"Şuşanın dağları qara dumanlı"- Sənədli filmi

Sdílet
Vložit
  • čas přidán 3. 05. 2020
  • 8 may 1992-ci il tarixdə qalmış Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanmışdı. Şuşa istiqamətində bütün cəbhə boyu ermənilər üstünlüyü ələ almışdılar, onlar bütün imkanlarını səfərbər edərək Şuşanın süqutuna doğru irəliləyirdilər. Belə ki, 1992-ci il may ayının 6-da Yura Ovanesyan Canhəsən istiqamətindəki Azərbaycan mövqelərinə bir neçə sarsıdıcı zərbələr endirərək, döyüş mövqeyini dəyişib Şuşa şəhərinə doğru istiqamətləndi. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Şuşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdilər.Bu Azərbaycan tərəfinin Şuşanın süqutuna qədər sonuncu həmlələri oldu. Şuşanın işğalını müşahidə etmək üçün may ayının 6-da bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan, Ermmənistanın müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın hərbi qərəargah rəisi Feliks Qozoryan, Robert Koçaryan, Serj Sarkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Elena Bonner, Baronessa Koks, eləcə də «Ümumdünya xristian həmrəyliyi» və “Daşnaksütun” terror təşkilatının rəhbərləri özlərinə xüsusi yer almışdılar. Onlar buradan bütün cinahlar boyu hücum xəttini izləyir və öz döyüşçülərinə göstərişlər verirdilər.
    Məhz bundan sonra süni yaradılmış vəziyyətdən istifadə edərək Şuşanın mühasirəsini getdikcə daraldaraq şəhəri təslim etmək olardı. Kərkicahan kəndindən və Xankəndindəki Rus Hərbi bazalarından Şuşa şəhərinin yaşayış məntəqələrinə və ictimai iaşə obyektlərinə fasiləsiz raket zərbələri endirilirdi. Bundan vahiməyə düşən Şuşanın mülki əhalisi keçilməz meşələrlə Laçın istiqamətində canlarını götürüb qaçırdılar. Nə səbəbdənsə Şuşanın mühasirəsindən qabaq Azərbaycanın Hərbi komandanlığı Şuşadakı azərbaycanlı döyüşçülərin bir qismini cəbhə xəttindən geri çəkmiş, digər bir qismi isə məzuniyyətə buraxmışdı. Cəbhə xəttində pərakəndəlik və özbaşınalıq hökm sürdüyündən, döyüşçülərin sırasında üstəlik özbaşına döyüş mövqelərini tərk edənlər də var idi. Komandanlıq tərəfindən hücum tapşırığı verilmədiyindən döyüşçülərimiz yalnız müdafiə mövqeyində dayanırdılar. Onsuz da ermənilərin mühasirəsini yarmaq və ya erməni hücumlarının qarşısını almaq üçün heç canlı qüvvə və texnika da çatışmırdı.
    Bütün bu qeyri bərabər ölüm-dirim savaşında hələlik öz mövqelərini müvəqqəti də olsa qoruya bilən azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən 422 №-li tankı vurmağa nail oldular. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Serj Sərkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə ölmüşdülər. Xocalı üzərinə hücum zamanı xüsusi “qəhrəmanlıq” göstərən bu tanka və onun heyətinə etimad göstərilmişdi ki, onlar bir “qəhrəman” kimi Şuşa qalasına taxmaq üçün Ermənistanın bayrağını aparsınlar. Odur ki, hələ Xocalı ağrısı yaşayan əsgərlərimiz üçün bu tankın vurulması xüsusi əhəmiyyət daşıyırdı. Bu hadisəni gözləməyən erməni hərbçiləri mərkəz istiqamətdə döyüşü dayandıraraq, cinahlardan hücumlarını gücləndirdilər. Onlar Qala divarları üzərindən Şuşa türməsinə daxil olmağa qərar vermişdilər. Fasiləsiz raket zərbələri Şuşanın cənubuna və qala divarlarına istiqamətlənmişdi. Bu raket zərbələri Qala divarları üzərindəki bütün müşahidə qüllələrini dağıtdı, həmin gün bütün şəhər od tutub yanırdı. Bu həmlədən sonra Şuşanın mühasirəsinə son qoyuldu və ermənilər qala divarları üzərindən şəhərə daxil olmağa başladılar. Üçüncü cinahdakı erməni qoşun bölmələri Laçın - Şuşa yoluna çıxdılar, Şuşanın Laçınla əlaqəsi tamam kəsildi. Bununla da Şuşa, Canhəsən, Kosalar, Qaraqaya erməni işğalının altına düşdü. May ayının 7-dən Şuşaya daxil olmuş erməni qoşun hissələri, küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət may ayının 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar. Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 1800 erməni əsgərinə 500 azərbaycanlı əsgər müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

Komentáře • 87

  • @rashadhuseyn2437
    @rashadhuseyn2437 Před 2 lety +15

    Nə şükürki belə mərd oğullarımızın qanı yerdə qalmadı. Ümid edirəm artıq ruhları şaddır. Məkanları cənnət olsun!!.

