Yuxuda nar görmək ☾✵ Geniş

Sdílet
Vložit
  • čas přidán 12. 09. 2024
  • #yuxuda
    #yuxuyozmalar
    #yuxu
    Yuxuda nar görmək ☾✵ Geniş #yuxuyozma - SƏSLİ YUXU YOZMALARI
    Yuxuda nar görmək, xeyirli yuxu sayılır. Evlilər üçün uşaq, subaylar üçün evlilik, pulu olmayanlar üçün pul deməkdir. Yuxuda nar görmək ailə həyatının sakit keçəcəyini göstərir. Belə yuxu sıxıntıların azalacağına, problemlərin yox olacağına işarədir. Həmçinin, bolluq və bərəkət deməkdir.
    Yuxuda nar dənələri görmək belə yuxu görənin evindən bolluq və bərəkətin əskilməyəcəyinə dəlalət edir. O, xeyirli işlər görəcək, ehtiyacı olanlara kömək edəcək, savab qazanacaq. Yuxuda nar dənələri görmək qazanılacaq mal-mülkdən də xəbər verir.
    Yuxuda nar yemək belə yuxu görənin böyük bir uğur üçün ilk addımları atacağı kimi yozulur. Yuxuda nar yemək iş həyatındakı uğurları, xeyirli işlər görməyi ifadə edir. Digər yozuma görə isə yuxuda nar yemək belə yuxu görənin tezliklə böyük gəlir əldə edəcəyinə işarədir.
    Yuxuda turş nar yemək haram arxasınca qaçacağınıza, cəsarətinizin qırılacağına və qapalı bir insan olacağınıza işarədir. Dənələri qırmızı turş nar, haram mal-dövlətə və kədərə işarədir. Sağlam bir kişi yuxusunda turş nar yeyirsə, bu onun xəstələnəcəyinin xəbərçisidir.
    Yuxuda nar yığmaq bərəkətli bir ömrə işarədir. Belə yuxu görən kişi kal nar yığdığını görübsə, böyük qazanc əldə edəcək. Amma bəzi yozarlara görə, yuxuda kal nar yığdığını görmək mal-mülkün itiriləcəyinə işarədir.
    Yuxuda nar qabığı yediyini görən naxoş insan yaxın zamanda şəfa tapacaq, onun çətin günləri geridə qalacaq. Bu durum onun ailəsini də sevindirəcək.
    Yuxuda nar şirəsi görmək belə yuxu görənin qazanacağı pula işarədir. Yuxuda nar suyu içmək etibar qazanmaq anlamı verir. Digər yozuma görə, nar suyu belə yuxu görənin istədiyi şöhrətə nail olacağı kimi yozulur.
    Yuxuda nar aldığını görmək belə yuxu görənin ona qalan mirasla bütün problemlərini həll edəcəyi kimi təfsir olunur. Belə yuxu onu görənin iş həyatında heç bir sıxıntı yaşamayacağına da işarədir.
    Yuxuda nar satdığını görən insan demək ki, axirət əvəzinə bu dünyanı seçmişdir. Digər bir yozuma görə, yuxuda nar satmaq yaxşı bir dosta, qiymətli bir insana dəlalət edir. Yuxuda nar satdığını görmək dostlarla birlikdə çətinlikləri dəf etmək anlamındadır.
    Yuxuda birinə nar hədiyyə etdiyini görmək, insanın maddi cəhətdən rahatlaşacağına, çətinliyə düşməyəcəyinə, incidiyi insanlarla barışacağına işarədir. Yuxuda kiməsə nar hədiyyə etdiyini görmək belə yuxu görən insanın tezliklə yaxşı günlər keçirəcəyinə işarədir.
    Yuxuda çürük nar görmək belə yuxu görənin fürsətləri əldən verəcəyini ifadə edir. Belə yuxu o insanın bərəkətinin və ruzisinin azalacağı anlamına gəlir.
    Yuxuda qara nar görmək belə yuxu görənin iş və sosial həyatında müxtəlif problemlərlə qarşılaşacağından xəbər verir. Belə yuxu onun ətrafındakı insanlar tərəfindən sevilməyəcəyini ehtiva edir.
    Yuxuda qış fəsli zamanı nar görmək yaxşı əlamət sayılır, bolluq və bərəkət anlamına gəlir. Belə yuxu görən maddi anlamda rahatlaşacaq. Bu yuxudan sonra ona tövsiyə olunur ki, ailəsi ilə bağlarını daha da gücləndirsin. Çünki onun üçün ailə hər kəsdən və hər şeydən daha vacibdir. O, bunu dərk etməli və həyatını bu şəkildə davam etdirməlidir.
    Yuxuda nar ağacı görmək əliaçıq və inancı güclü olan şəxsə dəlalət edir, sadiq və yardımsevər insanı ifadə edir. Bərəkətlə bağlı olan nar ağacları həm də bol gəlirin, malın-mülkün müjdəçisi olmaqla, özündə zənginliyi ehtiva edir. Yuxuda nar ağacı görən insanın maddi və mənəvi problemi olmayacaq. Belə yuxunu görən qalan həyatını bolluq, bərəkət içində yaşayacaq. Yuxuda ağacdan yetişmiş narları yığdığını görmək, zəngin birindən sizə qalacaq mirasa işarədir. Yuxuda nar ağacında nar çiçəyi görmək gözəl qadına və xeyirli övlada işarədir.
    foto: commons.wikime...
    video: www.vecteezy.com/
    pixabay.com/
    Musiqi: Somewhere Fuse
    Sinematik
    Kədərli
    French Fuse
    2:16
    dek 2021

Komentáře •