Yuxuda qar görmək ☾✵ Geniş Yuxuyozma

Sdílet
Vložit
  • čas přidán 26. 08. 2024
  • Yuxuda qar görmək ☾✵ Geniş Yuxuyozma
    Sublimasiya prosesində əmələ gəlmiş kiçik buz kristallarından ibarət atmosfer yağıntısı olan qar yuxuda görüldüyündə ümumi şəkildə bolluq, bərəkət, sağlamlıq mənasında izah edilir. Ancaq, yuxunun görülmə formasından, mövsümündən, əlamətlərindən asılı olaraq qar ilə bağlı yuxuların yozumu müxtəlifdir ki, onların bir hissəsi ilə “Yuxuda” kanalının bu videosunda tanış ola bilərsiniz. Yuxuda qar görmək yaxşılıq əlaməti olub, yuxu sahibinin başına yaxşı iş gələcəyinə, xəstəlikdən qurtulacağına, pis vərdişlərindən əl çəkəcəyinə, yaxşı xəbər alacağına işarədir. Yuxuda qar yağdığını görmək yaranacaq gərginlikdən xəbər verir. Lakin belə yuxunu görən buna əhəmiyyət verməyəcək. Yuxuda qar yağdığı yerin insanlarına fayda gətirirsə, bu ucuzluğun və bolluğun carçısıdır. Yuxuda lopa-lopa qar yağdığını görmək, belə yuxunu görənlər üçün müsbət əlamət sayılır. Belə yuxu bolluqdan, bərəkətdən xəbər verir. Ailədə və iş həyatında hər şeyin yoluna düşəcəyinə işarədir. Yuxuda mövsümi qar görməyin yozumu odur ki, belə yuxunu görən şəxs işinin dəyərini bilməlidir. O, evində də xoş xəbərlər eşidəcək. Yuxuda mövsümsüz qar görmək ani dəyişikliklər səbəbi ilə həyatın alt-üst olacağı anlamına gəlir. Mövsümsüz yağan qar kədərə, əzaba və fitnəyə işarədir. Belə yuxunun qıtlıq əlaməti olduğunu deyən yuxuyozanlar da var. Qış fəslində yuxuda qar görmək düşmənə qalib gəlmək deməkdir. Payız fəslində yuxuda qar yağdığını görmək belə yuxunu görən şəxsin həyatında problemlərin yaranacağına, çətin dövr keçirəcəyinə, ailəsindən yardım alacağına işarədir. Bu yuxu uzunmüddətli eşq münasibətinin sona çatması kimi də yozulur. Qar olmayan mövsümdə yuxuda qar görmək isə yuxuyozanlar tərəfindən elə də yaxşı əlamət hesab edilmir. Belə yuxu onu görən şəxsin özünün və ya yaxınının xəstələnəcəyinə, planlarının pozulacağına işarədir. Yuxuda yayda qar yağdığını görmək iş və şəxsi həyatınızda yaşadığınız səhvlərdən xəbər verir. Belə yuxu həm də qripə, xəstəliyə, bəzən isə uzaq səfərə çıxmağa işarədir. Yuxuda qar fırtınası görmək pis vəziyyət anlamındadır. Belə yuxu həyatdakı sıxıntılardan xəbər verir. Yuxuda qar fırtınası görmək həm də belə yuxu görən şəxsin eşq həyatında bəzi yeniliklərə, stressli və narahat olacağına, evdə yaranacaq problemlərə işarədir. Yuxuda qarın fırtınaya çevrildiyini görmək maddi və mənəvi zərərə işarədir. Yuxuda qarda gəzmək yaxşı əlamətdir. Amma ani dəyişikliklərin hər şeyi alt-üst edəcəyi kimi də yozulur. Yuxuda qarda ayaq izlərini görmək gözəl bir sürprizlə qarşılaşmaq mənasındadır. Yuxuda yerdə qar görmək soyuqdəymə və xəstəliklərdən qurtulma əlamətidir. Bəzən isə ülfət və sevgiyə işarədir. Qarın yerə lazım olmayan vaxtda yağmağı dövlət başçısının zülmü və vergi yığanların ədalətsizliyi kimi yozulur. Yuxuda sulu qar görmək o deməkdir ki, bu yuxunu görən uzun fasilədən sonra rahatlıq tapacaq, onun işində və həyatında hər şey yoluna düşəcək. Onun yaxşı bir müjdə almaq ehtimalı da var. Yuxuda qar yağdığını izləmək yaxşı əlamətdir. Belə yuxu alınmayan işlərin qaydasına düşəcəyinə işarədir. Yuxuda pəncərədən qar yağmasını seyr etmək problemlərin və üzüntünün sona çatacağına, təhlükənin dəf ediləcəyinə işarədir. Yuxuda qar satdığını görən şəxs xəstədirsə sağalacaq. Yuxuda qarda xizək sürdüyünü görmək isə pul qazanmaq üçün səyahətə çıxmaq anlamındadır. Yuxuda evə qar yağdığını görmək o deməkdir ki, belə yuxu görən həm ailədə, həm də iş həyatında şad xəbərlər alacaq, hər şey yoluna düşəcək. Yuxuda evin içində qar görmək o deməkdir ki, belə yuxunu görən şəxsin evi bolluq-bərəkətlə dolu olacaq. Belə yuxu həm də qazanılacaq sərvət anlamındadır. Yuxuda damın üstündə qar görmək yuxu sahibinin gözəl xəbər alacağına, maddi və mənəvi rahatlığına işarədir. Belə yuxu yaxşı gəlirdən, mal-mülkdən xəbər verir. Yuxuda bəyaz qar görmək yuxu sahibinin iş və təhsil həyatında hər şeyin yaxşı gedəcəyinə işarədir. Onun gəliri artacaq, rahat yaşayacaq. Yuxuda dümağ qar görmək sülh və xoşbəxtlik mənasındadır. Yuxuda çirkli qar görmək pis aqibətə yozulur; çətinliklərdən, maneələrdən xəbər verir. Yuxuda gecə qar yağdığını görmək rahatlaşmaq əlaməti olub, hüzurdur; uşaqlar üçün isə sevincdir. Yuxuda güclü qar görmək bəzi işlərin təxirə salınmasına işarədir. Bəzən belə yuxu baş verəcək çətinliklərdən də xəbər verir. Yuxuda yolda qar görmək sıxıntının geridə qalacağına, işıqlı günlərin başlanmasına işarədir. Yuxuda qar təmizləmək, belə yuxunu görənin pislikdən qurtulmaq üçün etdiyi dəyişikliklər kimi yozulur. Yuxuda qar süpürmək sıxıntıdan qurtulmaq üçün mübarizə apardığınızdan xəbər verir. Yuxuda qar təmizləyən maşın görmək bir dostunuza həm maddi, həm də mənəvi dəstək olacağınızdan xəbər verir. Həm də dəyişdirmək istədiyiniz bəzi şeylərdən uzaqlaşmağınız anlamındadır. Yuxuda qarda üşüdüyü üçün ocaq yandıraraq qızınmağa çalışmaq, həmin şəxsin sevdiyi insanla evlənəcəyini göstərir. Belə yuxu subay olanların ən qısa zamanda evlilik qərarı alacağına da işarə edər.
    Musiqi: Night Snow / Asher Fulero 4:36 iyl 2019

Komentáře • 40