"Bakının Rəngləri" 2021

Sdílet
Vložit
  • čas přidán 16. 05. 2021
  • Proekt 17 May Homofobiya, Transfobiya və Bifobiya əleyhinə günə və Azərbaycan LGBTQİ+ icmasına həsr olunur.
    Musiqi: Joseph Abbas
    Sözlər: Joseph Abbas
    İfa: Joseph Abbas
    Mixing/Mastering: Melan Məhər
    Operator/Rejissor: Nərgiz Yusifova
    Montaj: ROUSTAM
    Geyim rəssamı: Sadat Qurbanova
    Layihə rəhbəri: Gülnara Mehdiyeva
    İdeya: Səməd İsmayılov
    Layihə kordinatoru: Səməd İsmayılov
    Təşkilat: Minority Azerbaijan
    Sözlər:
    Adı kimi yanan bu ölkənin,
    İki gözə görünməz sakini.
    Gizlənib boz kütlənin arasında,
    Heç olmayan rənglərdəyik.
    Ya qalıb ruhum boş divarlar arasında,
    Ya da məğlub oldum bu yolun yarısında.
    De görüm hansında qaldın fəsillərin?
    Taxtadan, daşdan, dəmirdən insanlar,
    Şəhərin küləyi bezdirər zamanla.
    Bezdirər zamanla...
    Şər qalxdığında,
    Qaranlıq yanında,
    Mən olmadığımda,
    Düşün, düşün, düşün...
    Kimlər çatar fəryada,
    İtib getsən dəryada?
    Hər kəs çox təmizdir əllərindən tutmağa.
    Çünki onlar sevmədi,
    Heç vaxt aşiq olmadı,
    Unutdular hisslərin arxasınca qaçmağı.
    Bakı bizi heç vaxt bir yerdə görmədi...
    2021 © Bütün hüquqlar qorunur!

Komentáře • 3,8K

  • @josephabbas
    @josephabbas Před 3 lety +1

    Xoş dinləmələr 👑💚

  • @aisel18
    @aisel18  +11

    Hər kəs bu dünyanın adamıdır və bu dünyada hər kəs birlikdə yaşayır. Bu dünyanın insanlarının hər birinin fərqli düşüncələri, həyat tərzləri, qərarları və yaşamı var. Hər kəs öz həyatını necə yaşayacağını özü seçir. Pis və ya yaxşı olmasından asılı olmayaraq hər kəs bir şey seçir və ona uyğun yaşayır, düşünür, qərar verir. Bu normal bir şeydir. Bu bütün dünyada eynidir. Burada hər kəs öz dilini, dinini, işini ümumiyyətlə hər şeyi özü seçir. Yaşam azaddır. Hər kəsin yaşamaq hüququ vardır. Hər kəsdə istədiyi kimi hərəkət edir. Bu çox sadədir. Uzatmağın mənası yoxdur. Necə istəyirsənsə elə də edirsən. Bu qədər. Hər birinizə uğurlar...

  • @jaguar_ej1708
    @jaguar_ej1708 Před rokem +471

    "bu dünya mənim rənglərimi daşıyacaq qədər güclü deyil..."

  • @narminahuseynova2630
    @narminahuseynova2630 Před 3 lety +567

    Və təəssüf ki, klipin müəyyən hissələrinin ağ-qara olması

  • @gultacalizade8732
    @gultacalizade8732 Před rokem +140

    Bunu esla desteklemerem destek olmaram xosda gelmir.ama onlara qarsi zorakiliq olmasi duzgun deyil.herkesin oz heyati var.mahni ise superr

  • @gakhramanovha6900
    @gakhramanovha6900 Před rokem +13

    Mahnı Gözəldir ama mənası daha çox..

  • @dnr_fox
    @dnr_fox Před rokem +33

    Çünki onlar sevmədi, heç vaxt aşiq olmadı....

  • @user-tm6pz1qb1k

    klibə baxdıqdan sonra ölkənin inkişaf etdiyini başa düşdüm.

  • @arslanemrahov1252
    @arslanemrahov1252 Před rokem +125

    LGBT üzvlərini sevməsəmdə hörmətlə yanaşmağa çalışıram. Öz həyatlarıdı. Özləri bilər. Mahnını hardasa eşitdim şhazamladım. Yükledim. Heyetde uşaqlarnan oturanda qoydum dedim geşeng mahnı tapmışam dostum dedi lgbt mahnısıdı. Biraz çaşdımki doğrdan? Videoya baxdım gördüm hə. Ama bele mahnı ləzət elədi. Yeni bu videoni görenden sonra bele mahnıya qarşı simpatyam dəişmədi.

  • @snanabbaszad7453
    @snanabbaszad7453 Před rokem +14

    Bu mahnı ilə "heterolar" editlər edirlər öz sevgililəri ilə. Amma mahnının anlamını dərk etmədən....

  • @aygul859
    @aygul859 Před rokem +57

    -Salam Intiharla Bağlı Kitablar Hardadır.?¿

  • @sunshinee3646
    @sunshinee3646 Před rokem +504

    Kimlər çatar fəryada...

  • @obsessedwithteuk

    Belə bir ölkədə belə cəsur bir mahnı

  • @jkjeon7298
    @jkjeon7298 Před rokem +767

    "Gizlənib boz kütlənin arasında

  • @allahverdiyevmurad5658
    @allahverdiyevmurad5658 Před 3 lety +664

    Mahnının ideologiyasına fikir vermədən sadəcə melodiyanın dalınca qaçdım. Musiqi duyumu olanlar gözlərini yumub öz ideologiyalarını yarada bilərlər bu mahnı ilə.

  • @ivyinanutshell1403
    @ivyinanutshell1403 Před rokem +188

    "hər kəs çox təmizdir, əllərindən tutmağa" elə izah edir bu cümlə hər şeyi

  • @aytacbayramova9525
    @aytacbayramova9525 Před rokem +21

    Sadəcə hörmətlə yanaşıram

  • @k.aya888
    @k.aya888 Před rokem +88

    İlk qızlardan və oğlanlardan xoşum gəldiyinə fikir verəndə 10-11 yaşlarındaydım. Qızda mənə qarşı nəsə hiss edirdi. Bunu mənim və onun ailəsi fərq edəndə birdə heç görüşmədik nə də danışammadıq

  • @lalaholmess
    @lalaholmess Před rokem +117

    Mahnını hər dəfə dinlədiyimdə , burada özümü heç vaxt tam ifadə edə bilməyəcəyimi daha yaxşı anlayıram .

  • @Chris_sfav
    @Chris_sfav Před rokem +17

    Bütün musiqi platformlarında dinləyirəm.