Yaqub Məmmədov, Segah təsnifi

Sdílet
Vložit
  • čas přidán 11. 09. 2024
  • Yaqub Məmmədov, Televizia konserti
    2. Segah təsnifi (Baxdin maral kimi)

Komentáře • 26

  • @ismayilrasulov
    @ismayilrasulov Před 3 lety +5

    Qiymətli səs xəzinəsi
    Yaqub Məmmədov muğam tariximizin şərəfli səhifələrini yazıb
    Dünyada qəribə səslər çoxdur. Amma onlar möcüzəli deyil. Möcüzəli səs yalnız Tanrı vergisidir ki, o da hər kəsə qismət olmur. Belə səsi Tanrı sevib-seçdiyi bəndəsinə, böyük sənətkarlara bəxş edir. Unudulmaz xanəndə Yaqub Məmmədov belə sənətkarlardan idi. Yaqub Məmmədov (1930 - 2003) Qarabağ muğam ifaçıları məktəbinin orta nəslinin ən parlaq nümayəndələrindəndir. O, dinləyicilərə dərin emosional təsir göstərmək bacarığına malik idi.
    Onun ifasında bir çox muğam əsəri səsyazmaların qızıl fonduna daxil olub. Əslən qarabağlı olan Y.Məmmədov Asəf Zeynallı adına musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskidən dərs alıb.
    Müəlliminin sevimli muğamı olan "Çahargah" onun yaradıcılığında xüsusi yer tuturdu. Y.Məmmədov öz müəllimindən musiqi və poeziya sahələrində dərin bilik əxz edib. Yüksək mədəniyyətə, təbii fitri istedada, ifaçılıq qabiliyyətinə malik olan Y.Məmmədov bütün muğam dəstgahlarının, habelə klassik Azərbaycan poeziyasının mahir bilicisi idi.
    Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. O, çoxlu konsertlərdə iştirak edib, qastrol səfərlərində olub. Onun səsi yazılmış bir neçə qrammofon valı buraxılıb.
    Azərbaycan ifaçılıq sənətinin görkəmli simalarından olan Yaqub Məmmədov sələflərinin yolunu layiqincə davam etdirib. Cabbar, Seyid, Xan, Zülfü məktəbinin ənənələrinə sadiq qalan xanəndə öz oxu tərzi ilə klassik muğam ifaçılığı üslubunu qoruyub saxlayıb. Eyni zamanda Yaqub Məmmədovun özünün ifa məziyyətləri, dəst-xətti var idi. Klassik muğam ifaçılığı çərçivəsindən kənara çıxmayan xanəndə məlahətli səsi ilə muğama yeni xallar, zəngulələr gətirmişdi. Onun yadigar qalan lent yazıları muğam tariximizin qiymətli səs yaddaşıdır.
    facebook.com/yaqubmammedov/

  • @xeyaleliyev7559
    @xeyaleliyev7559 Před 4 lety +5

    Allah sənə rəhmət eləsin Yaqub əmi. Əvəzolunmaz sənətkar. Yerin cənnət olsun.

  • @elxanpashayev9906
    @elxanpashayev9906 Před 6 lety +7

    Nə qədər qanmaz olasan ki, bu ifa sənin xoşuna gəlməyə. USTADA MİN RƏHMƏT.

  • @tarxan.behbudovm-ev119
    @tarxan.behbudovm-ev119 Před 6 lety +6

    Bele gozel senetgar dunyada yoxdu

  • @ЭлчинАлиев-я3и

    dogrudanda boyuk bir sanatkardi, qulaq asanda insan dincalir, Allah rahmat elasin siza USTAD!!!!

  • @elxanpashayev9906
    @elxanpashayev9906 Před 9 lety +9

    Bu lent yazisi 2000 ci ildə lentə alinmisdir onda rəhmətliyin 74 yasi var idi allah rəhmət eləsin

  • @user-ud3rp7wd4k
    @user-ud3rp7wd4k Před 2 lety +2

    Allah sənə rəhmət eləsin. Yaqub əmi

  • @elimeherremov6756
    @elimeherremov6756 Před 4 lety +3

    Allah rəhmət eləsin.BÖYÜK SƏNƏTKAR!!!

