm.

    • @gulshansafar
      @gulshansafar Před 12 dny

      ​@@lisker1624👍🏻

  • @hmatinnn
    @hmatinnn Před 5 měsíci +38

    Məcburi hərbi xidmətə gedib təsadüfi gülləyə qurban olub qəhrəman olmaq olmaz! Sözlər sərf edənə yüngül etməyənə güldən ağır ama reallıq. Sən əjdahasan qardaş 2 saat içində emosia,mizah,uğur,biznes, karyera hərşey çatdırdın. Uğurlar!

  • @user-ek6ll1pv5m
    @user-ek6ll1pv5m Před 5 měsíci +30

    Duz deyir Business in mahiyyeti qelyan chekmekdir. Yeni ozune shexsi heyatina yeterince vaxt qalsin ve business gorushlere vaxt ayirasan. Yeni ishini delisi ol amma ish bolushdurmeyide bacarmalisan. Qelyan chekmeya vaxt qalirsa demeli daha chox inkishaf edirsen :) Togrul Resmen Praktika ile danishir. Esasda realliq budur. Ugurlar

  • @user-nf7ct3cv6y
    @user-nf7ct3cv6y Před 5 měsíci +23

    Togrul mohtesemsen! Biz genclerin senin kimi insanlara baxib ilhamlanmasi lazimdir.

  • @heyranmirzazadeh
    @heyranmirzazadeh Před 5 měsíci +54

    Bizim necə istedadlı gənclərimiz var, ilahi?! 💜 Ürəyimiz dağa döndü yenə.. Toğrula dəhşət hörmətim vardı, dəyərlər mövzusunda həssaslığına görə beş qat hörmətim artdı

  • @raufhuseynov6474
    @raufhuseynov6474 Před 5 měsíci +20

    Saatlar, dəqiqələrlə gözləyirdim ki nə zaman çıxacaq. 2 saat olduğunu görəndə o qədər sevindim ki. İndi də baxmağa əlim gəlmir .qısa qısa baxıb saxlamaq istəyirəm♥️ Bütün podkastların ən yaxşı qonaqlarından biridir.👌

  • @vusalsirin-ov8534
    @vusalsirin-ov8534 Před 5 měsíci +50

    Bilməzdim ki Toğrul bu qeder sevilir bu ölkədə.Halal olsun,hər zaman irəli.

  • @turalresul7763
    @turalresul7763 Před 5 měsíci +12

    3 ildir Toğrulu səhifəsindən, qarşıma çıxan videolardan izləyirdim. Fikirlərini, göstərdiklərini real qəbul edirdim deyə maraq dairəmdə olan biridir. Bu tip şəxslər qohumundan da var tanışlarım da var. Onların yeganə duyğulu tərəfi öz dəyərləridir. Ora müdaxilə olunduqda hər şey uçur, dağılır.
    1:00:20 "İsanı" həvariləri yarı yolda qoyub. - Mənim fikrim.
    Seyr etdiyim ilk söhbətgahdır ki, hisslərini cilovlaya bilməyib doluqsunan qonaq gördüm.
    Hər şey möhtəşəm idi.

  • @kimoldugumunnmnasvar1272
    @kimoldugumunnmnasvar1272 Před 5 měsíci +10

    Çoox maraqlı idi. Pul verib getdiyim biznes seminarlarından daha çox şey öyrəndim. Çox sağolun.❤

  • @anarnamaz
    @anarnamaz Před 5 měsíci +16

    Maraqlı söhbətə doğal olaraq duyğular da girərsə lap maraqlı edər. Toğrul bəy punktual adamdır. Çox sağolun hər şeyə görə ❤

  • @shahmarqehremanov8880
    @shahmarqehremanov8880 Před 5 měsíci +212

    Maraqlıdı çox. Qurban Qurbanovuda görmək istəyirik

  • @SatoshiNakamoto_211
    @SatoshiNakamoto_211 Před 5 měsíci +147

    Tural ilk defedi ki kiminse qarwisina Defter kitabnan cixib)))berk hazirlawib

  • @leylaaslanova1812
    @leylaaslanova1812 Před 3 měsíci +2

    Suallara bu qədər sevinən, böyük bir pauza götürüb maraqlı cavablar verən ilk qonaq👍🏻 Çox faydalı oldu, təşəkkürlər Toğrul bəy🙏🏻

  • @konulaghakishiyeva6961
    @konulaghakishiyeva6961 Před 4 měsíci +2

    qizil xirdalayirsan Togrul bey. bu iki saatliq sohbeti ikinci defe de yorulmadan dinleyerdim ve dinleyecem. savadim sizi qeder olmasa da bir cox meselelre baxşınız menim baxışımla ust -ustə duşur. təşəkkurlər söhbətgah komandası v e Togrul bey.

