Ənvər Sadıqov - Ekspromt çıxış (İnstrumental - Qarmon / Şəki konserti)

Sdílet
Vložit
  • čas přidán 12. 03. 2024
  • 16 Fevral 2024-cü il tarixində Şəkidə keçirilmiş "Azərbaycan Musiqi Xəzinəsində Klassik və Müasir Qarmon İfaçılığı" adlı tədbirdən epizod.
    Aparıcı: Əhsən Rəhmanlı.
    Azərbaycanın görkəmli musiqiçisi, aranjimançı, virtuoz qarmon və akkordeon ifaçısı Ənvər Sadıqov 30 aprel 1966-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ənvər erkən yaşlarından musiqiyə böyük həvəs göstərir, evdə fortepiano və qarmon çalmağa başlayır. 1978-ci ildə O "Bakı Fəhləsi" mədəniyyət evində "Azərbaycan qarmonu" sinfinə daxil olur, orada müəllimi Tağı Tağıyevdən qarmonun sirrlərini mənimsəyir, Azərbaycan xalq musiqisini, muğamlarını, rəqs və bəstəkar əsərlərini öyrənərək dərs alır. 1979-cu ildən başlayaraq, artıq bir çox özfəaliyyət musiqi kollektivlərində qarmon ifaçısı kimi fəaliyyət göstərir, solist, konsertmeystr kimi Azərbaycanın bir çox bölgələrində konsert proqramları ilə çıxış edir.
    Ənvər Sadıqov 2001-cı ildə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının "Zirvə Mükafatı"na, 2006-cı ildə "Bakılı" Beynəxalq Mədəniyyət Cəmiyyətinin "HUMAY" mükafatına layiq görülmüşdür. 1999-cu ildən etibarən onun "Take Five", "2000-2010 seçmələri'", "2010-2015 seçmələri" və Təəssürat konserti kimi bir neçə albomları[2][3], 1997, 2003, 2004, 2005 və 2008-ci illərdə Take Five, Tanqo, Güllərim, Libertanqo və Vals kimi klipləri işıq üzü görüb. Bütün yaradıcılıq illəri ərzində Ənvər Azərbaycan qarmonunda özünəməxsus ifa tərzini, musiqidə özünün yeni dəsti-xəttini yaratmışdır.
    Təhsilinin davamı olaraq Ənvər Sadıqov 2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsinə daxil olur, oranı bitirdikdən sonra 2015-2017-ci illərdə Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri fakültəsində təhsilini davam etdirir və magistr dərəcəsini alır. 2017-ci ildən konservatoriyada müəllim vəzifəsində çalışır, 2019-cu ildən konservatoriyanın “İnstrumental-muğam" kafedrasında Azərbaycan qarmonu aləti üzrə ixtisas-muğam fənnindən baş müəllim kimi dərs deyir.
    2001-ci ildən başlayaraq Ənvər, hələ lap gənc yaşlarından arzusunda olduğu yeni azərbaycan qarmonunun üzərində eksperimentlər apararaq çalışır və nəhayət 2007-ci ildə "ReneveR" adlı üç oktavalı və yeni registrli qarmonun yaranmasına nail olur. Alət 2013-cü ildə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən təsdiqlənmiş, 2018-ci ildə isə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində ixtira kimi qeydiyyatdan keçərək patentləşdirilmişdir. Bu yeni qarmon səs diapazonunun geniş olduğundan əlavə, həm də daha bir səs registrinin olmasına görə Azərbaycan qarmon ifaçılığı üçün yeni imkanlar yaratmış və gənc ifaçilar arasında geniş yayılmaqdadır.
    2016-cı ildə Bakı Beynəlxalq Muğam Mərkəzində baş tutan "Təəssürat" adlı iki günlük solo konserti Ənvər Sadıqovun ən gözəl çixişlarındandır.[4][5] Eyni adlı proqramla 2017-ci ildə Qəbələ şəhərində H.Əliyev Konqres mərkəzində konsert vermişdir.[6] 2017-ci ildə Heydər Əliyev Mərkəzində görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubiley konserti, 2018-ci ildə X Qəbələ Beynəlxalq Musiqi Festivalında konsert proqramı ilə çıxış etmişdir.
    Ənvər Sadıqov rəhbərlik etdiyi "Qaytağı" ansamblı ilə bərabər Azərbaycanın hüdudlarından kənarda olduğu kimi ölkəmizdə də mütəmadi olaraq mədəni tədbirlərdə, yaradıcılıq gecələrində, konsert proqramlarında çıxış edir,(Azərbaycan Dövlət Televiziya və Radiosunun yubiley konsertləri, Görkəmli bəstəkarlar; Arif Məlikov, Tofiq Quliyev, Rauf Hacıyev, Ramiz Mirişli, Emin Sabitoğlu, Elza İbrahimova, Mobil Babayevin yubileylərinə həsr olunmuş konsertlər və s.).
    Ənvər Sadıqovun yaradıcılığı və fəaliyyəti Dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2014-cü ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür.
  • Hudba

Komentáře • 21

  • @fromfuture1111
    @fromfuture1111 Před 2 měsíci +4

    Ənvər m. musiqiləri 20-30 ildən sonra milli musiqi sərvətimiz olacaq.

