Əmir Teymurun münəccim nəvəsi - Uluqbəy

Sdílet
Vložit
  • čas přidán 28. 02. 2019
  • Dünya elmində, ələlxüsus da astronomiya və astrologiyada xüsusi yeri olan Uluqbəy (bütöv adı Məhəmməd Taraqay bin Muinüddin Şahrurdur) 1395-ci ilin 22 martında qədim türk yurdu Səmərqənddə dünyaya gəlib. O, azərlərə amansız zülm edən, lakin ümumən islam və türk dünyası üçün böyük işlər görən Əmir Teymurun nəvəsidir. Bursalı Qadızadə Rumidən dərs alan Uluqbəy hələ uşaqlıqdan öz istedadı ilə saray əyanlarını mat qoyurdu. O, yeniyetmə yaşlarında ikən Qurani-Kərimi əzbərləmiş, ərəb dilini mükəmməl şəkildə öyrənmişdi. Böyük mütəfəkkirin islam üçün gördüyü işlər də çox olub. Təkcə 1417-1420-ci illər arasında Səmərqənddə tikdirdiyi mədrəsənin adını çəkmək kifayətdir. Aparılan araşdırmalar Uluqbəyin burada bir külliyyat tikdirdiyini ortaya çıxarıb. Fəqət, günümüzə sadəcə bu mədrəsədən quruca tikilidən və uçulub-tökülmüş minarələrdən savayı heç nə qalmayıb.
    Bu gün Səmərqəndə yolu düşən və Əmir Teymurun qəbrini ziyarət edənlər, böyük türk xaqanının məzarı yanında nəvəsi Uluqbəyin də qəbrini yad edirlər. Səbuhi Rəhimli bu böyük mütəfəkkirdən danışır...

Komentáře • 20

  • @favoritproduction9337
    @favoritproduction9337 Před 5 lety +7

    Allah rəhmət eləsin!

  • @xatiraqasimova3632
    @xatiraqasimova3632 Před 5 lety +6

    Səbuhi müəllim salam. Çox maraqlı mövzudur. Uğurlar arzulayıram sizə.

  • @rafiqcerullayevfitoterapev2010

    Allah rəhmət eləsin

  • @xatiraqasimova3632
    @xatiraqasimova3632 Před 5 lety +7

    Temurləng Çingiz xandan sonra dünyanın ən böyük hökümdari olub .

  • @miranmemmedov9771
    @miranmemmedov9771 Před 5 lety +5

    Ruhu şad olsun!

  • @xatiraqasimova3632
    @xatiraqasimova3632 Před 5 lety +6

    Əmr Teymur Terek çayının sahilində Taxtamış xana qalıb gəlib.

    • @metlebhekeri9137
      @metlebhekeri9137 Před 5 lety +5

      Bəli. Dünya hökmdarı Toxtamışı darmadağın edib.

  • @Azrbaycan-yh9qk
    @Azrbaycan-yh9qk Před 3 lety

    Allah rəhmət eləsin, Allah sizdən də razı olsun.

  • @sevilsuleymanova1813
    @sevilsuleymanova1813 Před 3 lety

    Təşəkkürlər!!

  • @gulbenizrzayeva7905
    @gulbenizrzayeva7905 Před 4 měsíci

    Bu nə mahnıdı Adamı bir otağa salıb bu mahnını qoysalar elə oradaca ürəyi partlayıb ölər😢
    Mahnının səsindən qulaq asmaq olmur

  • @hmzvahabov4605
    @hmzvahabov4605 Před 5 lety +7

    Məllim teymurləng pis insan idi.Nəsiminin dərisini soymuşdu

    • @favoritproduction9337
      @favoritproduction9337 Před 5 lety +5

      Gedin tarixi yaxşı oxuyun.

    • @hmzvahabov4605
      @hmzvahabov4605 Před 5 lety +5

      @@favoritproduction9337 yəni deyirsiz kinosu da yalanan çekilib?

    • @favoritproduction9337
      @favoritproduction9337 Před 5 lety +6

      Heç kinoya da diqqətli baxmamısınız. Kinoda Əmir Teymur Nəsimini azad edir, ətrafı nə qədər israr etsə də. Nəsimi Hələbdə edam edilib, ərəblərin vasitəsilə. Nəsimi soyulanda artıq Əmir ölmüşdü. Filmdə də deyilir bu. Üstəlik, nəzərə alaq ki, film sovet dövründə çəkilib və türk cahangirlərini gözdən salmaq məqsədi daşıyırdı. Əmir Teymur 1 nəfər azərbaycanlını belə divara hördürməmişdi.

    • @hmzvahabov4605
      @hmzvahabov4605 Před 5 lety +5

      Sağol

    • @favoritproduction9337
      @favoritproduction9337 Před 5 lety +5

      Dəyməz

  • @fexriyyeeliyeva3723
    @fexriyyeeliyeva3723 Před 3 lety

    Onsuz da yaxsl adamlarln sonu facie ile bitir

  • @ravidadasov8777
    @ravidadasov8777 Před 2 lety

    ƏMİRLƏR ƏMİRİ TEYMUR 🐺 🐺 🐺 🐺 BOZ KIRIN SAHİP KIRANI

  • @metlebhekeri9137
    @metlebhekeri9137 Před 5 lety +8

    Allah rəhmət eləsin!