Ramazanda nə edək? | Həcc vacibdir? | Həccin qiyməti | Müasir Həcilər • Bəyyinə Podkast #5

Sdílet
Vložit
  • čas přidán 7. 08. 2024
  • Əssələmu aleykum! Çoxdandır Podkast çəkə bilmirdik. Ramazanın gəlişi ilə artıq Podcastlarımıza da qaldığımız yerdən davam etməyə qərar verdik. Bu dəfə bir az fərqli formatda.
    Bu podcastda Ramazan, Ramazanda oxunacaq kitablar, Həcc ibadəti, Həccin fərz olması, Həccin qiymətləri, Həcc yerinə kasıba yardım etmək və ya tələbə oxutmaq, Ümrə, Ramazanda Ümrə, Həcc ibadətinin mahiyyətini dərk etməyən müasir hacılar və s. mövzular haqqında danışdıq. Ümid edirik sizin üçün faydalı və maraqlı söhbət olacaq.
    Xoş izləmələr..
    Növbəti podcastlarımızı qaçırmamaq üçün də kanala abunə olmağı və bildirişləri 🔔 aktiv etməyi unutmayın :) Salamat qalın..
    💰Studiyamıza texniki avadanlıqların alınması və kirayə işlərində aylıq 3 AZN dəstək olaraq savaba ortaq olmuş olarsınız. Dəstək üçün link: beyyine.az/destek
    Videoda danışdıqlarımız:
    0:00 - Intro
    1:54 - Salamlama
    3:14 - Ramazan nədir?
    4:59 - Ramazan sadəcə oruc ayıdır?
    7:01 - Ramazanı bir fürsət kimi istifadə etmək
    8:59 - Namaz qılmırsansa niyə oruc tutursan?
    10:45 - İbadətlər həyatı nizama salır
    12:23 - Ramazandan sonra ibadətlərdə axsaqlıq
    13:14 - Bu Ramazan son Ramazanın ola bilər
    14:12 - İbadətlər bizə nə qazandırmalıdır?
    14:42 - Tövbəmizin qəbul olduğunu necə anlayarıq?
    15:26 - Ramazandan qazanclı çıxdığımızı necə bilək?
    17:05 - Ramazanda siqareti tərgitmək
    18:19 - Namaza başlamaqdan qorxmaq
    20:08 - Quranın əsas mesajı nədir?
    23:20 - Yas mərasimlərində mollaların təqdim etdiyi din / İslam
    23:45 - Ateistlərin tənqid etdiyi "islam"
    24:51 - Yas mərasimlərində çatdırılan din və namaz
    25:59 - İnsan hər an xəta edə bilər
    29:58 - Quran nədir? Quran nə üçündür?
    34:08 - Ramazanda oxunulacaq kitab tövsiyələri
    44:39 - Fərz əməllər və riya (göstəriş)
    46:00 - Ümrə və Həccdən şəkil çəkib paylaşmaq
    48:48 - Həccin qiyməti
    54:22 - Həccə verəcəyin pula tələbə oxutmaq, yardım etmək
    56:31 - Özünə "hacı" dedirtməyən əsl hacılar
    57:31 - Özünə "hacı" deyilməsini sevən insanlar
    58:16 - Həccə getmək vacibdirmi?
    59:01 - Hədis inkarçıları
    01:00:03 - Sekulyar müsəlman
    01:03:05 - Həcc müzakirə mövzusu ola bilməz
    01:04:35 - Əməllərini gizlədən əsl hacılar
    01:05:47 - Cəmiyyətdəki saxta "hacı" stereotipi - həcilər
    01:08:32 - Həcc bizə nə verir? Həccin hikmətləri
    🔔Kanalımıza abunə olun və bildirişləri aktiv edin: / @beyyinetv
    🎞️Aşağıdakı tövsiyə etdiyimiz videoları izləyə bilərsiniz:
    İmanın dadını hiss etmək istəyirsənsə bu videonu izlə
    • İMANIN DADINI ALMAQ İS...
    Nouman Ali Khan söhbətləri
    • Nouman Ali Khan (azərb...
    Ömər Mənsuroğlu (bütün söhbətləri)
    • Ömər Mənsuroğlu - Bütü...
    Ateizm və Din - Seminar - Sual-cavab bölümü
    • "Ateizm və Elm" Semina...
    Allah səni sevərsə nə baş verər?
    • ALLAH SENI SEVERSE! RA...
    📌Veb saytımız: beyyine.az
    📣Bizi sosial şəbəkələrdən izləməyi unutmayın:
    | Telegram ► t.me/beyyinetv
    | Instagram ► / beyyinetv
    | Facebook: ► / beyyinetv
    🧩Heşteqlər:
    #podcast #ramazan #həcc