  • @narminm.9903
    @narminm.9903 Před 5 měsíci +4

    Toğrul bəy, Semimiyyətinizə gore təşəkkürlər!!! Söhbətgaha da təşəkkürlər ki belə dəyərli insanları efirə dəvət edirsiz. Ən səmimi və dünya görüşü olan qonaqlarınız olduğu aşikardır.

  • @ChingizHasanzada
    @ChingizHasanzada Před 5 měsíci +9

    Cox marağlı, faydalı və mənalı bir söhbət ortaya gəldi. Məni düşünməyə və yenədə bu sualı özümə verməyə, həqqiqətəndə balansı necə əldə edək ( ailə və bizness ). Çox sağolun hər şeyə görə. Özümdə çox məqamlar qeyd elədim. Nəyin üstündə çalışmalı və harda stop deməli harda davam etməli və bu kimi o qədər qeydlər apardım bu podcasta . 🔝🐉

  • @xtaibabayeva5472
    @xtaibabayeva5472 Před 5 měsíci +6

    Söhbətgah elə bir hal alıb ki,bir yerə gedərkən,yolda,hər hansı bir iş görərkən baxa bilmirəm .Mütləq yanımda qeyd dəftəri(söhbətgəha özəldi) və qələm olmalıdır,full fokus videonu izləməliyəm.✅💙

  • @Resul_Resul
    @Resul_Resul Před 5 měsíci +8

    Bu buraxılışı gözləyirdim Təşəkkürlər Söhbətgah 💚💙❤️

  • @Fuad_Vahabzade
    @Fuad_Vahabzade Před 5 měsíci +5

    Toğrul bəy sizə dərin minnətdarlıqımı bildirirəm. 2 saat necə gəldi keçdi heç hiss eləmədim bir nəfəsə baxdım. Çox şeyleri öyrənməlidir bizim gənclər sizdən. İşlərinizdə Uğurlar arzu edirəm. Həmişə belə dəyərli olasız. Dəyər demişkən dəyərdən danışanda eyni ilə mənimdə gözlərim doldu ağladım. İnsan bu qədər dəyəri düşünərmi. Bravo sizə Toğrul bəy ayaq üstə alqışlayıram👏 sizi. Tural bəy və Ali bəy təşəkkür edirəm ki belə gözəl qonaqlar dəvət edirsiz marifləndirirsiz sizlərdən alqışlar👏uğurlar arzu edirəm.

  • @user-ie1nh3rq5r
    @user-ie1nh3rq5r Před 5 měsíci +6

    Maraqlı veriliş alınıb. Toğrulu bu qədər potensiallı biri olduğunu düşünmürdüm. Hər buraxılışda deyirəm ən yaxşı buraxılış budur. Amma növbəti əvvəlkindən yenə yaxşı olur. Uğurlar

  • @user-ph6tn2yk1y
    @user-ph6tn2yk1y Před 5 měsíci +4

    2 saat çox böyük zövq aldım Toğrul bəyi dinləməkdən. Suallar da əla idi cavablar da ki, möhtəşəm. Qürur duydum gənclərimizlə. Təşəkkürlər, uğurlar!

  • @drinascita
    @drinascita Před 5 měsíci +8

    Bəlkə də həyatımda belə dəyərli 2 saat olmamışdı. Respect.

  • @Fizzliyeva
    @Fizzliyeva Před 5 měsíci +33

    Həmişə deyirlər ki,Tural qonağa imkan vermir,amma baxıram ki, qonaq maraqlıdısa,Turalda 2 saat dinləyə bilər.

