Anjelika Mixaylo haqda danışdı - AzadlıqArxiv

Sdílet
Vložit
  • čas přidán 8. 05. 2016
  • AzadlıqRadiosunun əməkdaşı 2008-ci ildə Mixaylonun- Mehdi Hüseynzadənin sevgilisi kimi tanınan xanım- Anjelika ilə söhbətləşib. Çoxları Anjelikanın adını «Uzaq Sahillər» filmindən eşidib.
    Filmdə Mixaylo obrazını canlandıran aktyor Nodar Şaşıqoğlu isə aprelin 12-də uzun sürən xəstəlikdən sonra vəfat edib.
    Müsahibənin maraqlı olacağını nəzərə alıb, yenidən dərc edirik:
    «Hər gün geyinməzdim»-deyir Anjela Perşiç, «Amma filmdə Anjelikanın geydiyi pilotkadan mən də vardı». Həmsöhbətim Anjela Perşiçdi, Sloveniyanın Vitovle kəndində yaşayır. Bir yerdə «Uzaq sahillərdə» filminə baxırıq. Filmi özümlə aparmışdım - ilk dəfəydi görürdü.
    Hələ iyunun 20-də Sloveniyada olanda Azərbaycanda ilk dəfə Anjelikanın sağ olduğu haqda xəbər yaymışdıq. Anjela Perşiç deyir ki, həmin pilotkaya «titovka» deyilirdi, hərbi oyunlar keçiriləndə «titovka»nı tədbirlərə geyərdi.
    Həmsöhbətimin 80 yaşı var, Vitovledə ikimərtəbəli böyük bir evdə tək yaşayır. O, İkinci Dünya Müharibəsi vaxtı Vitovle kəndində poçtalyon işləyib, həm də partizanlara kuryerlik edib. Anjela Perşiçin tez-tez məktub aparıb gətirdiyi partizanlar arasında Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadə - Mixaylo da olub.
    Filmdə Anjelika Mixaylonun sevgilsidi, Anjela Perşiçi mənə yerli sakinlər də belə nişan vermişdilər, amma o deyir ki, onunla Mixaylo arasında yalnız yaxın dostluq olub.
    «Mən onunla tanış olanda 15 yaşım var idi - 16 yaşım hələ tamam olmamışdı, Mixaylo isə məndən 10 yaş böyük idi. Mənə belə bir tapşırıq verilmişdi ki, ona poçt daşıyım, mən də vəzifə borcumu yerinə yetirirdim, sevgiyə bizim vaxtımız yox idi, mən onda uşaq idim (gülür)».
    Anjela Perşiç danışır ki, o vaxt-1944-cü ildə Mixaylonun xidmət etdiyi partizan batalyonu - rus batalyonu onların kəndində yerləşirdi. Deyir ki, bilirmiş ki, ondan yaşca böyük qızlar arasında Mixayloya vurulanlar var, amma Mixaylonun belə sevgi macəralarına vaxtı yox idi:
    «O çox cəsur idi, qorxu deyilən şey ona yad idi, həmişə mübarizəyə hazır idi, güclü, layiqli, xeyirxah bir insan idi. Faşistlərə nifrət edirdi, deyirdi ki, onları məhv eləmək lazımdı».
    Soruşuram ki, sizcə o söhbətlər haradan yaranıb ki, siz Mixaylonun sevgilisi olmusunuz...
    «Ola bilsin bu mübarizə yoldaşlarının bir-birinə olan sevgisi idi. Biz hamımızın bir-birimizə hörmətimiz vardı, bir-birimiz üçün bacı-qardaş kimi idik».
    Anjela Perşiç deyir ki, Mixaylo Vitovleyə gələndə onun xalasıgildə qalırmış. Ona görə də onun haqda çox şey bilirdi, amma o vaxt Mixaylonu Rusiyadan olan döyüşçü kimi tanıyırdı. Yalnız öləndə bilib ki, əslən Azərbaycandandı.
    Cavanlıq şəkillərini göstərməsini xahiş edirəm, ən birinci ailəsinin şəkillərini göstərir, o Mixaylonun ölümündən 6 il sonra - 1950-ci ildə ərə gedib, iki qızı, bir oğlu olub, nəvələri var. Onlar da Vitovledə yaşayırlar. Əri bir neçə il qabaq dünyasını dəyişib.
    «Filmdə məni xatırladan məqamlar var» - deyir, amma bu daha çox təxəyyül məhsuludu. Amma sonda - Mixaylonun ölümü səhnəsində hiss olunur ki, qəhərlənib.
    «Mənim üçün bütün bunları yenidən görmək, xatırlamaq çox ağırdı... Mənə çox xoşdu ki, üstündən bu qədər keçəndən sonra mən onu - bu kino da olsa - yenə də canlı görə bilirəm... Mən onun xatirəsini əziz tuturam...»
    Kövrəldiyini görüb, Mixaylo ilə aralarında sevgi olub-olmaması haqda sualı bir də təkrarlayıram. Cavabı bu dəfə bir qədər fərqli olur.
    «...Həyat bu cürdü, hər bir insanın həyatında elə hadisələr baş verir ki, yalnız onun yaddaşında qalır...»

