Xan Şuşinski - İrəvanda xal qalmadı (Sözləri \ lyrics)

Sdílet
Vložit
  • čas přidán 22. 08. 2024
  • Manatla real pul qazanın MilliCoin
    Qeydiyyat linki: millicoin.az/1...
    Xan Şuşinski - İrəvanda xal qalmadı (Sözləri \ lyrics)
    Sözləri və musiqisi:
    Cabbar Qaryağdıoğlu
    İfa edir: Xan Şuşinski
    İrəvanda xal qalmadı,
    O xal nə xaldır ora düzdürmüsən,
    De görüm, nə xaldı qoşa düzdürmüsən?
    Daha məndə can qalmadı,
    O xal nə xaldır ora düzdürmüsən,
    De görüm, nə xaldı qoşa düzdürmüsən?
    Xal mənim, yar mənim, ixtiyar mənim,
    Xalxa nə borcdu belə düzdürmüşəm
    Yarım deyibdi, qoşa düzdürmüşəm.
    İrəvanda mən işlərəm,
    O xal nə xaldır ora düzdürmüsən,
    De görüm, nə xaldı qoşa düzdürmüsən?
    Xəncərimi gümüşlərəm,
    O xal nə xaldır ora düzdürmüsən,
    De görüm, nə xaldı qoşa düzdürmüsən?
    Xal mənim, yar mənim, ixtiyar mənim,
    Xalxa nə borcdu belə düzdürmüşəm
    Yarım deyibdi, qoşa düzdürmüşəm.
    İrəvandan gəlir qutu,
    O xal nə xaldır ora düzdürmüsən,
    De görüm, nə xaldı qoşa düzdürmüsən?
    İçi dolu kəklikotu,
    O xal nə xaldır ora düzdürmüsən,
    De görüm, nə xaldı qoşa düzdürmüsən?
    Xal mənim, ixtiyar mənim, yar mənim,
    Xalxa nə borcdu belə düzdürmüşəm
    Yarım deyibdi, qoşa düzdürmüşəm.
    İrəvanda nə qalmadı?
    Müxtəlif iddialar var. “İrəvanda xalq qalmadı”, “İrəvanda xal qalmadı” və ya bizim də üzərində dayanacağımız “İrəvanda xan qalmadı”.
    Müxtəlif rəvayətlər var, onlardan birində deyilir ki, İrəvanda bir mülkədar ailəsində toy məclisi aparan Cabbar Qaryağdıoğlu (həmin toyda Qurban Pirimov və Məşədi Qulu da olub) toyun sonunda bədahətən bir qıza mahnı qoşur və bu mahnı el içində sevilərək yayılır. Həmin toyda üzündə xal olan qıza ithaf olunan mahnı da buna görə “İrəvanda xal qalmadı” kimi yayılır.
    Firudin Şuşinski bu barədə yazıb:
    “Cabbar əmi 500-ə qədər xalq mahnısını yaddaşında saxlamışdı. O, bir dəfə İrəvanda bir toy məclisində oxuyurmuş. Məclisin qızğın vaxtında toy sahibi, daha doğrusu, qız atası xanəndədən xahiş edir ki, gəlini tərifləyən bir mahnı oxusun. Cabbar əmi də o dəqiqə elə oradaca “İrəvanda xal qalmadı” adlı mahnı bəstələyib oxuyur. Toy sahibi çox razı qalır. Məclis xanəndəni alqışlayır…”.
    Digər bir el rəvayətinə görə, İrəvan mahalında üzündə qoşa xal olan gözəl bir qız varmış. Sədası mahalın hər bir tərəfinə yayılan bu gözəlin üstündə İrəvan xanları bir-biri ilə rəqabət aparır, onun vüsalına yetmək üçün çarpışırmışlar. Bunun şahidi olan bir sənətkar “Ay elimin gözəli, sənin bu xallarının şöhrətindən “İrəvanda xan qalmadı”, onlar bir-birini qırıb çatdılar” - deyə onun gözəlliyini vəsf edib.
    Mənbə: dilqemehmed.wo...
    CZcams Kanala dəstək olmaq üçün aşağıdakı linklərdən birinə keçin:
    Yandex - bit.ly/2GySo1H və ya Qiwi - bit.ly/2JJ81cW
    Facebookda bizi izləmək üçün bu linkə keçin: bit.ly/2YtG7oD

Komentáře • 8

  • @azrbaycanmahnlarsozlrl9338

    Manatla real pul qazanın MilliCoin
    Qeydiyyat linki: millicoin.az/1076831.referal

  • @realilkin
    @realilkin Před 4 lety +10

    Allah rəhmət etsin!Böyük incəsənət xadimi

  • @orhannadzhafov1070
    @orhannadzhafov1070 Před 3 lety +4

    Can, Xan əmi!))

  • @aqsinmirzyev8941
    @aqsinmirzyev8941 Před 2 lety +2

    Əla

  • @vuqarvekilov
    @vuqarvekilov Před 4 měsíci

    İrəvanda xalq qalmadı sətr altı mənası var

  • @ilkinsurxayev1159
    @ilkinsurxayev1159 Před 2 lety +2

    ugurlar😊

  • @senan6973
    @senan6973 Před 3 lety +4

    Kanala yeni videolar yerləşdirilmir.Bu təkcə məni bu qədər üzür? :(

    • @azrbaycanmahnlarsozlrl9338
      @azrbaycanmahnlarsozlrl9338  Před 3 lety +1

      Salam, çox təssüf ki, vaxt azlığından və motivasiy üçün kanaldan heç bir gəlir əldə etmədiyim üçün yeni videolar yükləməyə vaxt olmur.