Gənc Psixoloqların Yay Məktəbi 2022 | Gün #2

Sdílet
Vložit
  • čas přidán 10. 09. 2024
  • #GİN #GPB #GƏNCLƏRDÜŞƏRGƏSİ #GƏNCPSİXOLOQLAR
    Gənc Psixoloqların Yay Məktəbi-2022-nin ikinci günü maraqlı təlim və görüş mövzuları ilə yadda qalıb.
    Günə MBSR mütəxəssis, psixoloq Zümrüd Əkbərovanın təşkil etdiyi “Mindful yoqa” ilə başlayan düşərgə iştirakçıları psixoloq Aytən Ağayevanın təqdimatında “Mental sağlamlıq”, psixoloq Aytac Sahilin təqdimatında “Özgüvənin dəstəklənməsi”, Psixoloq Pərvin Süleymanovanın təqdimatında “Psixoloqun peşəkar bacarıqlarının inkişafı” mövzularında təşkil olunmuş təlimlərdə iştirak ediblər.
    Təlimlər düşərgə iştirakçıları tərəfindən yüksək maraqla qarşılanıb və onları maraqlandıran suallara mütəxəssislər tərəfindən ətraflı cavablar verilib.
    Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən Oğuz rayonunda təşkil olunan düşərgə 6 gün davam edəcək.

Komentáře •