Komentáře • 264

  • @usaq0
    @usaq0 Před rokem +34

    Azərbaycanın əfsanəvi Mehdisi ruhu şad olsun

  • @lostman2361
    @lostman2361 Před 6 lety +160

    Allah rehmet elasin Mehdi Huseynzadeye👍Hitler aciz qalib Novxanili kend usaginin elinde👍👍👍

    • @azeraliyev4667
      @azeraliyev4667 Před 4 lety +3

      😂🤣🤣🤣👍👍👍👍👍👍🌹

    • @buggernight7129
      @buggernight7129 Před 3 lety +6

      Kaş Hitlernen bir yerde Ruslara qarşı vuruşardı

    • @kilvangor1395
      @kilvangor1395 Před 3 lety +3

      @@buggernight7129 düz deyirsən qardaşım

    • @drtremendous8467
      @drtremendous8467 Před rokem +1

      @@kilvangor1395 niyə düz deyir

    • @kilvangor1395
      @kilvangor1395 Před rokem

      @@drtremendous8467 ruslarla birgə vuruşub nə xeyir gördük? Müharibədən sonrada heç bizi adam yerinə də qoymadılar.

  • @sevdiyarisrayilov1690
    @sevdiyarisrayilov1690 Před 3 lety +35

    Allah rəhmət eləsin Mehdi Hüseynzadə ruhu şad olsun

  • @user-ce5oh5re9j
    @user-ce5oh5re9j Před 4 lety +33

    Allah rehmet elesin. Dogru deyibler, Igid oler, adi galar. Butun Azerbaycanin fexridir.

  • @kamilnuri5104
    @kamilnuri5104 Před 2 lety +15

    SAĞ OL ANJELİKA .SÖZLƏRİNİ EŞİTDİK .AMMA YAMAN KÖVRƏLDİM .

  • @skinlkbrova3835
    @skinlkbrova3835 Před rokem +9

    Onun haqqında yazılan kitabları " İntiqam", " Uzaq sahillərdə" sevə - sevə oxumuşam. Hər dəfə bu ölməz döyüşçü, qəhrəman kəşfiyyatçı ilə fəxr etmişəm. Bu gün də onun kimi Vətənimin minlərlə cəsur övladı var. Onların analarının qarşısında baş əyirəm. Şəhidlərimizə Tanrıdan rəhmət diləyirəm.

  • @Ali-zo2uq
    @Ali-zo2uq Před 5 lety +84

    Mixaylo əsl Azərbaycan kişisidir

  • @brawiloyuncusu7675
    @brawiloyuncusu7675 Před 4 lety +43

    Bu videonu hazırlayana eşq olsun!!!! Minnətdaram!!!

  • @sureyyaahmad9893
    @sureyyaahmad9893 Před 4 lety +31

    Mehdi Huseyinzadə ilə birgə vurusan Mirdamət Seyidov da olub.Allah hər ikisinə də rəhmət eləsin.

  • @cingizhaciyev7081
    @cingizhaciyev7081 Před 3 lety +11

    Mehdi həmişə bizim qəlbimizdə daim əbədi yaşayacaq.Allah rəhmət eləsin . Amin inşallah.Mehti kimi insanlar dan istifadə edə bilsəydik . Azərbaycan dünyanın ən böyük və inkişaf etmiş ölkələrin səviyyəsinə olmuşdur.

  • @ua7609
    @ua7609 Před 6 lety +83

    Neçə il bizi aldatdılar ki Anjelika ölüb. Şükür sağ imiş

    • @foodchefvusal7110
      @foodchefvusal7110 Před 4 lety +1

      Axır əvvəl öləcəkdə

    • @hdjehhrjrj6295
      @hdjehhrjrj6295 Před 4 lety +1

      Ele bil dedeni tapmisan amjelikadirda

    • @ua7609
      @ua7609 Před 4 lety

      @@hdjehhrjrj6295 Sənin kimi Aceladan yaxşıdır

    • @hdjehhrjrj6295
      @hdjehhrjrj6295 Před 4 lety

      @@ua7609 size ne oldu eseblesdiniz?

    • @ua7609
      @ua7609 Před 4 lety +1

      @@hdjehhrjrj6295 bəlkə birinin dədəsi ya yaxını rəhmətə gedib, niyə bu cür cümlə qurursunuz tanımadığınız birinə?

  • @suzannaabdullayeva8738
    @suzannaabdullayeva8738 Před 4 lety +14

    Men ,,Uzaq sahillerde''
    filmine baxmagdan doymuram.

  • @user-xx9sh8tt5p
    @user-xx9sh8tt5p Před 4 lety +41

    ŞƏKİDƏN ƏHMƏDİYYƏ CƏBRAYILOVU DA UNUTMAYAQ. FRANSANIN FƏXRİ VƏTƏNDAŞI. ÖZÜ SOVET, OĞLU AZƏRBAYCAN MİLLİ QƏHRƏMANI. MƏZARLARI YAN-YANA.

    • @romasadatli5432
      @romasadatli5432 Před rokem +8

      "Armed Mişel"

    • @Carait
      @Carait Před 11 měsíci +1

      Əfsanəvi,,Xarqo,,.Əhmədiyyə Cəbrayılovun elə bir Fransa dövlət mükafatı( orden) olub ki, bu ordenli olan hətta əsgər belə hərbi paradda generaldan irəlidə dayana bilib.

    • @user-tb1wk1zf1r
      @user-tb1wk1zf1r Před 9 měsíci

      Ахмед Джабраилов был самым лучшим другом президента Франции Шарля де Голя.

  • @sevdahaciyeva1476
    @sevdahaciyeva1476 Před rokem +7

    ALLAH Mehdi Hüseynzadəyə rəhmət eləsin, ruhu şad olsun İNŞALLAH AMİN YA RABBİ

  • @shamsaddinmammadov6706
    @shamsaddinmammadov6706 Před 6 lety +39

    Mehdi Hüseynzadə çox fəzilətli və mükəmməl bir adam olub. Dostlarının xatirələrdə də hamı onu
    hörmətlə xatırlayırlar. Ona hörmət özümüzə hörmətdir. Vətəni sevmək azdır , onu sevdirməyi bacarmalıyıq! Mehdi kimi. Allah rəhmət eləsin!

