"Badımcan" küküsü, yayın ən İDEAL yeməyi, омлет из баклажанов 💯👍🤤

Sdílet
Vložit
  • čas přidán 17. 06. 2024
  • 🍆 Badımcan - 6 ədəd
    🍆 Soğan - 2 baş
    🍆 Sarımsaq - 2 diş
    🍆 Kartof - 1 ədəd
    🍆 Yumurta - 7 ədəd
    🍆 Kərə yağı -20 qram
    🍆 Qoz - 40 qram
    🍆 duz və istiot
    Ət çəkən maşının köməyi ilə badımcanı, kartofu, soğanı və sarımsağı çəkirik. Daha sonra tənzifin köməyi ilə suyunu sıxırıq ki, ərzaqlar quru olsun. Qoz əlavə edirik, duz, istiot və yumurtanı əlavə edirik və sonda kərə yağında o üz bu üz qızardırıq. Olduqca asan və tez hazırlanır.

Komentáře • 22

  • @sudabfrcova6372
    @sudabfrcova6372 Před měsícem +1

    Gözəl

  • @Alqayd01
    @Alqayd01 Před měsícem +2

    Elerinze sağlıq ❤❤

  • @user-wm3yx8hb4z
    @user-wm3yx8hb4z Před měsícem

    Əllərine saglig

  • @arkinazibrahimova7573
    @arkinazibrahimova7573 Před měsícem +1

    🎉

  •  Před měsícem +1

    Sağ ol dostum, dadlıdır, bayramınız mübarək

  • @user-jk1ek9jn3b
    @user-jk1ek9jn3b Před měsícem

    Mən icərisinə ləvəngi,yumurta vurub yaxşı qarışdırıram sonra bişirirəm.biz belə sevirik.

  • @aygunmansurova3950
    @aygunmansurova3950 Před měsícem +2

    Salam baci bu et masini hardan almisiz

    • @Gundelik_by_ilaha
      @Gundelik_by_ilaha  Před měsícem

      Salam Baku Electronicsden almışam, canavardir, içində hər nasadkasi var doğramaq üçün

  • @gulnarememmedova6316
    @gulnarememmedova6316 Před 29 dny +1

    Badımcan bişməz ,yumurta bişənə kimi

  • @arzueminova923
    @arzueminova923 Před měsícem +1

    Tavada qizartsuz yaxwi olardi😊

    • @Gundelik_by_ilaha
      @Gundelik_by_ilaha  Před měsícem

      Məncədə, sadəcə tavamin görünüşü yaxşı olmadı deyə çekilişe uyğun deyildi

  • @nailamirzayeva1800
    @nailamirzayeva1800 Před měsícem

    Niye yumurtanı çox etdiniz
    7 dənə hədsiz çoxdur

    • @Gundelik_by_ilaha
      @Gundelik_by_ilaha  Před měsícem +1

      Yumurtalarım kənd yumurtasidir ölçüsü balacadır + ərzağın çoxdur hər tərəfini yumurta gorməlidir

  • @zorro1928
    @zorro1928 Před měsícem +4

    Badımcan küküsünə yalnız soğan,un və yumurta qatırlar!Və nazik bişirirlər,bu qalınlıqda deyil!!! Ağlınıza gələni bisirib adini kükü qoymayın!

    • @Gundelik_by_ilaha
      @Gundelik_by_ilaha  Před měsícem +1

      Fikrinizə hörmətlə yanaşıram, amma hər kəs eyni yeməyi fərqli bişirir, məndə belə bişirirəm və bəyənirəm 🥰

    • @zorro1928
      @zorro1928 Před měsícem +1

      ​@@Gundelik_by_ilahaQızım,xörəyin konkret resepti varsa,onu "zövqə uyğun"bişirmək olmaz.Necə ki, yarpaq dolmasına pomidor,aş qarasına çuğundur,kotlete kələm vurmaq olmadığı kimi.Xətrinizə dəydimsə, üzürlü sayın 🙏

    • @nailamirzayeva1800
      @nailamirzayeva1800 Před měsícem

      Çox doğru. Bir yeməyə 7 yumurta olar?

    • @Gundelik_by_ilaha
      @Gundelik_by_ilaha  Před měsícem +3

      @@nailamirzayeva1800 balaca kənd yumurtasidir, siz KUkuyə necə yumurta vurursuz ki? Mən Göyərtidən kükü hazilryanaf abele 8-9 yumurta qatıram