Komentáře • 86

  • @beyyinetv
    @beyyinetv  Před rokem +15

    Dostlar! Növbəti podkastlarımızda müzakirəsinin edilməsini istədiyiniz mövzuları şərh bölməsində qeyd edin. Daha çox qeyd edilən mövzuları podkastlarımızda daha öncəlik etməyə çalışacağıq.
    İzlədiyiniz üçün təşəkkürlər.

    • @ehsenmirzeyev1876
      @ehsenmirzeyev1876 Před rokem +10

      Insani dindən cıxaran küfr sozləri.bəzən elə sozlər esidirik ki o sözlər insanı dindən çıxarır.Ve bu insanlar müsəlman deyirlər ozlerinə hətta neçə ildi ibadət edən insanlarda var bunun içində.Cox önəmli məsələdi.Turk hocalar buna çox üstünlük verirlər.

    • @Ahmed-tb9yl
      @Ahmed-tb9yl Před rokem +9

      Təsəttür və örtünmə haqqında bu mövzuya toxunarsız in şəə Allah

    • @elgunrustemov1042
      @elgunrustemov1042 Před rokem +2

      Təsəttür bəli

    • @Ako_111-
      @Ako_111- Před rokem +4

      Oxunacaq kitablar barədə olsun. Kimin hansı səviyyədə kitab oxuması lazımdır, yəni yeni başlayan nə oxumalıdır, müəyyən kitab oxumuş şəxslər nə oxusun və.s

    • @qafqazqahramanli3795
      @qafqazqahramanli3795 Před rokem +4

      Həsəd haqqında

  • @Fuad911
    @Fuad911 Před rokem +22

    Təklif edirəm ki, növbəti podcastın mövzusu bu olsun: "Namazın önəmi, namazın anlamı, namaz qılmaqda çətinlik çəkən, namazlarını qəzaya buraxanlara nəsihətlər və bu haldan qurtulma yolları, namazda xuşunu necə əldə edə bilərik?".
    Allah əməyi keçən hərkəsdən razı olsun.

    • @beyyinetv
      @beyyinetv  Před rokem +5

      İnşallah. Əla və önəmli mövzudur.

  • @justmuslim.
    @justmuslim. Před rokem +2

    Növbəti mövzuların "cəmiyyətdə islamı gözdənsalma,haram münasibətlər,gözəl əxlaqın önəmi,dilin törətdiyi xətalar" olmasını istərdik,İn şə Allah.

  • @bysankaofficial5047
    @bysankaofficial5047 Před rokem +4

    MəşəAllah. Allah eşidib faydalananlardan etsin Əmin

  • @hacyevaaytn2356
    @hacyevaaytn2356 Před rokem +5

    "Fərqində olaraq Ümrə vəya Həcc ziyarəti edib gələn birisi sanki vətənindən qurbətə gəlirmiş kimi hiss edir.." 🍃

  • @mehpareselimova9235
    @mehpareselimova9235 Před rokem +3

    ALLAH sayınıza,imanınıza, ömrününüzə Bərəkət Versin.Amin.

  • @nurnuriakbar1755
    @nurnuriakbar1755 Před rokem +6

    Allah razı olsun, çoox maraqlıydı. Allah bizləri ibadətlərimizi haqqıyla edənlərdən eləsin, amin 🤲🤲🤲

  • @sahibesalehova7683
    @sahibesalehova7683 Před 3 měsíci

    Amin 🌼

  • @Mucahid_Xeqani
    @Mucahid_Xeqani Před rokem +5

    MəsəəAllah Allah razı olsun

  • @sadeelvin812
    @sadeelvin812 Před rokem +5

    Allah bereket versin

  • @MansurMansur-kp7yj
    @MansurMansur-kp7yj Před rokem +6

    Allah sizi qorusun amin ❤❤❤.