    • @zemineelturan113
      @zemineelturan113 Před 4 lety

      Mehdi Vətəndi!

    • @kilvangor1395
      @kilvangor1395 Před 3 lety +1

      Amma Əbdürəhman Bəy Fətəlibəylinini yada salmazsız

    • @drtremendous8467
      @drtremendous8467 Před rokem

      @@kilvangor1395 Düdənginskinin etdiyi konkret olaraq satqınlıq idi,fərqi yoxdu faktiki olaraq sənin olkən SSRİ bayrağı altında vuruşursa sənin ona əks olaraq düşmən tərəfdən döyüşməyin öz qardaşlarına xəyanətdir.O guya öz ölkəsinin azadlığı üçün işğalçı almaniya ordusunda boyun əymişdi.Etdiyi doğru deyil,buna haqq qazandıra bilmərsən)

  • @proferans
    @proferans Před 6 lety +177

    Mehdi Hüseynzadə Bakının Novxanı kəndindən idi. Fəxr edirəm ki, mən də onun nəslindənəm

    • @NAMIK-jl2ib
      @NAMIK-jl2ib Před 5 lety +4

      salam.eziz qardas sen nece qohumsan Mehdi Huseynzadenin?

    • @naibquliyev9867
      @naibquliyev9867 Před 5 lety +6

      Sən öz adini yazmaqdan qorxursan amma rəhmətlik əsil kişi həyati yaşadi allah ona rəhmət eləsin həmişə onu misal cəkib fəxr etmişəm ki belə azərbaycanli var ilalian millətinə həmişə numünə cəki demişəm azərbaycanin milli qəhramani italian yozdu amma italianin MEHDİSİ var onun baci oğlu Həzi aslanov metrosu yaxinliğina yaşayir sağ olun

    • @user-xx9sh8tt5p
      @user-xx9sh8tt5p Před 4 lety

      ÇOX XOŞBƏXT ADAMSIZ.

    • @zerbaycan632
      @zerbaycan632 Před 4 lety +9

      Dava elemeyin.Mixaylo hamimizcūn canimizdi,ciyerimizdi!Novxannidi.Henife kişinin ogludur.Her ikisine Allah rehmet elesin!

    • @zemineelturan113
      @zemineelturan113 Před 4 lety +4

      Ruhu şad olsun sevimli qəhrəmanımın.

  • @mahirismayilov1105
    @mahirismayilov1105 Před rokem +9

    BİZİM MİLLETİN QEHREMAN İGİD OGULLARİ TARİX BOYU OLUB OLACAQDA!!!!!🇦🇿🤘🇹🇷

  • @zemineelturan113
    @zemineelturan113 Před 4 lety +11

    Bu qadın bəlkə də ehtiyat edib sevgisini etiraf etməyə.Övladları,nəvələri var.

  • @elcinmelikov5553
    @elcinmelikov5553 Před rokem +10

    Mehdi bizim qəlbimizdə daima əbədi yasayacag

  • @ceyhunmemmedov9239
    @ceyhunmemmedov9239 Před 4 lety +7

    Men onu sovet qehremani Kimi yox AZERBAYCAN milli qehremani Kimi yaddasima yazmiwam Amma teessuf ki MEHDI KIMIMI MUBARIZ KIMI. FERID KIMI. AZ QALIB OLKEMIZDE. ALLAH ONLARA REHMET ELESIN. INS ALLAH MENE DE QISMET OLAR ONLAR KIMI WEHADETE UCALMAQ

  • @roserose-my7xb
    @roserose-my7xb Před 4 lety +12

    Görün nə gözəl maarifləndirici filimlərimiz cəkilib.Amma indiki reşisorlar nəyi təblig edir?Ancaq xəyanət biri o birin arvadına vurulur.Pozgünluq.Və adınl qoyur ki həyatdan götürülüb.Yəni indiki həyatda kecmişdəki o qeyrətli ogullardan qızlardan qalmayib.El arasında havayı yerə demiyiblər ey kişi 41 45 qalıb.və könüllü qacıb gizlənməyən Qarabag ugrunda torpaqda yatan ogullarımlz qardaşlarımız .Allah sizlərə qəni qəni rəhmət eləsin.Unudulmayansınız.Ömrünüzü indiki peysərlərə biqeyrtlərə gözü doymayan şərəfsizlərə qoyub getmisiz