    • @heyranmirzazadeh
      @heyranmirzazadeh Před 5 měsíci +3

      Əksinə, deyərdim ikisinin də dinləmə qabiliyyəti yüksəkdi. Sadəcə tarixi fakt olanda, dinləyici yalnış informasiya almasın deyə müdaxilə edir, birdə qonaqları kifayət qədər intelektli olmayanda.

  • @saidtahmazov9197
    @saidtahmazov9197 Před 5 měsíci +5

    Həmişəki kimi əla alınıb. Bu cür keyfiyyətli kontentlər yaratdığınıza və cəmiyyətə önəmli formada dəyər qatdığınıza görə sizə təşəkkürlərimi bildirirəm! Bir gün brendinizin fərqli dillərdə qlobala çıxmasını arzulayıram!

  • @vusalsirin-ov8534
    @vusalsirin-ov8534 Před 5 měsíci +8

    Bir insan duyğulana bilirsə deməkki çox böyük ürəyə sahibdi.Toğrul bəyi bir də bu tərəfdən tanıdıq.Tural və Əli bəy,çox sağ olun.Sayənizdə biz də çox şey öyrənirik.

  • @aytanbayramzade4478
    @aytanbayramzade4478 Před 5 měsíci +16

    Seymur Rəsulovu gözləyirik:)
    Btw çox əla podcast idi:)

  • @senaniabuzerli6963
    @senaniabuzerli6963 Před měsícem

    Bir-birimizə deyə bilməyəcəyimiz sözləri çox rahatlıqla ifadə edə bilmirsənsə sən çox azad bir insansan. Bu mənada Toğrul bunu çox yaxşı bacarır. Yüksək intellekt səviyyəsi, danışıq və özünü ifadə bir sözlə hər şey yerində. Təşəkkürlər "söhbətgah" heyəti!

  • @nadirhuseynov22
    @nadirhuseynov22 Před 5 měsíci +6

    - Əla bir buraxlış Toğrul bəyin əvəllər əsəbi biri hesab edirdim fikirlərim dəyşdi 💚💙

  • @anaraxmed2606
    @anaraxmed2606 Před 5 měsíci +5

    Təşəkkür verdiyiniz həyat dərsi üçün, orta məktəb müəllimlərimin sizə salamları var. Allah amanında🤚

  • @user-th2ry1dp8y
    @user-th2ry1dp8y Před 5 měsíci +1

    Coox maraqli insan.Ne qeder emosiyo, hiss, bu insanda movcud olan butun rengler var. Dehshet zovq aldim. Teshekkurler “Sohbetgah”

  • @GulumHuseynova1
    @GulumHuseynova1 Před 5 měsíci +2

    Əla❤Biznesin rəqəm işi yox insan işi olduğunu eşitmək sevindirici oldu mənim üçün. Çünki rəqəm qorxusu olan insanlar da var ki, tükləri biz biz olsa da, o ehtiras olsa da addım atmağa qorxur.

  • @UserAccount734
    @UserAccount734 Před 5 měsíci +12

    Səbirsizliklə gözlədiyim podkast
    Təşəkkülər söhbətgah💚💙

  • @muradhuseynov3909
    @muradhuseynov3909 Před 5 měsíci +3

    Səmimi ve marifləndirici podcasta görə Toğrul bəyə və sizlərə gözəl suallarınız və təqdimat üçün təşəkkürlər.

  • @VS-ji7nj
    @VS-ji7nj Před 5 měsíci +18

    A ship in harbor is safe - but that is not what ships are built for,John G. Shedd

  • @fuadsadqov6031
    @fuadsadqov6031 Před 5 měsíci +13

    1:54:22 saniyədən sonra Əli Xəyyam çorta girir😂. Əla idi

    • @nasimivali3873
      @nasimivali3873 Před 28 dny

      Əli Xəyyam orda fikirləşir: "LTC lab yaratdım, Code Academy-ni kopyaladım, görəsən həqiqətən bu işləyəcəkmi ?! " 🥲

  • @ilkinmmmdov4449
    @ilkinmmmdov4449 Před 5 měsíci +5

    Ağlatdınız, güldürdüz, düşündürdüz. Çox sağolun!

