İsa Məsih - Film (Tam versiya - Azərbaycan dilində)

Sdílet
Vložit
  • čas přidán 6. 09. 2024
  • Әziz dostum! Әminəm ki, indi siz mənə çoxlarını maraqlandıran bir sual verəcəksiniz. İndicə tarixindən danışdığım O böyük Adam kimdir? Bu dünyada bu ən əhəmiyyətli sualdır. Bu suala cavab verən çox cildlər yazılmışdır. Bu barədə qısa danışmaq çətin də olsa, İsa Məsihin Kimliyi haqqında müəyyən söz deməyə çalışacağam. İndi bu barədə yazanda, yeganə etirablı mənbəyə - Allah Kəlamına əsaslanacağam.
    Həqiqi insan olmasına baxmayaraq, İsa bəzi cəhətlərinə görə digərlərindən tamamilə fərqlənirdi. İndicə dediyim kimi, bütün insanlar, hətta peyğəmbərlər və qədim dövrlərin övliyaları (müqəddəsləri) da bəzən Allaha itaət etməmiş və nəticədə günaha batmışlar. İsa isə bütün ömrü boyu Allahın müqəddəs iradəsinə zidd heç nə etməmiş, heç nə deməmiş, heç nə fikirləşməmişdir. O, yeganə günahsız insandır (1Peter 2:22; 1Yəhya 3:5). Yalnız O, günah işlətməmişdir. Onun istək və tələbi Allahın iradəsi ilə üst-üstə düşürdü. O, Yer üzündə nə vaxtsa yaşamış yeganə kamil insandır.
    Әvvəlcədən göstərdiyimiz kimi, İsa Özünə Allahın Oğlu deyirdi. Təkcə sinedrion qarşısında mühakimə olunanda yox, bu məhkəmədən çox-çox əvvəl O belə bir yüksək bəyanat vermişdir. O, həmişə Allaha Öz Atası kimi istinad edirdi. Bir dəfə O dedi: ‘Mən və Ata birik’ (Yəhya 10:30). Küfr danışdığı üçün düşmənləri Onu daşa basmaq istədilər. Ancaq biz bilirik ki, İsanın dilində yalan və hiylə tapılmadı. Onun dediklərinin hamısı doğru idi. Biz unutmamalıyıq ki, əgər kimsə İsanın Allahın Oğlu olmadığını söylərsə, o, İsanı yalançı etmiş olur. Әgər O, yalançıdırsa, onda Ona bir kimsə inanmayacaq. Lakin İsa Özünü Allahın Oğlu elan etməklə, əslində, Allahın Ona dediyini təkrarlamışdı. İsa vəftiz olub sudan çıxanda göylərdən bir səs gəldi: ‘Sən mənim sevimli Oğlumsan! Səndən çox məmnunam’ (Mark 1:11). Həvarilərin İsa barəsində yazdıqları kitabların hamısında dəfələrlə bəyan edilir ki, İsa Allahın Oğludur, bütün dünya məsihçiləri də bunun doğruluğuna inandılar. Әldəttə, yəqin ki, başa düşürsünüz, ‘Allah Oğlu’ termini cismani mənada deyil, ruhani mənadadır. Aydındır ki, Allah evlənməmişdir, lakin Oğlu olmuşdur. Bu isə insan düşüncəsi ilə tamamilə qeyri-mumkun və ağlasığmazdır. İncildə isə İsa Allahın Kəlamı adlandırılır. Halbuki, Allah Oğlu Onun Allaha yaxınlığını və Allahla eyniliyini ifadə edir. ‘Allah Kəlamı’ adı bizə deyir ki, Allah insanlarla İsa Məsih vasitəsilə danışır. Ona görə də yazılmışdır: ‘Әzəldən Kəlam mövcuddur; Kəlam Allahda olub və Kəlam Allah olub. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. Həyat Onda olub, həyat isə insanların nuru olub.’ Kəlam bəşər olub lütf və həqiqətlə dolu olaraq aramızda sakin oldu; biz də Onun izzətini, Atanın Vahid Oğlunun izzətini gördük’ (Yəhya 1:4; 14).
    İndi mən bilirəm ki, siz nə soruşmaq istəyirsiniz: ‘Әgər Allah birdirsə, İsa Məsihin Allahın Oğlu olması və onunla bir olması necə mümkün ola bilər?’ Bu, doğrudan da ağlımızın dərk edə bilmədiyi sirrdir, buna görə də bizim üçün anlaşılmazdır. Axı Allahın xasiyyəti və təbiətindəki xüsusiyyətini Allahın Özündən başqa kim tam göstərə bilər?! Lakin biz yadda saxlamalıyıq ki, Allah qadirdir və Onun üçün mümkün olmayan heç bir şey yoxdur, bu isə Onun iradəsinə zidd deyildir. Halbuki, biz Allahın yaratdığı təbiəti görürük. Bu təbiət, tamamlanmış olmasa da, böyük gerçəkliyi əks etdirir. Göydə günəşə bax, o necə də nəhəngdir, hərarətlidir; əgər o yerə yaxınlaşsaydı, biz hamımız məhv olardıq. Günəş öz nurunu göndərir və onunla bizim dünyanı işıqlandırır və isidir. Böyük Allah da beləcə Öz Nurunu - Onunla olan Nurunu dünyamıza göndərir ki, bizə həyat versin. Allah bu nuru Öz Kəlamı və Öz Oğlu adlandırır. İsa Məsih belə Nur oldu və Özü haqqında dedi: ‘Mən dünyanın Nuruyam, Mənim ardımca gələn qaranlıqda yeriməyəcək və onda həyat nuru olacaq’ (Yəhya 8:12). Günəş nurunu görəndə günəşi andığımız kimi, İsa Məsihə baxanda da Allahı görürük. İsa bir dəfə dedi: ‘Məni görən, Atanı görmüş olur’ (Yəhya 14:9). Ona görə də biz məsihçilər inanırıq ki, Oğlu İsa Məsihdə Allah Özü bizə yaxınlaşmışdır.
    Dostum! Qadir Allahın belə yolla yer üzündə yaşayan günahkar insanları xilas etmək üçün gəlməsi sizə təəccüblü gəlmirmi? Lakin yadda saxlayın ki, Allah böyükdür. O, əbədi məhəbbətdir. Məsihdə bizim dünyamıza gəlişi ilə O Özü İlahi məhəbbətini bizə tamamilə açdı. Yəqin ki, siz xeyirxah padşah haqqında eşitmisiniz. O öz padşahlığının adamlarını elə sevirdi ki, tez-tez padşah libasını yoxsul libası ilə dəyişib, evləri gəzərmiş, hamı ilə söhbət edib onlara kömək edərmiş. Bəlkə də müqayisə uğursuzdur. Lakin Ata ilə bir olan Allahın Oğlu Öz səmavi şöhrətindən əl çəkərək yerə endi və insan kimi kasıb yaşadı ki, insanlara Allahın məhəbbətini izhar etsin və onları Allaha çatdırsın. Necə də heyrətamiz məhəbbət olmuşdur!