  • @azadliq-radiosu
    @azadliq-radiosu  Před 8 lety +25

    AzadlıqRadiosunun əməkdaşı 2008-ci ildə Mixaylonun- Mehdi Hüseynzadənin sevgilisi kimi tanınan xanım- Anjelika ilə söhbətləşib. Çoxları Anjelikanın adını «Uzaq Sahillər» filmindən eşidib.
    Filmdə Mixaylo obrazını canlandıran aktyor Nodar Şaşıqoğlu isə aprelin 12-də uzun sürən xəstəlikdən sonra vəfat edib.
    Müsahibənin maraqlı olacağını nəzərə alıb, yenidən dərc edirik:
    «Hər gün geyinməzdim»-deyir Anjela Perşiç, «Amma filmdə Anjelikanın geydiyi pilotkadan mən də vardı». Həmsöhbətim Anjela Perşiçdi, Sloveniyanın Vitovle kəndində yaşayır. Bir yerdə «Uzaq sahillərdə» filminə baxırıq. Filmi özümlə aparmışdım - ilk dəfəydi görürdü.
    Hələ iyunun 20-də Sloveniyada olanda Azərbaycanda ilk dəfə Anjelikanın sağ olduğu haqda xəbər yaymışdıq. Anjela Perşiç deyir ki, həmin pilotkaya «titovka» deyilirdi, hərbi oyunlar keçiriləndə «titovka»nı tədbirlərə geyərdi.
    Həmsöhbətimin 80 yaşı var, Vitovledə ikimərtəbəli böyük bir evdə tək yaşayır. O, İkinci Dünya Müharibəsi vaxtı Vitovle kəndində poçtalyon işləyib, həm də partizanlara kuryerlik edib. Anjela Perşiçin tez-tez məktub aparıb gətirdiyi partizanlar arasında Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadə - Mixaylo da olub.
    Filmdə Anjelika Mixaylonun sevgilsidi, Anjela Perşiçi mənə yerli sakinlər də belə nişan vermişdilər, amma o deyir ki, onunla Mixaylo arasında yalnız yaxın dostluq olub.
    «Mən onunla tanış olanda 15 yaşım var idi - 16 yaşım hələ tamam olmamışdı, Mixaylo isə məndən 10 yaş böyük idi. Mənə belə bir tapşırıq verilmişdi ki, ona poçt daşıyım, mən də vəzifə borcumu yerinə yetirirdim, sevgiyə bizim vaxtımız yox idi, mən onda uşaq idim (gülür)».
    Anjela Perşiç danışır ki, o vaxt-1944-cü ildə Mixaylonun xidmət etdiyi partizan batalyonu - rus batalyonu onların kəndində yerləşirdi. Deyir ki, bilirmiş ki, ondan yaşca böyük qızlar arasında Mixayloya vurulanlar var, amma Mixaylonun belə sevgi macəralarına vaxtı yox idi:
    «O çox cəsur idi, qorxu deyilən şey ona yad idi, həmişə mübarizəyə hazır idi, güclü, layiqli, xeyirxah bir insan idi. Faşistlərə nifrət edirdi, deyirdi ki, onları məhv eləmək lazımdı».
    Soruşuram ki, sizcə o söhbətlər haradan yaranıb ki, siz Mixaylonun sevgilisi olmusunuz...
    «Ola bilsin bu mübarizə yoldaşlarının bir-birinə olan sevgisi idi. Biz hamımızın bir-birimizə hörmətimiz vardı, bir-birimiz üçün bacı-qardaş kimi idik».
    Anjela Perşiç deyir ki, Mixaylo Vitovleyə gələndə onun xalasıgildə qalırmış. Ona görə də onun haqda çox şey bilirdi, amma o vaxt Mixaylonu Rusiyadan olan döyüşçü kimi tanıyırdı. Yalnız öləndə bilib ki, əslən Azərbaycandandı.
    Cavanlıq şəkillərini göstərməsini xahiş edirəm, ən birinci ailəsinin şəkillərini göstərir, o Mixaylonun ölümündən 6 il sonra - 1950-ci ildə ərə gedib, iki qızı, bir oğlu olub, nəvələri var. Onlar da Vitovledə yaşayırlar. Əri bir neçə il qabaq dünyasını dəyişib.
    «Filmdə məni xatırladan məqamlar var» - deyir, amma bu daha çox təxəyyül məhsuludu. Amma sonda - Mixaylonun ölümü səhnəsində hiss olunur ki, qəhərlənib.
    «Mənim üçün bütün bunları yenidən görmək, xatırlamaq çox ağırdı... Mənə çox xoşdu ki, üstündən bu qədər keçəndən sonra mən onu - bu kino da olsa - yenə də canlı görə bilirəm... Mən onun xatirəsini əziz tuturam...»
    Kövrəldiyini görüb, Mixaylo ilə aralarında sevgi olub-olmaması haqda sualı bir də təkrarlayıram. Cavabı bu dəfə bir qədər fərqli olur.
    «...Həyat bu cürdü, hər bir insanın həyatında elə hadisələr baş verir ki, yalnız onun yaddaşında qalır...»

    • @Samsung-it6rp
      @Samsung-it6rp Před 5 lety

      AzadliqRadiosu

    • @heyatsukurova2900
      @heyatsukurova2900 Před 5 lety +1

      Ozu haqqinda cekilen filmi niye ilk defe gorur

    • @canvefa4111
      @canvefa4111 Před 4 lety +1

      HMM
      BİR AZ DUŞUNUN
      ANŞELİKA 2008 DE SAG İMİŞSE,NECE MUHARİBEDE İŞTRAK EDE BİLER AXİ
      UZAGİ 7 YAŞİ OLAR

    • @sayyarazeynalova1967
      @sayyarazeynalova1967 Před 4 lety +2

      Ay qardaş burdan ora qədər getmisiz. Sizin bu boyda adamdan sorub soruşduğunuz "sən mixaylonu sevmisən ? " kimi axmaq bir sual olub . Vəssalam?

  • @vuqarcavadov5821
    @vuqarcavadov5821 Před 4 lety +8

    Mixaylo Mehdi hüseyin zade Allah sene rehmet eıesin igid insan

    • @user-ku4vo1be8b
      @user-ku4vo1be8b Před 3 měsíci

      Biz Şuşaya girende inan ki ateş acanda butun deste gözünü qirpmırdı. Sanki maqazinə gedirik. Elə irəli gedirdik. Kecən il üstümə it hürdü elə qorxdym. Üreyim cırpınırdı. Sonra fikirleşdim ki müharibede bizə nə olmusdu ki hec nəydən qorxmurduq. Inan ki Azerbaycanda minlerledi mehdiler mubarizler

  • @eminshukurov2579
    @eminshukurov2579 Před 4 lety +11

    Allah rəhmət eləsin məkanın cənnət olsun görünür bizim məmurlara lazım deyil ki qalıb hələdə sloveniyada

    • @mehdiyahyayev4404
      @mehdiyahyayev4404 Před 2 lety

      Salam qardaş, yox bir neçə dəfə onun nəşini Bakıya gətirmək istəyiblər, amma yerli camaat verməyib, səbəb isə deyiblər ki, Mehdi bizim uğurumuzda döyüşüb və qəhrəmancasına həlak olub, ona görə də onun son mənzili elə bura olmalıdı.