  • @faridhasanov
    @faridhasanov Před 3 lety +22

    Gör o cür kişi belə çaqqalın əliylə qurban gedib.

  • @a.shukurov..
    @a.shukurov.. Před 8 měsíci +4

    Yerin cənnət olsun əziz insan. Şuşa və Şuşalılar sizi hec vaxt unutmayacaq. Allah qismət etsin Şuşada sizə abidə qoysunlar.😢🇦🇿

  • @anarsoltanoglu2816
    @anarsoltanoglu2816 Před 2 měsíci +1

    22.50 mən elə bilirdim MTN işçiləri ağlamaz. Ürəyim ağrıdı bu qardaşın ağlamağına. Allah Mikayıl müəllimə də rəhmət eləsin. İndi çox şükür Şuşamız azaddır. Şəhidlərimizin də ruhu şaddır.

  • @tomristuran2345
    @tomristuran2345 Před 2 lety +13

    Vicdanlı təmiz vətənsevən adam idi. Arvadı da öldü. 2 balası qaldı yetim Amma atalarına layiq namuslu, çalışqan, tərbiyəli gənclər oldular.

  • @ayxanisazad1378
    @ayxanisazad1378 Před rokem +2

    Şuşa artıq azaddır, Şuşa bizimdir. Allah ŞƏHİDLƏRİMİZƏ rəhmət etsin

  • @nerimannovruzov3102
    @nerimannovruzov3102 Před 9 měsíci +4

    ❤AZADLIGIN MUBAREK SHUSHAM🇦🇿

  • @tomristuran2345
    @tomristuran2345 Před 2 lety +13

    Mən indiyəcən hələ belə təmiz, vicdanlı, vətənsevər icra başçısı görmədim.

  • @fikretmusayev3868
    @fikretmusayev3868 Před 2 lety +9

    Ömürlük həbs edilənə yazığım gəlirdi amma onu öldürən güllələnməlidir. İcra başçısının ölümü Şuşanın getməsinə və neçe neçə insanlarımız dünyasın dəyişdi.
    Mikayılə Allah rəhmət eləsin ruhu şad olsun.

  • @natignagiyev4426
    @natignagiyev4426 Před 2 lety +4

    MİKAYIL GÖZƏLÖV GÖZƏL İNSAN AZƏRBAYCANIN MİLLƏTİN MƏRDİ MƏRDANƏ VƏTƏNPƏRVƏR VƏTƏN OĞLUDUR ALLAH QƏNİ QƏNİ RƏHMƏT ELƏSİN MƏKANI CƏNNƏT OLSUN

  • @salamsahibim162
    @salamsahibim162 Před 6 měsíci +3

    O bir insanın qatili deyil həm də vətən xainidir.Cəhənnəm odunda yansın

  • @atabeyquliyev2051
    @atabeyquliyev2051 Před 4 lety +4

    Allah bizi müvəffəq etsin İnsaAllah! Zəhmətiniz qiymətsizdir təşəkkürlər!

  • @yusifabdullayev-ql1vc

    ALLAHA TAPŞIRIRAM AMİN AMİN AMİN İNŞƏLLAH

  • @samiragayev1412
    @samiragayev1412 Před 3 lety +11

    17:45 sozun bitdiyi an susali rehmetlik rusdem quliyevin gitarada girisi az qalib rusdem quliyev ozun bu gunleri gormesende ruhun sad olacaq insallah senin ifalarini susada dinlemeyi allah bize qismet elesin

  • @atillaatilla7296
    @atillaatilla7296 Před měsícem +1

    Ogras yəgin o anası erməni olan gardaslardan pul alıb və qətlə yetirib rəhmətliyi.

  • @user-vk8bg4jf7l
    @user-vk8bg4jf7l Před rokem +1

    Allah Ğözəlova rəhmət eləsin sifəti nurani indi elə insanlar yoxdu

  • @Turk978
    @Turk978 Před rokem +2

    Mikayıl Gözəlov dostumun dayısıdı. Allah rəhmət eləsin

  • @caspian3117
    @caspian3117 Před 3 lety +6

    Çox şükür Şuşa artıq bizimdir, bu cinayəti törədən adamı da aparıb orda həbsxanada saxlamaq lazımdır

    • @simsim4992
      @simsim4992 Před 2 lety +1

      Türmədə cezdi qəbərdi qetti

    • @user-jv6yd3ws8l
      @user-jv6yd3ws8l Před 2 lety

      @@simsim4992 size kim dediki elbrus olub?duz melumatdi?