  • @ibadullayevryast6934
    @ibadullayevryast6934 Před 3 měsíci +8

    Ənvər müəllim haqqqında nə demək olar ki? Bu insan AZƏRBAYCAN qarmon sənətinin həm keçmişi hım indisi həm gıləcəyidir ALLAH qorusun AZƏRBAYCANIMIZIN ƏNVƏRİNİ❤

  • @zairmustafayev8182
    @zairmustafayev8182 Před 3 měsíci +15

    Bir vaxtlar Q. Qarayev haqqında söyləyirdilər ki, XXI əsrin musiqisini yazır . İndi cürətlə demək olar : Ə. Sadıqov qarmon ifaçılığında öz zamanının fövqündə durur !

  • @asimbayramov2595
    @asimbayramov2595 Před 3 měsíci +6

    Ənvər müəllim haqqında nəqədər danışsan yenə azdır o qaərmonun həm təxnikasıdır həm lirikasıdır Həm keçmişi həm gələcəyidir daha nələr daha nələr❤❤❤❤

  • @musamammadov2286
    @musamammadov2286 Před 3 měsíci +6

    Musiqimizin xilaskari .Allah size can sağlığı uzun ömür nəsib etsin ustad. Siz olmasaz Azərbaycan nə gündə olardı Allah bilir.👏👏👏👏

  • @elseverbaloglanov2399
    @elseverbaloglanov2399 Před 3 měsíci +6

    Dahi sənətkar Ənvər mellime Allah can sağlığı versin

  • @user-jx7ye9hq5z
    @user-jx7ye9hq5z Před 3 měsíci +5

    Bethoven...👏👏👏👏

  • @sabuhihuseynov467
    @sabuhihuseynov467 Před 3 měsíci +7

    Ənvər müəllim barədə o qədər yazmaq olar ki...sonsuza qədər. Müasir Azərbaycan qarmon ifaçılığının Memarı deyərdim mən ona. Fenominal və tükənməyən yaradıcılıq çesməsidir Ənvər Sadıqov. Mayakır!

    • @TheTinkywinky3
      @TheTinkywinky3 Před 2 měsíci

      Icinde allah sözü olmayan, kimese rehmet oxunmayan bir sherh. Az-az rast gelinir

  • @rabilabbasov3283
    @rabilabbasov3283 Před 3 měsíci +6

    Qarmon aleti dünyevi olmasada,müellimin ifası dünyevidi.

  • @ilyasmuzik1475
    @ilyasmuzik1475 Před 3 měsíci +6

    Dünyavi musiqiçi 🪗👍👏

  • @user-mw8jz4hr9c
    @user-mw8jz4hr9c Před 3 měsíci +4

    Super

  • @aynuremuradova1182
    @aynuremuradova1182 Před 3 měsíci +6

    Allah can sağlığı versin sənətkarlarımıza

  • @ilqarkerimov3998
    @ilqarkerimov3998 Před 3 měsíci +7

    ❤Budur gözəl, nümunəvi ifa! Sağ ol Ənvər müəllim!

  • @elnareresulova1384
    @elnareresulova1384 Před 3 měsíci +4

    Ehsen muellimi ve deyerli qarmon ifacilarini salamlayiram.. Allah her birinize can sagligi versin🌹🎼🙏

  • @Xayal.Cabiroglu
    @Xayal.Cabiroglu Před 3 měsíci +5

    ALLAH sizi var elesin deyerli Ustad...

  • @salamovaferqane2413
    @salamovaferqane2413 Před 3 měsíci +3

    Möhtəşəm konsertdən👍

  • @ElqarKerimov1-.
    @ElqarKerimov1-. Před 3 měsíci +8

    Гений да что сказать еще 👏👏👏👏❤️❤️❤️❤️❤️

  • @aynuremuradova1182
    @aynuremuradova1182 Před 3 měsíci +5

    👍👍👍👍

  • @poster9632
    @poster9632 Před 3 měsíci +4

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👏👏👏👏👏

  • @aynuremuradova1182
    @aynuremuradova1182 Před 3 měsíci +5

    👍👍👍👍