    • @eminshukurov2579
      @eminshukurov2579 Před 2 lety +1

      @@mehdiyahyayev4404 çox sağol qardaş bilgin üçün

  • @mehemmedbabaev5536
    @mehemmedbabaev5536 Před 6 lety +10

    Saqdisa Allah can caliqi versin Anjelika xanima.Azerbaycandan salamlar

  • @zaminabdul1380
    @zaminabdul1380 Před rokem +1

    Azərbaycan qəhrəmanlar yurdudur.Hər dövrdə qəhrəmanları olub olacaq da.Eşq olsun azərbaycanlı analara belə oğullar böyüdüblər.Ruhları şad olsun dünyasını dəyişən qəhrəmanlarımızın.Hər şəhid qəhramandır .

  • @user-rf5tp1zu5h
    @user-rf5tp1zu5h Před 5 lety +23

    Bizim o geder Azerbaijanli zabitlerimiz asgerlarimiz 41 -45 ci illerde geroylug edibler ki biz bunu yaxşi bilirki amma gelin indi rus kinolarina baxin birceciyinin adi çekilmir ruslar ele çekirleki bu degige filimleri ancag o vaxtlar vuruşan Ivan Vasiya olub birde Petro

  • @durreatamanli8911
    @durreatamanli8911 Před 3 lety +3

    Gozellik ve igidlik,safliq ve semimiyet,vefa ve ehtibar,,,,,hamsi qaldi kecmiwde

  • @Craftting
    @Craftting Před 3 lety +8

    Mehdidə xəyanətin qurbanı olub.....Allah rəhm etsin

  • @aygunsalmanova1747
    @aygunsalmanova1747 Před 5 lety +86

    Mən daha heş nəyə inanmıram.Azərbaycanda təkcə ayın tarixi düzdürVəssalam.

  • @user-yg2ft3lz9o
    @user-yg2ft3lz9o Před 5 lety +5

    Ayin tarixi bir yana qalsin.
    Herden adam ozu ozune de wubhe ile baxir.Mollanin sozu olmasin: bu menem yoxsa, men deyilem.
    Cox wukur.bundan beterinden saxlasin ALLAH BIZLERI.

  • @JVC-AZ
    @JVC-AZ Před 8 lety +39

    Babam Mixayloynan biryerdə olub orda. 4 il qabaq dünyasını dəişir. Sağ olsaydı soruşardım ondan(

  • @QLTAZ
    @QLTAZ Před 5 lety +7

    Mixayilo seninle fexr edirik!!!!

  • @namiqnamiq2070
    @namiqnamiq2070 Před 8 lety +106

    Anjelika xanım! Faşizm üzərində Qələbə Bayramı münasibətilə Sizi təbrik edirəm. Mixaylo bizim Ulu Öndərimiz Mehmetemin Rəsulzadənin doğma bacısı oğlu idi...

    • @zazadayi9099
      @zazadayi9099 Před 6 lety +2

      Namiq Namiq salam qardaş. məncə Mixaylo dağlı olub axı.

    • @fanihayat7079
      @fanihayat7079 Před 6 lety +11

      zaur mirzoyev
      Mehdi Hüseyzadə Bakının Novxanı kəndində doğulub.

    • @aykaaydln3949
      @aykaaydln3949 Před 5 lety +2

      Aaa doqurdannn men bilmirdimm

    • @shehriyarekberov8882
      @shehriyarekberov8882 Před 5 lety +1

      Hec inandiri gelmir

    • @Hasanzada59
      @Hasanzada59 Před 5 lety +4

      Mixaylo Novxanıda anadan olub

  • @intigammardanli
    @intigammardanli Před 8 lety +16

    Uzaq sahillərdə filmi ən sevdiyim Azərbaycan filmidir

  • @vaqifhesenov7269
    @vaqifhesenov7269 Před rokem

    Allah Mediyə rəhmət eləsin! Qəbri nurla dolsun! İnşaallah!

  • @gulzardeniz8842
    @gulzardeniz8842 Před 4 lety +8

    Çox sevmışəm Mıxaylonu mən də Fatmayıdanam qonşu kənddən Allah qorusun doğmalarını Azərbaycanımızı.

  • @sedayeguleliyeva6493
    @sedayeguleliyeva6493 Před rokem +2

    Allah rehmet elesin😢

  • @Rose-yi8mq
    @Rose-yi8mq Před rokem +1

    Allah rəhmət eləsin o müharibədə həlak olan bütün həmyerlilərimizə o cümlədən mənim əmimə!O vaxtlar əsirlikdə olub,finlərlə müharibədə iştirak edib.Əskərliyin bitirmək üzrəymiş,sonra yazıb ki ola bilsin lənğidik.Son məktubu Beıarusiyanın Qrodno şəhərindən gəlib.
    Onu da deyim ki biz Mehdi Hüseynzadənin haqqında az çox bilirik.Ancaq başqa adı az çəkilən qəhrəmanlarımız var.Elələri var ki heç adları çəkilmir.Ğəncliyimdə Qəhrəman Gəray Əsədovun şücaətlərini Nurəddin Babayevin Ulduzlar sönmür əsərində oxumuşdum.Bu o qəhrəmandı ki döyüşlərin birində daha çox adam qırılmasını deyə köksüylə faşist pulemyotunu tutmuşdu.

