ISFA GREEN LIFE - QUSAR BAĞLARI

Sdílet
Vložit
  • čas přidán 27. 03. 2023
  • 2015-ci ildən fəaliyyət göstərən “İSFA MMC” Azərbaycanın ən böyük “Fermerlərə xidmət mərkəzi”
    olaraq kənd təsərrüfatı sahəsində hər növ xidməti göstərməkdədir. Peşəkar mühəndislər, bacarıqlı işçi
    heyəti və yüksək keyfiyyəti ilə daim fərqlənən “İSFA MMC” uzun illərdir Azərbaycanın bir çox rayon və
    bölgələrində fermerlərin istəklərini tam qarşılamaqla bərabər özünü də sübut etmişdir. “İSFA MMC”-nin
    missiyası müştərilərə düzgün seçim üçün yardım etmək və onların müasir, keyfiyyətli, sağlam meyvə
    bağlarına sahib olmalarıdır. Məhz bu xüsusiyyətlərinə görə “İSFA MMC” 2020-ci ildə Azərbaycan
    Respublikasının “Yevlax-Aqropark” layihəsinin ilk rezidenti olmuş və burada həm tingçiliyin yaradılması,
    həm də ticari məqsədli meyvə bağlarının salınması üçün ilk haqqı qazanmışdır. Daha sonra isə öz
    nailiyyətlərinə birini daha əlavə edən “İSFA MMC”, 2022-ci il 11 oktyabrda kənd təsərrüfatı sahəsində
    cənab prezident tərəfindən imzalanan “Azərbaycan-Qırğızıstan” müqaviləsində mühüm rol oynadı. Hər
    keçən gün özünü və xidmətlərini daha çox inkişaf etdirən “İSFA MMC” fermerlərə dəstək verməklə
    yanaşı bu sahədə nailiyyətlər əldə etməyə də davam edir.
    “İSFA MMC” “Fermerlərə xidmət mərkəzi” olaraq aşağıdakı xidmətləri fermerlərə təklif edir.
    1. Bütün növ meyvə tinglərinin açıq köklü və dibçəkdə satışı
    2. İntensiv bağların qurulması
    3. Damlama-Suvarma sistemlərinin satışı və quraşdırılması
    4. Bağlara hər növ aqro-texniki xidmətlərin göstərilməsi
    5. Ərazilərin Landşaft dizaynı
    6. Hər növ dərman və gübrələrin satışı
    7. Kənd təsərrüfatı texnikalarının satışı
    8. Bağ və bostan alətlərinin satışı
    9. Qoz və badam emalı texnikalarının satışı

Komentáře • 5