Video není dostupné.
Omlouváme se.

Üzgüçülük Qaydaları - NECƏ ÜZƏ BİLƏRƏM?

Sdílet
Vložit
  • čas přidán 1. 07. 2022
  • Üzgüçülük təlimi ilə bağlı məndən məsləhət istəyənlər üçün Orxan Səmədovu (bit.ly/4deAMqA) rahatlıqla tövsiyə edə bilərəm. Aqua Sport-da çalışır və işiniz peşəkarıdır. Övladlarınızı da ona arxayın şəkildə əmanət edə bilərsiz.
    Yaratdığım məzmunları dəyərli hesab edirsənsə və hədəflərimə çatmaqda dəstəyini göstərmək istəyirsənsə, aşağıdakı linkə daxil olaraq mənə bir fincan qəhvə ala bilərsən.
    bit.ly/danisan...
    Videoda qeyd olunmayan təhlükəsizliklə bağlı bəzi məlumatları nəzərinə çatdırmaq istəyirəm.
    Bir çox insan boğulmaqdan qorxduğu üçün üzməyi öyrənmək istəmir. Ancaq bilmək lazımdır ki, alacağımız bir neçə çox sadə qabaqlayıcı tədbirlərlə boğulma riskini minimuma endirmək mümkündür. Bunun üçün nə etmək olar?
    - Yaxşı üzməyi bacaran biri ilə üzməyə get, tək üzmə. Yanında səni qoruyacaq birinin olduğunu bilmək qorxularını azaldacaq və sənə stimul verəcək.
    - Üzməyi axın olan suda, məsələn çayda öyrənməyə başlama. Əgər başqa imkanın yoxdursa, onda təcrübəli biri yanında olsun, ki hər hansısa təhlükəli vəziyyətdə, məsələn burulğanla rastlaşdıqda nə etməyin lazım olduğunu bilsin.
    - Öyrənmə mərhələsində ayaq üstə dura biləcəyin qədər dərinliyi olan suda üzməyə üstünlük ver. Belə olan halda gözlənilmədən nəsə olsa, özünü itirsən, ayağa durub nəfəs ala biləcəksən.
    - Üzməyə yeni başlamısansa və təcrübəli birinin köməyindən istifadə etmirsənsə, hovuzun dərin hissəsində üzmə
    - Dəniz, çay, göl kimi hərəkətli suda üzərkən mütləq qaydada diqqətli ol. Burulğan anidən səni özünə çəkə bilər və bu halda panikaya düşüb çırpınmaq səni daha da suyun dərininə aparacaq. Onun əksinə təmkinlə nəfəs al və sakit ol. Sahilə doğru irəlilə.
    - Üzmə öyrənmək vaxt alan prosesdir. Odur ki, tələsmə.
    - İldirım səsi eşitdikdə üzməni dayandır və sudan çıx. İldırım suyu hədəf ala və düşdüyü halda sudakı hər kəsi vura bilər.
    Uğurlar!
    #DanışanAdam #Üzgüçülük

Komentáře • 127