  • @zohrememmedova3399
    @zohrememmedova3399 Před rokem +1

    Allah rəhmət eləsin🤲🤲🤲

  • @raulrzayev3259
    @raulrzayev3259 Před rokem

    Allah rəhmət eləsin🙏

  • @nizamiasadi-oy4xo
    @nizamiasadi-oy4xo Před rokem +1

    Kənd Bakı kəndidir fəxr edirik

  • @namikaliyev5140
    @namikaliyev5140 Před 3 lety +1

    Qancığa bax e,nə olar bəyəm deyəndə ki Mixaylo şəpliyib mənə,minnətin olsun az bizim igidlərə.

  • @orxanquliyev89
    @orxanquliyev89 Před 6 lety +2

    Vay be

  • @tofikdadashov2468
    @tofikdadashov2468 Před 3 lety +2

    Allah qəni-qəni rəhmət eləsin

  • @mrkamilov8786
    @mrkamilov8786 Před 2 lety

    Ay xətakar. Allah rəhmət eləsin.

  • @famiqxelilov9261
    @famiqxelilov9261 Před rokem

    Allah rəhmət eləsin

  • @QARABAQ-2020
    @QARABAQ-2020 Před rokem

    ALLAH REHMET EYLESIN MEHDIYE, MEHDI YAZIQDA NE GUNAH VER IMIS AXI, BELE YUMURTA KIMI QIZI SEVMEYESEN NEYNEYES AXI, ALLAH REHMET EYLESIN IKISINEDE, HEYAT QERIBEDIR,

  • @faxrishixlinskiy626
    @faxrishixlinskiy626 Před 3 měsíci

    Nenemin gardashiydi! ALLAH rehmet eiesin!

  • @demokrat268
    @demokrat268 Před 5 lety +7

    Qehremanlmlza allax rehmet elesin

  • @perikarxulu0796
    @perikarxulu0796 Před 4 lety +2

    Vaaoooooo, yazıklar olsun bize Mehti kimi kahramanları, indiki genclere tanıdan yok.

  • @elfiramelikova9074
    @elfiramelikova9074 Před rokem

    Gənc gözəl olan Mehdi Hüseynzadəyə allah rəhmət eləsin.

  • @ulviyyeavbasova3051
    @ulviyyeavbasova3051 Před rokem

    Allah rehmet ede

  • @user-yt4vp1wn3v
    @user-yt4vp1wn3v Před 4 lety +2

    Inanmiram Mixaylo Anjelikiya deymemiş olmaz.

  • @sevincibrahimova9892
    @sevincibrahimova9892 Před 2 lety +3

    Kinolarda hər şey şişirdilir! Bəlkə də mixoylo da ölməyib!😁

  • @penahnovruzov9339
    @penahnovruzov9339 Před 3 lety +1

    Mənim babamda bu döyüşlerde olub ve öldürülüb. Söz yox ki onlar igidlik gösterdiler. Ama rəhmətlik Bəxtiyar vahabzadə dediyi kimi " Sən orada rusiyanı qoruyurdun" Mixaylo. Amma bunlar hamsı bizim tariximizdi...

  • @elmarxankisiyev6584
    @elmarxankisiyev6584 Před 5 lety +3

    Qəhrəmanımız hər tərəfli öz işini görüb,iz qoyub Avropada

  • @ilgargasimov981
    @ilgargasimov981 Před 3 lety

    Anjelika deyilən bir qadın olmayib Mehdinin həyatında.Bu İmran Qasımovun təxəyyüllünün məhsuludur("uzaq sahillərdə" filminin senarisi).Uzaq sahillərdə filminə rəng qatmaq ucun İmran Qasımov Senariyə Anjelika obrazı əlavə etmişdi. Mehdi Hüseynin nəvəsi Hökumət evinin arxasındakı binada yaşayır(DomSovetin arxasında).Həmin binada onun büstüdə var.Belkede nəvəsi deyil yaxın qohumudu.Ozü ilə söhbetde mene danışmışdı.İstəsəz araşdıra bilərsiniz.

  • @a.malkov.1090
    @a.malkov.1090 Před 4 lety +2

    Mence bu qadun ele Sava adli esgeri sevirmis neinki Mehdini.rejisor senarist qatib qarisdiribey lap.

  • @user-de4pv2wi3b
    @user-de4pv2wi3b Před 4 lety +2

    Ancag bizim jurnalistlar bela yersiz suali 3 dafa takrar sorusha bilar.

    • @okuusub
      @okuusub Před 4 lety +2

      😁 Zorla boynuna qoymaq istəyir ki, uşaqlarının atası Mehdidir. Ancaq əgər bu ötən il çəkilibsə, bu xanımın 80 yox, gərək 90 yaşı olsun. Mehdi 1944 də həlak olub. Anjelikanın da o vaxt 15 yaşı var idi, deməli indi ən azı 90 yaşı var.🙄

  • @arifnamazov4386
    @arifnamazov4386 Před 6 lety +11

    Cox yaxsi.Bir seyi basa duse bilmirem ki,bu qadin hesablayanda muharibe baslayanda 5 yasi olur.1944 ilde ise 8 yasi olur.Bes bu nece Anjelika olub.Bu sohbet 2016 ci ilde olub.2016 ci ilde ise ozunun dediyine gore 80 yasi var.Indi bir hesablayin gorun muharibe vaxti bunun nece yasi olur.Niye gop eliyir basim cixmir.

