Lankaran Springs Wellness Resort ("İstisu" Sağlamlıq Mərkəzin tanıtım çarxı)

Sdílet
Vložit
  • čas přidán 5. 09. 2024
  • "LANKARAN SPRINGS WELLNESS RESORT"-un ərazisində 12 su mənbəyi fəaliyyət göstərir. Onlardan beş su qaynağı quyu şəklində yerdən çıxır. Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Reabilitasiya və Balneologiya Elmi-tədqiqat Mərkəzində tədqiq edilmişdir. Kimyəvi tərkibinə görə, bu beş quyudan və beş çuxurdan tədqiq olunan mineral sular ümumi duzluluğu 3,9 q/dm3 - 8,6 q/dm3 olan zəif minerallaşmış və orta dərəcədə minerallaşmış sulara, xlorid-natrium və xlorid-kalsium sularına aiddir və, içmək və xarici istifadə üçün tövsiyə olunur. Kimyəvi tərkibinə görə iki mənbədən tədqiq edilmiş mineral sular ümumi duzluluğu 17,5 q/dm3 və 20,5 q/dm3 olan yüksək dərəcədə minerallaşmış sulara aiddir və xarici istifadə üçün tövsiyə olunur. Tədqiq olunan mineral suların kimyəvi tərkibi faydalı mikroelementlərlə və kalium, natrium, kalsium ionları ilə, sabit stronsiumla, ümumi dəmirlə, xlorid ionları ilə, hidrogen karbonat ionları ilə, fosfat ionları ilə zəngindir. Digər normallaşdırılmış mikroelementlər, o cümlədən azot qrupunun birləşmələri (ammonium, nitratlar, nitritlər), ağır metallar (civə, qurğuşun və s.), eləcə də selen aşkar edilmişdir. ГОСТ54316-2011-in tibbi göstərişləri təsdiq edir ki, quyu suları normativ tələblərə uyğun istifadə olunduğu halda aşağıdakı xəstəliklərlə effektiv mübarizə apara bilər:
    Qan dövranı sistemi xəstəlikləri: hipertoniya xəstəliyi, ürəyin işemik xəstəliyi, idiopatik hipotoniya, kardiomiopatiya, periferik arteriya və damar xəstəliyi
    Sinir sisteminin xəstəlikləri: müxtəlif sinirlərin, köklərin və kələflərin zədələnməsi, vegetativ sinir sisteminin pozğunluqları, onurğa və baş beynin pozğunluqları, mərkəzi sinir sisteminin xəstəlikləri və travmalarının və əməliyyatlarının nəticələri.
    Dayaq-hərəkət aparatının pozğunluqları: iltihab prosesinin minimal aktivliyi ilə oynaqlara təsir edən revmatik xəstəliklər, oynaqların və onurğa sütunun degenerativ xəstəlikləri, osteopatiya və xondropatiya.
    Xroniki qeyri-spesifik bronxopulmonar xəstəliklər: remissiya mərhələsində xroniki bronxit və xroniki pnevmoniya.
    Həzm sisteminin xəstəlikləri: qida borusu, mədə və onikibarmaq bağırsağın xəstəlikləri (reflüks-ezofagit, normal və ya aşağı turşulu xroniki qastrit, mədə və onikibarmaq bağırsağın xorası), bağırsaq xəstəlikləri, qaraciyər xəstəlikləri, öd kisəsi, öd kanalları, mədəaltı vəzi, operativ müdaxilələrdən sonra pozğunluqlar.
    Endokrin xəstəliklər, qidalanma pozğunluqları və dismetabolizm: diabet, alimentar piylənmə, metabolik sindrom, podaqra və s.
    Dəri xəstəlikləri: xroniki ekzema, atipik dermatit, psoriaz, yanıqlardan və donmuş travmalardan qalıq təsirlər, çapıq dəyişiklikləri, trofik toxuma pozğunluqları və s.
    Böyrək və sidik yollarının xəstəlikləri: remissiya mərhələsində xroniki pielonefrit; xroniki sistit.
    Kişi cinsiyyət orqanlarının xəstəlikləri: xroniki prostatit, vaskulit, epidimit və s.
    Qadın cinsiyyət orqanlarının xroniki iltihabi xəstəlikləri: salpinqoofarit, endoservisit, servisit və s
    Bu videonun bütün hüquqları Camalbeyli FİLM tərəfindən qorunur. © 2019

Komentáře • 4