  • @byhabiboff
    @byhabiboff Před 5 měsíci +3

    Toğrul bəy çox ağıllı və dəyərli insandır.. Çox möhtəşəm bir podcast izlədim. Hər birinizə təşəkkür edirəm.

  • @ashrafshikhaliyev957
    @ashrafshikhaliyev957 Před 5 měsíci +5

    The next masterpiece by Söhbətgah💚💙 Çox bomba podcast oldu👍 Togrula respect!

  • @elchinqasimov5463
    @elchinqasimov5463 Před 5 měsíci +2

    O qədər faydalı insightlar var idi ki, gəl görəsən. Əhsən! Toğrulun bütün caselərə burəbir uyğun analogiya tapmağı da sadəcə fantastikadır!

  • @faridatahmezova1809
    @faridatahmezova1809 Před 4 měsíci +2

    Toğrul bəy qarşıma çıxan videolarindan hadisələrə yanaşma tərzi ilə diqqətimi çəkmişdi, bu verilişfə onu özümçün kəşf elədim, verilən suallar, vurdu qol oldu cavablar, çox dərin👌Togrul bəy hissələrini o qəder gözəl ötürdü ki, dəli olmaq istədim😂möhtəşəm idiniz!!

  • @elvinmn8306
    @elvinmn8306 Před 4 měsíci +1

    1 dəqiqəsini belə itirmədən diqqətlə sonadək qulaq asdım. Ən mükəmməl podkast idi. Təşəkkürlər.

  • @elnareislam433
    @elnareislam433 Před 4 měsíci +1

    Çox çox maraqlı podkast alınıb.Təşəkkürlər sizə belə içi dolu insanları bizimlə tanış etdiyinizə görə.

  • @gullusohbetler
    @gullusohbetler Před 5 měsíci +1

    Təşəkkurlər, bəylər. Həmişəki kimi möhtəşəmsiz. Yeni ueni insanlar tanıyıram sayənizdə. Togrul bəy yerində oturub şikayətlənməkdən başqa heçnə edə bilməyən gənclərimizə ilham olsun❤

  • @sarvanrza2024
    @sarvanrza2024 Před 5 měsíci +19

    Tural vaxtilə deyirdiki heçkimin biznesini əlindən almıyıblar indiyə kimi.Togrul bir nümunə oldu ama.

  • @sevinjomarli
    @sevinjomarli Před 5 měsíci

    Toğrul bəyi bu dəfə fərqli kəşf etdim. Adamın iç dünyası necə möhtəşəmmiş. İzlədiyim ən möhtəşəm, ən faydalı potcast oldu. Özüm üçün o qədər çox nümunələr götürdüm. Əməyi keçən hər kəsə təşəkkürlər.

  • @nematgubadli09
    @nematgubadli09 Před 5 měsíci +3

    Təşəkkürlər Söhbətgah.

  • @aqshinahmedov1009
    @aqshinahmedov1009 Před 5 měsíci +2

    Möhtəşəm. Toğrula və sizlərə dərin təşəkkürlər.

  • @HuseynGulbalayev
    @HuseynGulbalayev Před 4 měsíci +1

    Çox sağ olun! 💙💚
    Nə yaxşı ki, söhbətgah var!
    Nə yaxşı ki, siz varsız!
    "Bəzən qarşındakı insanın ona necə minətdar olduğunu sözlə izah edə bilmir sən. Buda elə o, vəziyyətlərdən biridi."💚💙

  • @ajdartalibli3811
    @ajdartalibli3811 Před 5 měsíci +2

    Çox möhtəşəm. İnanıram ki, insanlar bu potkastdan uzun müddət misallar çəkəcək.

  • @zahirkerimovstore
    @zahirkerimovstore Před 5 měsíci +1

    Yaxsiki bu adami cagirmisiniz ugurlar olsun heqiqeten de zovq aldim.

