Gədəbəy: nağıllar aləminə səyahət vlog 11

Sdílet
Vložit
  • čas přidán 6. 06. 2021
  • Bakının toz-dumanı, səs-küyündən 450 km uzağa, yaşıl çöllərin, başı qarlı dağların, çayların, göllərin, igidlərin diyarına, Gədəbəyə gedirik.
    Təbiətlə iç-içə keçirəcəyimiz iki unudulmaz günün necə başlayıb, necə bitdiyini ancaq Bakıya döndükdən, təbiətin tilsimindən ayıldıqdan sonra anlayacaqsan. Zaman və məkan çox dəyərlidir və hər istədiyində gələ bilmədiyin qədər uzaq olan bu cənnətə gəlmişkən daha çox gözəllik görə bilməyin üçün məkanlara nəqliyyat vasitəmizlə yollanacağıq. Qısa yürüşlərimiz də öz yerində.
    Həmçinin qeyd edək ki, macəramızın dəstəkçisi olan Slavyanka Gədəbəy Mineral Suları Zavodu tərəfindən macəra boyu su ilə təmin olunacağıq.
    4 iyun 2021
    23:00 Bakı - Gədəbəy (Gənclik m/s)
    5 iyun 2021
    05:30 Gədəbəy, Qoşabulaq kəndi
    05:30 - 07:30 - Kənd evinə yerləşmə, səhər yeməyi
    08:00 - “Şır-şıra” şəlaləsi
    10:00 - “Koroğlu qalası”
    11:50 - “Qanlı körpü”
    13:20 - Qoşabulaq kəndi, nahar fasiləsi
    15:30 - Kəklikotu düzü. Kəklikotu toplayacağıq.
    16:30 - Haçaqaya dağı(2100m) (Ziyarətgahı)
    20:30 -Qoşabulaq kəndi
    21:00 - Axşam yeməyi
    6 iyun 2021
    06:00 - Səhər yeməyi
    07:15 - Şahzadə meşəsi (Şam meşəsi)
    09:00 - Başkənd gölü
    12:30 - "Slavyanka" Gədəbəy Mineral Suları Zavodu (İstehsal prosesi ilə tanışlıq)
    13:50 - Şəmkir şəhəri.
    - Nahar fasiləsi
    - Qədim şəhər mərkəzi (alman evləri)
    - Alman lüteran kilsəsi
    22:00 - Bakı
    •••••••••••••••••••••••••••••••••
    ÜMUMİLİKDƏ GÖRÜLƏCƏK MƏKANLAR:
    - Şır-şıra şəlaləsi
    - Koroğlu qalası
    - Qanlı körpü
    - Kəklikotu dərəsi
    - Haçaqaya dağı (2100m)
    - Şahzadə Meşəsi (şam meşəsi)
    - Başkənd gölü
    - Slavyanka Gədəbəy Mineral Suları Zavodu
    - Qədim Şəmkir, alman evləri
    - Alman lüteran kilsəsi
    Qanlı körpü
    Gədəbəy rayonunda 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunlugu 28 km olan Gədəbəy-Qalakənd arasinda çəkilmişdir.
    Bu körpünün faciəvi tarixçəsi var.
    Beləki, mədəndə işləyən fəhlələri işdən evə daşıyan vaqon korpunun ustundən keçərkən korpu aşıb. Nəticədə vaqonda olan fəhlələrin hamisi həlak olub. O gundən sonra el arasinda bu korpugə Qanli korpu deyilir.
    Haçaqaya dağı
    İnsanlar buraya qurban kəsməyə, arzularinin yerinə yetməsi ucun dua etməyə, bir coxlari isə sadəcə əsrarəngiz təbiət abidəsini izləməkcun uz tuturlar.
    Sohbət Gədəbəy və Tovuz rayonlari arasinda 2200 metr yuksəklikdə yerləsən Haçaqaya dagindan gedir.
    Əfsanəyə gorə xəlifə Əliyə xəbər catir ki, Salsal adli bir pəhləvan musəlmanlara zulm edir. Xalifə Əli Hacaqaya daglarinda bu pəhləvanla uz uzə gəlir. Qilinci ilə pəhləvana zərbə yendirse də Salsalı kəsmir. Xəlifə Əli hirslənərək qilinci daga cirpir.
    Dag iki yerə bolunur və hacaqaya yaranir
    Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Ərazidə olan tarixi mədəniyyət abidələri eramizdan əvvəl 12-7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur.
    Bugünki səfərimiz Gədəbəyin qədim memarlıq abidələrindən olan filan yerdir
    Koroğlu qalası
    Gədəbəy rayonunun Qalakənd və Miskinli kəndləri arasinda sildirim qayaligin zirvəsində yerləşir.
    16cı əsrdə inşa edilmiş bu qala strateji baximdan olduqca əlverişli yerdə yerləsir.
    Müdafiə məqsədli inşa edilən bu qalanın yeraltı gizli yolu və gizli su xətti də aşkar edilmişdir
    #protectmudvolcanoes #burdanbura #burdanburaaz #burdanburamedia
    Facebook:
    elxan.qenyev/
    Instagram:
    elkhanganiyev
    _______________________________________________________
    eqeniyev.wordpress.com/