Komentáře • 41

  • @sahin1922
    @sahin1922 Před 2 lety +16

    Rəbbin duası və əzəməti sizlərlə olsun

  • @italianohereti1760
    @italianohereti1760 Před rokem +5

    Rəbb hər bir insanın zehnini açsin ki, həqiqi həyat yolunu dərk etsin və xilas olsun, Amin🙏

  • @turkogluturk3163
    @turkogluturk3163 Před měsícem +1

    BİSMİLLAHİR RƏHMANİRR RƏHİYM QUL HU VALLAHU ƏHƏD ALLAHU SSƏMƏD , LƏM YƏLİD VƏ LƏM YULƏD VƏ LƏM YAKUNLƏHU KİFUVƏN ƏHƏD . UCA ALLAH PAK VƏ MÜQƏDDƏSDİR ONU OGULU OLMAYIB , İSA PEYGƏMBƏR ONUN QULU VƏ ELÇİSİDİR . ALLAH BÜTÜN MƏCLUQUN YARADANI VƏ RƏBBİDİR. UCA ALLAH BÜTÜN QUSUR VƏ EYİBLIRDƏN UZAQDI , ALLAH PAK VƏ MÜQƏDDƏSDİR

  • @vusalvusal1219
    @vusalvusal1219 Před rokem +10

    Allahummeseli Əla Muhəmmədin və Ali Muhəmməd

  • @dusdaxyoldashimsimba
    @dusdaxyoldashimsimba Před 2 lety +8

    💞👍🏻📽

  • @AliAlAzerbaijani
    @AliAlAzerbaijani Před rokem +3

    Allahın və onun peyğəmbərləri qulları bizi qorusun

  • @user-io5dq4nd8u
    @user-io5dq4nd8u Před rokem +1

    Rebbimiz ❤

  • @samirkerimov5038
    @samirkerimov5038 Před rokem +2

    🙏🙏🙏

  • @birquliyeff
    @birquliyeff Před 10 měsíci +2

    Allah bizləri heç bir zaman imandan ayırmasın Amin 🤲🏿

  • @vusalvusal1219
    @vusalvusal1219 Před rokem +7

    Lə hevle vəla kuvvete illa billah aliyyil azim

  • @user-ol7ny7zd7p
    @user-ol7ny7zd7p Před 11 měsíci +1

    Rabbim Amin amin

  • @vtnhsnli2933
    @vtnhsnli2933 Před 2 lety +3

    Süper baxdım

  • @vtnhsnli2933
    @vtnhsnli2933 Před 2 lety +3

    Ne gözel

  • @kamilabbekirov5949
    @kamilabbekirov5949 Před rokem +2

    🤝☝️☝️☝️☝️

  • @parvinbayramova8355
    @parvinbayramova8355 Před 6 měsíci +1

    ❤🙏

  • @xyalaslanova1477
    @xyalaslanova1477 Před 2 lety +4

    Alov birliyinə rəbb xeyr dua versin

  • @Abdulkadir.Azimov
    @Abdulkadir.Azimov Před rokem +3

    Allah isdədiyi günahı isdədiyi şəxsə bağışlar ☝🏻 Yalnız ona şərik qoşulmasından başqa ( Nisa )

