2021-ci ildə dünyasını dəyişən sənətçilər...

Sdílet
Vložit
  • čas přidán 14. 12. 2021
  • Tanınmış bəstəkar Nailə Mirməmmədli 2021-ci il yanvarın 4-də ürək infarktı keçirərək dünyasını dəyişib.
    Xalq artisti Yalçın Rzazadə uzun sürən xəstəlikdən sonra fevral ayının 22-si 74 yaşında vəfat edib.
    Xalq artisti, sevilən aktyor Ramiz Məmmədov bu il mart ayının 21-də xərçəng xəstəliyindən vəfat edib.
    Hər kəsin “Rəmiş” olaraq sevdiyi Xalq artisti Rafiq Hüseynov da bu il aprelin 5-də vəfat edib. O, ağ ciyərində olan problemlərdən əziyyət çəkirdi. Ölüm diaqnozu isə koronavirus səbəbi ilə olduğu açıqlanıb.
    Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev bu il aprelin 16-da ürəyindən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
    Əməkdar artist Baloğlan Əşrəfov bu ilin 26 aprelində koronavirus səbəbi ilə dünyasını dəyişib.
    Xalq artisti Arif Quliyev bu ilin mayında koronavirus infeksiyasına yoluxub. O, müalicə alsa da, mayın 7-də xəstəxanada dünyasını dəyişib.
    Qazaxıstanda dünyaya gələn müğənni Aslan Hüseynov bu ilin may ayının 4-ü avtomobil qəzasında dünyasını dəyişib. Sənətçi Gəncədən gələrkən yol nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
    Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca da bu ilin mayının 5-i vəfat edib.
    Xalq şairi Musa Yaqub bu ilin 7 mayında 84 yaşında dünyasını dəyişib. Qeyd edək ki, şair parkinson xəstəliyindən əziyyət çəkirdi.
    Xalq rəssamı Tahir Salahov 21 mayda Almaniyada müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
    Əməkdar artist Zöhrə Abdullayeva da 2021-ci ildə itirdiyimiz sənətkarlardan biri olub. O, mayın 28-də uzun sürən “sklerodermiya” xəstəliyindən dünyasını dəyişib.
    Xalq artisti Ramiz Əzizbəyli də bu ilin yayında koronavirusa yoluxub. Aktyor yerləşdirildiyi xəstəxanada iyunun 9-da dünyasını dəyişib.
    Dövrünün “toylar kralı” sayılan, xalq artisti Səməd Səmədov iyulun 24-də dünyasını dəyişib. Onun ölümünə səbəb isə koronavirus olub.
    ALLAH RƏHMƏT ELƏSİN!
    --------------------------------------------------------------------------
    Лицензия Creative Commons Attribution 4.0 на использование трека Dreams Become Real (исполнитель: Kevin MacLeod): creativecommons.org/licenses/...
    Источник: incompetech.com/music/royalty-...
    Исполнитель: incompetech.com/

Komentáře • 7