Komentáře • 36

  • @henry9194
    @henry9194 Před 2 lety +4

    Men hec vaxt Gedebeyde olmamisam 😔cox istedim bu yay arzuma catim🙏🙏🙏

  • @ismayil2050
    @ismayil2050 Před 2 lety +3

    Qəşşəy qaqa

  • @Vugar.travel
    @Vugar.travel Před 5 měsíci +2

    Ugurlar olsun

  • @mammadlyUlkar
    @mammadlyUlkar Před 3 lety +3

    Çox qəşəngdir, əllərinə sağlıq. Yaxşı ki çəkmisən 🤪😁

  • @m_t3901
    @m_t3901 Před 3 lety +2

    Beh beh chox gozeldir👏ardi gelsin

  • @muradquliyev8747
    @muradquliyev8747 Před 3 lety +3

    Çox əla videodu

  • @kemalepasayeva9438
    @kemalepasayeva9438 Před rokem +2

    Adrenalin istəsəniz Gədəbəyin Dəyəqarabulaq kəndinə gedin.Oranın yolları ilə bir dəfə gedib-gəlsəniz daha qorxu hissini yaşamazsınız

  • @helloweekend
    @helloweekend Před 3 lety +2

    Perfecto 👍

  • @gunelxantemirova9091
    @gunelxantemirova9091 Před 3 lety +2

    👍👍

  • @gulaymahmudlu
    @gulaymahmudlu Před 2 lety +2

    Çox qəşəng🤩

  • @kazzimli
    @kazzimli Před 3 lety +2

    Əlinə ürəyinə sağlıq Elxan💛

  • @aynuralimuradbeyli8809
    @aynuralimuradbeyli8809 Před 3 lety +2

    Gözəl və səmimi bir xatirəyə çevirmisən unudulmaz səfərimizi. Çox-çox sağ ol. ❤️

    • @GaniyevArt
      @GaniyevArt  Před 3 lety

      Siz varolun unudulmazı unudulmaz edenlər laiqi insanlardır)

  • @ramilehebibli
    @ramilehebibli Před 3 lety +2

    Əla gənçlər 👏👏

  • @ulviyarahim1778
    @ulviyarahim1778 Před 3 lety +1

    Əla əhval-ruhiyə yaradır insanda bu video. 🙂

    • @GaniyevArt
      @GaniyevArt  Před 3 lety

      Təşəkkürlər edirəm hərzaman əla olun

  • @ArifAlakbar
    @ArifAlakbar Před 3 lety +1

    Sağ ol - var ol!

  • @amilmeherrem3049
    @amilmeherrem3049 Před 3 lety +1

    İlk 1-ci dəqiqəsindən bəyəndim. Uğurlar uşaqlar

  • @pasazadeqedir
    @pasazadeqedir Před 3 lety +1

    elaa. Davami gelsin❤️👍

  • @bakselgold9846
    @bakselgold9846 Před 3 lety +3

    gedebeyim menim bas kendim

  • @xaliqvliyev3990
    @xaliqvliyev3990 Před 3 lety +1

    yehuuuu )))

  • @azamatverdiyeva7181
    @azamatverdiyeva7181 Před 2 lety +1

    Yaaa mənim rayonum,ama hələ Haçaqayaya gedə bilməmişəm🥺 təəssüf,necə gözəl nümayiş etdirirsiniz 🤌🏻

  • @nuro626
    @nuro626 Před 3 lety +2

    Azər məndə eyni səhvi etmişəm😁

    • @GaniyevArt
      @GaniyevArt  Před 3 lety

      Nə səhfdi o elə? 😀

    • @kazzimli
      @kazzimli Před 3 lety +1

      Həə heyif bu dəfə yağışa borana düşdük ona görə toplaya bilmədik, qayıtmalı olduq😞

    • @ArifAlakbar
      @ArifAlakbar Před 3 lety +1

      @@GaniyevArt Kəklikotu səhvi

    • @GaniyevArt
      @GaniyevArt  Před 3 lety +1

      @@kazzimli başqa səfər inşallah)

  • @user22463
    @user22463 Před 21 dnem

    Bizdə gözəl mənzərəli yerləri ətraflı çəkib nəisə göstərə bilmirlər,bütün çəkilislər ,kadrlar elə bil tam axıra kimi çəkilmir, amma rus bbloqer gözəl yerlərimızi elə ətraflı çəkiliş aparıb təqdim edirlər, deyirsən bu cür gözəl mənzərələri yerləri niyə biz heç yerdə görməmisik ,burda televiziya kanalları da məsuliyyət daşıyır, xeyli operatorları ,rejissorları olan kanallar lazımsız şoular müğənni yığınağı əvəzinə ölkəmızın tarixı abidələrini, heç ayaq dəyməyən mənzərəli güşələrini çəkib insanlara təqdim etməlidir.

  • @ilgaryusifli5637
    @ilgaryusifli5637 Před 3 lety +1

    Üzünüzün saqqalına görə bəyənmədim videonu

    • @GaniyevArt
      @GaniyevArt  Před 3 lety +1

      Hansı üzümün )) Saqqalım var xəbərim yox?