    • @emiraslanqulizade8397
      @emiraslanqulizade8397 Před 5 lety +1

      duz deyirsen.mende beyaqdan ele duwunurdum.uygun gelmir yawlari

    • @kerimovarena3721
      @kerimovarena3721 Před 5 lety

      15 yawi var idi taniw olanda. Diqqetle qulaq asin

    • @arifnamazov4386
      @arifnamazov4386 Před 5 lety +1

      80 yas hesablananda bu adamin tevelludu 1934 cu ilde anadan olmus olur. Muharibe,Mixayloya rast geldiyinde 6-7 yasi olmalidi hesablayanda.Ozun diqqetli ol ve hesabla.

    • @islamveliyev1910
      @islamveliyev1910 Před 5 lety

      2008 də görüş olub

    • @bizimleizle_vlog
      @bizimleizle_vlog Před 4 lety

      Ay qardas deir 16 17 yasim var idi 2008 -1944 46 ci illeri ele 78 80 yas eliyirde

  • @LorenLife-ti4fe
    @LorenLife-ti4fe Před rokem

    Filmdekiler esil heyatda olanlarla duz gelmir.Yaxsi olardi filmi oldugu kimi cekerdiler

  • @raulxoxan7241
    @raulxoxan7241 Před 4 lety

    Allah rehmet elesin amma deli oldun yaxix

  • @regimentssonglobal1469
    @regimentssonglobal1469 Před 4 lety +2

    Bu o Anjelika deyil. Filmdəki Anjelika'nın əsl adı Savva olub. "İntiqam" romanını tapın oxuyun. Uzaq sahillərdə əsərində çox təhrif və şişirtmə var. Həmçinin, ordakı partizanların komandiri də azərbaycanlı olub: Ermənistanlı, Ləmbəli kəndindən Cavad Həkimli Mixayloya rəhbərlik edib. Belə belə işlər...

  • @amiramizade7904
    @amiramizade7904 Před 4 lety +5

    Sovet hokumeti sag olsun ki Mehdiye aid kino cekdi Ay bizim rejisorlar gotunuz var cekinde yeni film Qoyasan bayram samirolda kimi petuxlari cekesiz

  • @user-ho7np7dh3w
    @user-ho7np7dh3w Před 3 lety +1

    Ondan soruş Mixoylo ona uzun dərə mahnısını çaldırıb ya yox?onda bilərsən onların arasında nəsə olubmu?

  • @eliilyasov4139
    @eliilyasov4139 Před 4 lety

    Ondan musahibə 2008 ildə götürülüb.angelika 1928 ci ildəndi

  • @mardanquluzade1237
    @mardanquluzade1237 Před 5 lety +4

    Düzdü anjelika bu deyil.anjelika ama sağdır hələ də indidə mehdinin qəbrinə gedir filimide görüb.bu basqasidir

  • @vuqarcavadov5821
    @vuqarcavadov5821 Před 2 lety +1

    rehmetlik bulara hamsina vurub

  • @natiqquliyev6936
    @natiqquliyev6936 Před 9 měsíci

    Азербайджан гехреманларына ешг олсун !!

  • @sefayexelilova9039
    @sefayexelilova9039 Před 6 lety +17

    Anjelica saq deyil o kinoda ne var hamsi duzdu.ajelika treste oldurulub ozde isgence ile qehrenan mehdi 24 en boyik emeliyat yerine yetirid uzaq sahiller filiminde 4 emeliyati gisterilir onun komandirinin gosterisi ile hemin filimi Cavad hekimli cekdirib allah rehmet elesin.qebirleri nurla dolsun

  • @xeyalceferov4601
    @xeyalceferov4601 Před 4 lety +1

    bes anjela olmurmu kinoda ?

  • @meryemyildiz7158
    @meryemyildiz7158 Před 4 lety +1

    Kinonu niye duzgun cekmilerki?

  • @miniraquliyeva5751
    @miniraquliyeva5751 Před 5 lety +5

    Ay camaat,ne el qatmisiz ozunuze yeqin Savvani da sevirmish Anjelikani da.Sevgi limitnendi beyem? Hamisinin otchotun vermeyeceydiki dostlarina.Esas odurki Boyuk Insan olub,dushmeni mehv eliyib.Her kishi bele herterefli olmur.Fexr edirik, bash eyirik !!!

  • @ilahhmdova1131
    @ilahhmdova1131 Před 2 lety

    Rus alçaqlarının əli ilş öldürülən qəhrəmanımız Mehdi allah sənə sənə rəhmət eləsin

  • @nizamiasadi-oy4xo
    @nizamiasadi-oy4xo Před rokem

    Uşaqlarımıza xarici dillərdən öyrətdirək ki dar auaqda ?

  • @elhaci910
    @elhaci910 Před 4 lety

    qic qic suallar verir bu cəsus radio.

  • @ayxanayxan5661
    @ayxanayxan5661 Před 4 lety +2

    bu muharibede olanlar olub duzdu kiwikimi doyuwubler amma eleside vardi yallanan basib baglirdi bizim bir mellimimiz vardi rehmete gedib birdefe Saul verdim gopladi dedi 1942ci ilin fevralinda mewwde almanlarin atin toku salib oldururduk sonrada biwirib yeyirduk dedim mellim mewwde tok vardi? mene dediki dur cix sinifden sen d ersime mane olursan)))

  • @amar6255
    @amar6255 Před rokem

    🇦🇿🇦🇿🇦🇿🇦🇿😪😪

  • @vusal3399
    @vusal3399 Před rokem

    Elə bunu soruşmağa getmişdin ora?