  • @tahirahmadov8302
    @tahirahmadov8302 Před rokem +4

    Orucu Verənə şükür🥰

  • @elcinsevilismayilova8172

    ALLAH AZZƏ VƏ CƏLLƏ elminizi kamil etsin🤲🤲🤲

  • @justicebalayev13
    @justicebalayev13 Před rokem +8

    Növbəti mövzulara təklifim: Doğru şəkildə namaz,bidətlər,şirkə aparan inanclar,ər arvad arasında munasibət,övlad tərbiyəsi,dünyaya gəldiyini sorğulamaq,möhtəşəm yaratılışımız,dəvət də səbrli olmaq,xarici hərəkətlərinlə musəlmançılığın təmsili.

  • @MansurMansur-kp7yj
    @MansurMansur-kp7yj Před rokem +3

    Allah razı olsun.

  • @Seymurliyev-zt9bs
    @Seymurliyev-zt9bs Před rokem +3

    Allah razı olsun sizlərdən.

  • @nicatnesrullayev2275
    @nicatnesrullayev2275 Před rokem +1

    Allah razı olsun

  • @xezermemmedzade1834
    @xezermemmedzade1834 Před rokem +5

    Allah Azze ve Celle size bereket versin..Ömer hocam Cox sagolun CezakAllahu Xayran BərəkAllahu fikum

  • @hacyevaaytn2356
    @hacyevaaytn2356 Před rokem +8

    Səmimiyyət qoxan bir video.
    Əməyiniz üçün çox təşəkkür edirəm, Allah razı olsun..

  • @seymurmullimlcografiyadrsl5749

    Superdi. Format əladı

  • @fridnsibov8390
    @fridnsibov8390 Před rokem +4

    Salam Aleykum Çox Sağolun Təşəkkür Edirəm Allah Razı Olsun Minnətdaram Hər Şeyə Görə Allah Subhanə Və Təala Sizdən Razı Olsun

  • @eminhacizade9167
    @eminhacizade9167 Před rokem +7

    MəaşAllah Bərəkallah TebarekAllah Allah razı olsun ebeden və daima Əmin Əmin Əmin
    Allah doğru istiqamətden ayrı salmasın Allah bu ümmete birlik, dirlik nesib elesin yeniden diriliş nəsib etsin Əmin Əmin Əmin
    Kimlerki tək öz qurupunun yox bütün ümmətin derdi ile dertlenibse Allah maddi ve menevi güc qüvvət versin Əmin Əmin Əmin

  • @Redmi-ny6xp
    @Redmi-ny6xp Před rokem +7

    Əziyyət çəkən, əməyi keçən hər kəsdən Allah razı olsun.

  • @SahilMemmedov-tx1cf
    @SahilMemmedov-tx1cf Před rokem +1

    Əməyi keçən hər kəsdən Allah razı olsun

  • @yusufcavadov3313
    @yusufcavadov3313 Před rokem +5

    MəşəAllah BərəkAllah

  • @vusalnabiyev1163
    @vusalnabiyev1163 Před rokem +5

    Allah bərəkət versin. Davamlı olsun inşəAllah.

  • @anarqubadoglu
    @anarqubadoglu Před rokem +6

    ALLAH c.c. razı olsun qardaşlar.
    Ömər hocanın dərsləri çox olsa yaxşı olar.
    ALLAH Azze ve Celle Ramazandan haqqı ilə istifadə etməyi nəsib eləsin, bizləri bayrama əfv olunmuş , bağışlanmış olaraq çıxartsın. Amin...

  • @ehsenmirzeyev1876
    @ehsenmirzeyev1876 Před rokem +11

    Salam Aleykum .Allah razı olsun.Omər Hoca çox sevdiyim Hocalardandı.Vaxt aşırı dinləyirəm paylaşıram.Allah sizi Cənnətlə mukafatlandırsın.Bizim üçün də dua edin.Omər Hoca.

  • @rsidallahquliyev2447
    @rsidallahquliyev2447 Před rokem +5

    Gözəl video alınıb.Kəsintisiz sonuna qədər izləmədən durmaq olmur

  • @ZehraZerbeliyeva0
    @ZehraZerbeliyeva0 Před rokem +6

    Allah təala hər birinizdən razı olsun. Çox gözəl mövzulara toxunuldu. Rəbbim eşidib, öyrəndiklərimizlə əməl etməyi nəsib etsin.

