Lənkəranın mərkəzi bazar ərazisində yanğın olub

Sdílet
Vložit
  • čas přidán 12. 09. 2024
  • Bu gün səhər saatlarında Lənkəranın mərkəzi bazarında yanğın baş verib. Yanğın kəndlərarası avtobusların dispetçer məntəqəsinin inzibati binasında qeydə alınıb. Ümumi sahəsi 250 kvadratmetr olan binanın 71 kvadratmetri tamamilə yanıb, binanın dam örtüyünə ciddi ziyan dəyib. Bununla yanaşı, binaya bitişik telefon aksesuarları dükanı və 55 kvadratmetr sahəsi olan çayxana da tamamilə yanıb. Hadisənin başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırılır. İlkin ehtimala görə, hadisəyə səbəb maye qaz balonunda olan sızmadır. Lənkərandan üç, Liman şəhər bölməsindən əlavə olaraq bir yanğınsöndürən maşın yanğının söndürülməsinə cəlb olunub. Yanğın saat 08:20-də söndürülüb.

Komentáře •