Tural Əhməd - Bir salama dəymədi (Bəxtiyar Vahabzadə)

Sdílet
Vložit
  • čas přidán 12. 09. 2024
  • Bu gün mən səni gördüm,
    Salam vermək istədim,
    Üzünü yana tutdun.
    Söylə, illərdən bəri
    Qəlbimizin bir duyub
    bir vurduğu illəri,
    Axı, nə tez unutdun?
    Beş ildə gözümüzdən axan o qanlı sellər,
    Bir salama dəymədi?
    Heç üzümə baxmadan yanımdan necə keçdin?
    Sən eşqin salamını qorxuyamı dəyişdin?
    Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
    O qədər yaxın ikən, bu qədər uzaq oldun.
    Şirin gülüşlərimiz, acı fəğanlarımız
    Bir salama dəymədi?
    Qayğılı anlarımız, qayğısız anlarımız
    Bir salama dəymədi?
    Sən neylədin, bir düşün!
    Yalnız indi anladım; ah, sən daha mənimçün
    Əlçatmaz bir çiçəksən,
    Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
    Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
    Düz beş il ürəyimdə
    Bəslədiyim məhəbbət, bir salama dəymədi.
    Bir günlük həsrətimə dözə bilməyən gülüm,
    Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
    Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
    Sən necə etinasız ötə bildin yanımdan?
    Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
    Sənin qəlbin əsmədi.
    Arxana da baxmadın!
    Niyə sənin yolunu məhəbbətin kesmədi?...
    Qazancımız de, bumu?
    Deyilməmiş o salam əlvidamız oldumu?
    Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
    Bir salama dəyməyən eşqə ölüm yaraşır!
    "Bir salama dəymədi"
    Şeir : Bəxtiyar Vahabzadə
    Səsləndirən : Tural Əhməd

Komentáře • 8

  • @elgunceferov3463
    @elgunceferov3463 Před 7 měsíci

    Hemiseki kimi MOHTESEMSEN TURAL QARDAS

  • @FatimMmmdova-eu7xi
    @FatimMmmdova-eu7xi Před 7 měsíci

    Uğurlarınız bol olsun

  • @FatimMmmdova-eu7xi
    @FatimMmmdova-eu7xi Před 7 měsíci

    Super

  • @kovakadini88
    @kovakadini88 Před 7 měsíci +1

    Bezen ondan vaz gececek qeder cox seversen !! ...😒

  • @ulkeragabey7871
    @ulkeragabey7871 Před 7 měsíci

    ♥️

  • @kovakadini88
    @kovakadini88 Před 7 měsíci +1

    Özgəsinə qismət olan cahıcəlalim necəsən ?! Ey Həyat ! Pisi - Pis Olaydı Kaş , Yaxşı Da Yaxşı Qalaydi ..
    Nə Ayrılıq Olaydı ... Nede Bu Qəmli Şeyirlər , Qəzəllər Yaranmayaydı !! ...😕

  • @gulnarmirmemmedova9240
    @gulnarmirmemmedova9240 Před 6 měsíci +1

    Men sizi refiqemin statusda gordum? Yoxsa benzeyirsiniz bilemedim😵‍💫