Azərbaycan - Səməd Vurğun

Sdílet
Vložit
  • čas přidán 24. 12. 2007
  • Azərbaycan

    Çox keçmişəm bu dağlardan,
    Durna gözlü bulaqlardan;
    Eşitmişəm uzaqlardan
    Sakit axan arazları;
    Sınamışam dostu, yarı...
    El bilir ki, sən mənimsən,
    Yurdum, yuvam, məskənimsən,
    Anam, doğma vətənimsən!
    Ayrılarmı könül candan?
    Azərbaycan, Azərbaycan!
    Mən bir uşaq, sən bir ana,
    Odur ki, bağlıyam sana,
    Hankı səmtə, hankı yana
    Hey uçsam da yuvam sənsən,
    Elim, günüm, obam sənsən!
    Fəqət səndən gen düşəndə,
    Ayrılıq məndən düşəndə,
    Saçlarıma dən düşəndə
    Boğar aylar, illər məni,
    Qınamasın ellər məni.
    Dağlarının başı qardır,
    Ağ örpəyin buludlardır.
    Böyük bir keçmişin vardır;
    Bilinməyir yaşın sənin,
    Nələr çəkmiş başın sənin.
    Düşdün uğursuz dillərə,
    Nəhs aylara, nəhs illərə,
    Nəsillərdən-nəsillərə
    Keçən bir şöhrətin vardır;
    Oğlun, qızın bəxtiyardır...
    Hey baxıram bu düzlərə,
    Alagözlü gündüzlərə,
    Qara xallı ağ üzlərə
    Könül istər şer yaza;
    Gəncləşirəm yaza-yaza...
    Bir tərəfin bəhri-Xəzər,
    Yaşılbaş sonalar gəzər;
    Xəyalım dolaşar gəzər
    Gah Muğanı, gah Eldarı.
    Mənzil uzaq, ömür yarı!
    Sıra dağlar, gen dərələr,
    Ürək açan mənzərələr...
    Ceyran qaçar, cüyür mələr,
    Nə çoxdur oylağın sənin!
    Aranın, yaylağın sənin.
    Keç bu dağdan, bu arandan,
    Astaradan, Lənkərandan.
    Afrikadan, Hindistandan
    Qonaq gəlir bizə quşlar,
    Zülm əlindən qurtulmuşlar...
    Bu yerlərdə limon sarı,
    Əyir, salır budaqları;
    Dağlarının dümağ qarı
    Yaranmışdır qarlı qışdan
    Bir səngərdir yaranışdan.
    Lənkəranın gülü rəng-rəng,
    Yurdumuzun qızları tək.
    Dəmlə çayı tök ver görək
    Anamın dilbər gəlini!
    Yadlara açma əlini.
    Sarı sünbül bizim çörək,
    Pambığımız çiçək-çiçək.
    Hər üzümdən bir şirə çək
    Səhər-səhər acqarına,
    Qüvvət olsun qollarına.
    Min Qazaxda köhlən ata,
    Yalmanına yata-yata,
    At qan-tərə bata-bata,
    Göy yaylaqlar belinə qalx,
    Kəpəz dağdan Göy gölə bax!
    Ey azad gün, azad insan,
    Doyunca iç bu bahardan!
    Bizim xallı xalçalardan
    Sər çinarlar kölgəsinə,
    Alqış günəş ölkəsinə!
    Könlüm keçir Qarabağdan,
    Gah bu dağdan, gah o dağdan.
    Axşamüstü qoy uzaqdan
    Havalansın Xanın1 səsi,
    Qarabağın şikəstəsi.
    Gözəl vətən! Mənan dərin,
    Beşiyisən gözəllərin!
    Aşıq deyər sərin-sərin,
    Sən günəşin qucağısan,
    Şer, sənət ocağısan.
    Ölməz könül, ölməz əsər,
    Nizamilər, Füzulilər!
    Əlin qələm, sinən dəftər,
    De gəlsin hər nəyin vardır,
    Deyilən söz yadigardır.
    Bir dön bizim Bakıya bax,
    Sahilləri çıraq-çıraq,
    Buruqları hayqıraraq
    Nərə salır boz çöllərə,
    İşıqlanır hər dağ, dərə!
    Nazlandıqca sərin külək,
    Sahillərə sinə gərək.
    Bizim Bakı -- bizim ürək!
    İşıqdadır qüvvət sözü,
    Səhərlərin ülkər gözü.
    Gözəl vətən! O gün ki sən
    Al bayraqlı bir səhərdən
    İlham aldın... yarandım mən.
    Gülür torpaq, gülür insan,
    Qoca Şərqin qapısısan!

Komentáře • 51

  • @cavidanmemmedov881
    @cavidanmemmedov881 Před 5 lety +39

    VƏTƏNİ bu cür gözəl tərənnüm edən ikinci bir şair Azərbaycan torpağı yetişdirməyib. SƏMƏD VURĞUN-ZƏRBAYCAN, bu iki məhumu biri-birindən ayırmaq qeyri mümkündür.S.VURĞUN elə bir dahidir ki, onun əsərləri zaman keçdikcə daha çox seviləcək.