  • @aliaghayev1381
    @aliaghayev1381 Před 5 měsíci +1

    Men Toğrul bəyə FB səhifəsində qarşıma çıxdı videolarda baxmışdım və bu qədər maraqlı olduğunu videolarından hiss etməmişdim, sonda da sadəcə səssizə atmışdım səhifəsini.
    Bir videosunda da Azərbaycan dilində danışmaqla bağlı şərh yazmışdım fikrinə münasibət olaraq.
    Söhbətgah bu insanı tamamən başqa bucaqdan açdı mənim üçün. Hər birinizə uğurlar, işdə gecə növbəsində qulaq asdım 2 saat necə keçdi hiss etmedim.
    Işiniz irəli ✊

  • @parvinjabi
    @parvinjabi Před 5 měsíci +2

    Son zamanlarin en maraqli qonagi. Ozum FAANG-da Startup businesslerle calisiram. Bir hemyerlimizin perspektivi, dusuncesi cox maraqli oldu.

  • @yusifnasibov2423
    @yusifnasibov2423 Před 5 měsíci +4

    Görünür Əli bəy montaj zamanı çox əziyyət çəkib. Yəqinki ən çox "kəsilən" video bu oldu 😅 Mövzu və söhbət isə çox maraqlı idi, təşəkkürlər ❤👏

  • @elyaaskarova7792
    @elyaaskarova7792 Před 4 měsíci

    Çox sağolun, çox maraqlı idi qulaq asmaq, izləmək. Hər cümlənizə böyük dəyər verə-verə qulaq asdım. Qaçırdığım, anlamadığım cümləni belə geri çəkərək bir də baxdım. Toğrul bəy deyir ki məndə empaty hissi çox azdır, amma hər dəfə “tükləri biz-biz olmaq” cümləsini eşidəndə başa düşürdüm ki, o hiss onda elə də az deyil. Bir daha təşəkkürlər sizə 💚🩵

  • @SevdaQurbanova-zj5yu
    @SevdaQurbanova-zj5yu Před 3 měsíci

    Çox gözəl podcast oldu👍🏻 Necə deyərlər vaxt yağ kimi getdi. Toğrul bəyi bir daha dəvət etməyinizi ümid edirəm🤍

  • @nilufertalibova
    @nilufertalibova Před 5 měsíci +1

    Çox səmimi, düşündürücü və öyrədici podkast idi. Zövqlə izlədim. Təşəkkürlər😊

  • @bxtiyarmhrrmzad6986
    @bxtiyarmhrrmzad6986 Před 5 měsíci +1

    ❤ Sadəcə Super. Toğrul samadı İzləyirdim.. indi dahada Hörməy etdim

  • @yusifmahmudlu936
    @yusifmahmudlu936 Před 5 měsíci +1

    Çooox kefiyyetli söhbet oldu teşekkürler heyatimiza deyer qatdiğiniz üçün🙏

  • @gulnarhesenova6523
    @gulnarhesenova6523 Před 4 měsíci +1

    Togrul bey özünü en yaxsi ifade etdiyi podcast idi .ela idi .

  • @ayisha1296
    @ayisha1296 Před 4 měsíci

    Çox maraqli sohbetgah idi ònyarqilarim var idi ilkbaşdan ,hal hazirda deyerler movzusundan sonra sanki o enerji bu terefe keçdi 😢mùsbet m3nada .uģurlar

  • @user-vs4si7sp8s
    @user-vs4si7sp8s Před 5 měsíci +3

    Tüklərimizi biz biz etdiyinizə görə təşəkkür edirik ❤

  • @Uzeyirsoy
    @Uzeyirsoy Před 5 měsíci +2

    Çox maraqlıdır, mən yarıya qədər qulaq asdım, qalanınıda sonra qulaq asacam, amma yenədə çox səmimi alınıb.

  • @asefdadashov6534
    @asefdadashov6534 Před 5 měsíci +1

    mən aşdım dərədən :D təşəkkürlər Söhbətgah,faydali podcast üçün💙💚💙💚

  • @nigarmamedova7500
    @nigarmamedova7500 Před 5 měsíci +1

    Çox zövq aldım, hamınıza təşəkkürlər.

