QANUNDA: Vərəsəlik münasibətləri

Sdílet
Vložit
  • čas přidán 22. 08. 2024
  • Hər hansı şəxsin dünyasını dəyişdikdən sonra onun övladları, və ya digər yaxın qohumları arasında miras bölgüsü ilə bağlı mübahisələr yarana bilər. Mülki Məcəlləyə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir.
    Qanun üzrə vərəsəlik
    Əgər miras qoyan şəxs vəsiyyətnamə tərtib etməmişsə, o, öldükdən sonra miras qalan əmlakın bölgüsü qanun üzrə vərəsəlik qaydasında həll olunur.
    Qanun üzrə vərəsəlik zamanı
    · birinci növbədə ölənin uşaqları, ər və ya arvad, valideynlər, həmçinin övladlığa götürülənlər;
    · ikinci növbədə - ölənin bacıları və qardaşları.
    · üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası.
    · dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.
    · beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları bərabər pay hüquqlu vərəsələr sayılırlar.
    Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
    Vəsiyyət üzrə vərəsəlik
    Əgər şəxs vəfat etməmişdən əvvəl öz əmlakını vərəsələrə və ya kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edərsə, bu zaman şəxsin ölümündən sonra miras vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülür.
    Vəsiyyətnamə
    Vəsiyyətnaməni tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.
    Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir, nümayəndə vasitəsilə tərtibinə yol verilmir və sadə yazılı və notarial təsdiq edilmiş formada tərtib edilə bilər.
    Vəsiyyət üzrə vərəsəlik zamanı miras qoyan şəxs əmlakını kimə vəsiyyət etməsindən asılı olmayaraq, onun həyat yoldaşının, uşaqlarının və valideynlərinin mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısı miqdarında olmalıdır.
    Qeyd edək ki, həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəlik mümkün deyil. Bu halda bu növ vərəsəlik qanun üzrə vərəsəlik adlandırılır.

Komentáře • 9

  • @tamerlanhetemov141
    @tamerlanhetemov141 Před 2 lety +2

    Vereselerden her hansisa imza atmirsa nece etmeg olar

  • @sevincmemmedova2343
    @sevincmemmedova2343 Před 2 lety

    Salam.men sizle nece elaqe saxlaya bilerem?.

  • @musafttahov6759
    @musafttahov6759 Před 2 lety

    Kişi öldükdən sonra ev birbaşa xanımı üzərinə kecirmi?

    • @Devleti.Aliyye.1299
      @Devleti.Aliyye.1299 Před 2 lety

      Keçmir yox vəsiyət etməlidir

    • @nilsuat4658
      @nilsuat4658 Před 2 lety +1

      @@Devleti.Aliyye.1299 vesiyyet etdikde evde diger qeydiyyatda olan sexslerin razili gerek deyilmi? Hec kimin adina olmayan ata evini ata vesiyyet ederse qeydiyyatda olan diger sexslerin izni olmadan evin kicik oglunun adina kecire bilermi xais cox vacib meseledi mumkunse cevap verin

  • @Devleti.Aliyye.1299
    @Devleti.Aliyye.1299 Před 2 lety

    Sen ne danışırsan dayı uşağı nedi emi nedi mülk menim atamındırsa varis həyat yoldaşıyla övladı olur emim uşağı kimdiki atamın mülkündende pay ala kül tepene