Mirzə Babayev - Dur Qaçaq, Oğlum (Rəsmi Audio)

Sdílet
Vložit
  • čas přidán 10. 09. 2024
  • Mirzə Babayevin “İfalar, Vol.2” albomundan "Dur Qaçaq, Oğlum" ifası artıq onlayndır.
    Mirzə Babayevə CZcams-da abunə ol: mikpro.az/mirz...
    Musiqi: Ramiz Mustafayev
    Söz: Mirzə Ələkbər Sabir
    Sözlər:
    [Bənd 1]
    Vah, bu imiş dərsi-üsuli-cədid?
    Yox, yox, oğul, məktəbi-üsyandır bu
    Molla deyil bundakı təlim edən
    Əlhəzər et, bir yeni şeytandır bu
    [Nəqərat]
    Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
    Elm adına bir quru böhtandır bu
    Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
    Elm adına bir quru böhtandır bu
    [Bənd 2]
    Gör, necə alt-üst eləyib şeyləri
    Döndərib "a, b"-ə "əlif-bey"-ləri
    Bidətə bax "ya" oxudur "ey"-ləri
    Sanki hürufat ilə düşmandır bu
    [Nəqərat]
    Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
    Kafirə bax, gör, nə bədimandır bu
    Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
    Kafirə bax, gör, nə bədimandır bu
    [Bənd 3]
    Diqqət edib baxsan əgər dərsinə
    Hər sözü təlim eləyir tərsinə
    Dəyməz о bir paslı dəmir ərsinə
    Min də desə dürci-zərəfşandır bu
    [Nəqərat]
    Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
    Elm adına bir quru böhtandır bu
    Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
    Elm adına bir quru böhtandır bu
    [Bənd 4]
    Bir də görürsən ki, olub heyvərə
    Əlli uşaq banladı birdən-birə
    Dərs deməsən, gülməli bir məsxərə
    Molla demə, məsxərəcünbandır bu
    [Nəqərat]
    Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
    Kafirə bax, gör, nə bədimandır bu
    Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
    Kafirə bax, gör, nə bədimandır bu
    [Bənd 5]
    Bundan əzəl böylə deyildi səyaq
    Dərs oxudan mollada vardı ləyaq
    Molla qoyardı başına şiş papaq
    Öylə ki, bir fazili-dövrandır bu
    [Nəqərat]
    Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
    Elm adına bir quru böhtandır bu
    Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
    Elm adına bir quru böhtandır bu
    [Bənd 6]
    İndi bütün iş dolanıb lağlağa
    Dərs oxudur hər başı fəsli çağa
    Etdiyi tədrisi ilan-qurbağa
    Dərs deyil, hərzəvü hədyandır bu
    [Nəqərat]
    Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
    Kafirə bax, gör, nə bədimandır bu
    Dur qaçaq, oğlum, baş-ayaq qandır bu
    Kafirə bax, gör, nə bədimandır bu
    Mirzə Babayev sosial şəbəkələrdə:
    genius.com/art...
    Mirzə Babayev rəqəmsal platformalarda:
    lnk.to/Mirza_B...
    Mirzə Babayev tərəfindən ifa olunan “Dur Qaçaq, Oğlum” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2023
    Etiketlər:
    #MirzəBabayev #DurQaçaqOğlum #mikpro

Komentáře •