  • @faridmammadov8064
    @faridmammadov8064 Před 5 měsíci +1

    Çox sağolun. Təəssüf ki, heçnə öyrənə bilmədim bu podkastdan😁 Yəqin ki, Toğrul biznesin çox içərisindən danışdı ona görə. Bəzi şeyləri başa düşməyə təcrübə lazımdır. Seymur Rəsulovu gözləyirəm

  • @Silyasol1312
    @Silyasol1312 Před 4 měsíci +1

    Podcastın maraqlı hissəsi burda imiş, Toğrul bəyin feyzbukda paylaşdığı videoçarxlarda yox.Maraqlı söhbət olub

  • @gunelhasanova4120
    @gunelhasanova4120 Před 5 měsíci +2

    Sizin sayenizde Azerbaycan gencliyi tamam basqa bucaqdan taniyiram. Cox maraqli insandi izlemeye alacam

  • @atitimourad
    @atitimourad Před 4 měsíci

    Şəxsi məsələləri ilə bağlı dedi ayrı podkast mövzusudu mən yenidən şəxsi inkişaf mövzusunda da görmək istərdim Toğrul bəyi. Əla buraxılış idi👏🏻👏🏻👏🏻

  • @fuadhuseynov2679
    @fuadhuseynov2679 Před 4 měsíci

    Mükəmməlsiniz gənclər. Yaxşı ki varsınız.

  • @vugarkhalil
    @vugarkhalil Před 3 měsíci +2

    Əhsən ❤❤❤

  • @user-nj3qm2dh4s
    @user-nj3qm2dh4s Před 5 měsíci +3

    Togrulu ilk defe FB alqoritmi qarshima cixardanda qiciq olmusdum. Yadima gelmir hansi videosu idi, amma ilkin olaraq tekebburlu tesiri bagislamisdi. Tezelikce, yene alqoritm qarshima cixartdi. Bu defe dedim ki, dayan gorum bu umumiyyyetle ne danisir) Yene de xarakter olaraq beyenmesem de, beyni qizil xirdalayir)

  • @iradhasanova1694
    @iradhasanova1694 Před 5 měsíci +1

    Çox maraqlı oldu. Azərbaycanın gələcəyı belə cavanların əllərindədi.

  • @faridaramazanli219
    @faridaramazanli219 Před 5 měsíci +1

    Nece oldu bıtdı anlamadım , doymadım dınlemekden vaxt cox tez kecdı . Semımı sohbete gore her 3ze mınnetdaram 🎉

  • @gunelhasanova4120
    @gunelhasanova4120 Před 5 měsíci +2

    Videoya axira qeder baxdim. Dushunurem Togrul beyi birdefe de qonaq kimi gelinesi adamdi

  • @islamfaracli
    @islamfaracli Před 4 měsíci

    Bu vaxta qədərki ən yaxşı ilk 5 podcasta girdi bu. Çox təşəkkürlər

  • @elcine_6889
    @elcine_6889 Před 5 měsíci +1

    ƏLİ TURAL TOĞRUL ÇOX SAĞOLUN TANRI+ALLAH+YARADAN SİZİ QORUSUN NƏSƏ ÖRGƏNDİM BU GÜNDƏ 😊 Toğrul Qardaş Düz Dedi stakanı uşağa örgetmeliyik qışqırmağın bir menası yoxdu sınıbda onsuz qışqırdın düzələcək parçalar ? yoxx Uşaqın qəlbin parçalıyırsan sadəcə

  • @nureddinaskerli3718
    @nureddinaskerli3718 Před 5 měsíci +1

    Çox maraqla izlədim. Uğurlar!

  • @lalequliyeva1308
    @lalequliyeva1308 Před 4 měsíci

    Sayənizdə Toğrul bəyi tanıdım. İkinci dəfə mütləq çağırın imkanınız olarsa, nə danışsa qulaq asılacaq adamdı, çox sağ olun hər biriniz

  • @Yusif-hk8dt
    @Yusif-hk8dt Před 4 měsíci

    Çox maraqlı və düşündürücü podcast olub. Kiçik bir fikir kimi qəbul edin .Mikrafonun həssaslığını tənzimləsəniz əla olar çünki Toğrul bəyin əllərini masaya toxunmağının səsini bildirim səsi ilə səhv salıram

  • @faridaaliyeva9324
    @faridaaliyeva9324 Před 5 měsíci +1

    Biznesle heç bir əlaqəm olmamağına baxmayaraq maraqla izlədim.Toğrul bəyin nə düşündüyünü və nə edəcəyini heç vaxt öncədən görmək mümükün olmuyacaq. “O, fərqli rəngdir” 😍😍😍
    Hələ o son dialoq 😂😂😂
    -Ağıllısan əəə??
    -……😂

  • @MrsAlmazova
    @MrsAlmazova Před 5 měsíci +1

    Əla söhbətdi, yenədə çox şey öyrəndik👍🏻👏

  • @suleymanhacyev1697
    @suleymanhacyev1697 Před 5 měsíci +6

    Toğrul dəyərdir!

