Parlament seçkilərinin önə çəkilməsinin əsl səbəbi nə ola bilər? - Mirəli Hüseynov Çətin sualda

Sdílet
Vložit
  • čas přidán 11. 09. 2024
  • Parlament seçkilərinin önə çəkilməsinin əsl səbəb və məqsədləri nə ola bilər? - Mirəli Hüseynov Çətin sualda
    “Çətin sual” Kamran Mahmudovla № 725
    "Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır, ancaq seçkilərin müddəti önə də çəkilə bilər". Bunu mayın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
    Pənahov bunu seçkilərin noyabrda Azərbaycanda keçiriləcək COP29 (BMT-nin İqlim Dəyişikliyi Konfransı) ilə eyni vaxta təsadüf etməsi ilə əlaqələndirib: "Bu səbəbdən seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər".
    Son illər Azərbaycanda seçkilərin əksəriyyəti növbədənkənar keçirilir. Parlament seçkilərinin 2020-ci ildə təqribən altı ay önə çəkilməsi "islahatların sürətləndirilməsi" ilə izah edildi. Gələn il keçirilməsi nəzərdə tutulan prezident seçkisinin bu il fevralın 7-nə təyin edilməsinə də ölkənin bütün ərazilərində suverenliyin bərpası səbəb göstərilmişdi. Rəsmilər deyirdilər ki, bu tarixi prosesdən sonra ölkədə ilk seçkilərin prezident seçkisi olmasını vacib sayırlar.
    Parlament seçkilərinin önə çəkilməsinin əsl səbəb və məqsədləri nə ola bilər?
    “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov danışır.
    Kanala abunə ol: bit.ly/3fQCXFu
    WebSite: www.turan.az
    Facebook: / turanagency
    Telegram: t.me/turanagency
  • Zábava

Komentáře •