Almanların sirli izi: Göygöldə yeraltı şəhər - APA TV

Sdílet
Vložit
  • čas přidán 12. 09. 2024
  • #APATV #Göygöl #yeraltışəhər #qədim #alman #şəhər #tarixi #sirli #rayon #Forer #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
    Almanların sirli izi: Göygöldə yeraltı şəhər - APA TV
    Göygöl Azərbaycanın sirli-soraqlı, qədim tarixi olan bölgələrindəndir. Bu şəhərdə addım başı alman izlərinə rast gələ bilərsiniz. Biz də elə bu izlərin birinin ardınca şəhərin altına enirik. Bura ötən il noyabr ayında Göygöl aşkarlanan yeraltı “şəhər”dir.
    1380 kvadrat metr olan “yeraltı şəhər” 1854-ci ildə rayonda yaşayan Almanlar tərəfində inşa edilib.
    Bələdçimiz bildirir ki, şəhərin Forer qardaşları tərəfindən salındığı haqqında rəvayətlər var. Bu qardaşlar rayonda yaşayan digər almanlar kimi üzümçülük və şərabçılıqla məşğul olublar.
    Yeraltı şəhəri xatırladan zirzəmilərin hər birində havalandırma sistemi var. Yuxarı hissədə yerləşən havalandırma sistemləri uzun illərdir ki, istifadə olunmadığına görə tutulub.
    Buradakı zalların hər birinin iki girişi var. Girişlərdən biri geniş digəri isə xırda qapılardandır.
    Yeraltı şəhər təxminən 1 əsrə yaxın bağlı qalıb. Aşkarlanan zaman zibillə dolu olub. Gələcəkdə yeraltı şəhərin turistik məkan kimi Mədəniyyət nazirliyinin mədəni irs marşrutuna daxil edilməsi də nəzərdə tutulub.
    Qeyd edək ki, 19-cu əsrin əvvəllərində Qafqaza köçürülən alman ailələrindən 124-ü Helenondorf - indiki Göygöl şəhərində məskunlaşıb. Almanlar burada 6 küçə salıb, 600-ə qədər ev tikib.
    Fuad Nazimoğlu,
    Mehdi Rəşid,
    APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Komentáře • 177