HEYVANLARIN HƏYATINI XİLAS EDƏN QEYRİ ADİ KÖRPÜLƏR

Sdílet
Vložit
  • čas přidán 8. 12. 2022
  • HƏR IL MINLƏRLƏ HEYVANI XILAS EDƏN KÖRPÜLƏR
    Dünyada insan sayının çoxalması yolların və yaşayış massivlərinin böyüməsinə, daha geniş əraziləri əhatə etməsinə səbəb olur. Bununla təbiətdə yaşayan canlılar təhlükə ilə üz-üzə qalırlar. Bəzi ölkələr yaşayış massivlərini və yolları heyvanlara uyğun olaraq tikirlər və bu sayədə vəhşi təbiətə mümkün qədər az zərər verirlər. Dünyada hər il nəqliyyat səbəbindən nə qədər heyvanın öldüyü dəqiq məlum deyil. Təkcə ABŞ-da ildə bir milyon heyvanın nəqliyyat vasitələrinin altında qalaraq öldüyü təxmin edilir. Bəzi ölkələr vəhşi yaşamın - heyvanların təhlükəsizliyi üçün çarələr tapıblar. Heyvanlar üçün ilk körpü 1950-ci illərdə Fransada tikilib. Daha sonra bu həssas addım başqa ölkələr tərəfindən də davam etdirilib. Bu gün dünyanın bir çox ölkəsində meşələr və dağlar arasındakı yollarda heyvanların keçməsi üçün körpülər var.

Komentáře • 1