    • @Karabakh.AZE.2020
      @Karabakh.AZE.2020 Před 2 lety

      @@user-jv6yd3ws8l düz məlumatdır elə bu kanalda digər verlişdə deyilib

  • @user-mb4kj5rd4p
    @user-mb4kj5rd4p Před 4 měsíci +1

    Xəyanətin qurbanı heç nəyi heç kimə bağışlamaq olmaz

  • @vilaytagayev6006
    @vilaytagayev6006 Před 11 měsíci +3

    5 ilə bu ograsi niyə gullelemediler

  • @Cabir590
    @Cabir590 Před 2 lety +9

    Elə o ermənini öldürərdin də, satqın alçaq !

  • @ua7609
    @ua7609 Před 2 lety +3

    22:50 bu kişiyə yazığım gəldi

  • @bce_ok9943
    @bce_ok9943 Před 4 lety +4

    Böyük Dağın Dumanıda Böyük Olar...!!!

  • @tapdiqbehbudov3178
    @tapdiqbehbudov3178 Před rokem +3

    Çox şükür ŞUŞA azaddır.O igidlərin qanı yerdə qalmadı.Yaşasın cənab Prezident İlham Eliyev.

  • @azizhagverdiyev9989
    @azizhagverdiyev9989 Před 2 lety +8

    Bu şərəfsiz, o boyda adami öldürüb qismətin, əçəlin üstünə yixir. Narkomanliq yağir sifətindən…

  • @muradmemmedli4324
    @muradmemmedli4324 Před 11 měsíci +1

    allah rehmet elesin bize rehm etsin ki bucur ogullari qoruya bilmedik

  • @bergen8849
    @bergen8849 Před 2 lety +6

    сатгын

  • @slonfil8882
    @slonfil8882 Před rokem +2

    Mikayila Allah rehmet etsin Elburus qexbe onu zakazla vurub ne de demir kimin zakazin edib

  • @behruzkaraev3668
    @behruzkaraev3668 Před 2 lety +7

    Mundar, danışığına bax bunun.

  • @elnuratakisiyev6207
    @elnuratakisiyev6207 Před 2 lety +3

    Allah rəhmət eləsin.gozel insan idi.bacisi bizim ilə qonşu idi.gozel insanlar idi.Elbrus özü vətən xainidir.Gozelovu öldürməklə Susani erməniyə verilməsinə yol acdi

  • @sevahaji6210
    @sevahaji6210 Před 4 lety +7

    Erməniyə qulluq etdiyinə görə heç peşmançılıq çəkmədinmi?

  • @samiragayev8958
    @samiragayev8958 Před 8 měsíci

    17:45 can ay rustem ruhun şad olsun 3il bundan oncede yazmisdim az qalib azad olunmasina şuşamiz tam azaddi herzaman senin ifalarinda veten hesreti olub

  • @pharmacistbaku798
    @pharmacistbaku798 Před 4 lety +2

    Bir məsələ haqqında fikirləşib heç cür cavab tapa bilmirəm. Qruplaşma halında neçə-neçə cinayətlər törədilir, amma bircə dəfə də olsun, öz vətənpərvərliyimizə söykənib qruplaşıb Qarabağa hücum etməyimiz olmadı
    Amma intervyuların hamısında bizə Qarabağ lazımdır!
    Allah Mübarizə və bütün şəhidlərimizə rəhmət eləsin.

    • @sevahaji6210
      @sevahaji6210 Před 4 lety +1

      Erməni də onu deyir. Savadlı insanlar fikirləşincə, savadı olmayan quduzlar torpaqları işğal etdilər. Səbəb hər birinin ayrılıqda öz mənafeyini düşünməyidir. Elə bu filmdə olduğu kimi. Şuşanı düşünən birini aradan götürüblər.

  • @zahidememmedova8202
    @zahidememmedova8202 Před 2 lety +7

    Satqın Elbrus zibil

  • @stabrizli7003
    @stabrizli7003 Před 2 měsíci +1

    El bu rus hələ anlamır ki bir insandan əlavə neçə şəhərin jəndin ailənin dağılmasının səbəbkarı dı sənin yox qeyrətinə tüpürsunlər

  • @muradmemmedli4324
    @muradmemmedli4324 Před 11 měsíci +2

    elbrusa emri verenler onu turmede de 5 il qoruyublar demek ki sade adamlar deyil ona gore heqiqeti demir

  • @vuqarzeynalov1658
    @vuqarzeynalov1658 Před 8 měsíci +1

    Şərəfiz oğraş ölməli idi,ömürlük cəza almamalıydı

  • @necefiskenderov7056
    @necefiskenderov7056 Před 2 lety +4

    Ermeni gardasdarin axiri nece oldu?bilen var.