  • @zeravendquliyev4497
    @zeravendquliyev4497 Před 4 lety +4

    Səni tarix çətinki birdə yetirə! Allah sənə rəhmət eləsin.Ürəyimizdə yaşayırsan.

  • @elshadsultanov3343
    @elshadsultanov3343 Před 5 lety +8

    Kim düşünürsə ki, bu ifanın qarşısında at oynatmaq olar çox səf düşünürlər.Yaqub Məmmədov dahi ifaçıdır onun bərabəri birmənalı yoxdur.

  • @aslkerimova7584
    @aslkerimova7584 Před 5 lety +6

    Ruhun wad mekanin cennet olsun ustad

  • @elxanpashayev9906
    @elxanpashayev9906 Před 7 lety +7

    AGABABA NOVRUZOVU YAQUBLA YAN-YANA qoymaq bir az məntiqsiz görynyr baxmayaraq ki onun da səsi coxununkundan yaxşi və qaltanli idi heyf ki səsi bir az syryşkən idi allah rəhmət eləsin.

  • @fuadmehdiyev9562
    @fuadmehdiyev9562 Před 5 lety +3

    Allah sene qeni qeni rehmet elesin.

  • @user-hw1vo3ni9i
    @user-hw1vo3ni9i Před 8 lety +5

    Аллах рахмат еласин сасиин олмазди

  • @elxanpashayev9906
    @elxanpashayev9906 Před 9 lety +9

    BU CYR QALTANLİ SƏS HƏLƏKİ MUGAM DYNYAMİZA GƏLMƏJİB DAHİ SƏNƏTKARA ALLAH RƏHMƏT ELƏSİN

    • @javan1970
      @javan1970 Před 8 lety

      Bes rehmetlik Agababa Novruzov?

    • @tahirtacirzade7377
      @tahirtacirzade7377 Před 7 lety +4

      Salam. Mən Əlibaba müəllimin öz dilindən eşitmişəm deyirki, Ağababa novruzov muğamı Yaquba, Zülfüyə baxıb örgənib.

  • @vusalsdov1856
    @vusalsdov1856 Před 8 měsíci

    Muğamın ustası Allah səni rəhmət eləsin

  • @user-go3zp3jj1e
    @user-go3zp3jj1e Před 6 měsíci +1

    Muğam dünyasının antologiyası muğamın şahı Xan Yaqub Arif !!!!!

  • @logmanabbasli9748
    @logmanabbasli9748 Před 7 lety +8

    Muğamın atası,qalanları da şagirdləri.

  • @vaqifbedelov2547
    @vaqifbedelov2547 Před 5 lety +8

    YAQUB TƏKDİR.BUNU ONUN YANIMDA OTUANLAR HAMISI BİLİRDİ MUĞAMDA 2 YA 3 YOL VAR
    BİRDƏ YAQUB YOLU VAR.ONUN BAŞMAĞINI GEYİNƏN OLAR
    AMMA.YERİŞİNİ YERİMƏK .HƏLƏLİK YOXDUR

  • @vaqifbedelov2547
    @vaqifbedelov2547 Před 4 lety +3

    YAQUB KİŞİ.MUĞAMLARIMIZIN HƏQİQİ SAHİBLƏRİNDƏN BİRİNCİSİ.SƏN MUĞAMA, MUĞAMIARDA SƏNƏ QARDAŞ OLDU , USTAD.SƏN VARKAN BU QƏLBSİZLƏRİ HEYLƏRDİK.MUĞAM ÖZÜ SƏNİN SƏSİNİN SEHRİNDƏDİ , USTAD.SƏN OLMASAN , MUĞAM BİZƏ LAZIM OLARDIMI?

  • @bilinmeyenseylr7225
    @bilinmeyenseylr7225 Před 6 lety +4

    Korifey.

  • @userid7739
    @userid7739 Před 7 lety +9

    Mən deyərdim yagub əminin oxumagı allah vergisid

    • @azerehmedov4008
      @azerehmedov4008 Před 5 lety +3

      User Id Allah rəhmət eləsin heç bir zamanUagubdan gəlməyəcək