Qobustan rayon Ərəbşahverdi kəndi

Sdílet
Vložit
  • čas přidán 10. 12. 2022
  • Bu dəfə yolumuzu Qobustan rayon Ərəbşahverdi kəndindən saldıq. Sakinlərin çoxsaylı şikayətlərindən sonra bu kəndin problemlərini çəkib işıqlandırmaq qərarına gəldik. Kəndə gəlib çatdıqda həqiqətən də sakinlərin haqlı narazılıqları ilə qarşılaşdıq. Baxmayaraq ki, Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov ətrafını ona tərif yağdıran şəxslərlə əhatə etdirib və başçını da inandırıblar ki, rayonun kəndlərində hər şey qaydasındadı, sakinlər isə yağ-bal içində üzürlər. Amma nə edək ki, hər şey deyildiyi kimi yox, göründüyü kimidir. Görünür, bu kənd lap cənab başçının da yadından çıxıb. Kənd sakinləri səfalət içində, yolları isə bərbad gündədir.
    Sakinlər iddia edir ki, dəfələrlə rayon rəhbərliyinə müraciət etmələrinə baxmayaraq, həmişə onlara xoş yalanlarla ümidlərini qırmayacaq vədlər verilir. Yolsuzluqdan əziyyət çəkən sakinlər qış aylarında kəndə gəliş-gedişin mümkünsüz olduğunu bildirirlər.
    Kəndin dərdi bununla da bitmir. Sakinlərdən biri bizimlə söhbətdə kənddə suyun da olmadığını bildirdi: “Yezidə lənət, kəndimizdə su da tapılmır. Maşınla su alırıq, o da ki, od qiymətinə. Yay aylarında isə susuzluqdan alışıb yansaq da odu söndürməyə bir qaşıq su tapılmır”.
    Rayon məmurları bu mövzuda da xoş yalanlarından qalmayıb. Artıq illərdir ki, rayon sakinlərini ilbəil ümidləndirərək aldatmağı bacarırlar. Ümid edirik ki, Ərəbşahverdi kəndi üzümüzə gələn ili problemsiz qarşılayacaq və dövlət tərəfindən Qobustan rayonuna ayrılan vəsaitlər düzgün istiqamətlərə yönləndirilib vətəndaşların problemlərini həll edəcəklər.

Komentáře • 21

  • @mekkemedine2326
    @mekkemedine2326 Před 11 měsíci +2

    Men de bu kenddenem.Allah bu kendde yasayanlarin butun problemlerini yoluna qoysun.InsaAllah tezlikle su cekilsin yollar duzelsin.Admine tesekkur edirem cekilis etdiyi ucun.Layihe teskil edin hamimiz komeklesek bu kende komek edek.

  • @firadallahverdiyev8626
    @firadallahverdiyev8626 Před rokem +9

    Bele yol olar indiki dövrde,bu kend daş dövründe qalıb deyesen

  • @firadallahverdiyev8626
    @firadallahverdiyev8626 Před 6 měsíci +1

    Baxın artıq 1il keçib eyni vəziyyətdi Maraqlanan yoxdu

  • @peyman123..._
    @peyman123..._ Před rokem +5

    Düzdü yolun palçıqına baxda

  • @nihadabdulxaliqov6950
    @nihadabdulxaliqov6950 Před rokem +5

    Belediye kənd soveti oturub Qobustanda niyede. Maraqlanmalıdı ki suyu isıqı yolu bu camahatın derdi allaha qalıb

  • @azeri6065
    @azeri6065 Před rokem +8

    .yol nə vaxt deyirsən deyirlər ki gələn il lahiyədə sizin kənddi ancaq illər qurtarmır. Su keçən il yazda çəkilirdi hələ də çəkilir işıq köhnə dayaqlardı külək olan kimi işıqsız qalır kənd.yəqin yaxın 10 ildə bəlkə yol su çəkilər yada kənd caamatı bezib köçərlər.

  • @user-wn3md6rf8f
    @user-wn3md6rf8f Před 3 měsíci

    Məndə bu kəndənəm Bizim əslimiz Ərəb xilafətindən qalma kənddi iki Ərəb kəndidə var Ərəbqədim Ərəbşalbaş

  • @zekaqeniyev1126
    @zekaqeniyev1126 Před rokem +3

    duzdu

  • @deyanetelekberov4938
    @deyanetelekberov4938 Před rokem +6

    Calışın her yerde paylaşın vidyonu

  • @abuzerbalakiwiyev
    @abuzerbalakiwiyev Před rokem

    Ana veten

  • @tural_samaxl75
    @tural_samaxl75 Před rokem +1

    Salam Aleykum Qurbanci kendinede baxin mende qurbanciliyam yollar pisdi

  • @ataselyev5747
    @ataselyev5747 Před rokem +2

    Düz deri

  • @yunisiskenderli6201
    @yunisiskenderli6201 Před rokem

    Kömək eləyin,camaat yazıqdı

  • @arazhesenov-fn2kl
    @arazhesenov-fn2kl Před rokem

    Ayibdır vallahi

  • @Retro-s3e
    @Retro-s3e Před 27 dny

    Qobustanda men kendler gormusem su tapmir icmeye sehraliqdi bu da problemdi ??

  • @user-dr1my7lo1g
    @user-dr1my7lo1g Před 6 měsíci

    Alim qasımov bu işə qarışsa nəsə alınar onu eşidən olar

  • @ismetelekberli2452
    @ismetelekberli2452 Před rokem +1

    Kime nagayirmisig kime neynemisiy

  • @user-dr1my7lo1g
    @user-dr1my7lo1g Před 6 měsíci

    Йеринден тулланан видео чекир

  • @dbibmu3748
    @dbibmu3748 Před 11 měsíci

    Adam bu şəraitsizliyə baxıb utanır. Sanki burada yaşayanlar 37 də Sibirə sürgün edilmişlərdi yəni represiya qurbanları. Bu əhali öz xoşuna bu kənddə yaşamaz yəqin onlar başqa yerə getməmək şərti ilə ömürlük məhkum olunmuşlardır. Allah səbr versin. Amin.

  • @baki-veteran
    @baki-veteran Před 3 měsíci

    məmurlar kor,kar,cibləri bos,vicdanları yox ,prezident apararı işləmir ,neynəyəcəyik,bilmirik !