Trendyoldan USB fləş yaddaş kartları

Sdílet
Vložit
  • čas přidán 5. 09. 2024
  • Salam, əziz izləyicilər. Trendyol.com saytından aldığımız USB fləş yaddaş kartları gəlib çıxdı. Dekabr ayında sifariş etdik, Yanvar ayında aldıq. 32 GB və 64 GB-lıq yaddaş kartları.
    Trendyoldan mütəmadi olaraq sifarişlərimiz olur. Ümumiyyətlə, bu sayt məsləhət görüləsi saytdır.

Komentáře • 6

  • @HabibiFidan
    @HabibiFidan Před 7 měsíci

    Men aldim 64gb. Taxanda 54 gb gorunur)))) umud edirem xarab olmaz

    • @budaq
      @budaq  Před 7 měsíci

      Salam. Videoda diqqət etdinizsə, paketdən bir vərəq də çıxdı. Burda fləş kartlar haqda təlimat qeyd olunub. Orda da göstərilir ki, bütün yaddaş kartlarının (xüsusilə də iri həcmli) göstərilən həcmdən az "üzə çıxması" normaldır. Çünki yaddaş kartlarının işləməsi üçün fayl sisteminə ehtiyac vardır. Həmin fayl sistemi də yaddaş kartının özündə yer tutur. Ona görə də bizim aldığımız, daha doğrusu formatlayarkən təyin etdiyimiz fayl sisteminə uyğun olaraq yaddaş kartının həcmindən kiçilmə olur. Daha iri həcmli yaddaş kartlarını daha müasir fayl sistemi ilə formatlamaq lazım gəlir ki, bu da nisbətən daha çox yer tutmasına səbəb olur. Fayl sistemini dəyişib köhnə fayl sistemi ilə də yaza bilərsiniz ki, yaddaş kartında daha az yer tutsun. Amma məsləhət deyil. Çünki, köhnə fayl sistemləri ilə (məsələn, fat32) çalışan yaddaş kartlarında fayl və qovluq sayında limitlər olur.
      Kəsəsi, yaddaş kartlarının bu cür "çıxması" təbii haldır. Qeyd edim ki, bu kəsir ümumi həcmin çox az bir hissəsini təşkil edir. Amma təəssüflər olsun ki, bəzi fırıldaqçılar proqram yolu ilə yaddaş kartının həcmini çox göstərməyə nail olurlar və ilk formatlamadan sonra həqiqi yaddaş həcmi üzə çıxır. Bunu "işbazlar" əvvəllər daha çox edirdilər. Yaddaş kartlarının çox baha olduğu vaxtlarda.

  • @rehimrehimli5274
    @rehimrehimli5274 Před 7 měsíci

    Bunu televzora taxmaq olur ?

    • @budaq
      @budaq  Před 7 měsíci +1

      Bəli, olur.

    • @rehimrehimli5274
      @rehimrehimli5274 Před 7 měsíci

      @@budaq men Aldlm getmedi axl

    • @budaq
      @budaq  Před 7 měsíci

      @@rehimrehimli5274 Ola bilsin siz aldığınız yaddaş kartının tutumu televizorun dəstəklədiyindən artıqdır. Yəni, "gücü çatmır". Televizorun təlimat vərəqinə və ya informasiyasına (internetdə) baxın. Həmçinin, yaddaş kartını köhnə fayl sistemlərindən birində formatlayıb yenidən cəhd edin. Məsələn, Fat32.