Yuxuda su görmək ☾✵ Qısa

Sdílet
Vložit
  • čas přidán 12. 09. 2024
  • ​@Yuxuda kanalına abunə olun!
    #Yuxuda #Röyada #Yuxuyozmalar
    Yuxuda su görmək ☾✵ Qısa #yuxuyozma - SƏSLİ YUXU YOZMALARI
    Yuxuda təmiz su görmək o deməkdir ki, sizi sevinc, xoş güzəran gözləyir; əgər su bulanıqdırsa, siz təhlükədə olacaqsınız və ümidsizlik sevincinizi əvəz edəcək. Yuxuda təmiz soyuq su içmək həyatınızın təzələnməsi anlamındadır.
    Əgər yuxuda evinizdə su dağıldığını görmüsünüzsə, bu o deməkdir ki, siz pisliyə qarşı mübarizə aparacaqsınız və müqavimət göstərəcəksiniz. Yuxuda suyun azaldığını görsəniz, bu pis əlamətdir, siz təhlükəli mühitə düşəcəksiniz.
    Yuxuda bulanıq suya düşmək o deməkdir ki, siz ciddi səhvlər edəcəksiniz və bundan kədərlənəcəksiniz. Yuxuda bulanıq su içmək xəstəliyə işarədir, lakin təmiz və təzə su içmək ən xoş arzuların həyata keçməsindən xəbər verir.
    Yuxuda nəm torpaqda gedirsinizsə və ayaqlarınızın yaş olduğunu görürsünüzsə, bu, xoşagəlməz hadisələrə, xəstəlik və kasıbçılığa işarədir.
    Yuxuda suda idmanla məşğul olmaq gözlənilməz sevgi və ehtiras əlamətidir. Yuxuda sakitcə suda üzürsünüzsə, sizi məhkəmə və yüngül xəstəlik gözləyir. Yuxuda böyük, coşqun suda üzürsünüzsə, bu ağır məhkəmə prosesi və təhlükəli xəstəliyə işarədir. Yuxuda dənizdə çimmək günahların yuyulması deməkdir.
    Əgər yuxuda başınıza su damcıları sıçrayırsa, bu o deməkdir ki, sizi xoşbəxt sonluqla bitəcək ehtiraslı sevgi gözləyir.
    Əgər sizə yuxuda su veriblərsə, bu, uzunömürlü həyata işarədir. Həmin su çay suyudursa, bu böyük gəlirə işarədir; quyu suyudursa, zənginlik əlamətidir.
    Yuxuda böyük kürənin içərisinə doldurulmuş şəffaf su görmək aqrar işlərə böyük fayda gətirəcək gözəl hava şəraitinə işarədir.
    Yuxuda suyun üzərində dairə və ya köpüklər görmək qarşıdakı dəyişikliklərə çətinliklərə tab gətirəcəyinizdən xəbər verir. Lakin hadisələrin bu gur axını qarşısında durmaqla, nəticədə siz özünüz digər adamlar üzərində hakimiyyət qazanacaqsınız.
    Yuxuda suda batmaq həmişə yaxşı şərh olunarkən, xüsusən də şəffaf suda batmaq yuxu sahibinin xeyir içində olacağına, şəfa tapacağına, əlinin çörək tutacağına, uğurunun önündəki maneələrin aradan qalxacağına, xoşbəxtliyinin da həyat boyu sürəcəyi işarə hesab edilir.
    Musiqi: First Sleep/2:31/Sir Cubworth/Klassik | Kədərli

Komentáře • 31