Sonuncu Teleqram | Salam Sarvan

Sdílet
Vložit
  • čas přidán 8. 09. 2024
  • · Salam Sarvan · "Sonuncu teleqram"
    Alın yazısında imza yeri boş,
    Edam fərmanıdır, qollamaq olmur.
    Nifrət elədiyin ayağını da,
    Bir addımdan uzaq tullamaq olmur.
    Dayan bir dəqiqə bir «yox» de mənə,
    Hər gecə yuxuma girib yatan qız.
    Adamı arxadan gəlib ötərlər,
    Ay məni qarşıdan gəlib ötən qız.
    İndi bu qış ömrü sürüşmək gərək,
    Bizi qar ötürər, dolu qarşılar.
    Bu da ki sonuncu teleqramım:
    Mən gələr olmadım, yolu qarşıla.
    #SalamSarvan #Şeir #Şair #Poeziya #Edebiyyat #VicdanHaqqı #Şeirlər #RamizRövşən #NərimanHəsənzadə #RamizRovsen #NusretKesemenli #VaqifSemedoglu #Kitab #Sözlər

Komentáře • 5