  • @Ma-dz8ek
    @Ma-dz8ek Před 3 lety +19

    Nə gəşəng yazıb...😥. Artıq Qarabağ bizə qayıtdı, eşq olsun Azərbaycan oğullarına. Artıq bayrağımız daima hər yerdə dalğalanacaq.

  • @resadquliuev9565
    @resadquliuev9565 Před 3 měsíci +4

    Ürəyimnən qara qanlar axırdı bu şeri dinləyəndə Qarabağ yadıma düşürdü.

  • @user-rk4dr6xp5n
    @user-rk4dr6xp5n Před 3 lety +18

    25.10.2020 Qubadlini išgaldan azad etdik! Gözäl veten AZERBAYCAN! S. Vurgunun bu seiri insanda qürur hissi oyadir. ❤️🇹🇷❤️🇦🇿

  • @vasifmahmudov8388
    @vasifmahmudov8388 Před 6 lety +18

    Bu ürəkdən gələn sözləri ancaq VURĞUN deyər. Azərbaycanımın böyük şairi-fəxrimiz olan Səməd Vurğun

  • @maqaisaev8874
    @maqaisaev8874 Před 7 měsíci +2

    Bu şeiri her seher ictimai tv de vererdiler,ona baxandan sonra gederdim mektebe😢ne tez getdi vaxt🥹

  • @user-natalianikolaevna
    @user-natalianikolaevna Před rokem +6

    Fəqət səndən gen duşəndə
    Saçlarima dən duşəndə
    Bogarvaylar illər məni
    Qinamasin ellər məni.
    Canim sənə qurban olsun Azərbaycan dogma yurdum. 😭😭😭😭😭😭😭😭

  • @azeri1989
    @azeri1989 Před 14 lety +20

    el bilirki sen menimsen yurdum yuvam meskenimsen anam dogma vetenim sen ayrilarmi gonul candan Azərbaycan Azərbaycan
    ----->Har Şey Vatan Için

  • @turalabisov1045
    @turalabisov1045 Před 9 měsíci +3

    Evveller ictimai kanalda her seher verirdiler.Rehmetlik atamla baxib mektebe gederdim.
    Can Azerbaycan

  • @ceyhuneabbasova9466
    @ceyhuneabbasova9466 Před 8 lety +20

    Ən sevdiyim şeirlərdən biridir.....

  • @guns2074
    @guns2074 Před 2 lety +6

    Uşaqlıqdan ictimai tv də hər gün verirdilər 😞

  • @seyranrafiyev
    @seyranrafiyev Před 14 lety +12

    Ayrilarmi konul candan Azerbaycan,Azerbaycan
    videoya gore teshekkurler

  • @mrzyv8390
    @mrzyv8390 Před 3 lety +5

    Bu ne qeder gozel sheirdi

  • @elchinmusayev8711
    @elchinmusayev8711 Před rokem +4

    Tek kelme ile MUKEMMEL!!!

  • @fromYeRaz
    @fromYeRaz Před 8 lety +13

    semed vurgunun seirleri hemise gozeldir

  • @fxrddinliyev4008
    @fxrddinliyev4008 Před rokem +2

    Hamımızın ürəkdən sevdiyi şe'r Azərbaycan

  • @turaneehmedzade4067
    @turaneehmedzade4067 Před 2 měsíci

    Allah size rehmet elesin gozel sair
    sozleri esidende butun Cana tesir edir

  • @mubarizabbasov9370
    @mubarizabbasov9370 Před 6 lety +7

    Kövrəldim

  • @quluquluyev8232
    @quluquluyev8232 Před 4 lety +5

    Çox sevirəm bu şeyri

  • @qdirlizad1252
    @qdirlizad1252 Před 4 lety +6

    Əlaaaa şeirdi

  • @turqayehmedov343
    @turqayehmedov343 Před rokem +2

    Allah rəhmət eləsin səməd vurğun

  • @faridik14
    @faridik14 Před 15 lety +5

    Elim,obam,yuvam sensen!!!

  • @azeriqizi2010
    @azeriqizi2010 Před 14 lety +7

    Yurdum yuvam məskənimsən....

  • @faiqeliyev168
    @faiqeliyev168 Před 5 lety +3

    Gozel veten!o gun ki sen
    albayraqli bir seherden

  • @feritqurbanovxelil7775
    @feritqurbanovxelil7775 Před 3 lety +7

    Səməd Vurğunda daxil olmaqla bütün bəstəkarların hər cümlərində və hər saniyələrində 1 məna daşıyır. Ancaq bunu anlamaq hər insan üçün asan deyil.
    El bilirki sən mənimsən,
    Yurdum yuvam məskəninsən,
    Anam doğma Vətənimsən,
    Ayrılarmı Könül Candan?
    Azərbaycan,Azərbaycan!