  • @turalcavadov2515
    @turalcavadov2515 Před rokem +5

    Allahu təala çalişmaniza bərəkət versin amin çox gözel bir sohbetdi biz muselmanlarada esidib faydalananlardan eylesin amin

  • @muradaslanl4398
    @muradaslanl4398 Před rokem +2

    Və Aleykumus sələm və rahmətullah

  • @asif_zulfugarov
    @asif_zulfugarov Před rokem +6

    İzləmək üçün əla bir material. Təşəkkürlər🤝

  • @sdiismayilov8109
    @sdiismayilov8109 Před rokem +3

    Salam Aleykum Allah bərəkətləndirsin

  • @justicebalayev13
    @justicebalayev13 Před rokem +10

    Allah razı olsun hər birinizdən. Ömər qardaşın çox incə mövzulara toxunması və realist yanaşması həqiqətən çox gözəldi. Siz ölkəmizdə ki faydalı səhifələrdənsiz. Çox faydalanmışam sizin paylaşımlarınızdan.

    • @beyyinetv
      @beyyinetv  Před rokem +2

      Təşəkkürlər. Allah sizdən də razı olsun.

  • @inanangnc9094
    @inanangnc9094 Před rokem +6

    Oruc Oruc buda Oruc ☺️

  • @Ahmed-tb9yl
    @Ahmed-tb9yl Před rokem +5

    Əs sələmu aleykum
    Allah bərəkət versin.

  • @rasselaliev7666
    @rasselaliev7666 Před rokem +1

    Allah razi, olsun gardashlar

  • @animasiyastudiya8844
    @animasiyastudiya8844 Před rokem +4

    Salam aleykum. Gözəl alınıb.

  • @rasulhajiyev4362
    @rasulhajiyev4362 Před rokem +5

    Verilişə görə təşəkkürlər! Maraqlı və informativ idi. Allah Təala elminizi bərəkətləndirsin İnşaAllah.
    Hoca sözü əvəzinə dilimizdə olan müəllim sözünü də işlədə bilərsiniz. Türklərin işlətdikləri hoca sözünün bizim dilimizdəki alternativi molladır və mənası da müəllim, savadlı və ya elmli insan deməkdir. Sadəcə olaraq təəssüf ki, ssri dövrünün təbliğatı və sonrakı illərdə də bir sıra savadsızların Qurani-Kərimdən bəzi surələri necə gəldi əzbərləyib özlərinə molla deyərək yas məclislərində, qəbiristanlıqda, fala baxmaqla, siğə etməklə, nəzir dilənməklə pul qazanmaları bu adı hörmətdən saldı. Bunu nəzərə alaraq düşünürəm ki, kənardan bir az qəribə səslənən hoca sözünün əvəzinə öyrəşdiyimiz müəllim sözünü işlətmək daha məqsədəuyğun olar. Onsuz da Ömər müəllim bildiyim qədərilə dini dərslər də tədris edir və bu da ona rahatlıqla müəllim deməyə imkan verir. Uğurlar!

    • @beyyinetv
      @beyyinetv  Před rokem +5

      Əssələmu aleykum. Xoş sözlərinizə görə çox sağolun. Diqqətiniz və təklifləriniz üçün də ayrıca minnətdarıq. Əslində bunu çəkimdən öncə müzakirə edib hoca sözü üzərində durmağı qərara aldıq. Bunun da bir neçə səbəbi var:
      - Müəllim ifadəsi çox rəsmi görünür bu tipli səmimi söhbətlər üçün.
      - Molla ümumiyyətlə istifadəyə yararlı deyil.
      - Şeyx ifadəsi də cəmiyyətimiz üçün uyğun deyil.
      - Bəy də İslami mövzularda uyğun gəlmir.
      Geriyə bir tək hoca və ya xoca ifadəsi qalır ki, biz də bunun üzərində durmalı olduq.
      Fikirlərinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik.

