Nuriyye Huseynova - Yaz gəldi(Möhlət Müslümov - Tar, Fəxrəddin Dadaşov - Kamança)

Sdílet
Vložit
  • čas přidán 22. 08. 2024
  • Respublikanın əməkdar artisti NURİYYƏ Hüseynova - Yaz gəldi
    Söz: Hafiz Baxış
    Musiqi: Ələkbər Tağıyev
    Müşayət edirlər respublikanın Xalq artistləri-Möhlət Müslümov - Tar, Fəxrəddin Dadaşov - Kamança
    Hazırladı-REJİSSOR-ELMƏDDİN DADAŞOVUN ŞƏXSİ ARXİVİNDƏN.
    Doyunca BAXIN, dinləyin, feyziyab olun və dostlarınızla da paylaşın!
    [LYRİCS]:
    Çal ay aşıq telli sazı,
    Salamlasın könül yazı,
    Bülbüllərin xoş avazı,
    Deyir yaz gəldi, yaz gəldi...
    Çəmənlərin meh nəfəsi,
    Çobanların tütək səsi...
    Qaranquşların gəlməsi,
    Deyir yaz gəldi, yaz gəldi...
    Elimizə bahar gəldi,
    Könlümüzə bahar gəldi,
    Bahar gəldi, yaz gəldi,
    Təbiətə işvə gəldi, naz gəldi...
    Gəl-gəl, gülüm, sevgilim,
    Gül, gülüm sevgilim...
    Seyr edək çölü, düzü,
    Qoy, ilk bahar bəzəsin ömrümüzü...
    Yamyaşıl durub uca dağlar,
    Al geyinib, bağça, bağlar...
    Salğımlanan göy budaqlar,
    Deyir yaz gəldi, yaz gəldi...
    Ana torpaq cavanlaşır,
    Dağ, çaylar çoşub, daşır...
    Qış bizimlə vidalaşır,
    Deyir yaz gəldi, yaz gəldi...
    Elimizə bahar gəldi, könlümüzə bahar gəldi,
    Bahar gəldi, yaz gəldi,
    Təbiətə işvə gəldi, naz gəldi...
    Gəl-gəl, gülüm, sevgilim,
    Gül, gülüm sevgilim...
    Seyr edək çölü, düzü,
    Qoy, ilk bahar bəzəsin ömrümüzü...

Komentáře •