  • @feriddadasov9587
    @feriddadasov9587 Před 4 lety +4

    Bu şeiri çox sevirəm...

  • @minecraft-ft9su
    @minecraft-ft9su Před 3 lety +3

    ən sevdiyim mahnıdı

  • @Ismail4046
    @Ismail4046 Před 7 lety +7

    Ay dostlar men o seiri axtariram ki. orda bele misra var: YAZ EY VURGUN OMUR AZDIR.Bilen varsa mene ya seirin adini ya da butov gonderin. unudulmaz senetkara Rehmet Xalgimiza ise ESG OLSUN.

    • @sebuhinovruzov9765
      @sebuhinovruzov9765 Před 5 lety +3

      Ismail4046 Keçər aylar, keçər illər, yaz, ey Vaqif, ömür azdır; Düşər bir gün laçın könlüm şeir, sənət marağından. S.Vurğun.

  • @silindi2632
    @silindi2632 Před 2 lety +4

    14 il öncə 🥀

  • @aygunhuseynzade1292
    @aygunhuseynzade1292 Před 3 lety +3

    Qarabağ Azerbaycandır 2021👑

  • @zahidismayilov560
    @zahidismayilov560 Před rokem +4

    8.11.2022🇦🇿🇦🇿

  • @CavidAslanov-999
    @CavidAslanov-999 Před 10 měsíci +2

    Vətənin varsa, kimliyin var !

  • @zulfiyaaliyeva4619
    @zulfiyaaliyeva4619 Před 8 měsíci +1

    😢😢❤

  • @mktbteach6596
    @mktbteach6596 Před rokem +1

    ❤❤❤

  • @Kerosene2016
    @Kerosene2016 Před 2 lety +3

    14 il🙁

  • @lamiyelsgerova9858
    @lamiyelsgerova9858 Před 3 lety +2

    2021 yene geldim

  • @xeyyamqurbanov5602
    @xeyyamqurbanov5602 Před 2 lety +2

    Bu klipi ictimai kanalda tez tez verirdilər

  • @afaqxanpashayeva1117
    @afaqxanpashayeva1117 Před rokem +3

    Aqsin yeniseyle Sərdar ne ogludur onlarin qanı qatişiqdir yəni anladiniz. Belə şairi Azerbaycan xalqı yəni Vurgunu hec vaxt unutmayacaq . Hələ Azerbaycan torpagindan Azerbaycan şeirini belə yazan şair olmayib olmayacaqda.

  • @azizaliyev1516
    @azizaliyev1516 Před 2 lety +1

    Sirrini vermeyir sirdawa dunya.

  • @my23heart
    @my23heart Před 2 lety +3

    Xahiş musiqinin adını bilen varsa desin.

  • @sergioram5175
    @sergioram5175 Před rokem

    Şeir deyile menyudur. Saydığı hər şeyin 1000 dəfə gözəlləri başqa ölkələrdə var.

    • @rasimhsnli7465
      @rasimhsnli7465 Před 3 měsíci +1

      Minlərcə gözəllik, başqa diyarlarda da çoxdur,
      Amma,Bizim ölkə bütün elcari gözəldi.
      Ə.Vahid.
      Bəli təssüf ki,çoxlarına çox vaxt başqalarının zadı şirin olur.

  • @hasanismayl1855
    @hasanismayl1855 Před 4 lety +2

    Salam Çox gözəl.Musiqinin adını deyə bilərsiz?

  • @cerkezmemmedov1700
    @cerkezmemmedov1700 Před 5 lety +4

    SƏMƏD VURĞUN ədəbi dünyada ən yüksək zirvəni fət etdiyi kimi, insanlıq aləmində də, çoxlarına nümunə olacaq bir ömür yaşamışdır.
    Arxalıya arxa olma, deməsinlər yamaqdır.
    Arxasıza arxa ol ki, qoy desinlər dayaqdır-deyən şair minlərlə arxasıza arxa olub. Minlərlə imkansıza kömək edib. Bir sözlə qısa ömür yaşasa da, yaxşı mənada əsil insanlıq nümunəsi göstərib.
    Bu gün cəmiyyətimizə yad ünsürlər:-alkaşlar, arvadbazlar, narkamanlar, xainlər, satqınlar... bir sözlə cəmiyyətimizə yad ünsürlər, dahi şairimizə qarşı hər formada yalanlar uydurub böhtanlar atırlar.
    Çox sevindirici haldır ki, şairin canı-qanı qədər sevdiyi doğma xalqı bu yalanlara, böhtanlara inanmırlar.
    Demə SƏMƏD VURĞUN gəldi-gedərdi,
    Unutmaz bu VƏTƏN, bu cahan səni!!!

  • @KLAYZZ1N
    @KLAYZZ1N Před 10 lety +2

    bu videonu nece yukleye bilerem
    ?

  • @hafizabbasov6456
    @hafizabbasov6456 Před 5 lety +2

    Bu fon musiqisini necə tapmaq olar?

  • @guns2074
    @guns2074 Před 2 lety +1

    İfa edən kimdi?