  • @Mr.Mammedov
    @Mr.Mammedov Před 4 měsíci +1

    Çox maraqlıdır , Azər Qəribi də gözlüyürük

  • @user-tg2ej4gt3z
    @user-tg2ej4gt3z Před 4 měsíci

    Super, cox sagolun bu mövzuya toxundugunuz ucun!!

  • @tunzalasaxmamedova8244
    @tunzalasaxmamedova8244 Před měsícem +1

    Mən də həmişə şagirdlərimlə söhbət edəndə deyirəm qrup seçmə,olmaq istədiyin peşəni seç.nə işləmək səni xoşbəxt edir onu seç.Amma xeyri yoxdu,hamısı eyni düşüncədə olur təəssüf ki.

  • @krmverdiyev6435
    @krmverdiyev6435 Před 4 měsíci

    Çox səmimi və çox marifləndirici bir söhbət oldu.Söhbətgah 👍

  • @Djafffarov
    @Djafffarov Před 5 měsíci +3

    Toğrul bəyin 1:02:00 dəqiqədən danışdığı çox real case-dir, əvvəl çalışdığım şirkətdə məhz idarə heyətinə məcburi olaraq qadın kadrlar götürüldü və LGBT üzvlərini işə götürməyə başladılar. Bunu əlbəttə dəki PR (greenwashing) kimi istifadə elədilər, amma arxasında ki səbəb biraz başqadır. Bəzən şirkətlər banklardan kredit götürəndə, belə şərtləri yerinə yetirəndə faiz dərəcələri biraz aşağı olur. Məsələn, 5% idisə, 3,5 % qədər düşə bilər.

  • @aygunrzayeva4991
    @aygunrzayeva4991 Před měsícem

    podkast üçün təşəkkqr, dqşünmürdüm belə maraqlə insandı Toğrul bəy, yanıldım

  • @gulmmmd4392
    @gulmmmd4392 Před 4 měsíci

    Möhtəşəm buraxılış idi hətta deyərdim ki, bu podcatsın başlanğıcdan indiyə qədərki inkişafını göstərən bir bölüm idi.

  • @85Yusif
    @85Yusif Před 4 měsíci

    Möhtəşəm .Bizim monoton həyatlmızı rəngləndirdiyiniz üçün minnətdaram💙

  • @arzuosmanova1814
    @arzuosmanova1814 Před 4 měsíci

    Hər birinizə minnətdaram bu gözəl buraxılış üçün❤️Dürüst ,səmimi,keyfiyyətli,öyrədici,dəyər aşılayan buraxılış idi

  • @serfelivedadli
    @serfelivedadli Před 5 měsíci +4

    Mizaha baxıne podcastda həmdə yumor əladı

  • @Valid_Abas
    @Valid_Abas Před 5 měsíci +3

    Allah lotularimizin sayini artirsin😉

  • @Alkhanzade_Shahla22
    @Alkhanzade_Shahla22 Před 5 měsíci +2

    Super buraxılış idi❤, başqa mövzu başlığı ilə təkrar eyni qonağı gormek isteyerdim…Münasibət seriyasında…

  • @Asimkhansuvarov
    @Asimkhansuvarov Před 5 měsíci +1

    Sona qədər baxdım və şoktayam Toğrul Səməd 2 saat ərzində sanki mənim haqqımda danışdı 👍

  • @heyderova_
    @heyderova_ Před 4 měsíci

    Hər dəqiqəsi çox maraqlı çox möhtəşəm!! çox faydalı təşəkkürlər :)

  • @GasimMammadov1
    @GasimMammadov1 Před 5 měsíci +2

    01:14:25 kəsilibsə güman edirəm nəsə dərin söhbət gedib orda)