Qaçaq Nəbini “namus üstə” öldürüblər: sui-qəsdin yeni versiyası

Sdílet
Vložit
  • čas přidán 11. 09. 2024
  • Bu gün XIX əsrdə Azərbaycanda məşhur kəndli hərəkatının başçısı, xalq qəhrəmanı Qaçaq Nəbinin anım günüdür.
    APA TV Kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir.
    Qaçaq Nəbi Alı oğlu 1854-cü ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. Alı kişi yeddi nəfərdən ibarət ailəni çətinliklə dolandırır. Buna görə də o, Nəbini hələ kiçik yaşlarında Şuşadakı tacirlərin yanında nökərçiliyə verir. Atasının ölüm xəbərini alıb kəndlərinə qayıdan Nəbi ailələrinə başçılıq etməyə məcbur olur. Bir müddət sonra isə Nəbinin anası da vəfat edir. O, özündən yaşca balaca bacısı Zeynəbi və qardaşı Mehdini dolandırmaqdan ötrü qapılarda muzdurluq etməyə başlayır.
    Ata və anasının vəfatından sonra Nəbi Yuxarı Mollu kəndindən olan Molla Xanalının qızı Həcərə aşiq olur və onunla evlənmək qərarına gəlir. Nəbinin həyatında və qaçaqlığında Həcərin xüsusi yeri olub. Belə ki, olduqca gözəl qadın olan Həcər heç kimdən və heç nədən çəkinmədən daim at belində, əlində silahla Nəbinin yanında olur. Onunla birlikdə dağlarda, dərələrdə yaşayır.
    İsti aylarda, adətən, bütün elat kimi Mollu kəndinin camaatı da yaylağa köçürmüş. Yaylaqdan qabaq lazımi şeylər almaq üçün camaat Naxçıvana gedirlər. Qayıdanda karvan bir kəndin yanında gecələyir. Həmin kəndin camaatı Mollu camaatını talamaq üçün onlara hücum edir. Vuruşmada bir nəfər ölür. Sonra iki kənd arasında barışıq yaranır. Ancaq iş divana düşdüyündən, Naxçıvanda məhkəmə olur. Nəbi arxayın olur ki, arada barışıq var, yəqin tutqu olmaz, ona görə də məhkəməyə gedir. Burada onu günahkar sayıb həbs edirlər. Bu, Nəbinin ilk həbsi olur. Naxçıvan türməsində yatan Nəbini Şuşa qalasına aparan zaman qolu bağlı olsa da, yolda qaçmağa nail olur.
    Nəbinin ikinci dəfə tutulması birbaşa Qubadlı bəylərinin əli ilə olur. Belə ki, Mollu kəndinin yaxınlığında digər kənddən olan bir nəfəri Qubadlı bəylərindən birinin qardaşı öldürür. Həmin kəndin adamları bunu Mollu kəndindən bilirlər. Bundan istifadə edən bəylər həmin işi Nəbinin üstünə atırlar. Beləliklə, Nəbini tutub qazamata salırlar. Lakin bu dəfə də Nəbi Gorus qazamatından qaça bilir.
    Nəbi həbsdən qaçaraq həmfikirlərini ətrafına toplayaraq dağlara qalxırlar. Beləliklə, Nəbinin qaçaqçılıq həyatı 1875-ci ildən başlanır.
    Xalq kütlələrinin mənafeyini müdafiə etməsi və fövqəladə şəxsi igidliyi Qaçaq Nəbiyə böyük şöhrət qazandırır. Xalq Nəbinin dəstəsinə yaxından köməklik edir, ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət çar kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə keçirdi.
    Yerli hakimiyyət qurumları, o cümlədən Zəngəzur mahalının naçalniki Səlim bəy Rüstəmbəyov Nəbi ilə davada aciz olduğunu başa düşüb, onun dəstəsinə nifaq salmaq üçün casuslardan istifadə etmək qərarına gəlir. Səlim bəy öz niyyətini Naxçıvan naçalniki Slavaçinskiyə açır. Sonuncu isə Naxçıvanın Ordubad camaatından olub İranın Urmiya şəhərində ticarətlə məşğul olan Məşədi Paşa Hacı oğlunu bu işə cəlb edir. Məşədi Paşa bəy Nəbinin dəstəsindən olan Şah Hüseyni və Kərbəlayi İmanı ələ alır, onlara böyük mükafatlar vəd edir. Özü də tez-tez Nəbinin yanına gedib-gəlir, ona dost münasibəti göstərir. Bir müddət sonra Məşədi Paşa Nəbini evinə qonaq çağırır. 1896-cı il mart ayının 12-də gecə saat 2-də qonaqlıqdan qayıdarkən gecə Şah Hüseyn və Kərbəlayi İman Nəbini İranla Türkiyənin sərhədində yerləşən Larin kəndi yaxınlığına gətirirlər. Burada şah Hüseyn Nəbini arxadan vurur. Nəbi elə oradaca ölür....
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    apa tv apa group apa xeber apa xeberler xeberler son xeberler gundem gundem xeberler en son xeberler Xəbərlər son xəbərlər ən son xəbərlər yeni sərəncam xəbərlər bugün xəbərlərdə bugün günün xəbərləri xəbərlər yeni xeberler son deqiqe ən son xəbər son dəqiqə son deqiqe xeber xəbər xeberler yeni yeni xəbərlər bugünkü xəbərlər ən yeni xəbər son xeberler 2021 son xeberler bugun son xeberler bugun 2021 günün əsas xəbərləri azerbaijan azerbaycan siyaset baku baki bakı баку азербайджан новости xəbərlər ilham əliyev ilham aliyev mehriban əliyeva mehriban aliyeva xeberler cebhe dtx mtn prezident xalq azerbaycan xeberleri en yeni xeberler azerbaycanda neler bas verir cebheden xeberler qarabag azerbaycan qarabag azerbaycan en son xeberleri gunun xeberleri karabakh qarabağ əsirlər erməni əsir qarabağ döyüşləri qazi xtq xüsusi təyinatlı əsir şəhid bolgeler dunya olke olkeden xeberler hadise hadisə hadisələr iqtisadiyyat gundem canli birbasha
    #apatv #apaxeber #apacanli

Komentáře • 298