  • @tamerlan458
    @tamerlan458 Před 5 lety +6

    ALLAH MEHDIYE REHMET ELESIN,ELE ANJELIKA DA ONU KKB-YE ELE VERIB

  • @elbrushuseynov1478
    @elbrushuseynov1478 Před 6 lety +8

    Azərbaycanlı ola yanında da slavyanka ola və oninla yaxınlıq etmiyə bu biraz inandırıcı deyil yenədə Allah rəhmət etsin Mehdi Hüseyinzadəyə

    • @abm6942
      @abm6942 Před 5 lety +1

      Özü də elə bir kasavitsa

    • @davidnamazov1699
      @davidnamazov1699 Před 4 lety +6

      Her kes sizin fikirde deyilki. Qehremaninin Qehreman mocuzeleri olar hak yolunda. Gic gic danishmayin. Shehidin arxasinca bele sheyler yazmaq gunahdir.!.

  • @panturkistturan4863
    @panturkistturan4863 Před 4 lety +3

    AAAZ nə uşaq😂😂😂Sənin 15 yaşın onunda 25 əsl mazaxlaşmaq devridirdə...Bu Mehdide deyessen vuruşmaq əvəzi her bir yerdə bir AMCULİKA saxlayırmış..

  • @afetavabeyova8546
    @afetavabeyova8546 Před 4 lety +1

    uydaaaaaa hec 80 yas vermezseneeee. vay.beeee

  • @HASIMISRAFILOV-ki1fg
    @HASIMISRAFILOV-ki1fg Před měsícem

    Mehdi Hüseynzadə Həyatda Bu Arvadin Cavanliğindan Çox-çox Qəşəng Oğlan Olub. Mehdi Balkanlarin Gözəl Qizlarini Qoyub Bu Sadə Qiz Uşağina Baxan Deyildi ki. Xüsusi İlə Də Özü Öz Dili ilə Deyir ki, Onu Çoxlu Qizlar Sevib Ona Vurulurdular. Amma Bununla Belə Yenə Afərin. Ona görə ki, Sözün Düzünü Danişir. Belə bir Muharibə Dəhşətinin içində Hərə Öz Başin Hayinda Kimin Yadina Sevgi Düşər ki?

  • @user-eo3fd7oq8l
    @user-eo3fd7oq8l Před 4 lety

    Anjelika

  • @zaurhaciyev6331
    @zaurhaciyev6331 Před rokem

    Аллах Рехмет Елесин...Может быть она тоже умерла...

  • @ramindasdmirzad7106
    @ramindasdmirzad7106 Před 4 lety +1

    Anjelika rus casusu olub Mixaylonun ondan xoşu gəlib ruslar bundan lazımınca istifadə edib.

  • @meryemyildiz7158
    @meryemyildiz7158 Před 4 lety +1

    Yalandan sevgilisi kimi cekibler kinonu visili bile sagdi kinoda onuda oldurubler

  • @qemerisayeva7632
    @qemerisayeva7632 Před 4 lety +2

    Vallah bu nədi belə?? Yalan dünya !!

  • @user-pf8nb5ti3o
    @user-pf8nb5ti3o Před 5 lety +1

    Deyir Mixayloynan aramizda hecna olmuyub....... Yalan deyir !

  • @nsibnagzad8760
    @nsibnagzad8760 Před 4 lety +4

    Deyendeki tarix gopalogiyadir hec kim inanmag istemirdi mektebde...

  • @aydinaliyev629
    @aydinaliyev629 Před 4 lety

    hə demək aralarında raman olub...

  • @elcinmikayilov7259
    @elcinmikayilov7259 Před 2 lety

    Bü neca zangin nasildandir ki bir video pleyeri yoxdur deyirsiniz.

    • @sahin5307
      @sahin5307 Před 2 lety

      Video disk indi bu Azərbayganda bu gerek disk yox fles karta yükləyib aparardı televizora karti salıb baxardı dvd pleyer keçmişdə qaldı

  • @ulviyyeataxalilova4969

    Bəs ,Anjelika müharibədə.öllməmişdi ?🤔😲

  • @yusifmemmedov7991
    @yusifmemmedov7991 Před 10 měsíci

    AZƏRBAYCAN XALQI HƏMİŞƏ SƏNİNLƏ FƏXİR EDCƏK MEHDİ HÜSİYNZADƏ

  • @elxanmehdiyev5173
    @elxanmehdiyev5173 Před 4 lety +5

    Bax gorurusuz Bakini torpagi nece ogullar yetisdirib sabece Bakililari reklam eben yoxdur bezi bolgeler kimi eeeeeh

    • @a.malkov.1090
      @a.malkov.1090 Před 4 lety +2

      Bakili deyilem ama sizinle raziyam bakilar esil kisi xarakeri xisletli olublar

    • @roksanayusifova3609
      @roksanayusifova3609 Před 2 lety

      Reklama ehtiyac yoxdu hami eslinde bilir

  • @nizamiasadi-oy4xo
    @nizamiasadi-oy4xo Před rokem

    Belə balalar indi də var amma Vətənləri yoxdur diskussiya edin təsəlli tapaqAz 66

  • @nizamiasadi-oy4xo
    @nizamiasadi-oy4xo Před rokem

    Amma Mehdi HAMIMIZINDIR

  • @LorenLife-ti4fe
    @LorenLife-ti4fe Před rokem

    Esil Mehdi daha cox fimdeki Karrantinin rolunu oynayan aktyora benzeyir