Sevda Sabitqizi (Qezel) (Seyid Ezim Sirvani)

Sdílet
Vložit
  • čas přidán 8. 09. 2024
  • Olmasaydı qəmi-eşqin dili-viranımda,
    Saxlamazdım onu bu izzət ilə yanımda.
    O qara xalı mənə versələr qanın içərəm,
    Nə üçün mənzil edib arizi-cananımda.
    Tutanı müshəfi-rüxsarüvi ol kafər xət,
    Görünür gör nə xələllər mənim iymanımda.
    Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb,
    Bu nə rəftardır ol sərvi-xuramanımda?
    Düşəni xublərin könlümə fikri, Seyyid,
    Əlli Yusif tapılar külbeyi-əhzanımda.

Komentáře • 6