  • @rsadmirzyev4627
    @rsadmirzyev4627 Před rokem

    Əs səlamu aləykum dinin esli tövhid ve tekfirdi elhemdulileh

  • @faridalizade8503
    @faridalizade8503 Před rokem +4

    Cihad haqqında müharibə vaxtı namazı qılınması və fəziləti

  • @sahinismayilov096
    @sahinismayilov096 Před rokem +2

    👍👍👍

  • @islamqidsi2837
    @islamqidsi2837 Před rokem +3

    Axırki orucun mübarək üzünü gördük. 😊

  • @MiroSalah1993
    @MiroSalah1993 Před rokem

    Ömər Xoca çox tolerant danışır. Çox önəmli və yaralı nöqtələrdən bəhs edir. Bu gün İslamı təəssübkeşlik şəklində yox tolerant şəkildə yaşamalıyıq. Zaman iman zamanıdır həqiqət zamanıdır inşəALLAH.

  • @nahidmustcbov7001
    @nahidmustcbov7001 Před rokem +1

    👍👏

  • @Ako_111-
    @Ako_111- Před rokem +6

    Sizdən üzr istəyərək bir etiraz etmək istəyirəm. Biraz ara verərək danışıq olsa yaxşı olar. Xoca danışanda sizlər də danışırsınız qarşılıqlıq düşür. Bu biraz narahatlığa səbəb olur. Allah razı olsun.

    • @beyyinetv
      @beyyinetv  Před rokem +3

      Diqqətiniz üçün təşəkkür edirik. Ancaq podcastlar ümumən bu cür olur. Səmimi söhbət olduğu üçün və ediləcək söhbət sual-cavab tipli olmadığı üçün istər istəməz bu cür hallar olur.

    • @Ako_111-
      @Ako_111- Před rokem +2

      @@beyyinetv Hə anladım. Bu mövzuda anlayışım olmadığı üçün demək ki, mən yalnış anlamışam. Allah bərəkətli etsin.🤲

  • @kamal-allazov
    @kamal-allazov Před rokem +6

    Oruc qardaş ürəkdi 😍

  • @mehpareselimova9235
    @mehpareselimova9235 Před rokem +1

    Ora girsək uzun çəkəcək, dediyiniz məsələlərə toxunmazını istərdik.

  • @movlanbabayev4057
    @movlanbabayev4057 Před rokem +4

    Allah razı olsun qardaşdardan😅.Ömər bəyin şəxsi səhifəsi varmı?

  • @thereal_mrnobody
    @thereal_mrnobody Před 6 měsíci

    Salam! Maraqlı ünsiyyətə görə təşəkkürlər. Təzə tapmışam kanalı, oturub bütün videolarınıza baxıram :)
    AMMA, qardaşlar,
    "Hoca" ifadəsi adamın qulağını deşir. Hamıvız demək olar ki həmyaşıdsız, qardaş deyə də müraciət etmək olar da, yox?) Deyə bilərsiz ki, hörmət göstəricisi olduğuna görə "hoca" deyirik və ya Ömər qardaş bizə elm öyrənməyə çox kömək olub və s., amma bir sekta təəsüratı yaranır.
    Qətiyyən bunları deməyimdə pis niyyət yox idi. Elə görünürsə üzürlü sayıb, rəyi pozun. Sevgilər!

  • @MiroSalah1993
    @MiroSalah1993 Před rokem

    Qurani Kərimdən sonra bu zamanın yaralarına mərhəm olacaq və hər suala cavab verən kitab Risale-i Nurdur.

  • @safoprobaba4014
    @safoprobaba4014 Před rokem +2

    Salam aleykum. Omər qardas hansı məscidin imamıdır və harda bilən varmı?

  • @cavidmammadovvv
    @cavidmammadovvv Před rokem +4

    Salamaleykum. Sahura qalxarkən təhəccüd namazını 2 və ya 4 rükət gücümüzün yetdiyi qədər qıla bilərikmi?

  • @ibrahimseferov2290
    @ibrahimseferov2290 Před rokem +1

    Salam aleykum Ömər Qardaşın söhbətlərinə harda qoşula bilerik

  • @elnura-de9276
    @elnura-de9276 Před rokem +1

    Növbəti podkast nə zaman olacaq

  • @vidadimecidov7267
    @vidadimecidov7267 Před rokem +1

    Menim bir sualim var mellim. Tez tez bir söz eşidirik "dinin esli" bu ne demek di? Dinin esli nedi?

  • @SahilMemmedov-tx1cf
    @SahilMemmedov-tx1cf Před rokem +4

    Allah razı olsun sizdən🫂

  • @rahimmusayev7186
    @rahimmusayev7186 Před rokem +1

    Allah razı olsun