  • @sebinezeynalova52
    @sebinezeynalova52 Před 2 lety +1

    hər işi tək ğözəğörünməz Allah bilir.

  • @Nadir322
    @Nadir322 Před 2 lety +3

    Nəciməddin Sadıqov Elburus Orucov gösdərişi olub killerdə vurub

    • @baxabax3580
      @baxabax3580 Před 7 měsíci

      91 de Elburus Orucuv Susada deyildi axi. O 92 de geldi

    • @Nadir322
      @Nadir322 Před 7 měsíci

      @@baxabax3580 yaxşı araşdırın yalnış fikirdi bildirdin

  • @VIXXII97
    @VIXXII97 Před rokem

    Yaxşılar ortadan götürüldü özü də neçənci il ? Təbii ki, 1991-ci il... Allah ölənlərə rəhmət eləsin təbii ki, yaxşılarına deyilir bu...

  • @user-jh8er5jj5r
    @user-jh8er5jj5r Před 2 lety +3

    Шерефсиз сени пулнан алыфлар да

  • @user-hs3ph8lw4f
    @user-hs3ph8lw4f Před 2 lety

    👍👍👍🇦🇿🇦🇿🇦🇿🙏

  • @OrucHuseyinli-wi9rf
    @OrucHuseyinli-wi9rf Před 8 měsíci

    Heyif olsun ki gör nəqədər şəxsiyyət verdik biz allah hər birin ruhun şad etsin bu gün şuşa var amma onlar yoxdu

  • @slonfil8882
    @slonfil8882 Před rokem +1

    Bu cur insani kör kimin eli ile vurulub Tarix boyu ichimizdeki xainler merdleri vurub

  • @user-vt3sz5yd4z
    @user-vt3sz5yd4z Před rokem

    🇦🇿❤🇹🇷💪🤝👍👍👍

  • @natignagiyev4426
    @natignagiyev4426 Před 2 lety +2

    O şərəfsiz erməniyə işləyən olub

  • @ruslanmeherremov2479
    @ruslanmeherremov2479 Před 4 lety +3

    Bes satılmağına haçan qerar verilmişdi Şuşanın?

    • @sevahaji6210
      @sevahaji6210 Před 4 lety +3

      Onu satandan soruşun. "Şuşanı partladacağam" deyənin səsi döyüş meydanından deyil Moskvadan gəldi

  • @user-vk8bg4jf7l
    @user-vk8bg4jf7l Před rokem

    elbrus niyə gedib 5 erməniöldürmurdü onurani insanı öldürürdü Allah şahidlərimizə rəhmət eləsin başımızı göylərə qaldırdı

  • @vusalquliyev5003
    @vusalquliyev5003 Před 2 měsíci

    Vur camaatı öldür de kisməti öpüşdü

  • @vahiddadasov4486
    @vahiddadasov4486 Před rokem

    Esil kişidi beyendim

  • @user-ed8ow4xs7m
    @user-ed8ow4xs7m Před 2 lety

    "ŞUŞANIN DAĞLARA GARLI...НУ И Т.Д.".И ЧТО ПОЛУЧИЛИ - КОНСПИРАЛОГИИ, ЗАГОВОРЫ И ПУЛЮ В ЛОБ...В МОЛОДОСТИ. А ЭТИ НЕГОДЯИ РАДУЮТЬСЯ ЖИЗНИ.

  • @realmadrid9044
    @realmadrid9044 Před rokem +1

    ELBURUS İBRAHİMOV ŞIRƏFSİZ,NƏ ÜZLƏ DANIŞIR.

  • @user-eb5qj1rt8r
    @user-eb5qj1rt8r Před 16 dny

    😢

  • @user-wj9ud4eu5e
    @user-wj9ud4eu5e Před 3 měsíci

    Belə çıxır ki göz görə görə rəsmən satılıb ovaxdi torpaqlar rəhmətlik Mikayıl ida tapşırıqla öldürüb kim irəli gedirdi onu yox edirdilər belə özbaşınalıq mən Meksikanı kolumbiya bilirəm 😳😳😳😳

  • @user-eb5qj1rt8r
    @user-eb5qj1rt8r Před 16 dny

    Eyy bax wuwa muduru kimdi?oxrawdi hamisi ermenidi

  • @user-eb5qj1rt8r
    @user-eb5qj1rt8r Před 16 dny

    Sen kimi oxraw