Gerçək Həyatda Qəmlo Kimdir?

Sdílet
Vložit
  • čas přidán 19. 04. 2020
  • 1971-ci ildə Azərbaycanın kino məkanında yeni bir bədii film peyda oldu. Rejissor sükanında Kamil Rüstəmbəyovun əyləşdiyi ekran əsərində ölkədə Sovet hakimiyyətinin qurulduğu ilk illərdən, yerli mülkədarların oraq-çəkic hökümətinin “köhnə bazara təzə nırx” qoymasına etirazından bəhs olunurdu. Azərbaycan kino tarixində öz çəkisi, dəst-xətti olan insanların yer aldığı filmdə baş rolları Adil İsgəndərov, Həsən Məmmədov və Məlik Dadaşov canlandırmışdılar. Həmin filmin çəkilişindən 30 illik zaman kəsiyi ötür...
    Mövzusu gerçək həyatdan götürülən film o dövrün tələblərinə uyğun çəkilərək, bəy və mülkədarları aşağılayıb, onları düşmən kimi qələmə vermək məqsədi daşısa da, əslində, qarşıya qoyulan məqsəd 100 % gerşəkləşdirilməyib. Adil İsgəndərovun filmdə yaratdığı Kərbəlayı İsmayıl obrazı mərdlik və yenilməzlik simvoludur. Ağlı və müdrikliyi ilə bolşevik hökümətinin təmsilçisi Abbasqulu bəy Şadlinskidən geri qalmayan Kərbəlayı İsmayılın filimdə səsləndirdiyi bir çox ifadələr hələ sovet dövründə xalqın dilində zərbi-məsələ çevrilib. Filmdə Kərbəlayı İsmayılın sirdaşı kimi təsvir olunan Qəmloya gəlincə, bu obrazla bağlı mübahisələr bu günəcən hələ də davam etməkdədir.
    İlk etiraz “nota”sı isə filmin ssenarisinin götürüldüyü “Qarlı aşırım” kitabı çapa çıxdıqdan sonra gəlib. Qəmlonun yaxınları yazıçı Fərman Kərimzadəyə məktub ünvanlayaraq, bütün Vedi mahalında igid, qoçaq insan kimi ad çıxaran Qəmlonun - Qəmbəralı Əlirza oğlunun bədii obrazının təhrif olunmasına öz etirazlarını bildiriblər.Fani dünyada 42-43 il ömür sürən, Qəmlo kimi tarixdə və Vedi camaatının yaddşaında iz qoyan Qəmbəralı Əlirza oğlu təkcə doğulub boya-başa çatdığı Hand kəndində deyil, bütün Ermənistanda qoçaqlığı, cəsarəti ilə ad çıxarıbmış. Sərrast atıcı imiş, atdığı güllə boşa çıxmazmış. Yaxın-uzaq 72 kənddə onun dediyi qanun imiş. Basdığını kəsməz, dost olduğu, duz-çörək kəsdiyi insanlar üçün canını qurban verərdi. Sovet höküməti qurulana qədər Abbasqulu bəy Şadlinskinin Ermənistan ərazisində yaşayan azərbaycanlıları daşnakların hücumlarından qorumaq üçün yaratdığı “Qırmızı tabor”un ən döyüşkən üzvlərindən olub. İstər 1905, istərsə də 1918-ci illərdə daşnaklara qarşı çiyin-çiyinə vuruşduğu bu insanın sağ əli və ən etibarlı adamı sayılırdı.
    Videolarımızı bəyənməyi və abonə olmağı UNUTMAYIN

Komentáře • 37

  • @user-zg5gb8wm1j
    @user-zg5gb8wm1j Před 3 lety +6

    Аллах Гэмло бабая рэхмэт елэсин. Игид киши олуб.
    Китаблардан охумушам.
    Татарстан.

  • @karabaghisazerbaijan2601
    @karabaghisazerbaijan2601 Před 4 lety +15

    Vedimizin fexrleri❤️ Kerbalayi Ismayılın qəbri Iğdır da yol kənarındadi, vəsiyyət edib ki məni yola yaxın dəfn edin ki qohumlarım məni rahat tapıb ziyarət edə bilsinlər.
    Təşəkkür edirəm sizə belə video hazirladiginiza görə

  • @mubarizsahbazi7025
    @mubarizsahbazi7025 Před 4 lety +18

    Qemlo Azerbaycanin en igid oĝlanlarindan, ve ermeninin en qet'i důşmenlerinden biri olub. Bele insanlar bu deqiqe olsa düşmene qan aĝladariq.