  • @sebineagasiyeva-cy2eu
    @sebineagasiyeva-cy2eu Před rokem +4

    TANRI SIZE YAR OLSUN💞heqiqetende Isa Allahin oģludur💖💖💖💖💖✋

    • @rahibbendelizade
      @rahibbendelizade Před 10 měsíci +2

      Yox gunahdi ele demeyin ixlas suresini oxumamisan

    • @ekonomistmizahci
      @ekonomistmizahci Před 2 měsíci

      Quranın bu ayələri öz dövründə 600 illik tarixə malik "xaç əfsanəsi"ni yerlə-yeksan etmişdir. İsa (ə) xristianların iddia etdiyi kimi, çarmıxa çəkilməmişdir. Hər şey çox sadə və ədalətli şəkildə baş vermişdir. Belə ki, İsanı (ə) 30 qızıl parçasına satan Yəhuda öz xəyanətinin qurbanı oldu. Sonsuz qüdrət sahibi olan Allah Yəhudanın sifətini İsaya (ə) bənzətdi və əsgərlər bu xainin özünü tutub dara çəkdilər. Yəhuda, onu İsa (ə) sayan dostların və düşmənlərin gözü qarşısında, iki yolkəsən quldurla birlikdə çarmıxın üstündə can verdi, əsil İsa (ə) isə səmaya yüksəlib, öz qövmündən şikayətlər dolusu qəlblə Allahın hüzuruna tələsdi.

  • @dfgydcfgjii1661
    @dfgydcfgjii1661 Před rokem +2

    Amın ya rebb

  • @user-lj4ig1gi3r
    @user-lj4ig1gi3r Před 5 měsíci +1

    Bəs axı Allahın heç bir elçisi nə içki içməz və içki olan masada oturmaz. La ilahə ill Allah

    • @ekonomistmizahci
      @ekonomistmizahci Před 2 měsíci

      Quranın bu ayələri öz dövründə 600 illik tarixə malik "xaç əfsanəsi"ni yerlə-yeksan etmişdir. İsa (ə) xristianların iddia etdiyi kimi, çarmıxa çəkilməmişdir. Hər şey çox sadə və ədalətli şəkildə baş vermişdir. Belə ki, İsanı (ə) 30 qızıl parçasına satan Yəhuda öz xəyanətinin qurbanı oldu. Sonsuz qüdrət sahibi olan Allah Yəhudanın sifətini İsaya (ə) bənzətdi və əsgərlər bu xainin özünü tutub dara çəkdilər. Yəhuda, onu İsa (ə) sayan dostların və düşmənlərin gözü qarşısında, iki yolkəsən quldurla birlikdə çarmıxın üstündə can verdi, əsil İsa (ə) isə səmaya yüksəlib, öz qövmündən şikayətlər dolusu qəlblə Allahın hüzuruna tələsdi.

  • @GulareCiraqi
    @GulareCiraqi Před měsícem

    Ey insanlar bütün dinlər müqəddəs dir heçkim məcbur etmir ki siz xiristiyan olasız bizim dinimiz və inancımız özümüzədir isdəmirsizə baxmayın artıq əksik yazmayın

    • @sevdahaciyeva9032
      @sevdahaciyeva9032 Před 11 dny

      Heç kəs artıq əskik danışmır
      Sadəcə öz gözəl fikirlərini deyirlər.Təfəkkür üçün yaxşıdır

  • @user-qq8ny7tn1z
    @user-qq8ny7tn1z Před 8 měsíci +1

    NİYƏ BİZİM MÜSƏLMAN ƏHLİ ÇOXU ANCAQ AMERKAN FİLMLƏRİNƏ BAXR ANCAQ ÇOX AZ SAYDA DİNİ FİLMLƏRİNƏ BAXANLAR OLUR

  • @ekonomistmizahci
    @ekonomistmizahci Před 2 měsíci

    Peyğəmbər rollarını oynayan insanların üzlərini məncə göstərməməlidirlər

  • @etraveabdullayeva2388
    @etraveabdullayeva2388 Před 6 měsíci

    🤣🤣🤣🤣💋💋❤❤❤🤲

  • @zaurzaur598
    @zaurzaur598 Před rokem +1

    İsa köməyin olsun. Musa isə götüvə qoysun.=)

    • @SamWinchesterr
      @SamWinchesterr Před rokem

      Iyrencsen

    • @user-hs1hw1lt1j
      @user-hs1hw1lt1j Před rokem +2

      Səni qınamıram oqədər haqsızlığ görübsən ki belə ifadə edirsən ama ALLAHA inan❤❤

    • @Ali_Memmedli
      @Ali_Memmedli Před 9 měsíci +4

      Tərbiyən əxlaqın bu qədərdi