    • @habilagayev2131
      @habilagayev2131 Před 4 lety

      Clndlr Ruslar bütün kinolarlmlzda bizi bir birimize düşmem edin özleri bizim mallmlzl dovletimizi tariximizi torpaqlarlmlzl işgal edibler bunu unutmayaq ve dusmenimizi tanlyaq

  • @_stilist_ruhiyye3109
    @_stilist_ruhiyye3109 Před 4 lety +13

    Qəmlo mərd kiwi olub, qohumumdu Allah rəhmət eləsin 🙏🙏🙏

  • @ehmedsixaliyev4625
    @ehmedsixaliyev4625 Před 3 lety +5

    Allah Mərd Kişilərə Rəhmət eləsin Amin İnşəllah

  • @sevdiyarisrayilov1690
    @sevdiyarisrayilov1690 Před 3 lety +6

    Allah rəhmət eləsin ruhu şad olsun amin Allah

  • @emrahemrahli6367
    @emrahemrahli6367 Před 2 lety +4

    Allah Qəmloya Rəhmət eyləsin

  • @alperen429
    @alperen429 Před 4 lety +9

    O vaxt mən olsaydım işğalcı sovete qarşı məndə son qanıma kimi savaşardım

    • @Brolin_07
      @Brolin_07 Před 2 lety

      @BİRBG xanim 😂😂😂

  • @user-oc6wj5cr8x
    @user-oc6wj5cr8x Před rokem +1

    bu kino düz cəkilmib real həyatda abasqulu bey qəmilo deyə bilməzdi ki indi gucünu arvadara gösərirsən qəmilo onu vurardı

  • @ahmedefendiyev4826
    @ahmedefendiyev4826 Před 4 lety +3

    Bu filime bazmaqdan doymursm.

  • @user-bg3po2cp3o
    @user-bg3po2cp3o Před 6 měsíci

    Allah reymet elesin

  • @elmar7266
    @elmar7266 Před 2 lety +1

    XALQ QEHREMANI.....

  • @vusalsuleymanov9888
    @vusalsuleymanov9888 Před 4 lety +1

    👍🇦🇿👍🇦🇿👍

  • @user-fv3vo9zw4t
    @user-fv3vo9zw4t Před 4 lety +1

    Булнарнан фехир этмег лазимди . Ехса безилерикими жиз варам

  • @rafiqelekberov8516
    @rafiqelekberov8516 Před 3 lety +2

    Siz kinoda olan senarini danisdiniz bu bele olmayın şef çekilib bu kino cccriye xeyiyne çekilib kerbalayi qemle abbasqulu bey tam basqa insanlar olub olar ancaq Ermenilerden vuruşub

    • @blnmyengercekler
      @blnmyengercekler  Před 3 lety

      hansi kinoduan danisirsiz biz tarixi faktlari dedik

    • @SadigAzeri
      @SadigAzeri Před 6 měsíci

      ​@@blnmyengercekler. Şadlinski başqa qaçaqlar tərəfindən gùllələnib və özüdə gizli yığıncaqda belə qərara gəliblər ki, Şadlinski onlara xəyanət edib.
      Burada hansısa qoçaqliqdan söhbət gedə bilməz.
      Bùtün varinı itirmiş qaçaqliq edən azğınlaşmış bəylırin silahına qurban oldu Şadlinski.
      Sən nə vaxt görmüsən Vətən yolunda varlı balaları savaşa?

  • @habilagayev2131
    @habilagayev2131 Před 4 lety +2

    Bu kinonu Ruslar sehv cekibler

    • @Bakuasigi6558
      @Bakuasigi6558 Před 2 lety

      Sehv çekmeyibler. Özlerine serf eden şekilde çekibler. Qehremanlarımızı düşmen kimi , xain kimi teqdim edibdirler. Bu rusun köhnə taktikasıdır.

    • @habilagayev2131
      @habilagayev2131 Před 2 lety

      @@Bakuasigi6558 eledir

  • @user-md8bk1id4s
    @user-md8bk1id4s Před 4 lety

    Елбетде мен чох шадамки меним Азербайчан халгым хеч бир харичи олкелерин голтугу алтында яшамер яники болшевиклерден асылы дейил,бир шейи ачыг язачам любой хан,бей,ага,кендхуда ве ил ахыр зибил Азербайчан халгынын душмени олуб егер еле анасы гейчеклер бирде яранса лазым олачаг онлары мехв етмек.Ядынызда сахлыйын яхшы хан,бей,ага,кендхуба ве ил ахыр зибил яхшы олмуйуб не индийене гедер недеки бунбан сонра чхшы олмаячаг адларыны юхарда чекдийим зибиллер олмуш везиййетде яхшыды.Халгын ичинде беленчик зибиллерин яранмасына йол вермек олмаз!